N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



Bir ayda varmazsam, iki ay baqsun! 

İki ayda varmazsam, üç ay baqsun! 

Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün! 

Ayğır atım boğazlayub, aşum versün! 



Yad qızı həlalıma dəstur versün! 

Məna tutan gərdəgə ayrıq girsün! [5. S.75].  

 

Göründüyü  kimi,  burada  Uruzun  dilə  gətirdiyi  performativdə  söhbət  sadəcə  izindən  deyil,  həm  də 



təlimat-göstərişdən  gedir. İstər  müasir  Azərbaycan  dili  üçün,  istərsə  də (verilmiş semantik  yükdə)  müasir 

fars  dili üçün arxaikləşmiş  dəstur sözünə,  daha  dəqiq  desək,  onun  iştirakı  ilə  yaranmış  mürəkkəb  feillərə 

«Dastani-Əhməd Hərami»də də rast gəlinir: 

 

Şəhənşah aydir kim dəstur verəyim, 



Ötə nə vəqt gəlirsən biləyim [24]. 

 

Dastan mətninə dair qeydlərin müəllifi Ə.Səfərli də bu abidədə işlədilən dəstur sözünün yalniz ‘izin, 



icazə’ deyil, həmçinin ‘icazə, göstəriş’ mənasında işləndiyini ortaya qoymuşdur [24. S.112]. Onu da qeyd 

edək ki, dastanda dəstur vermək mürəkkəb feil ilə yanaşı dəstur almaq ifadəsinə də təsadüf edilir. 

 

...Çü bəd fel əbtər dəstur aldı, 



Güləndamın qatına sürdü gəldi. 

...Atandan dəstur aldım şahi-şəngül, 

Kırıma getməgə, ey yüzü gül, gül [24]. 

 

XIII  əsr  şairimiz  Qul  Əlinin  «Qissеyi-Yusif»  əsərində  də  dəstur  vermək  mürəkkəb  feilinə  rast 



gəlinir: 

 

Kəndusi bir duşı gördi, anı andı, 



Yusifinə hərgiz dəstur vеrməz imdi [25. S.24]. 

 

Dəstur  sözü  və  bu  sözün  iştirakı  ilə  yaranan  dəstur  vermək  mürəkkəb  feili  XIX–XX  əsrlərdə 

tamamən  arxaikləşmə  yoluna  qədəm  qoymuşdur.  XX  əsrin  əvvəllərində  dəstur  sözünün  çox  aşağı 

səviyyəli  işləkliyi  müşahidə  edilsə  də  (məs.:  Söyləyənə  baqma,  söylədiyinə  baq  dəsturunu  əldə  sərmayə 



ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar [9. V. S.123]), dəstur vermək mürəkkəb feilinin, demək olar ki, 

aktiv  lüğət  fondunu  tərk  etdiyi  məlum  olur.  Müasir  Azərbaycan  ədəbi  dilindən  fərqli  olaraq,  müasir  türk 

dilində  ‘icazə  vermək,  izin  vermək’  mənalarını  ifadə  edən  destur  vermek  feili  [3.  S.223]  işlənmə  dairəsinin 

əhəmiyyətli dərəcədə məhdudlaşmasına baxmayaraq, hələ də klassisizm üslublu bədii sənət nümunələrində 

janr-üslub  tələbinə  müvafiq  şəkildə  istifadə  edilməkdədir.  Hələ  XVI  əsrdə  yazıb-yaratmış  görkəmli  Os-

manlı dövlət adamı və şair Mustafa Çələbinin əsərlərindən birində oxuyuruq: 

 

Yollara düştüm yar, varayım sana 



Aç gönül kapısın, bir destur eyle 

Çatma hilal kaşın, sert bakma bana 

Sarıl kollarıma, bir destur eyle [26].  

 

Klassisizm  ənənələrini  izləyən  müasir türk şairlərindən Ozan Ceyhanın  və  Aslı  Üstünün şeirlərində 



isə oxuyuruq: 

 

Ayrılık közünde yakma sultanım 



Kötünün sözüne bakma sultanım 

Sevdiysen kimseyi takma sultanım  



….Destur ver topuna ceza keseyim [27];  

 



 

 



Haydi destur ver gönül, bir mutluluk resmi çiz, 

Olmasın orda keder, söylenmedik garip giz! [28].  

 

Müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş fars alınma komponentli  mürəkkəb feillər arasında 



cəng  etmək  KDQ  feili  də  diqqəti  cəlb  edir.  Dastanın  qədim  oğuzların  qəhrəmanlıqlarının  təsviri  və 

tərənnümünə həsr olunmuş süjetləri boyu dəfələrlə təkrarlanan cəng etmək feili ‘savaş etmək’, ‘vuruşmaq’ 

mənalarında  işlənmişdir.  Məs.:  Bayındır  xanın  ağ  meydanında  bu  oğlan  cəng  etmişdür  [5.  S.36];  Bu  oğlan 

Bayandır  xanın  ağ  meydanında  vuruşmuşdur [5. S.134]; Gecəyədəkin cəng edəydik,  ağca tozlu qatı yaylar 

tartışaydıq [5. S.108]; ...gecəyədək  biz  vuruşaq.  Dəstəyi  ağ  tozlu  olan  bərk  yaylar  dartışdıraq  [5.  S.206]. 

Farscadan  alınma  olan  bu  söz  klassik  ədəbiyyatımızda  ‘vuruş,  döyüş,  dava’  [22.  S.88]  semantik  möv-

qelərində çıxış edir. 

 

«Dastani-Əhməd Hərami»də, Məsihinin «Vərqa və Gülşah» əsərində, habelə Füzuli lirikasında cəng 



etmək feilinə təsadüf edilir: 

 

Gəlib söylərsə cəngə duruşalım, 



Anunla cəng edəlim, uruşalım. 

... Önürdü məskənətlə söyləyəlim 

Becid olur isə cəng eyləyəlim [24]; 

 

Cəng etdi iki bəla düçari, 

Ta mardan oldu qar hali [29. S.133]; 

 

Çün dust sipahidir edən cəng, 



Düşmənliyə xoş degildir ahəng [7. S.120]. 

 

Növbəti  dövr  söz  ustalarımızdan  S.Ə.Şirvani,  M.M.Vidadinin  əsərlərində  də  cəng  etmək  mürəkkəb 



feilinin işləkliyi müşahidə edilir: 

 

Nə gərəkdir yazib ki, ol sadə 



Fəhlələr cəng edir Amerkadə [30. S.57];  

 

Neçə il cəng edib Dağıstanda, 

Çox olub özgə cəng hər yanda [30. S.126];  

 

Еylə bir cəng еtdilər kim, su yеrinə aхdı qan, 



Hasili оl dərdiməndə vеrmədi nüsrət, inan [18. S.77]. 

 

XX  əsrin  əvvəllərinə  doğru  işlənmə  tezliyi  əhəmiyyətli  dərəcədə  azalan  cəng  etmək  feili  zamanla 



ədəbi dilimizin aktiv lüğət fondunu tamamən tərk etmişdir: Dünyanın hər bir işi cəngi-məğlubədir; amma 

vəhşi nadanlıqla cəng еtmək mümkün dеyil [31. S.119]; 

 

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! 



Özünü, həm məni bu barədə diltəng eləmə! [31. S.72]. 

 

KDQ  dastanlarında  yer  alan  və  18  dəfə  fərqli  kombinasiya  və  söz-forma  çərçivəsində  təkrarlanan 



səxt fars alınması ilə olmaq türk mənşəli köməkçi feilinin birləşməsindən yaranan feili frazeoloji vahid də 

müasir Azərbaycan dili üçün tamamən arxaikləşmişdir: Bayındır xan qatı səxt oldı. Dədəm Qorqud gəldi. 



Şadlıq çaldı. «Xanım, niyə səxt olursan?» – dedi. Aydır: «Necə səxt olmıyam? Hər yil altun-aqça gəlürdi, 

yigidə-bəgə  verirdin  xatirləri  xoş  olurdı,  şimdi  bunı  kimə  verər  kim,  xatiri  xoş  ola?»  [5.  S.104];  Baqdı  

gördi  Beyrək  səxt olmış [5. S.59]. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə