N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 

 

18 



lərində, Azərbaycan və türk ədəbiyyatı tarixlərində, əlyazmalar kataloqlarında məlumatlar vardır. 

Lakin Nəsiminin əsərlərinin Yaxın Şərqdə 

geniş

 yayılmasına baxmayaraq, 1973-cü ilə qədər onun 



əsərləri 

mükəmməl


  şəkildə  toplanıb  çap  olunmamışdır.  T.Hacıyev  göstərir  ki,  XIV–XV  əsrin 

əvvəllərində  Azərbaycan  ədəbi  dili  keyfiyyətcə  dolğunluğuna  görə  zirvə  səviyyəsinə  qalxır.  Bu 

prosesdə Nəsimi böyük rol oynayır. O, xalq dilinin bətnində olan bütün incə, xəlqi xüsusiyyətləri 

üzə çıxarmış, onları ədəbi dilin istefalına vermişdir. Ərəb və fars dili sözlərindən istifadə etməklə 

yanaşı,  Nəsimi  ana  dili  sözlərinə  üstünlük  verməklə  milli  söz  və  ifadələri  ədəbi  dilə  cəlb  etdi. 

«Nəsimi  xalq  dilini  ədəbi  material kimi  cilalayır, alınma  ilə  millini  birikdirib  yeni  nümunə  hasil 

edir,  söz  yeni  semantik  dolğunluqla  səslənir,  ana  dili  sözünün  şirinliyində  şair  yeni  dad  üzə 

çıxarır. Yəni şair ana dili sözünə yeni “dad gətirir”, ana dili sözünün “dadını verir”. “Gərçi Nəsimi 

sözün dadını verdi, vəli, Dadə gətirdi anı ləfzi-şəkərbarımız” deyir. Şair böyük vətəndaşlıq qüruru ilə 

ana  dili  sözlərinə  yanaşaraq,  ardıcıl  şəkildə,  xüsusi  inadkarlıqla  (M.Quluzadə)  ondan  istifadə 

etməklə,  zamana,  epoxaya  meydan  oxuyurdu  ki,  bəli,  gözəl,  lətif  şeirləri  yalnız  fars  dilində  yox, 

Azərbaycan türk dilində yaratmaq olar! Bunun üçün ana dilini ana kimi sevmək, səbrlə onun incəlik-

lərini üzə çıxarmaq bacarığın olmalıdır. Şair bu məqsədlə ana dilinin dərinliklərinə enir, endikcə onun 

semantik tərkibindən, gövhər xəzinəsinin qatları arasından yeni-yeni dürlər, incilər – semantik mənalar, 

üslubi çalarlar kəşf edir, ana dili sözlərindən nəinki öz dövrü üçün, hətta çağdaş Azərbaycan dili üçün 

möcüzələr yaratmağa nail olur!»  

T.Hacıyev  göstərir  ki,  Nəsimi  öz  şeirlərinin  sonrakı  həyatını  sanki  əvvəlcədən  düşünmüş, 

inci  kimi  düzüb-qoşduğu  misralarının,  beytlərinin  sonrakı  taleyi  daima  şairin  diqqət  mərkəzində 

olmuşdur.  Şair  təxminən  12  min  misradan  ibarət  bədii  irsinin  böyük  əksəriyyətini  xalq  üçün 

nəzərdə  tutduğundan  onun  şeirlərinin  dili  aydın,  qulaqoxşayan,  ahənğdar,  musiqili,  oxunaqlıdır;  bu 

şeirin  kökü  xalq  ədəbiyyatından  gəlirdi  –  şairin  əsərlərində  olan  assonans-saitlərin  ahəngi  hadisəsi 

bunu təsdiqləyir: Al ilə ala gözləri aldatdı aldı könlümü, // Alini gör nə al edər, kimsə irişməz alinə! 

və s. 

Məlumdur ki, Nəsimi həm də yüksək səviyyəyə malik filosof-şair olmuşdur və şeirlərini bir 



hissəsini həm də dövrün, savadlı, təhsilli, şərq və islam təhsilli insanlar üçün yazırdı. Tədqiqatlar 

göstərir  ki,  şairin  ümumxalq  üçün  nəzərdə  tutduğu  qəzəlləri  nə  qədər  aydın,  millidirsə,  sufi  və 

hürufilik təriqəti ilə əlaqəli şeirləri bir o qədər mürəkkəb, çətin anlaşılan, oxucunun anlamasında 

çətinlik  yaradan şeirlərdir. Nəsiminin böyüklüyü ondadır ki, o alınma sözlərin işlənməsində də bir növ 

«seçmə-əvəzetmə» əməliyyatını aparır: xalq dilində artıq mənimsənilmiş, «həzm» olunmuş alınmalara üs-

tünlük verir: Könlümüz bir  yar  əlindən xəstədir, //  Gözü qara, qaşları peyvəstədir. // Naz edərsə, nazını 



çəkmək gərək. // Can fəda qılmaq gərək növrəstədir!  

Şeirdə  işlənmiş  xəstə,  peyvəstə,  naz,  fəda,  növrəstə  alınmaları  şeirin  semantik  məzmununu 

qəlizləşdirmir, ən savadsız oxucu belə çətinlik cəkmədən, onu mənimsəyə bilər. 

Bunun  müqabilində,  əlbəttə  ki,  fəlsəfi-hürufi  məzmunlu  qəzəlləri  yalnız  öz  oxucusu  üçün 

aydındır:  Cənnətü  huri  mənəm,  kövsəri  tubi  mənəm!  Nariyü  nuri  mənəm,  həm  susuzam,  həm 

Fərat!  

Təbiidir  ki,  fəlsəfi  anlayışları  olan  oxucular  beytdəki  fəlsəfi  mənanı  daha  tez  qavraya  bi-

lərlər:  əvvəla,  şair  mənəm  deyərkən  yalnız  özünü  yox,  şair  Nəsimi  də  daxil  olmaqla,  bütün 

«mən»ləri  cənnətin  hurisi  hesab  edir,  yəni  şairin  fikrincə,  bütün  insanlar,  ümumiyyətlə  cənnətin 

müqəddəs (duru, şirin suyu olan) quyusu (kövsər) da insanın özüdür; Od da, nur, işıq da mənəm, 

yəni insandır, o (insan) həm susuzdur, suya təşnədir, həm də suyu çox olan mənbədir – dünyanın 

ən çox suyu olan Fərat çayıdır. Ümumi məna: dünyada nə varsa, onun başlanğıcı insandır, hər şey 

insan adına olmalı, insana xidmət etməlidir.  

 



 

 

19 



Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Elmi  yenilik  onunla  izah  oluna  bilər  ki, 

əsər Azərbaycan ədəbi dilinin tarixi frazeologiyasının tədqiqi və sufizm təriqəti əsasında hürufizm 

cərəyanın yaranması sahəsində ilk tədqiqatlardandır. Məqalədə ilk dəfə Azərbaycan dilçiliyində Nə-

simi  əsərləri  əsasında  Azərbaycan  dilinin  tarixi  frazeologiyası  fəlsəfi  baxımından  bəzi  nəzəri  məsə-

lələrinin də  araşdırılması  cəlb  edilir.  Tətbiqi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  XIV  əsr  Azərbaycan 

ədəbi  dil  tarixinin  üslubi  məsələlərin  araşdırılmasında  «yazıçı  dili»,  «frazeoloji  novatorluq» 

problemlərinin, habelə tarixi üslubiyyat məsələlərinin həllində, eləcə də təcrübi olaraq aspirant və 

magistrların elmi  işlərində, ali məktəblərin filologiya fakültələrində, ədəbi dil tarixi  istisası kurs-

larında bir elmi mənbə kimi istifadə oluna bilər. 

 

Ə D Ə B İ Y Y A T  

 

1.  Nəsimi: (Məqalələr məcmuəsi). Bakı, 1973. 

2.  Seyidov Y. Nəsimi dili. Bakı, 1996. 

3.  Aslanov V.I. Rec. na kn.: K.Barill. The Quatrains of Nesimi // Sov. tjurkologija. 1975. № 3. 

4.  Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982. 

5.  Quluzadə M. Böyük ideallar şairi. Bakı, 1970. 

6.  Kuluzade Z. Hurufizm i ego predstaviteli v Azerbajdžane. Baku, 1960.  

7.  Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Ankara, 1997.  

8.  Yenə onun. Zamanın axarı ilə. Bakı, 2004. 

9.  İraq-türkmən ləhcəsi. Bakı, 2004 

 

 

 

TURKAN ASKEROVA  

 

THE CREATION AND DEVELOPMENT OF HURUFIZM ON THE BASIS OF SUFIZM  

IN THE HISTORY OF THE AZERBAIJAN LITERARY LANGUAGE OF THE XIV c. 

 

(on the base of Nasimi’s language) 

 

Summary 

 

Nasimi  as  a real patriot  loved  his people,  language  and  his  motherland  Azerbaijan  with all 

his heart and soul. The Azerbaijani language for him was the expressive means not only for lyric, 

but also sufi-philosophical poems.  

According  to  the  opinions  of  researchers  both  Sufizm  and  Hürufizm  are  based  on 

pantheism. But Sufiʹs pantheism had purely philosophical, i.e passive and contemplative character 

while Hurufitʹ s pantheism was active and had social-political trend. The notion «love» Sufies and 

Hurufits  understood  as  something  holy.  For  love  they  both  were  ready  even  to  sacrifice 

themselves in order to get happiness and on this way to reach the last aim.  

 

Key  words:  Nasimi,  the  history  of  Azerbaijan  literary  language,  the  philosophy  of  Sufizm 

and Hurufism, sufizm, hurufizm  

 

 

 

 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə