N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



 

İnsaf eyləyin, bir baxın mənə! 

Mərcan eyləyir çox zəbun məni! [10. S.232].  

 

Bu  nümunələrdən  ilkində  zəbun  etmək  ‘miskin,  aciz,  əhəmiyyətsiz  etmək’  anlamını  ifadə  etdiyi 



halda  (kontekstə  görə  isə  ‘biabır  etmək’  kimi  də  dəyərləndirmək  olar),  ikinci  iqtibasda  ‘əzmək’,  ‘aciz 

duruma  salmaq’,  sonuncuda  isə  ‘məhv  etmək’  mənalarında  işlənmişdir.  Onu  da  qeyd  edək  ki,  Türkiyə 

türkcəsində zebun olmak mürəkkəb feili ilə yanaşı, zebunlamak, zebunlatmak, zebunlaşmak kimi düzəltmə quru-

luşlu  feillər  də  mövcuddur  [3.  S.944].  Zebun  olmak  və  zebun  etmek  feillərinin  türk  dilindəki  işlənmə 

özəlliklərinə  gəlincə,  bu  fars  alınmalı  analitik  formalara  istər  klassik  ədəbiyyatda,  istərsə  də  müasir 

əsərlərdə  rast  gəlmək  mümkündür.  Məsələn,  şairlik  bacarığı  ilə  seçilən  Osmanlı  imperatorlarından  I 

Səlimin (1465–1520) qələmə aldığı şeirdə oxuyuruq: 

 

Merdüm-i dideme bilmem ne füsûn etti felek 



Giryemi kıldı hûn eşkimi füzûn etti felek  

Şîrler pençe-i kahrımdan olurken lerzân  

Beni bir gözleri âhûya zebûn etti felek [11].  

 

Klassik  üsluba  yaxın  tərzdə  yazılan  əsərlərdə  zebun  etmek,  zebun  olmak  feillərindən  məhz 



klassisizmə eyham, alluzial varislik fonunun yaradılması məqsədilə istifadə edilməkdədir. Məsələn, müasir 

türk şairlərindən Ərzurumlu Halil Çolakın 2005-ci ildə qələmə aldığı şeirində oxuyuruq: 

 

Sergüzeşt ettin ey sema sen beni  



El sevgisine muhtaç ettin bu canı 

Mağdur oldum sevgide seni seveli 

Amaçsız yaşamda zebun ettin beni [12]. 

 

Müasir  Azərbaycan  ədəbi  dili  üçün  tamamən  arxaikləşmiş  fars  komponentli  KDQ  feilləri  sırasında 



zirü  zəbər  etmək  frazeoloji  birləşməsi  də  maraq  doğurur:  Eylə  qalxdı  kim,  günbəd  zirü  zəbər  oldı  [5. 

S.102];  Elə  vurdu  ki,  gündəz  alt-üst  oldu  [5.  S.200].  Dastanın  müasir  mətn  variantında  zirü  zəbər  etmək 

feilinin qarşılığı kimi qeyd olunan alt-üst olmaq frazeologizmi müasir Azərbaycan dilinin normativ frazeo-

logizmlər lüğətində də verildiyi kimi, ‘dağıtmaq’, ‘uçurmaq’ [13. S.33] mənalarını ifadə edir. 

 

Dünya еvinin səltənəti bеş gün imiş çün, 



Bünyadını yıх, ər kimi, zirü zəbər еylə! [14. S.42]. 

 

Azərbaycan  və  fars  dillərindəki  frazeoloji  vahidlərin  tam  məna  uyğunluğu  «Azərbaycan  dili 



frazeoloji  vahidlərinin  bir  qisminin  komponentlərinin  tərkibinə  görə,  aralarındakı  sintaktik  əlaqənin 

səciyyəsinə  və  ümumi  mənasına  görə  fars  dilinin  müvafiq  sabit  birləşmələri  ilə  eyniyyət  təşkil  etdiyini» 

vurğulayan  H.Bayramovun  fikirlərini  [15.  S.67]  əyani  şəkildə  təsdiqləyir.  Doğrudan  da,  fars  dilində  zir  ‘alt 

tərəf’ [10]; zəbər isə ‘üst, üstə, üstdə’ [16. S.499] mənalarını ifadə edir. «Azərbaycan və fars dillərində frazeo-

loji  vahidlərin  qarşılıqlı  ifadə  olunmasına  dair»  araşdırmasında  X.Abdullayeva  yazır:  «Frazeoloji 

vahidlərin qarşılaşdırılan iki dildə eyni forma və leksik tərkibdə əks olunması ekvivalent tərcümə (qarşılıq) 

üsulu adlanır  ki,  belə  vahidlərdə  məna  və  obrazca tam  eyniyyət,  yaxud  çox  cüzi fərq  olur»  [17. S.103].  Zirü 

zəbər  etmək  feili  frazeoloji  vahidində  fars  dilindəki  frazeologizm  olduğu  kimi  saxlandığı  halda,  köməkçi 

feil yerini türk mənşəli komponent almışdır. Fars dilindəki frazeoloji semantik ekvivalent və komponentar 

«sitat»ı kimi ortaya çıxan KDQ feili frazeologizminin müasir dilə «tərcüməsi»ndə də eyni semantik analo-

giya  izlənmişdir. Zirü zəbər etmək feilinin  müasir  dilə  nisbətən  mövqeyini  müəyyənləşdirərkən  ilk  olaraq 

onu əlavə edək ki, izahlı lüğətdə köhnəlmiş söz kimi qeyd edilən zirü zəbər ifadəsinin fonetik variantının 

mövcudluğu  da  qeyd  olunur. Məlum  olur  ki,  klassik  ədəbiyyatımızda zirü zəbər  ifadəsinin  fonetik  defor-

masiyaya uğramış zir-zəbər variantı da mövcuddur və həmin mürəkkəb söz də, eynən mənbə variantı kimi, 

etmək,  olmaq  feilləri  ilə  birləşmə  əmələ  gətirməyə  müvəffəq  olmuşdur:  zir-zəbər  etmək  –  alt-üst  etmək, 

vurub  dağıtmaq,  yerlə  yeksan  etmək,  zir-zəbər  olmaq  –  alt-üst  olmaq,  dağılmaq,  pozulmaq,  məhv  olmaq 



 

 



[2. S.680]. Nəsimi  lirikasında  yüksək  işlənmə tezliyi  ilə  seçilən zirü zəbər olmaq frazeologizminin  Azər-

baycan dilindəki işlənmə aktivliyi XIX əsrin sonlarına doğru azalmışdır: 

 

Qələndər ilə təcrid, fəna – üçü birdir, 



Nə qəm, bu üçünə aləm olursa zirü zəbər [14. S.205];  

 

Çü ə’lavü əsfəldə gördüm səni 



Nə qəm, gər cahan olsa zirü zəbər [14. S.239].  

 

XVIII  əsrin  görkəmli  söz  ustalarından  M.M.Vidadinin  həmkarı  M.P.Vaqiflə  deyişməsində 



oxuyuruq: 

 

Şiə хalqı tamam dоlar duzəхə, 



Qalarlar duzəхdə оd yaхa-yaхa, 

Mahaldır ki, biri duzəхdən çıхa, 

Cümlə оlar zirü zəbər, ağlarsan 

[18. S.403]

 

XX  əsrin  əvvəllərinədək  işləkliyini  sürdürən  zirü-zəbər  etmək  frazeologizmi  zamanla  ədəbi  dilin  aktiv 



lüğət fondunu tamamən tərk etmişdir: Bir türfətülеyndə bütün İranı zirü-zəbər еdib, sənin dərdinə əlac еdərəm 

[8. II. S.104]; Allah-taala  bu kəndə bir bəlayi-taun  göndərəcək ki,  kəndinizi  zir-zəbər  eləsin... Xudavəndi-



aləm bu kəndə bəlayi-taun göndərəcək. Kəndi zir-zəbəreləyəcəkdir [8. I. S.104]. 

 

XX  əsrlərdə  yazıb-yaratmış  Netzen  Tevfikin  (1879–1953)  şeirlərində  də  klassisizm  iddialı  ifadələr 



sırasında zirü zeber etmek feilinə təsadüf edilir: 

 

Öyle tarsîn eyledim olsa cihan zir ü zeber 



Attığım üss-i mezâlim haşre dek eyler devam 

[19].


  

 

XX əsr şairlərindən klassik üsluba özənti səciyyəli şeirlər sırasında Muhammed Fatih Bağmancının 



əsərində də zir ü zeber etmek feilinə təsadüf edilir: 

 

Razıyım sensizliğe çünkü öyle arzu ettin 



Ama bil ki bu garibi kurda kuşa yem ettin 

Belki farkında değilsin beni zir u zeber ettin 

Ahkâmımız böyle yarın sözü geri edilmez [20]. 

 

KDQ  mətnində  yer  alan  fars  komponentli  arxaik  feillər  arasında  dəstur  vermək  ifadəsini  də  qeyd 



etmək  mümkündür:  Yad  qızı  həlalıma  dəstur  versün!  [5.  S.75];  Yad  qızıdır,  arvadıma  izin  versin!  [5. 

S.173].  Dastanın  müasir  Azərbaycan  dilindəki  variantında  olduğu  kimi,  müasir  türk  dilinə 

uyğunlaşdırılmış  mətnində  də  dəstur  vermək  mürəkkəb  feili  ‘izin  vermək’  feili  ilə  qarşılanmışdır:  El  kızı 

həlalime  izin  versin  [21.  S.70].  Klassik  ədəbiyyatımızda  yetərincə  yüksək  işlənmə  tezliyinə  malik  olan 

dəstur sözü burada 1) ‘vəzir, müşavir’; 2) ‘zərdüştlərin baş kahini’; 3) ‘adət, dəb’; 4) ‘qanun kitabları’ mə-

naları  ilə  yanaşı  ‘rüsxət,  icazə’,  habelə  ‘əmr,  fərman,  göstəriş’  anlamlarını  da  ifadə  edir  [22.  S.120]. 

Dastanın  V.V.Bartold tərcüməsində isə qeyd edilir: ‘Пусть отпустит мою жену, дочь чужанина...’ buraxsın 

arvadımı,  yad  qızını  [23].  Farsca-rusca  lüğətdə  təsbit  edildiyi  kimi,  dəstur  sözünün  müasir  anlamı  daha 

çox  ‘göstəriş,  təlimat,  fərman,  əmr’,  habelə  ‘qayda,  qanun’  mənasına  uyğun  gəlsə  də,  onun  arxaikləşmiş 

semantik çalarları arasında ‘icazə, izin’ anlamı da yer alır [4]. Deməli, dəstur sözü ‘icazə, izin’ mənasında 

müasir  fars  ədəbi  dilinin  özü  üçün  də  semantik  arxaizm  nümunəsi  təşkil  edir.  Diqqətimizi  çəkən  digər 

məqam  ondan  ibarətdir  ki,  izin  sözünün  özünün  də  alınma  leksem  olması  fonunda  verilmiş  kontekstdə 

dəstur  vermək  ifadəsindən  istifadə  heç  də  təsadüfi  görünmür.  Həmin  kontekstdə  ölümlə  üz-üzə  dayanan 

Uruz bəy atası Qazan xana xitabən ‘yad qızı həlalı’ ilə bağlı məhz göstərişlərini dilə gətirir: 

 

Bir ay baqsun, – 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə