N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 

 

53 



modeli və s.), statistik metodla (qədim abidələrin statistik təhlili və s.) məşğul olur. 1979-cu ildə A.A.Axundovun 

«Riyazi  dilçilik»  [13]  əsəri  işıq üzü  gördü, bundan  əlavə onun bu  yaxınlarda  çapdan çıxmış  «Struktur  və riyazi 

dilçilik metodlarının türk dillərinə tətbiq edilməsinin bəzi xüsusiyyətləri haqqında» [14. S.172–178] yazdığı mə-

qalə böyük maraq doğurur.  

Demək olar ki, yuxarıda sadaladığımız metodlardan Azərbaycan alimləri uğurla öz tədqiqatlarından istifadə 

edirlər. Belə ki, aksiomatik metodla A.A.Axundov, A.H.Vəliyev, G.P.Melnikov [13; 15–18] modelləşdirmə me-

todu ilə K.A.Vəliyeva, V.Y.Pines, M.Ə.Mahmudov,  Z.M.Əmirov,  Ə.B.Fətullayev, Ə.M.Xəlili [19–25].  

Nəzəri-linqvistik  metodla  G.P.Melnikov,  K.A.Vəliyeva, A.H.Vəliyev, M.Ə.Mahmudov [22–24; 26–31; 

17–18] çoxluqlar, avtomatlar və alqoritmlər nəzəriyyəsindən  istifadə  K.A.Vəliyeva,  M.Ə.Mahmudov  [26; 32; 30; 

33–35], statistik metodla  V.Y.Pines,  K.A.Vəliyeva,  M.Ə.Mahmudov, C.Ə.Rəhmanov,  V.S.Sultanov,  İ.X.Şıxı-

yeva [36–38; 22; 28; 39–42; 7; 43] tədqiqat işləri aparmışlar.  

Qeyd  etməliyik  ki,  görülən  işlərlə  məhdudlaşmayacağıq,  gələcəkdə tədqiqata  cəlb  ediləcək  maraqlı 

məsələlər: şifahi  nitqin tanınması. Dillərin  kompyuter vasitəsilə tədrisi,  videoelektron  lüğətlərin  hazırlan-

ması və s. öz həllini tapacaqdır.  



Tətbiqi dilçilikdə maşın tərcüməsi 

 

Maşın  tərcüməsi  (MT)  probleminin  yarım  əsrdən  də  çox  əvvəl  yaranmasına  baxmayaraq  hələ  də 



həllini gözləyən məsələlər kimi qalmaqdadır. Dilçilikdə MT sisteminin müasir vəziyyəti barədə V.N.Qera-

simov,  Y.Marçuk  «Maşın  tərcüməsinin  müasir  vəziyyəti»  adlı  məqaləsində  geniş  şərh  etdiyindən  biz 

burada türkologiya və Azərbaycan dilçiliyində aparılan tədqiqatları nəzərdən keçirəcəyik.  

Türkologiyada  isə  maşın  tərcüməsi  problemi  geniş  tədqiq  olunmamış,  bu  sahədə  ilk  tədqiqat  işi 

1961-ci ildən başlanmışdır.  

L.F.Dostertin rəhbərliyi ilə ABŞ-ın Corctaun Universitetindəki türk və ingilis dilləri üzrə müqayisəli 

şəkildə tədqiqat  işləri aparılmış,  ingiliscə-türkcə tərcümə sistemi  yaradılmışdır. Sistemə alqoritm  və  lüğət 

daxil  edilmişdir.  Həmin  dillər  üzrə  hazırlanmış  MT  sistemi  üçün  3500  sözdən  ibarət  mətn  seçilmişdir. 

Sistemə  daxil  edilmiş  lüğət  700  sözdən  ibarət  olmuşdur.  Türk  dili  lüğətindəki  sözlər  ingilis  dilindəki 

sözlərin  ekvivalenti  olub  əsas  və  şəkilçilərin  siyahısından  ibarətdir.  Burada  hər  bir  sözdə  uyğun 

məlumatlar  qeyd  olunur:  yəni  əvəzləmələr  (nitqdə  səs  əvəzlənmələri,  yazıda  isə  hərf  əvəzlənmələri), 

saitlərin  ahəngi,  şəkilçilərin  bir-birinə  nəzərən  sıra  mövqeyi  nəzərə  alınmışdır  [44.  S.188–192].  70-ci 

illərin sonunda bu problemə  yenidən baxılıb. Son  illərdə Türkiyədə  Bilkənd  Universitetində Kemal Ofsa-

zerin rəhbərliyi ilə türk dilindəki cümlələrin morfoloji analizi tədqiq olunmuşdur [45]. MT sistemində tatar 

dilinin  sintaksisi  üzrə  60–70-ci  illərdə  F.A.Dreyzin  [46],  P.K.Bayramova  [47],  morfoloji  təhlil  üzrə 

N.A.Xalitova  [48–49],  H.F.İsxakova  özbək  dili üzrə  [50], sintez üzrə  N.Yakubova  [51],  monqol  dili üzrə 

M.İ.Otkupşikova [52], çuvaş dili üzrə G.O.Efremov [53] tədqiqat işləri aparmışlar.  

 

Azərbaycan  dilçiliyində  maşın  tərcüməsi  probleminin  tədqiqi  60-cı  illərin  sonunda  başlanılmışdı 



[33]  sistemin  ən  mühüm  mərhələlərindən  biri  sözün  sintezi  [30],  avtomatik  lüğətin  tərtibi  [35]  kimi 

məsələlər  baxılmış,  iltisaqi  dillərə  xas  olan  qanunauyğunluqları:  ahəng  qanunu,  morfemlərin  söz 

formasında sıra düzümü, kök ilə morfemlərin sərhədində morfonoloji dəyişmələrin formal təsviri verilmiş 

və  qurulmuş  alqoritmə  əsasən  tərtib  edilmiş  proqram  kompyuterdə  yoxlanılmış  istənilən  nəticələr  əldə 

edilmişdir.  Yəni  sintez  prosesində  kök  ilə  şəkilçilər  birləşərkən  ahəng  qanununa,  morfemlərin  sıra 

düzümünə morfoloji dəyişmələrə riayət olunmaqla düzgün söz formaları yaranmışdır.  

70-ci  illərin  sonunda  MT  sistemində  xüsusi  yer  tutan  morfoloji  təhlil  mərhələsinə  toxunulmuşdur. 

Burada  sintez  prosesindən  fərqli  olaraq  morfoloji  təhlildə  söz  formaları  diferensial  hissələrə  ayrılır.  Belə 

ki,  onları  avtomatik  yolla  mənsub  olduğu  siniflərə  ayırmaq  üçün  morfemlərin  siyahısı,  əsasların 

qrammatik səciyyələri ilə linqvistik baza kimi kompyuterin yaddaşına daxil edilir [34]. Bundan başqa MT 




 

 

54 



sistemlərində nəzərə çarpacaq səmərə verən tezauruslar ayrı-ayrı söz formalarının analizi və tərcüməsi ilə 

deyil,  həm  də  mətndə  sabit  söz  birləşmələrinin  analizi  və  tərcüməsinin  düzgünlüyünü  yoxlayan  semantik 

komponent kimi tədqiqata cəlb edilmişdir [54–55]. Burada mətnin mənaca formal analizi, yəni mətnin av-

tomatik  başa  düşülməsinin  təmin  olunması  iki  əsas  əməliyyatın  yerinə  yetirilməsini  nəzərdə  tutur.  Sözlər 

arasında semantik  əlaqələrin aşkar  edilməsi  və  onların  bu  və  ya  digər  formada təsvirləri,  məlumat axtarış 

tezaurusları da həmin funksiyaları yerinə yetirir, belə ki, tezaurus ilk növbədə predmet sahəsini təsvir edən 

məlumat axtarış dilinin semantik vahidləri arasında münasibəti aşkarlamaq üçün nəzərdə tutulmuşdur [56. 

S.38–39].  90-cı  illərdən  başlayaraq  MT  sistemində  mürəkkəb  mərhələ  hesab  edilən  cümlənin  sintaktik 

təhlili və sintezi məsələsi tədqiqata cəld edilmişdir [57]. Aparılan tədqiqatda sintaktik, morfoloji səviyyədə 

dilin  formal  modelləri  qurulmuş  və  eyni  zamanda  cümlə  tiplərinin  formal  modelləri  hazırlanmışdır.  Sintaktik 

sintezdə söz formalarının törəndiyi prosesdə baş verə biləcək fonetik, morfoloji dəyişikliklər tədqiq olunmuşdur.  

Son  illərdə  kompyuter  vasitəsilə  mətnlərin  avtomatik  redaktə  edilməsi  ilə  əlaqədar,  cümlə  quruluşunun 

düzgünlüyünün,  söz  formalarının  orfoqrafik  qaydalara riayət  olunmasının  (ahəng  qanununun  morfemlərin  kökə 

nəzərən tutuqları mövqeyinin, qrafem düşümü hadisələrinin yoxlanılması), söz formaları arasındakı sintaktik, se-

mantik və qrammatik əlaqələrin söz formalarının sətirdən-sətrə keçirilməsi qaydalarının və durğu işarələrinin işləmə 

qaydalarının  yoxlanılması  məsələləri  tədqiqata  cəlb  edilmişdir  [32;  58–61;  41;  56].  Qeyd  etməliyik  ki,  MT  üzrə 

aparılan  tədqiqat  işlərinin  əksəriyyəti  nəzəri  səciyyə  daşıyırdı.  Son  illər MT sistemində praktiki cəhətə,  daha  çox 

üstünlük  verilmiş,  bu  baxımdan  Azərbaycan  dili  mətnlərinin  düzgünlüyünü  yoxlayan  Az  Spellcheck  sistemi  yara-

dılmış  və  Windows  sisteminə  daxil  edilərək  realizə  olunmuşdur.  Bundan  başqa  böyük  maraq  doğuran  bir  sıra 

tədqiqatlar  aparılmış,  o  cümlədən  elektron  məkanında  Azərbaycan  dili  ilə  bağlı  Firudin  Əhmədovun  elektron 

imkanlar: Azərbaycan dili və türk dillərinin inteqrasiya problemlərinə konseptual yanaşma əsəri diqqəti cəlb edir 

[21]. Əsərdə bir-biri ilə bilavasitə bağlı olan iki əsas istiqamətin problemlərinə toxunulmuşdur: 

 

1. Türk  qrupu  dillərinin  qohum, uyğun  olmasından türk xalqlarının  və  dövlətlərinin  yaxınlığının  və 



birliyinin inkişafı üçün maksimum və effektiv istifadə edilməsi; 

2. Ayrı-ayrı türk dillərinin qorunması, inkişafı və layiqli istifadəsinin təmini üçün ölkələrin müvafiq 

qurumlarında  əlaqələndirilmiş  şəkildə  fəaliyyətinin  təşkil  edilməsi  [21.  S.3].  Böyük  praktiki  əhəmiyyət 

kəsb  edən  tədqiqatlardan  Ə.Fətullayevin  Azərbaycan  dilinin  formal  modellərinin  yaradılması  və  onların 

əsasında  linqvistik  prosessorların  qurulmasıdır  [24].  Tədqiqatda  leksik  və  morfoloji  səviyyədə  dilin  xas-

sələrinin tədqiqi və bu xassələrin analizi üçün uyğun riyazi alqoritm və metodlar işlənmişdir. Hazırlanmış 

alqoritm  Mətnlərin  Avtomatik  Emalı  sisteminə  tətbiq  edilmiş  və  tərtib  olunmuş  morfoloji  lüğətlər 

kompyuter  lüğəti  sisteminə  daxil  edilmişdir.  Bundan  başqa  təklif  olunan  metodlar  «Azərbaycan  dilində 

mətnlərin düzgünlüyünü yoxlayan» sistemdə istifadə olunmuşdur [23].  

 

Bədii  tərcüməyə  gəlincə  isə  dillərin  fərqli  xüsusiyyətlərindən,  eyni  obyekt  və  situasiyaların  müxtəlif 



dillərdə müxtəlif cür ifadə olunmasından doğan çətinliklərlə qarşılaşdığından hələ də həll yolları axtarılmaqdadır. 

Bu baxımdan N.İskəndərovanın «Tərcümələrin adekvatlığının proqram-tezlik və keyfiyyət-semantik təhlili və bu 

təhlilin müxtəlif dillərdəki tərcümələrə tətbiqi» adlı dissertasiyası öz aktuallığı ilə nəzəri cəlb edir. N.İskəndərova 

tamamilə  haqlı  olaraq  qeyd  edir  ki,  tərcümənin  adekvatlığına  orijinal  bədii  əsərin  xüsusiyyətləri  və  semantik-

üslubunun vəhdəti ilə nail olmaq olar [62. S.8]. Məhz adekvatlıq üçün əsas iki meyar: məna və üslubdur ki, onları 

da müəyyənləşdirmək o qədər də asan başa gəlməyir. Adekvatlığın komponentlərindən biri olan üslubun orijinala 

uyğun  ilk  növbədə  müəllifin  üslubu,  tərcüməçinin  üslubu  və  tərcümə  prosesində  onların  uyuşma  dərəcəsi  təyin 

olunmalıdır. İşdə ilk dəfə olaraq tərcümələrin adekvatlığını müəyyənləşdirmək və kəmiyyətcə qiymətləndirilməsi 

üçün  kompyuter  vasitəsilə  A.P.Çexovun  «Qağayı»  əsərinin  Azərbaycan  və  ingilis  dillərindəki  tərcümələrinə 

statistik-tezlik, keyfiyyət-semantik üsullar tətbiq olunmuşdur.  

Maşın  tərcüməsində  qeyd  etdiyimiz  kimi  formal  qrammatikaların  hazırlanması  ən  mühüm 

problemlərdəndir  ki,  bu  baxımdan  son  illərdə  aparılmış  tədqiqatlardan  Ə.Xəlilinin  formal  qrammatikası 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə