N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 

 

59 



ğunluqlarını  öyrənmək  lazımdır.  Bu  isə  kibernetikanın  ən  maraqlı  və  mühüm  problemlərindən  biridir. 

Məlumdur ki, təfəkkür prosesinin əsası əsəb fəaliyyəti ilə bağlıdır. Əsəb fəaliyyəti digər sahələrdən fərqli 

olaraq (məntiq, psixologiya, fiziologiya) kibernetikada yeni metodla, idrak proseslərinin modelləşdirilməsi 

yolu  ilə  öyrənilir.  Elmin  indiki  səviyyəsində  insan  intellektinin  və  hisslərinin  yalnız  cüzi  bir  hissəsini 

modelləşdirə bilərik.  

Son  zamanlar  «süni  intellekt»  üzrə  nəzəri  və  praktiki  tədqiqatlar  çoxalmışdır  [9].  Məşhur 

riyaziyyatçı  D.Hilbert  yazır  ki,  ayrı-ayrı  xalqlar  yalnız  o  zaman  müvəffəqiyyət  qazana  bilərlər  ki,  qonşu 

xalqlar  da  müvəffəqiyyət  əldə  etmiş  olsun,  eləcə  də  dövlətin  asayişi  üçün  təkcə  daxili  qayda-qanunlar 

deyil, dövlətlər arasındakı münasibətlər nizama salınmalıdır. Elmdə də vəziyyət bu şəkildədir [76. S.218]. 

D.Hilbertin bu  müddəası  hal-hazırda  elmlər arasındakı  qarşılıqlı  əlaqə  də birinci  dərəcəli  əhəmiyyət  kəsb 

edir.  Bu  baxımdan  kibernetikanın,  elmi-texniki  tərəqqinin  yüksək  inkişafı  dövründə,  elmlər  qarşısında 

duran problemlərin kompleks şəkildə öyrənilməsində, yuxarıda qeyd etdiyimiz kimi, o cümlədən dilçilikdə 

də böyük rolu vardır.  

Kibernetikanın  dilçilik  ilə  əlaqəsi  50-ci  illərdən  başlamışdır.  Şübhəsiz  ki,  bu  əlaqə  kortəbii  olma-

mışdır. Hər iki sahənin qarşısında duran məsələlər onları bir-birinə yaxınlaşdırmışdı.  

Dilçiliyin  əsas  obyekti  cəmiyyətin  tarix  boyu  mühafizə  etdiyi  müxtəlif  konkret  insan  dillərini, 

kibernetikanın  isə  yuxarıda  qeyd  etdiyimiz  kimi,  məlumatların  saxlanılması,  verilməsi  proseslərinin 

ümumi  qanunauyğunluqlarını  öyrənməkdir.  Bu  baxımdan  hər  iki  sahənin  bir-birinə  qovuşması  bir  çox 

maraqlı tədqiqatların aparılması üçün zəmin yaratdı.  

Kibernetikanın dilçiliyə yaxınlaşmasında aşağıdakı əsas 3 amilin mühüm rolu olmuşdur: 

 

1. Kibernetikanın inkişafı, insanla maşının bilavasitə ünsiyyəti zəruriliyini doğurmuşdur.  



Aydındır  ki,  bu  ünsiyyət  (təbii  dil,  süni  dillərdən  daha  üstün  olduğundan)  təbii  dillər  vasitəsilə  həyata 

keçirildikdə, kibernetikanın öhdəsinə maşına insan dilini «öyrətmək» düşür.  

Bu məsələni yalnız dilçiliyin köməyi ilə həll etmək olar.  

2.  EHM-lərə  insanın  zehni  fəaliyyətinin  müəyyən  hissəsini  «verməklə»,  onların  tətbiq  dairəsini 

genişləndirmiş oluruq. Bu zaman yenə də təbii dillərə müraciət etməli oluruq. Məlumdur ki, riyazi dillərdə 

də təbii dilin əhəmiyyətli rolu vardır.  

3. Dil mürəkkəb sistemə malikdir, kibernetika da məhz bu tipli sistemləri öyrənməyi qarşısına məq-

səd  qoymuşdur.  Bu  cəhətcə  dilçilik  kibernetikaya  maraqlı  faktik  material  verə  bilər  və  kibernetik 

metodların təkmilləşməsində faydalı rol oynayır.  

 

Kibernetikanın  isə  dilçilikdə  tətbiq  edilmə  dairəsi  başlıca  olaraq  maşın  tərcüməsi  (MT)  məlumat 



axtarışı,  şifahi  nitqin  qavranması,  mətnlərin  avtomatik  təhlili  və  s.  problemlər  üzrə  cərəyan  edir  [76. 

S.295–296].  

Son  zamanlar  bu  istiqamətlər  üzrə  geniş  elmi-tədqiqat  işləri  aparılır  [77;  10].  Hal-hazırda  elmi-

texniki ədəbiyyatın maşın tərcüməsi sistemi hazırlanmışdır.  

Mətnlərin  leksik-statistik  təhlili  üzrə  müəyyən  tədqiqatlar  aparılmış,  müxtəlif  tipli  lüğətlər  (tezlik, 

əks və s.) tərtib olunmuşdur  [36–37; 78; 38; 42].  

Kibernetikanın  əsas  problemlərindən  biri  olan  şifahi  nitqin  avtomatik  qavranması  məsələsinin  həlli 

isə  texnikanın  o  cümlədən  kompyuterlərin  səslər  vasitəsilə  idarə  edilməsinə  geniş  imkanlar  yaradacaqdır. 

Azərbaycan  dilçiliyində  yuxarıda  qeyd  etdiyimiz  kimi,  EHM-in  köməyi  ilə  aşağıdakı  tədqiqat  işləri  apa-

rılmışdır [36–37; 73; 38; 16–28; 40; 79–80]: 

 

1.  EHM vasitəsilə lüğətlərin tərtibi; 



2.  Avtomatik  lüğətin  tərtibi  problemi  ilə  əlaqədar  Azərbaycan  dilinin  fel  formalarının  modelinin 

quruluşu;  




 

 

60 



3.  Azərbaycan dilində söz sintezinin formal təsviri; 

4.  MT sistemində morfoloji analiz; 

5.  Kibernetikada maşın tərcüməsi problemi.  

 

Sadaladığımız  tədqiqatların  qısa  şərhi  yuxarıda  verilmişdir.  Burada  Azərbaycan  dilçiliyində  EHM 



vasitəsilə aparılan işlərin haqqında qısa məlumat verək.  

 

EHM vasitəsilə lüğətlərin tərtibi 

 

Elmi-texniki  inqilab  dövründə  kibernetikanın  bəhrəsi  olan  elektron  hesablayıcı  maşınların  sürətlə 



inkişafı  əqli  əməyin  avtomatlaşdırılması  üçün  zəmin  yaratmış  və  geniş  perspektivlər  açmışdır.  EHM 

vasitəsilə aparılan tədqiqatlar dilçiləri leksikoqrafiyada mexaniki, yorucu, ağır zəhmət tələb edən, yəni ma-

terialların  qruplaşdırılması,  sortlaşdırılması,  inventarlaşdırılması,  redaktə  edilməsi  kimi  işləri  görməkdən 

azad etdi.  

Məhz son illərdə EHM-lərdən lüğətçilikdə istifadə olunma dairəsi genişlənmişdir. Bu məqsədlə hələ 50-ci 

illərdə Avropada elektron hesablayıcı maşın ilə təchiz olunmuş iki böyük laboratoriya təşkil etmişdir. Bunlardan 

biri Bezansondakı fransız dilinin lüğətini öyrənən mərkəzin nəzdindəki leksikoloji analiz laboratoriyası, digəri isə 

İtaliyadakı filoloji analiz üzrə dilçilik mərkəzinin laboratoriyasıdır [81. S.5–12]. Bundan başqa Hollandiyada F. de 

Tollenerin rəhbərliyi altında EHM-lərin köməyi ilə leksikoqrafik tədqiqatlar aparılır [81. S.10–11].  

Rusiya elmi mərkəzlərin əksəriyyətində EHM-in tətbiqi ilə əlaqədar xeyli işlər görülmüşdür [82–83; 

70].  Bu  mərkəzlərdə  hesablayıcı  texnika  vasitəsilə  müxtəlif  tipli  lüğətlər  yəni  mətndəki  sözlərin  işlənmə 

tezliyini  göstərən  tezlik  lüğətləri,  tərkibində  müəyyən  söz  olan  bütün  mətndəki  ifadələrin  siyahısını  gös-

tərən  konkordanslar,  sözün  sonundan  asılı  olaraq  əlifba  sırası  ilə  sıralanan  əks  lüğətlər,  qafiyə  lüğətləri, 

maşın tərcüməsi sistemi üçün hazırlanan avtomatik lüğətlər və s. tərtib edilmişdir. Adları çəkdiyimiz lüğətlər 

haqqında  V.Y.Pines  və  M.Ə.Mahmudovun  «Elektron  hesablayıcı  maşınlar»  dilçilikdə  icmal  məlumatında 

kifayət qədər dolğun məlumat verilmişdir [29].  

Burada  yalnız  Azərbaycan  dilçiliyində EHM  vasitəsilə tərtib  olunan  lüğətləri  nəzərdən  keçirəcəyik. 

Bu məsələyə toxunmazdan əvvəl EHM və onun işləmə prinsipi haqqında qısa məlumat verək.  

Məlumdur  ki,  «insan–maşın»  sistemində  tədqiq  olunan  məsələlər  aşağıdakı  mərhələlər  üzrə  həll 

edilir [84. S.307–308].  

 

1.  Məsələnin qoyuluşu (mütəxəssis tərəfindən); 



2.  Məsələnin riyazi qoyuluşu; 

3.  EHM-in  girişinə  daxil  olunacaq  materialların  (ilk  verilənlərin)  hazırlanması,  yəni 

kodlaşdırılması);  

4.  Məsələnin həlli üçün uyğun metodların seçilməsi; 

5.  Məsələnin alqoritminin qurulması və onun blok-sxeminin hazırlanması; 

6.  Qurulmuş alqoritmin proqramlaşdırılması; 

7.  Məsələnin EHM-də həlli; 

8.  EHM-də alınan nəticələrin araşdırılması. 

 

Lüğətlərin tərtibi məsələsi ilə əlaqədar bu mərhələləri qısa da olsa xarakterizə edək.  



Məsələnin riyazi  qoyuluşu  deyərkən  verilənlərin  (bizim  qoyduğumuz  məsələnin xarakterindən asılı 

olaraq bu halda materialları nəzərdə tutulur) ədədi şəklə gətirilməsi – yəni kodlaşdırılması, onun tərkibinə 

daxil olan hissələrin həlli nəzərdə tutulur.  

Tərkib hissələrinin ardıcıl həlli qoyulmuş məsələni tamamlayır.  




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə