N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 

 

61 



Əlbəttə,  məsələnin  həlli  üçün  ona  uyğun  metodlar  araşdırılarkən  qarşıya  çıxan  müxtəlif 

variantlardan  optimalını  seçmək  lazımdır.  Məsələn,  tezlik  lüğətinin  tərtibi  zamanı  əlverişli  metod  artıq 

standart hala  keçmiş sortlaşdırma  metodudur. Seçilmiş üsula  əsasən  isə  məsələnin alqoritmi  qurulmalıdır. 

Alqoritmin tərifinə gəlincə isə ədəbiyyatda aşağıdakı kimi təsviri verilir.  

Alqoritm  –  elə  hesablama  sistemidir  ki,  müəyyən  dəqiq  əməliyyatlarla  (qaydalarla)  ardıcıl 

addımlardan sonra qoyulmuş məsələnin həllinə gətirib çıxarır.  

Alqoritm  qurulduqdan  sonra  məsələnin  EHM-də  realizə  edilməsi  üçün  proqram  tərtib  olunmalıdır. 

Qurulmuş alqoritmə əsasən isə proqram hazırlanır. Proqram ayrı-ayrı əməliyyatların maşın əmrləri ilə ifadə olun-

muş  yazılışından  ibarətdir.  Hər  bir  əmr  müəyyən  rəqəm  vasitəsilə  ifadə  olunmalıdır.  Məlumdur  ki,  hesablama 

maşınlarının özünəməxsus əmr sistemi vardır.  

Əmrlər  sisteminə  hesab  əməlləri,  məntiqi  idarəedici  əməliyyatlar  daxildir.  Hər  bir  əmr  müəyyən 

informasiya  daşıyır.  Yəni  kodun  bir  hissəsi  yerinə  yetiriləcək  əməliyyatı,  digəri  isə  həmin  əməliyyatın 

hansı  rəqəmlər  (kodlar)  üzərində  yetirilməsini  göstərir.  Maşında  əmrlər  onlar  üçün  əvvəlcədən  ayrılmış 

xüsusi  xanələrdə  (oyuqlarda)  yaddaşda  yerləşdirilir.  Alqoritm  proqramlaşdırıldıqdan  sonra  son-mərhələ 

onun  EHM-də  realizə  olunması  başlanır.  Proqram  maşına  daxil  edilir,  onu  təşkil  edən  ayrı-ayrı  hissələr, 

yəni  bloklar  yoxlanılır. Çünki proqram  qurularkən şübhəsiz  ki,  müəyyən xətalara  məntiqi  və  ya  mexaniki 

səhvlər  yol  verilə  bilər.  Məhz  yoxlama  zamanı  müəyyən  buraxılmış  səhvlər  bilavasitə  maşında  insan 

tərəfindən  düzəldilir.  Müasir  maşınlarda  bu  düzəliş  displeydə  aparılır.  Bəzən  səhvlərdən  asılı  olaraq  maşın 

dayanır. Belə  halda da proqramda  müəyyən səhvə  yol  verilmiş,  ya  da  maşının  qurğularında  müəyyən  mexaniki 

nasazlıq baş vermişdir. Proqram maşında yoxlanıldıqdan sonra proqramın bütün blokları düzgün  işləyirsə, artıq 

onu tamamilə insanın iştirakı olmadan avtomatın ixtiyarına vermək olar.  

Bu zaman maşının idarəedici pultundakı avtomat düyməni açmaq kifayətdir. Məsələnin alqoritminə 

gəlincə isə tezlik lüğətləri üçün tərtib olunmuş alqoritm aşağıdakı ardıcıllıqla yerinə yetirilmişdir: 

 

1.  Mətndəki sözlərin seçilməsi; 



2.  Sözlərin əlifba sırası ilə düzülüşü; 

3.  Hər bir sözün işlənmə tezliyinin hesablanması; 

4.  Alınan massivin işlənmə tezliyindən asılı olaraq əlifba sırası ilə düzülüşü; 

5.  Alınan nəticənin çap edilməsi.  

 

Bu  alqoritmə  əsasən  dilin  riyazi-statistik  metodlarının  köməyi  ilə  tədqiqində  Azərbaycan 



dilçiliyində  önəmli  yer  tutan  tezlik  lüğətlərinin  tərtibi  oldu.  Məlumdur  ki,  tezlik  lüğətlərində  sözlər  və 

onların  mətndəki  işlənmə  tezliyinin  göstəricisi  qeyd  olunur.  Bu  lüğətləri tərtib  edərkən bir sıra çətinliklər 

qarşıya çıxır. Birinci mətnləri elə seçmək lazımdır ki, kafi qədər ədəbi dil normalarını özündə əks etdirmiş 

olsun.  Bu  bir  o  qədər  də  asan  iş  deyildir.  İkinci,  daha  mürəkkəb  məsələ,  mətnlərin  ümumi  həcmini  seç-

məkdən  ibarətdir.  Azərbaycan  dilinin  tezlik  lüğəti  üçün  əsas  mənbə  qəzet  materialları  olmuşdur.  İxtiyari 

götürülmüş mətnlərdən 100 min söz götürülmüşdür.  

Tezlik  lüğətlərinin  tətbiqinin  məlumatların  avtomatik  işlənməsində  avtomatik  tərcümədə,  referat-

laşdırmada, poliqrafiyada, kriminalistikada, anonim yazıların müəlliflərini müəyyənləşdirməkdə müstəsna 

əhəmiyyəti vardır.  

Yuxarıda danışdığımız lüğətlərin EHM-da necə tərtib olunması prosesini nəzərdən keçirək.  

EHM-in  köməyi  ilə  ilk  tezlik  lüğəti  H.Yosselson  tərəfindən  tərtib  olunmuşdur.  Hal  hazırda  EHM-in 

köməyi ilə yüzlərlə müxtəlif xarakterli tezlik lüğətləri tərtib olunmuşdur. Ümumiyyətlə, dünya miqyasında 500-ə 

qədər  tezlik  lüğəti  bizə  məlumdur.  Bunların  bir  qismi  texniki  vasitəsiz,  yəni  əl  ilə  uzun  illərin  zəhməti  bəhrəsi 

kimi,  digər  qismi  EHM-in  köməyi  ilə  tez  bir  zamanda  əldə  edilmişdir.  Misal  üçün  mətndən  seçilmiş  200  min 

sözdən  ibarət olan siyahıdan tezlik  lüğətini tərtib  etmək  üçün tədqiqatçı 2 il  vaxt sərf  etməlidir. Ancaq EHM-in 

köməyi  ilə  həmin  işi  3  aya  görmək  mümkündür.  Burada  əsas  çox  vaxt  aparan  iş  mətnlərdəki  sözləri  kodlaş-




 

 

62 



dırmaqdır. Əgər hər  gün 7 saat ərzində 4000 söz  kodlaşdırılsa, onda EHM-də  lüğətin tərtibinə 12 saat vaxt sərf 

edilər.  

 

EHM vasitəsilə tərtib edilən lüğətlər aşağıdakı mərhələlər üzrə aparılır: 



 

1.  Tərtib ediləcək lüğətin növündən asılı olaraq blok-sxemə əsasən proqram qurulur;  

2.  Lüğətlər üçün hazırlanmış materiallar kompyuterdə yığılır; 

3.  Alqoritmə əsasən qurulmuş proqram kompyuterin yaddaşına daxil edilir; 

4.  Alınan nəticələr çap qurğusu – çıxışda çap edilir.  

 

EHM-də tezlik lüğətinin tərtibi isə aşağıdakı alqoritm üzrə görülmüşdür: 



 

1.  Mətndəki sözlərin seçilməsi; 

2.  Sözlərin əlifba sırası ilə düzülməsi; 

3.  Hər bir sözün işlənmə tezliyinin hesablanması; 

4.  Alınan massivin işlənmə tezliyindən asılı olaraq əlifba sırası ilə düzülməsi; 

5.  Alınan nəticənin çap edilməsi.  

 

Azərbaycan qəzet dilinin tezlik lüğəti bu silsiləyə daxildir. Əvvəldə qeyd etdiyimiz kimi, ilk tezlik lüğəti 



1997-ci ildə işıq üzü gördü [36]. Sonralar onun yenidən işlənmiş variantı 2004-cü ildə nəşr olundu [37]. 2010-

cu  ildə  isə  Azərbaycan  dilinin  tezlik  lüğəti  çap  edildi  [38].  Bu  lüğətin  tərtibi  üçün  Azərbaycan  dilinin  bütün 

üsulları  təmsil  olunmaqla  təxminən  50  mln.  yaxın  söz  formadan  ibarət  mətnlər  linqvostatistik  təhlilə  cəlb 

olunmuşdur.  Lüğətdə  12  000-ə  yaxın  söz  kökü  əhatə  olunmuşdur.  Azərbaycan  tezlik  lüğəti  leksikanın 

statistik  modeli  kimi ümumi  leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin  həllində əvəzsiz  mənbə 

rolunu oynayır.  

 

Bundan başqa tarixi abidələrin  öyrənilməsində statistik  metodların tətbiqi təkzibolunmaz əhəmiyyət  kəsb 



edir. Dünya dilçiliyində hind-avropa dillərinin qrupları arasındakı qohumluq əlaqələrinin aşkar edilməsində 1927-

ci  ildə  ilk  dəfə  Polşa  alimi  Yan  Çekanovski  məhz  bu  metoddan  istifadə  etmişdir  [84].  Amerika  alimi  Morris 

Svodeş  isə 1948-ci  ildə  leksik-statistik  metoddan  istifadə edərək  dillərin lüğət fondunu  öyrənərkən  belə  qənaətə 

gəlmişdir  ki,  bütün  dillərin  əsas  lüğət  fondu  sabit  sürətlə,  yavaş-yavaş  dəyişir  [85].  Eləcə  də  dillərin  tipoloji 

öyrənilməsində də statistik metodların böyük rolu vardır.  

Azərbaycan dilçiliyində tarixi abidələrin o cümlədən yazılı abidələrin kompyuterlərdə tədqiqi ilə bağlı 

«Kitabi-Dədə  Qorqud»un  1988-ci  ildə  nəşr  olunmuş  tənqidi  mətni  üzrə  (tərtibçilər:  F.Zeynalov,  S.Əlizadə) 

əlifba-tezlik  və  əks  əlifba  siyahısı  hazırlandı  [28].  Burada  tezlik  siyahısı  on  minə  yaxın  söz  formanı  əhatə 

edir. Dastanda qeydə alınmış sözlər işlənmə tezliyinə görə azalma sırası ilə verilmişdir.  

Əlifba-tezlik  siyahısında  isə  söz-formalar  işlənmə  tezliyinə  görə  deyil,  əlifbaya  görə  düzülmüşdür. 

Tərtib olunmuş bu siyahının dil tarixi ilə məşğul olan mütəxəssislər üçün böyük əhəmiyyəti vardır.  

Klassik  irsimizdən  M.Füzulinin  nəzm  əsərlərinin  statistik-distributiv  təhlili  tədqiq  olunmuşdur. 

Əlbəttə, 

klassik 


ədəbiyyata 

müraciətin, 

müəlliflərinin 

əsərlərində 

üslubi 

xüsusiyyətlərinin 



özünəməxsusluğunu  aşkar  etmək,  işlənmə  tezliyinin  göstəricilərini  müqayisə  etməklə  naməlum  müəllifli 

əsərlərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar.  

Bundan  başqa  Azərbaycan  dilçiliyində  linqvistik  tədqiqatlarda  bir  çox  problemlərin  həllində  geniş 

istifadə olunan Azərbaycan dilinin əks lüğəti tərtib edilmişdir [78].  

Əks  lüğət  adı  altında  nə  başa  düşülür  və  onun  adi  lüğətlərdən  (ikidilli,  izahlı  və  s.)  fərqləndirən 

cəhət nədir? 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə