N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 

 

63 



Əks  lüğətlər adi  lüğətlərdən  quruluşuna  görə  fərqlənirlər. Adi  lüğətlərdə sözlər başlanğıc  hərflərinə 

görə  əlifba  sırası  ilə  düzülürlər.  Əks  lüğətlərdə  isə  sözlər  sonuncu  hərflərinə  görə  əlifba  sırası  ilə 

yerləşdirilir. Məs.:  

 

Adi lüğət 



 

Əks lüğət 

Ağır 

Şura 


Udmaq 

Oturmaq 


Təsəlli 

Çiçəkli 


Ciçəkli 

Təsəlli 


Şura 

Ağır 


 

Misallardan  görünür  ki,  əks  lüğət  tərtib  olunarkən  sözlər  sağ  tərəfdən  eyni  şaquli  ox  boyunca,  adi 

lüğətlərdə isə sol hissədən şaquli ox boyunca yerləşdirilir.  

«Azərbaycan  dilinin  əks  lüğəti»,  «Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti»  əsasında  tərtib 

olunmuşdur.  Bundan  başqa  «Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti»ndə  iştirak  etməyən  sözlər 

«Azərbaycanca-rusca»  lüğətdən  götürülərək  əks  lüğətə  daxil  edilmişdir.  «Azərbaycan  dilinin  əks  lüğəti» 

türk dilləri üzrə tərtib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab edilə bilər.  

Azərbaycan dilinin əks lüğətinin qısa da olsa, tətbiq dairəsini xarakterizə edək.  

Azərbaycan  dilinin  əks  lüğəti  fonologiya,  morfologiyadan,  ehtimologiyadan  başqa  linqvistikanın  digər 

sahələrində aparılan tədqiqat işləri üçün ən zəngin mənbədir: 

 

1.  Fonologiyada  səslərin  tədqiqində,  xüsusilə  əsaslarda  müşahidə  edilən  proseslərin  izlənməsində, 



sözlərdəki  sonuncu  səslər  qrupunun  aşkar  edilməsində  əks  lüğətin  əhəmiyyəti  böyükdür.  Məs.:  əsaslarda  gedən 

morfonoloji proseslərin öyrənilməsində, yəni kök ilə şəkilçi birləşərkən səs əvəzlənmələri ilə əlaqədar (k ~ yt ~ 



dq ~ ğ) məsələlərdə k, t, q ilə qurtaran sözlər qrupunun tapılmasında əks lüğətin rolunu inkar etmək olmaz.  

2.  Əks lüğət morfologiya bəhsinin tədrisində köməkçi vasitə rolunu oynayır: 

a)  söz  yaradıcı  modellərin  tədrisində  tədqiqatçıya  lazım  olan  modellər  qrupunu  mü-

əyyənləşdirməkdə (misal üçün -çı, -çi, -çu, -çü şəkilçilərilə isimlər qrupunu tədqiq edərkən); 

b)  bir  tədqiqat  obyekti  kimi  tədqiqatçıya  lazım  olan  fellər  qrupunun  aşkar  edilməsində  məsələn 

sonu -maq, -mək ilə qurtaran modellərin tapılmasında tətbiq edilir; 

c)  əks  lüğət  şəkilçilərin  söz  yaradıcılığında  kəmiyyət  göstəricilərinin  təyini  üçün  zəngin  material 

verir. 


Bundan başqa alınma sözləri əks lüğətin vasitəsilə asanlıqla tapmaq olar.  

3.  Avtomatik tərcümədə, xüsusilə morfoloji analizdə əks lüğətlərdən geniş istifadə etmək olar; 

4.  Tekstoloji  və  poliqrafik  xarakterli  müxtəlif  tipli  məsələlərin  həllində,  məsələn  yazısı  pozulmuş 

və korlanmış mətnlərin əlyazmalarının oxunması çətinlik törətdikdə əks lüğətə böyük ehtiyac duyulur.  

5.  Müəyyən  dildə,  lakin  naməlum  yazı  və  ya  koda  yazılmış  mətnlərin  oxunması  ilə  əlaqədar 

məsələlərin  həllində  yuxarıda  göstərilən  oxşar  vəziyyət  yaranır.  Belə  hallarda  əks  lüğət  tədqiqatçıya  böyük 

fayda verə bilər.  

6.  Qafiyələrin seçilməsində və ya xüsusi qafiyələr lüğəti tərtib edilərək əks lüğətə müraciət olunur.  

 

XXI  əsr  elmi-texniki  inqilab  dövrü  kimi  səciyyələnir.  Bu  dövrdə  EHM-lərin  sürətli  inkişafı  elmin 



demək  olar  ki, bütün  sahələrinə  bilavasitə  öz  təsirini  göstərir. Xüsusilə,  humanitar  elmlərdə  bu təsir  daha 

aydın hiss edilir. Məhz EHM-in inkişafı ilə əlaqədar linqvistikada yeni metodlar: formal yanaşma, model-

ləşdirmə metodları yarandı. Çünki dilçilikdə qoyulan müəyyən məsələlərin həllində mütləq EHM-lərə mü-

raciət olunur ki, bu da qoyulmuş məsələni yalnız formalizə etmək yolu ilə mümkündür.  




 

 

64 



Digər  tərəfdən  də  böyük,  ağır  zəhmət  tələb  edən  proseslərin  daha  tez,  asanlıqla  həlli  üçün 

kompyuterlərin  lüzumluğu  meydana  çıxır.  Bir  sözlə,  EHM-lərin  yaranması  dilçilikdə  bir  sıra  tətbiqi 

məsələlərin həllinə geniş imkanlar açdı. 

 

Beləliklə, dilçilikdə riyazi metodların tətbiqi kor-koranə deyil, ehtiyac duyulan məsələlərin həllində 



edilmişdir.  Qoyulmuş  məsələlərin  proqramlaşdırılmasında  avtomatlaşdırmaq  aparmaq,  beynəlxalq  maşın 

dili  yaratmaq  məqsədilə universal  maşın  dilləri (alqoritmik  dillər)  yaradılmışdır. Həmin  dillər üzrə  nəinki 

təbii  dillərin  qarşısında  duran  məsələləri  hətta  humanitar  elmlərin  bir  sıra  məsələlərini,  o  cümlədən 

linqvistikada  mətnlərin  avtomatik  təhlili,  maşın  tərcüməsi,  lüğətlərin  tərtibi  kimi  tədqiqatları 

proqramlaşdırmaq mümkündür və həll edilir.  

 

Yeri  gəlmişkən  qeyd  etməliyik  ki,  Azərbaycan  dilçiliyində  az  işlənmiş,  geniş  tədqiqat  obyektinə 



çevrilən  informasiya  texnologiyaları  vasitəsilə,  ümumiyyətlə,  kibernetik  metodla  tətbiqi  dilçiliyin 

aşağıdakı mərhələləri tədqiq edilməlidir: 

 

1.  Süni intellektin yaradılması; 



2.  Mətnlərin avtomatik annotasiya və referatlaşması sistemlərinin yaradılması; 

3.  Avtomatik tərcümə sisteminin yaradılması; 

4.  Mətnlərin avtomatik yaranma sistemlərinin hazırlanması; 

5.  Mətnlərin avtomatik redaktəsi; 

6.  Öyrətmə sistemlərinin yaradılması; 

7.  Nitqin tanınma sistemlərinin yaradılması; 

8.  Ekspert sistemlərinin yaradılması; 

9.  Mətnlərin anonim və deşifrə atributlarının təyini sistemlərinin yaradılması; 

10.  Linqvistik təminat bazasının yaradılması; 

11.  Müxtəlif tipli avtomatik-elektron lüğətlərin tərtibi; 

12.  Məlumatların internet şəbəkəsinə verilməsi sistemlərinin yaradılması; 

13.  Sorğu-məlumat sistemlərinin yaradılması. 

 

Qeyd etməliyik ki, son illərdə tətbiqi dilçilik üçün faydalı mənbə olan küllü miqdarda struktur, mətn 



və  koqnitiv  linqvistikası  sahəsində  dərs  vəsaitləri  yazılmiışdır  (bax  Ə.Rəcəbov,  A.Məmmədov,  

M.Musayev, F.Veysəlli və s. Azərbaycan alimlərinin əsərlərinə).  

 

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Azərbaycan  alimlərinin  tədqiqatlarını 

ümumləşdirərək belə  qənaətə  gəlirik  ki, tədqiq  edilən formal təhlil sisteminin  linqvistik alqoritmləri  dilin 

yaranması,  inkişafı  baxımından  böyük  əhəmiyyət  kəsb  edir  və  onlardan  məlumat  axtarış  sistemlərində, 

avtomatik  sintez  və  təhlil  sistemlərində  geniş  istifadə  etmək  olar  və  kompyuter  vasitəsilə  tərtib  olunmuş 

Azərbaycan  dilinin tezlik  və əks lüğətləri, tarixi abidələrin  («Kitabi-Dədə  Qorqud»  və  M.Füzulinin)  dili-

nin  statistik  təhlili  linqvistik  tədqiqatlara  faydalı  faktlar  verə  bilər.  Tətbiqi  (riyazi  və  ya  kompyuter) 

dilçiliyin  müasir  vəziyyətinin  mənzərəsini  yekunlaşdiraraq,  qeyd  etədək  ki,  kompyuter  dilçiliyi  böyük 

gələcəyi  olan,  bəşəriyyətə  fayda  gətirəcək  elm  sahəsidir.  Dilçilik  elminin  gələcək  inkişaf  istiqamətlərini  və 

perspektivlərini kompyuter dilçiliyi olmadan təsəvvür etmək qeyri-mümkündür.  

 

Ə D Ə B İ Y Y A T  

 

1.  Zaliznjak A.N. Russkoe imennoe slovoizmenenie. M., 1967.  

2.  Gladkij A.V. O točnyh i matematičeskih metodah v lingvistike i drugih gumanitarnyh naukah // Vopr. 

jazykoznanija. 2007. № 4. 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə