N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


QURBANOV AFAD MƏHƏMMƏD OĞLU



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   33   34   35   36   37   38   39   40   41

 

 

79 



QURBANOV AFAD MƏHƏMMƏD OĞLU  

 

(Anadan olmasının 85-illiyi)  

Özündən  sonra  silinməz  izlər  qoyan,  böyük  şəxsiyyətlər  dai-

ma nəsillərin  yaddaşında  yaşayır. Görkəmli dilçi-alim, məşhur tür-

koloq,  əlifba  islahatçısı,  layiqli  vətəndaş,  mübariz  ictimai  xadim 

Afad Məhəmməd oğlu Qurbanov da belə şəxsiyyətlərdən idi. 

Azərbaycanın hazırkı əlifbasının müəllifi və islahatçısı, milli 

və  beynəlxalq  akademiyaların  akademiki,  dünyanın  bir  çox  linq-

vistik  və  onomastik  elmi  təşkilatlarının  həqiqi  və  ya  fəxri  üzvü, 

Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü,  Əməkdar  elm 

xadimi, Dövlət  Mükafatı  laureatı, filologiya elmləri doktoru, pro-

fessor  Afad  Qurbanov  uzun  illər  boyu  bütün  qüvvə  və  bacarığını 

dilimizin  hərtərəfli  tədqiqinə  və  təbliğinə,  yüksək  ixtisaslı  elmi-

pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr etmişdir.  

Azərbaycan  dilçiliyinin  elə  bir  sahəsi  yoxdur  ki,  alim  onu  araşdırmasın  və  öz 

münasibətini  bildirməsin.  Alimin  ümumi,  türkoloji  və  Azərbaycan  dilçiliyinin  tədqiqatlarına 

dair  70-dən  artıq  kitabı,  dərsliyi,  monoqrafiyası,  500-dən  çox  elmi-metodik  məqaləsi  nəşr 

edilmişdir.  Onun  hər  bir  əsəri  Azərbaycan  dilçiliyində  mövcud  problemin  həllinə  kömək 

etmişdir. Bu əsərlərin bir qismi müxtəlif mükafatlara layiq görülmüş, bir qismi isə xarici ölkələrdə, 

o  cümlədən  Rusiya,  Türkiyə  və  başqa  dövlətlərdə  dərc  edilmişdir.  Alimin  ikicildlik  «Ümumi  dil-

çilik», «Müasir Azərbaycan ədəbi dili», «Azərbaycan dilinin onomalogiyası» və s. kitabları dünya 

və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir.  

Afad Məmməd oğlu Qurbanov  1929-cu il  yanvarın 10-da Qərbi  Azərbaycanın Kalinino 

rayonunun  Qızıl  Şəfəq  kəndində  yüksək  rütbəli  hərbçi  ailəsində  anadan  olmuşdur.  Orta 

təhsilini  Ermənistanın  Qızıl  Şəfəq  və  İlməzli  məktəblərində  almışdır.  1945-ci  ildən  pedaqoji 

fəaliyyətə  başlamışdır.  1948-ci  ildə  Gürcüstan  Müəllimlər  İnstitutunu  fərqlənmə  diplomu  ilə 

bitirən A.Qurbanov Başkeçid rayonundakı Qruzman yeddiillik kənd məktəbinə direktor və Azər-

baycan  dili  və  ədəbiyyatı  müəllimi  təyin  etmişlər.  Təhsilini  davam  etdirmək  məqsədi  ilə  o, 

həmin  il  Bakıya  gəlmiş  və  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  dil  və  ədəbiyyat  fakül-

təsinə  daxil  olmuşdur.  1951-ci  ildə  savadına,  təşkilatçılıq  bacarığına  görə  Gürcüstan  Maarif 

Nazirliyi  tərəfindən  azərbaycanlıların  ən  böyük  təhsil  ocağı  olan  Başkeçid  rayonundakı  Ha-

mamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.  

Az  müddət  sonra  A.S.Puşkin  adına  Tbilisi  Dövlət  Pedaqoji  İnstitutunda  qısa  müddətli 

müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və həmin il Azərbaycan Dövlət 

Pedaqoji  İnstitutunun  Azərbaycan  dilçiliyi  kafedrasında  aspiranturaya  daxil  olmuşdur.  Eyni 

zamanda Bakı  Ali Partiya  məktəbində  və  Azərbaycan Dövlət Dillər  İnstitutunun  Azərbaycan 

dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir. 1962-ci ildə S.Vur-

ğunun  «Vaqif»  pyesinin  dili  və  üslubu  mövzusunda  namizədlik,  1968-ci  ildə  Azərbaycan 

Elmlər  Akademiyasının  İctimai  Elmlər  Bölməsində  «Müasir  Azərbaycan  ədəbi  dili» 

mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1970-ci ildə Ali Attestasiya 

Komissiyası Afad Qurbanovu professor elmi adına layiq görmüşdür. 

A.Qurbanov  1959-cu  ildən  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  Azərbaycan  dilçi-

liyi  kafedrasında  assistent,  müəllim,  1965-ci  ildən  dosent  vəzifələrində  çalışmışdır.  1967–

1981-ci illərdə həmin institutda filologiya fakültəsinin dekan müavini, 13 il isə dekanı işləmiş, 



 

 

80 



1981–1989-cu  illərdə  institutun  rektoru  vəzifəsində  çalışmış,  həmin  dövrdə  də  Filologiya  və 

Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna ki-

mi 30 il A.Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedra-

sının müdiri işləmişdir. 

Alim  1979-cu  ildən  «Azərbaycan  toponimlər»  lüğəti  ensiklopedik  nəşrinin,  «Dil  və 

ədəbiyyat» məcmuəsinin «Elm və həyat» jurnalının, «Təhsil və türkologiya» jurnalının redak-

siya  heyətinin  üzvü,  «Dilçilik»  elmi-linqvistik  və  «Onomastika»  elmi-onomastik  jurnalının 

təsisçisi, baş redaktoru olmuşdur.  

1970-ci  ildən  başlayaraq  Azərbaycan  elminin  inkişafında  və  yüksəkixtisaslı  elmi  və 

pedaqoji  kadrların  hazırlanmasındakı  xidmətlərinə  görə  dəfələrlə  həm  ölkə  başçısı,  həm  də 

Ali Sovetin Rəyasət Heyəti, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi 

tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülmüşdür. 

A.Qurbanov  1983-cü  ildə  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü  seçilmiş, 

yeganə  dilçi-alim  olmuşdur  ki,  1988-ci  ildən  namizədliyi  SSRİ  Elmlər  Akademiyası  tərəfin-

dən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür. 

1992–2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Bey-

nəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, 

Nyu-York  Akademiyasının  akademiki,  Türk  Dil  Qurumunun  şərəfli  üzvü,  Sürətli  Türk  Dili 

Məclisinin  həqiqi  üzvü,  Belçika  Onomastika  Cəmiyyətinin,  Finlandiyanın  Fin-Uqor  Cəmiyyə-

tinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir. 

A.Qurbanovun 1987-ci  ildə  ABŞ-ın  İndiana Universitetində  keçirilən  Türk  Tədqiqatları 

üzrə  İkinci  Beynəlxalq  Konfransında  «Azərbaycan  onomastikası  sahəsində  elmi  tədqiqatlar» 

mövzusunda  məruzəsi,  1989-cu  ildə  isə  Norveçin  Ural-Altay  İnstitutu  tərəfindən  Oslo  şəhə-

rində  keçirilən  Daimi  Beynəlxalq  Altayşünaslıq  Konfransının  32-ci  iclasında  «Kutianlar  və 

onların şəxs adları» adlı məruzəsi dinlənilmişdir.  

Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk sanballı elmi əsərləri, ki-

tabları,  dərslikləri,  dərs  vəsaitləri  və  tədris  proqramlarını  Afad  Qurbanov  yazmışdır.  «Ümumi 

dilçilik məsələləri» dərs vəsaiti (1972), «Dilçiliyin sistemi», «Dilçiliyin tarixi» əsərləri (1976), 

«Ümumi  dilçilik»  dərsliyi  (1977),  ikicildlik  «Ümumi  dilçilik»  monoqrafiyası  (1989,  1993, 

2004, 2010), habelə rus və türk dillərində kitabları.  

A.Qurbanov XX əsrin görkəmli türkoloq dilçilərindəndir. Belə ki, onun «Türkoloji dilçilik» 

monoqrafiyası,  «Türk  antroponimlərinin  inkişaf  dövrləri»,  «Ümumtürk  antroponimiyası  tarixi», 

«Türkoloji  dilçiliyə  dair  biblioqrafiya»,  «Türk  xalqlarında  advermə  ənənələri»,  «Qədim  türk 

adları», «Ortaq türk dili» və s. kitabları fədakar alimin yorulmaz axtarışlarının nəticəsi olmuşdur. 

Bəllidir  ki,  Azərbaycanın  dilçilik  tarixində  elmi  məktəb  yaratmış  az  sayda  alimlərimiz 

mövcuddur.  XX  əsrin  ikinci  yarısı  Azərbaycan  dilçiliyinin  inkişafında  xüsusi  mərhələ  hesab 

olunur  və  bu  mərhələdə  Azərbaycan  onomalogiyasının  müstəqil  nəzəri  dilçilik  şöbəsinin  – 

elmi  məktəb  kimi  formalaşması  bilavasitə  Afad  Qurbanovun  adı  və  fəaliyyəti  ilə  bağlıdır. 

Ötən  əsrin  90-cı  illərinin  əvvəllərində  ölkəmizdə  əlifba  islahatının  aparılmasında  Onun 

Azərbaycan Əlifba Komissiyasının sədri  və  yeni  latın qrafikalı  əlifbanın  müəllifi kimi böyük 

xidmətləri olmuşdur.  

Alimin həyatının bütöv bir dövrü – qırx ili SSRİ və Azərbaycan Elmlər Akademiyaları ilə 

bağlı  idi.  O,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  müxbir  üzvü  kimi  elmi  yaradıcılıq 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə