N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 

 

72 



dilinin  tarixi  leksikologiyasına  dair  tədqiqlərindən  rekonstruksiya  (bərpa)  problemi  kimi  maraqlı 

parçanı;  A.Axundovun  «Ümumi  dilçilik»  kitabından  «Dilin  daxili  quruluşu  məsələləri»,  eləcə  də 

«Seçilmiş  əsərləri»ndən  «Felin  zamanlarının  qrammatik  və  məna  xüsusiyyətləri»;  H.Bayramovun 

«Azərbaycan  dili  frazeologiyasının  nəzəri  əsasları»  kitabından  «Frazeoloji  cümlələr»,  «Azərbaycan 

frazeologiyasının  məna  quruluşu»;  Z.Budaqovanın  «Müasir  Azərbaycan  dilində  sadə  cümlə» 

monoqrafiyasından «Cümlənin əlamətləri»; Ə.Cavadovun  «Müasir  Azərbaycan ədəbi dilində sintaktik 

vahidlərin  sırası»  monoqrafiyasından  «Dil  vahidlərinin  sıralanması  sistemi»;  A.Ələkbərovun  «Müasir 

Azərbaycan  dilinin  semasiologiyası»  (kollektiv)  kitabında  verilmiş  «Leksik-semantikanın  bəzi  me-

todoloji  məsələləri»;  həmçinin  də  onun  «Müasir  Azərbaycan  dili»  əsərində  verilmiş  «Söz 

nəzəriyyəsinə giriş»; T.Hacıyevin «Azərbaycan ədəbi dili tarixi» fundamental cildlərindən «Azər-

baycan ədəbi dilinin dövrləri»; M.Qasımovun «Azərbaycan dili terminologiyasının əsasları» kita-

bından «Terminin spesifikası»; M.Qarayevanın «Sintaksariy  i modelirovanie yazıkovıx universa-

liy»  əsərindən  «İerarxiçeskaya  svyaz  strukturı  yazıka»;  A.Qurbanovun  «Azərbaycan  dilinin 

onomalogiyası»  kitabından  «Giriş»;  A.Məmmədovun  «Tyurkskie  soqlasnıe:  anlaut  i 

kombinatorika»  kitabından  «Teoretiçeskie  voprosı  sravnitelno-istoriçeskoqo  izuçeniya  soqlasnıx 

tyurkskix  yazıkov:  anlaut  i  kombinatorika»;  V.Məmmədəliyevin  «Ərəb  dilçiliyi»  kitabından 

«Misir  qrammatika  məktəbi»,  «Misir  ərəb  dilçiliyi»  və  Y.Seyidovun  «Azərbaycan  dilində  söz 

birləşmələri» adlı monoqrafik tədqiqatının mühüm hissələrini seçmişdir.  

Azərbaycan dilçiliyi tarixindəki belə dövrləşmə yenidir və həmçinin də həqiqi inkişaf tarixini və 

dilçilik mühitini əks etdirir.  

Bu müntəxəbatlar böyük türkoloq-alim Mahmud Kaşğaridən üzü bəri görkəmli və tanınmış 

dilçilərin  seçilmiş  əsərlərinin  ən  yaxşı  hissələrindən  ibarətdir.  Xrestomatiya  materialları  keçilən 

dövrü tam əks etdirir. Bunları seçilmiş əsərlər məcmuəsi, eləcə də dərslik də adlandırmaq olar. Həmin 

müntəxəbatlara  müəlliflərin,  alimlərin  seçilmiş  əsərlərindən  və  ya  onların  hissələrindən  ibarət  dərs 

vəsaiti kimi də baxmaq olar. Seçilmiş materiallar, əlbəttə, digər materiallardan öz məziyyətləri, dəyəri 

ilə seçilən, fərqlənən parçalardır.  

Mütəxəssislərin,  dissertant  və  doktorantların,  tələbələrin  çox  çətinliklə  əldə  etmək  istə-

dikləri dilçilik mətnləri bu toplularda öz əksini tapmış olduğu üçün aparılacaq tədqiqat işlərini də 

asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar dəyərini qoruyub saxlayır.  

Çox yaxşı haldır ki, tərtibçilər bəzi müəlliflərin əsərlərinin bir çoxundan parçalar vermişlər, 

bu da müntəxəbatın əhəmiyyətini bir daşa artırır. Məsələn, Əhməd Cəfəroğlunun «Azəri ləhcəsin-

də  bəzi  monqol  ünsürləri»,  «Şərqdə  və  qərbdə  Azəri  ləhcəsi  tədqiqləri»,  «Dil  guşəsi»,  «Azəri 

sözlüyü» bu cür parçalardandır və ayrıca məqalə təşkil edir.  

Müntəxəbatda izah və şərhlər öz yığcamlığı və parçanın müəllifi barədə əsaslı məlumat ver-

məsi  ilə  fərqlənir.  Mətnlər  həm  Azərbaycan,  həm  də  rus  dillərindədir.  Məsələn,  M.Kazımbəyin 

məşhur qrammatikasından («Obşaya qrammatika turesko-tatarskoqo yazıka» əsəri) həm rus, həm 

də  Azərbaycan  dilində  verilmişdir.  Həmin  parçanı  dilimizə  Dilçilik  İnstitutunun  əməkdaşı, 

fil.ü.f.d.  A.Ələkbərova  çevirmişdir.  Müntəxəbatın  başlıca  məziyyətlərindən  biri  də  müəlliflərin 

digər əsərlərinin də siyahısının sonda verilməsidir. Bu da oxucunu həmin parça müəllifinin başqa 

əsərləri ilə də tanış olmaq imkanı yaradır.  

Müntəxəbatda təqdim olunan  bəzi  mətn  hissələrinin  dili  sadələşdirilmişdir.  Məsələn,  Bəkir 

Çobanzadənin 1929-cu ildə «Azərnəşr» tərəfindən çap edilmiş «Türk qrameri» əsərindən verilmiş 

hissə tərtibçi T.Quliyev tərəfindən düzgün olaraq anlaşmanı təmin etmək üçün sadələşdirilmişdir.  



 

 

73 



Müntəxəbatlarda  «Ad  göstəricisi»,  «Özək  sözlər»  də  yerinə  görə  münasibdir,  vəsaitlə  daha  ya-

xından, intensiv tanış olmaq işini yüngülləşdirir. Müntəxəbata düşməyən dilçilərimiz də var. Bu layihə 

davamlı olduğu üçün gələcək tədqiqatlarda həmin çatışmazlıq da nəzərə alınmalıdır. Belə dəyərli bir işin 

bəzi səhifələrinin texniki tələblərə cavab verməməsi təəssüf doğurur. Buna baxmayaraq, müntəxəbatlar 

milli dilçilik elmimizin inkişafına yeni bir töhfə kimi dəyərləndirilə bilər

 



İSMAYIL KAZIMOV – 

AMEA-nın Nəsimi adına  

Dilçilik İnstitutunun baş elmi işçisi,  

fil.ü.e.d. 

 

 

 

Çapa təqdim edən 

Solmaz Süleymanova – 

 

 

 



Çapa tövsiyə edən 

«Türkologiya» jurnalı 

baş redaktorun müavini 

 

AMEA-nın Nəsimi adına 



Dilçilik İnstitutunun Elmi Şurası 

(4.XII.2013, protokol № 15) 

 

Məqalənin redaksiyaya  

daxil olma tarixi 

 

 



30.XI.2013 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi 

17.III.2014 

 

Çapa göndərilmə tarixi 

7.IV.2014 

 

 

__________ 



 

 

 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə