N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

SAYALI SADIQOVA 
 
60 
qiqləşdirilmiş dil  və  dilçilik tarixi  ilə  əlaqədar 
yeni təsniflər verilmişdir.  
   A.Qurbanovun  kitabları  müasir  dilçili-
yin  qarşısında  duran  nəzəri  və əməli problem-
lərin izahına, araşdırılmasına həsr olunmuşdur. 
O, Azərbaycan dilçiliyinin inkişaf vəziyyəti və 
onun perspektivlərini  müəyyənləşdirərkən  elm 
və onun xüsusiyyətləri, elmin yaranması məsə-
lələri, dilçiliyin iki – linqvistik və fəlsəfi nəzəri 
əsas üzərində təşəkkül tapması, elmlərin təsnifi 
problemi, dilçilik tarixinin müəyyənləşdirilmə-
si problemlərinə aydınlıq gətirmişdir. 
Müəllifin əsərlərində ümumi və türkoloji 
dilçiliyə  aid  tədqiqatlar  aparılmış,  dövrləşdir-
mələr dəqiqləşdirilmiş, ümumi dilçiliyin inkişafı 
(eramızdan əvvəl yeni eranın IV əsri, V–XV əsr-
lər, XVI – XVIII əsrlər, XIX əsr, XX əsr – XXI əs-
rin  əvvəli)  daha  qədim  dövrlərlə  bağlanmış, 
türkoloji dilçilik və Azərbaycan dilçiliyi üçün eyni 
inkişaf dövrləri (I dövr – ən qədimdən – X əsrin 
sonuna qədər; II dövr – XI – XIII əsrlər; III dövr – 
XIX əsr (1-ci mərhələ – XIX əsrin I yarısında – 
1801–1850, 2-ci mərhələ – XIX əsrin II yarısında – 
1851–1900); IV dövr – XX əsr – XXI əsrin əvvəli 
(1-ci  mərhələ  –  1901–1930,  2-ci  mərhələ  – 
1931–1970,  3-cü  mərhələ  –  1971–2000,  4-cü 
mərhələ  –  2001-ci  ildən  indiyə  qədər)  müəy-
yənləşdirmiş  və  hər  bir tarixi  mərhələnin  xarak-
terik cəhətlərini təhlil edilmişdir. 
 A.Qurbanov  dünya  dilçiliyinin  ən  vacib 
problemlərindən  birinə  –  dil  ailələrinin  dəqiq 
müəyyənləşdirilməsi  məsələsinə  aydınlıq  gə-
tirmək üçün  XVIII əsrdən  sonra  meydana  gəl-
miş tədqiqatları  nəzərdən  keçirərək,  Altay  dil-
ləri  ailəsini  altı  qrupa: 1. Türk  dilləri (23  dil);   
2. Monqol dilləri qrupu (3 dil); 3. Tunqus dilləri 
qrupu  (3  dil);  4.  Mancur  dilləri  qrupu  (5  dil);    
5.  Koreya  dili  (1  dil);  6.  Yapon  dili  (1  dil) 
ayırmışdır.  Müəllif  doğru  olaraq  Altay  dilləri 
ailəsinin tərkibində olan dillərin 64 faizini türk 
dillərinin  təşkil  etdiyini  xüsusi  qeyd  edir. 
XVIII–XX  əsrlərdə türk  dillərinin  sayı  50–60, 
XX əsrin sonlarındakı araşdırmalarda isə alim-
lər  müasir  türk  dillərinin  20,  bəzən  də  24  dil 
olduğunu  göstərmişlər.  A.Qurbanov  Altay  dil-
ləri  ailəsində  23  türk  dilinin  olduğunu  qeyd 
edərək,  tarixi  inkişaf  və  linqvistik  əlamətlər 
əsasında türk dillərini beş yarımqrupda – oğuz 
dilləri,  qıpçaq  dilləri,  bulqar  dilləri,  qarluq 
dilləri,  tukyuy  dilləri  yarımqrupuna  bölərək 
təsnif etmişdir. 
 Hər bir elmin inkişafı ilə bağlı anlayışları 
ifadə edən terminlər zaman keçdikcə semantik 
və funksional baxımdan müəyyən dəyişikliklə-
rə səbəb olur. Belə hallarda terminlərin anlayışı 
dəqiq  ifadə  edə  bilməməsi,  sinonimlik  yarat-
ması,  terminoloji  qüsurların  meydana  çıxması 
bir  mütəxəssis  alim  kimi  müəllifi  düşündür-
müşdür. Çünki terminin dəqiq olmaması elmin 
özündə  dolaşıqlıq  yaradır.  Bunu  nəzərə  alan 
müəllif  dilin  lüğət  fondu  əvəzinə,  dilin  lüğət 
tərkibi,  metodologiya/metodoloji  əsas  əvəzinə 
fəlsəfi əsasləhcə termininin geniş məna ifadə et-
məsi,  eləcə  də  onomastikaya  dair  bir  sıra  –  ono-
mastika,  onomalogiya,  etnonimika,  etnonimiya, 
toponimika,  toponimiya,  antroponimika,  antro-
ponimiya, hidronimika, hidronimiya kimi bir sıra 
terminlərin  hansı  mənalarda  işlədilməsi  məsələ-
sini müəyyənləşdirmiş və dəqiqləşdirmişdir.  
   Dilçilikdə problemlərdən  biri kimi  nitq 
hissələrinin  dəqiq  təsnifi,  o  cümlədən  türko-
logiyada olan müxtəlif bölgülər nəzərdən keçi-
rilmiş və dəqiq bölgülər verilmişdir.  
 Müəllifin  tədqiqatlarında  dilçilikdə  üs-
lubiyyatın  əsas  məsələlərindən  biri  də  ədəbi 
dillərin  funksional  üslublarının  müəyyənləşdi-
rilməsidir. İnkişaf etmiş müasir dillərdən biri ki-
mi Azərbaycan ədəbi dilinin materialları əsasında 
funksional üslubların növləri və adları (ədəbi da-
nışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, 
publisistik üslub, epistolyar üslub) dəqiqləşdiril-
miş və fonetik, lüğəvi, qrammatik və s. cəhətlə-
rinə görə bir-birindən fərqləndirilmişdir.  
 Dilçiliyin üfüqlərini genişləndirmək, onun 
inkişaf sahələrini müəyyənləşdirmək baxımından 
onomastik tədqiqatların rolu böyükdür. Dilin lü-
ğət tərkibində xüsusi yeri olan onomastik leksika-
nın  dərindən  araşdırılması,  təhlili,  elmi  şəkildə 


MÜXBİR ÜZV QURBANOV AFAD MƏHƏMMƏD OĞLU
 
 
61 
ümumiləşdirilməsi  dilimizin,  tariximizin  mü-
rəkkəb  və  zəruri  məsələlərinin  həllinə  kömək 
edir.  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq 
onomastika məsələlərinin sistemli şəkildə həlli, 
tədqiqi prof. Afad Qurbanovun adı ilə bağlıdır. 
Onun  onomalogiyaya 
dair  100-ə  qədər 
məqaləsi  «Azərbaycan  onomastikası»,  «Azər-
baycan onomalogiya məsələləri», «Poetik ono-
mastika», «Azərbaycan dilinin onomalogiyası» 
kimi sanballı monoqrafiyaları nəşr olunmuşdur. 
Müəllif  hələ  XX  əsrin  50-ci  illərində  xüsusi 
adlarla  bağlı  sistemli  axtarışlar  aparmış  (etno-
nimlər,  hidronimlər,  zoonimlər,  kosmonimlər 
və  ktematonimlər),  onomastik  vahidlərin  ya-
ranması  və  dəyişilməsi,  onların  üslubu  xüsu-
siyyətləri,  orfoqrafik  və  orfoepik  problemləri 
elmi şəkildə tədqiq etmişdir. Xüsusilə onomas-
tikada antroponimikaya aid olan bir sıra – Azər-
baycan  şəxs  adları  və  onların  xüsusiyyətləri, 
şəxs  adlar  sistemi,  adların  quruluşu,  adların 
mənşəcə  tərkibi,  adseçmə  və  advermə  ənənə-
ləri, adların qafiyələndirilməsi, adların deyilişi 
kimi məsələlər konkret faktlarla şərh olunmuş-
dur.  Bildiyimiz  kimi,  insan  adlarının  yaranma 
tarixi  çox  qədimdir.  Buna  görə  də  insan  adla-
rının  əmələ  gəlməsinə  dair  dünya  dilləri  və 
türkologiyada  müxtəlif  bölgülər  var.  Müəllif 
buna  əsaslanaraq  Azərbaycan  dilində  işlənən 
şəxs adlarının meydana gəlməsinin özünəməx-
sus  mənbə  və  üsullarını  geniş  şəkildə  izah 
edərək  iki  qrupa  ayırır:  a)  xalis  azərbaycanlı 
adları; b) əcnəbi dil  mənşəli şəxs adları. Ümu-
miyyətlə,  antroponimik  vahidlərin  tədqiqi  ali-
min yaradıcılığında mühüm yer tutur, antropo-
nimika  məsələləri  tarixi-linqvistik  istiqamətdə 
tədqiq  edilərək  bu  sahədə  olan  problemləri 
aradan qaldırılmağa çalışılmışdır.  
Müasir dövrdə Qafqaz ərazisində yaşayan 
xalqların  dillərinin  araşdırılması  və  onların 
linqvistik təhlili  də dilçiliyin  inkişafı üçün  ak-
tual  problemlərdəndir.  Çünki  çoxmillətli  Qaf-
qaz regionunun etnik tərkibi, makro- və mikro-
toponimləri, onların etimologiyası, irqi və dini 
tərkibi  bu  günədək  sistemli  şəkildə  tədqiqata 
cəlb  edilməmişdir.  Bunu  nəzərə  alan  müəllif 
Qafqazdakı dilləri dörd dil ailəsi (1. Hind-Avropa 
dilləri ailəsi; 2. Altay dilləri ailəsi; 3. Sami-Hami 
dillər  ailəsi;  4.  Qafqaz  dilləri  ailəsi)  kimi  qrup-
laşdıraraq  onların  hər  birinin  xüsusiyyətlərinin 
geniş təhlilini vermişdir. Əsərlərində Qafqazdakı 
abxaz,  gürcü,  qaraçay,  qumuq,  noqay,  osetin, 
talış, tat, lahıc və s. dillərin fonetik sistemi, leksik 
tərkibi,  qrammatik  quruluşu  izah  edilmiş  və 
Azərbaycan dilinin bu regionda aparıcı mövqeyi 
faktlarla əsaslandırılmışdır.  
Əsərlərində dilçilik üçün aktual olan  bə-
dii mətnin linqvistik təhlilinin nəzəri məsələlə-
ri, üsul  və  metodları, texnikası  və  metodikası-
nın tədqiqinə də geniş  yer verilmişdir. Müəllif 
linqvistik təhlilin  başlıca  prinsiplərini – tarixi-
lik,  ardıcıllıq,  dəqiqlik,  əsərin  ideya  və  məz-
munu  ilə  onun  dilinin  vəhdətdə  götürülməsi, 
mətnin  janr  xüsusiyyətlərinin  nəzərə  alınması, 
mətndə dil  faktının ümumxalq  və  yazıçıya  aid 
olduğunu  müəyyən  etmək  prinsiplərini  aşkara 
çıxarmış  və  onları  vəhdətdə  təhlil  etmişdir. 
Əsərdə  bədii  əsərin  dili,  fikrin  poetik  şəkildə 
çatdırılmasında  leksik-semantik  söz  qrupları, 
onların  bədii  dilin  ən  qüvvətli  ifadə  vasitəsi 
olması  nümunələr  vasitəsi  ilə  təhlil  edilərək, 
ümumxalq dilinin  və  bədii  mətnin tam  şəkildə 
qavranılması məsələləri işıqlandırılmışdır. 
Dil  universalisi  məsələləri  də  dünya  dil-
çiliyinin ən aktual problemlərindəndir. Belə ki, 
dünya  dillərində  fərdi  cəhətlərlə  bərabər,  bir 
sıra ümumi qanunlar, əlamətlər, ənənələr vardır 
ki, bunlara bir sıra dillərdə rast gəlinir. Bu mə-
sələlərin  tədqiqi  ilə  məşğul  olan  müəllif  dilçi-
likdə universali probleminin başlıca vəzifələri-
ni, dünya dillərinin müxtəlif səviyyələrinə, sa-
hələrinə  məxsus  universal  münasibətləri  mü-
əyyənləşdirmiş, onların elmi, linqvistik izahını 
vermişdir.  Xüsusilə  universalilərin  müəyyən-
ləşdirilməsinin başlıca meyarını – onların təbi-
əti,  tərkibi,  növləri,  tipologiyada  yeri,  fonetik, 
semantik və qrammatik universaliləri geniş şə-
kildə  təhlil  etmişdir.  Bütün  bunlar  dilçiliyin 
linqvistik  nəzəri  əsaslarının  dəqiq  və  elmi 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə