N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

MÜXBİR ÜZV BUDAQOVA ZƏRİFƏ İSMAYIL QIZI 
 
55 
əlaqədar  onun  yerinə  Z.İ.Budaqovanı  təyin  et-
mişdi.  Səməd  Vurğunun  bu  təyinatı  gələcəyin 
görkəmli bir dilçisinin yetişməsinə zəmin yaratdı. 
Zərifə  Budaqovanın  türkologiyanın  aktual 
problemlərinə  dair  ümumittifaq  və  respublika 
nəşrlərində,  habelə  xaricdə  150-ə  yaxın  elmi 
əsəri  çap  olunub.  Azərbaycan  dilinin  qramma-
tikasının bir çox mühüm nəzəri-elmi problemləri 
ilk dəfə Z.İ.Budaqova tərəfindən tədqiq olunub. 
Zərifə Budaqova üçcildlik «Müasir Azər-
baycan dili» kimi  fundamental  əsərin əsas  mü-
əlliflərindən  və  redaktorlarından  biridir.  Prof. 
Z.İ.Budaqovanın  redaktoru  və  əsas  müəlliflə-
rindən  olduğu  «Azərbaycan  dilinin  qrammati-
kası»  («Грамматика  азербайджанского  язы-
ка»)  (1971),  «Müasir  Azərbaycan  dilində  söz 
birləşmələri»,  «Azərbaycan  bədii  dilinin  üslu-
biyyatı» (1970), «Müasir  Azərbaycan ədəbi di-
li», «Müasir Azərbaycan dilinin semasiologiya-
sı»  (1985)  kimi  kollektiv  monoqrafiyalar  dilçi-
liyimizdə ən qiymətli əsərlərdəndir. 
Prof.  Zərifə  Budaqova  elmə  hamar,  rahat 
yollarla  gəlməyib.  O,  böyük  və  gərgin  zəhmət 
bahasına,  mətanət  və  dözüm  bahasına,  nəhayət, 
yenilməz inam, cəsarət, qətiyyət bahasına, təkrar-
sız  xarakteri  sayəsində  elmin  pillələri  ilə  yük-
səlmişdir. 1956-cı  ildən  Azərbaycan dilində sadə 
cümlə  problemi  üzərində  işləyən  Z.Budaqova 
gərgin  və  məhsuldar  elmi  əməyi  nəticəsində  34 
yaşında  Azərbaycan  türk  qadınları  içərisində  ilk 
dəfə filologiya sahəsində doktorluq dissertasiyası 
müdafiə etdi. 1963-cü ildə onun doktorluq disser-
tasiyasının təsdiqi Moskva şəhərində tilsimə düş-
dü. Bu dissertasiyaya оzamankı SSRİ Ali Attesta-
siya  Komissiyasının  tövsiyəsi  üzrə  EA-nın  müx-
bir  üzvi  B.A.Serebrennikov  (Moskva),  M.F.Zə-
kiyev  (Kazan),  S.K.Kenesbayev  (Alma-Ata), 
M.Askerova  (Daşkənd)  rəy  yazdılar.  Zərifə  Bu-
daqova Bakıda etdiyi müdafiədən iki il yarımdan 
sonra  AAK  plenumunda  yenidən  müdafiə  etdik-
dən sonra təsdiqini aldı. 
Zərifə Budaqovanın elmi uğurları, xarak-
terindəki  barışmazlıq,  ötkəmlik,  kəskinlik  və 
elmin  saflığını  ciddi  tələblərlə  qoruması  bəzi 
dilçi-alimləri təşvişə salır və onun irəliləyişinə 
ciddi  maneçilik  törətmək  istəyirdilər.  Amma 
ona  edilən  haqsızlıqların  qarşısında  Z.İ.Buda-
qova öz elmi yaradıcılıq sürətini azaltmırdı. 
Z.Budaqovanın  bir  sıra  əsərləri  tətbiqi-
əməli xarakter daşıyır. Bunların sırasına aşağı-
dakı monoqrafiya və kitabları daxil etmək olar: 
«Azərbaycan  dilini  özün  öyrən»  («Самоучи-
тель  азербайджанского  языка»)  (1977  –  kol-
lektiv), «Azərbaycan dilinin orfoqrafiya qayda-
ları».  Prof.  Z.İ.Budaqovanın  nitq  mədəniyyəti 
məsələlərinə  həsr  olunmuş  bir  çox  başqa 
əsərlərini  də  buraya  aid  etmək  olar.  Bütün  bu 
göstərilən  əsərlərin  respublikamızda  dil  quru-
culuğu  sahəsində  və  xüsusən  tətbiqi  dilçilikdə 
mühüm əhəmiyyəti  vardır. 
Görkəmli alim dilçiliyin ən aktual və də-
yərli  bir  sahəsi olan  nitq  mədəniyyəti  barəsin-
də  çox  gərəkli, obyektiv  və  bu  günümüz üçün 
də elmi əhəmiyyətini qoruyub saxlayan fikirlər 
irəli  sürmüşdür.  Zərifə  Budaqova  bu  münasi-
bətlə  yazır:  «Ədəbi  dilin  müasir  səviyyəsində 
nitq  mədəniyyəti,  onun  vəzifələri  və  problem-
ləri diqqəti cəlb edən başlıca aktual məsələlər-
dir. Nitq mədəniyyətinə həsr olunmuş ayrı-ayrı 
əsərlərdə  də  dilçiliyin  bu  yeni  sahəsinin  vəzi-
fələrinin işıqlandırılması ön plana çəkilir. Nitq 
mədəniyyətinin vəzifələri onun problemlərində 
öz  əksini  tapır.  Həmin  problemlərin  öyrənil-
məsi  nitq  mədəniyyətinə  aid  konkretlik,  ay-
dınlıq,  məntiqilik,  ardıcıllıq  və  s.  vəzifələrin 
reallaşma  şərtlərini  meydana  çıxarır.  Əslində 
bu əlamətlər nitqin funksionallığıdır: Azərbay-
can  dilinin  qanunlarını,  ədəbi  dil  normalarını 
qorumaq,  nitq  mədəniyyətini  mühafizə  etmək 
hər  birimizin  borcudur.  Nitq  mədəniyyəti  bü-
tövlükdə dili əhatə edir». 
Z.Budaqovanın  elmi  əsərlərinin  Azər-
baycan  dilçiliyinin  inkişafına  önəmli  təsiri  ol-
muşdur. Dilçi-alimin monoqrafiya və başqa el-
mi  əsərlərindəki  məsələlərin  qoyuluşu  öz  ge-
nişliyi  ilə,  elmi  mühakimələrinin  dərinliyi  və 
yüksək  peşəkarlıq  səviyyəsi  ilə  diqqəti  çəkir. 
Z.İ.Budaqovanın  monoqrafiya,  kitab,  dərslik  və 


İSMAYIL MƏMMƏDLİ 
 
56 
başqa elmi əsərləri, onların haqqında yazılmış bir 
çox  resenziya  və  rəylərdə  özünün  yüksək  və 
layiqli  qiymətini  almış,  Azərbaycan  dilçiliyinin 
müvafiq sahələrində yeni-yeni araşdırmalara elmi 
stimul olmuş və gələcəkdə də olacaqdır. 
Zərifə  Budaqovanın  alimləri  konkret  bir 
problemin  həlli  ətrafında  toplamaqda  da  güclü 
və təsəvvürəgəlməz istedadı varıydı. Əgər bu be-
lə olmasaydı,  Azərbaycan Elmlər  Akademiyası-
na başucalığı gətirmiş Azərbaycan dilinin qram-
matikasının üçcildliyi işıq üzü görə bilməzdi. 
...Z.Budaqova  həyatında  rastlaşdığı,  üz-
ləşdiyi  ciddi  çətinliklərə,  maneələrə  mərdliklə, 
yenilməz  iradəsi  ilə  sinə  gərirdı.  Nə  yaxşı  ki, 
dünyada  ədalətli  adamlar  olub:  akad.  Yusif 
Məmmədəliyev, Səməd Vurğun, akad. Mustafa 
bəy Topçubaşov, akad. Heydər Hüseynov kimi. 
Zərifə  Budaqovanın  həyatında  üç  ciddi 
düyün  nöqtəsi  olub.  Onlardan  biri  onun  aspiran-
turaya  daxil  olması  ilə  bağlıdır.  İnstitutu  fərq-
lənmə  diplomu  ilə  bitirməsinə  baxmayaraq  ona 
qəbul  imtahanında  aşağı  qiymət  vermişdilər.  Bu 
ədalətsizliyi  akademiklərdən  Y.Məmmədəliyev, 
M.Topçubaşov və H.Hüseynov üçlüyü bərpa etdi. 
İmtahan  komissiyasının  şüurlu  olaraq  buraxdığı 
səhv Y.Məmmədəliyevin sədrliyi ilə Rəyasət He-
yətində  yenidən  götürülən  imtahanda  düzəldildi 
və  Z.Budaqovaya  əsl  obyektiv  qiymət  verilərək 
aspiranturaya qəbul olundu. 
İkinci  dəfə  o,  qara  qüvvələrlə  doktorluq 
dissertasiyasının  müdafiəsi  zamanı  rastlaşdı. 
Amma  yenə  qalib  çıxdı.  Üçüncü  düyün  nöqtəsi 
isə  onun  rus  dilində  yazdığı  «Azərbaycan  dili» 
kitabı  oldu.  Bütün  bu  ədalətsizliklər  vaxt  baxı-
mından böyük yaradıcılıq imkanları olmuş Zəri-
fə  Budaqovanın  elmi  yaradıcılığına  son  dərəcə 
maneçilik törədir, onu müəyyən qədər elmi işlər-
dən  ayırırdı.  Ən  əsası,  demaqoqlar onun  səhhə-
tinə  də  ciddi  zərbələr  endirirdilər.  Xüsusilə  də 
onun  son  kitabı  «Azərbaycan  dili»  («Азербай-
джанский язык») ilə bağlı qalmaqallar... 
  Z.İ.Budaqovanın  ömür-gün  yoldaşı, 
görkəmli  coğrafiyaşünas-alim  akad.  Budaq 
Budaqovun  dediklərindən: 
«1997-ci  ildə  Aka-
demiyanın  Ədəbiyyat,  Dil  və  İncəsənət  Böl-
məsinin  akademik  katibi  akademik  Bəkir  Nə-
biyev  mənə  zəng  çalıb  dedi  ki,  Çindən  Azər-
baycan  dilinə  aid  rus  dilində  çap  olunmuş  bir 
kitab  istəyiblər.  Elə  bir  kitab  göndərin  ki,  o 
kitabı Çin dilinə tərcümə etdirək. Biz də qərara 
gəldik  ki,  Zərifə  Budaqovanın  1977-ci  ildə 
rusca  nəşr  olunmuş  kitabından  başqa  elə  bir 
yaxşı  əsər  yoxdur.  Budaq  müəllim,  xahiş 
edirəm  ki,  həmin  kitabdan  bir-iki  nüsxə  verin 
Çinə  göndərək.  Akademik  B.Nəbiyevin  bu 
təklifi,  qənaəti  1987–1989-cu  illərdə  bir  qrup 
Azərbaycan alimlərinin Zərifə Budaqovaya at-
dıqları böhtanlarla bir araya sığmır». 
Bəllidir  ki,  1969-cu  ildə  Heydər  Əliye-
vin  Azərbaycan  partiya  təşkilatına  rəhbər  se-
çilməsi  nəticəsində  Azərbaycan  Respublikası-
nın siyasi, iqtisadi, təsərrüfat və b. sahələrində 
olduğu  kimi,  mənəvi  və  mədəni  quruculuq 
işlərində,  bütün  sahələrdə də, о  cümlədən  elm 
sahəsində  də  böyük  dönüşlər,  irəliləyişlər  ya-
randı və Azərbaycan dilçiliyi yeni inkişaf mər-
hələsinə  qədəm  qoydu.  Heydər  Əliyevin  ana 
dilimizə olan məhəbbət və qayğısı 1970-ci ildə 
bir  qrup  Azərbaycan  dilçilərinə  (Yusif  Seyi-
dov,  Əlövsət  Abdullayev,  Ağaməli  Həsənov) 
ilk  respublika  Dövlət  mükafatlarının  verilmə-
sində  öz  əksini  tapdı.  Şübhəsiz  ki,  Z.Budaqo-
vanın  da  bir  çox  əsərləri  dövlət  rəhbərinin  bu 
qayğısından sonra yarandı. 
Azərb.  SSR  EA-nın  müxbir  üzvü,  prof. 
Z.İ.Budaqovanın ən dəyərli xidmətlərindən bi-
ri  də  onun  yüksək  keyfiyyətli,  dərin  bilikli 
elmi kadrlar yetişdirməsidir. Alimin rəhbərliyi 
ilə  25  namizədlik  və  10  doktorluq  dissertasi-
yası  hazırlanmışdır.  Hazırda  onun  yetirmələri 
Nəsimi  adına  Dilçilik  İnstitutunda,  BDU-da, 
N.Tusi  adına  ADPU-də,  Tibb  Universitetində, 
Gəncə  Dövlət  Universitetində  və  b.  elm  və 
təhsil ocaqlarında çalışırlar. 
Zərifə  Budaqova  bir  çox  beynəlxalq, 
ümumittifaq,  respublika  simpozium,  konfrans, 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə