N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU 
 
47 
də məsələ qaldırılması Ədəbiyyat, Dil və İncə-
sənət Bölməsindən xahiş olunsun. 
Yəqin ki, əlaqədar təşkilatlar Dilçilik İnstitu-
tunun  sabiq  direktoru  M.Mirbabayevin  xatirəsini 
nə vaxtsa əbədiləşdirmək qayğısına qalacaqlar.  
M.Mirbabayevin haqqında İ.Meşşaninov, 
M.Şirəliyev,  Ə.Orucov,  A.Axundov,  Z.Budaqo-
va,  R.Məhərrəmova,  Əminə  Həbibzadə,  A.Ba-
bayev,  Elsevər  Seymur,  Ə.Zeynalov,  E.Kasu-
mova,  R.Mustafayev,  T.Tahirzadə,  T.Hacıyev, 
N.Cəfərov,  A.Yaqubov,  B.Abdullayev,  İ.Məm-
mədli və başqaları yüksək fikirlər söyləmişlər. 
B.Abdullayev  36  səhifədən  ibarət  «Gör-
kəmli  lüğətçi  M.M.Mirbabayev»  (2000)  adlı 
kitabça yazmışdır: «Kitabçada M.Mirbabayevin 
vətəni,  dövrü,  şəcərəsi  haqqında  qısa  məlumat 
verilmiş, onun  həyatının İrəvan  və Bakı dövrü, 
həmçinin  də  elmi  fəaliyyəti  işıqlandırılmışdır» 
[1].  B.Abdullayev  bu  kitabçasında  alimə  qarşı 
bir sıra haqsızlıqların da edildiyini xatırladır və 
yazır  ki,  təəccüblü  orasıdır  ki,  bu  görkəmli 
lüğətçinin  adına  Əliheydər  Orucovun  «Azər-
baycan  dili  filoloji  izahlı  lüğətinin  nəzəri  əsas-
ları» (1965) əsərində də təsadüf etmirik. Ə.Oru-
cov  öz  əsərində  dördcildlik  «Rusca-azərbay-
canca  lüğət»dən  (1940–1946)  və  bircildlik 
«Azərbaycanca-rusca lüğət»dən (1941) danışar-
kən təkcə akad. H.Hüseynovun adını çəkir. Hal-
buki  M.Mirbabayev  «Rusca-azərbaycanca  lü-
ğət»in bütün dörd cildinin, «Azərbaycanca-rus-
ca lüğət»in, eləcə də o dövrdə çap olunmuş, la-
kin  kitabda  haqqında  danışılmayan  başqa 
lüğətlərin  iştirakçılarından  –  tərtibçilərindən 
biri olmuşdur. Ədalət naminə deməliyik ki, bu-
nun  üçün  həmin  lüğətlərin  titul  səhifələrinə 
baxmaq  kifayət  edərdi.  Ə.Orucov  M.Mirbaba-
yevlə  çalışdığı  zaman  Mirbabayevin  7  illik  lü-
ğətçilik təcrübəsi var idi. Bir çox lüğətlərin tər-
tibində onlar birgə çalışmışlar (1940–1946). 
Kitabçanın sonunda onun haqqında bir ne-
çə xatirə və ona aid sənədlər də əlavə edilmişdir. 
Azərbaycan Respublikası Elmlər  Akade-
miyası  Rəyasət  Heyətinin  28  aprel  1999-cu  il 
tarixli  11/5  nömrəli  qərarına  əsasən  Nəsimi 
adına  Dilçilik  İnstitutu  M.Mirbabayevin  ana-
dan olmasının 110 illiyi münasibətilə elmi ses-
siya keçirmişdir. 
Çap olunmuş  proqrama  əsasən  sessiyada 
institutun  direktoru  A.Axundov  giriş  sözü  ilə 
çıxış  etmiş,  prof.  İ.Məmmədli  «Miryusif  Mir-
babayevin  Azərbaycan  lüğətçiliyində  yeri», 
B.Abdullayev  «Miryusif  Mirbabayevin  həyat 
yolu» mövzularında məruzələri dinlənilmişdir.  
Yaxşı haldır ki, ümumtəhsil məktəblərinin 
Azərbaycan  dili  dərsliklərində  Miryusif  Mirba-
bayevin kimliyi  haqqında, onun fəaliyyətini əks 
etdirən  şəkil  və  yığcam  yazı  da  verilmişdir. 
Fərəhləndirici  haldır  ki,  məktəblilər  də  bu  gün 
alimi bir görkəmli lüğətçi kimi tanıyır. 
 
 
Ə D Ə B İ Y Y A T 
 
1.  Abdullayev  Bəhruz.  Görkəmli  lüğətçi 
Miryusif Mirbabayev. Bakı, 2000. 
2.  Jaбленко  Б.Т.,  Мирбабаев  Ju.  Сравни-
телнйj  обзор  некоторyh  особенностеj  азербаj-
дžанскоgо и русскоgо jaзyков // Методиčеские 
указаниja  и  справоčник  длja  уčителеj.  Баку: 
Азернеšр, 1938. 
3.  Axundov  Saleh.  Azərtürkcə  yeni  dolu 
sözlük. İstanbul, 1942. 
4.  Širaliev  M.  Mirjusif  Mirbabaev  //  Sov. 
tjurkologija. 1989. № 4. 
 
 
 
 
 
 
 


İSMAYIL KAZIMOV 
 
48 
ISMAYIL KAZIMOV 
 
LAUREATE OF THE STATE PRIZE OF THE USSR 
MIRBABAYEV MIRYUSIF MIRABBAS OGHLU  
 
S u m m a r y 
 
Some features of personality of outstanding  lexicographer, laureate of the state prize of the 
USSR M.M.Mirbabayev, his scientific activity, his specific place as a lexicographer in the history 
of Azerbaijani linguistics are considered in the article. It is emerged that his most significant and 
glorified  work  is  4  volume  edition  of  «Russian-Azerbaijani  dictionary».  He  is  one  of  the  main 
compilers of  all 4  volumes of this  dictionary. In  the  article the activity of  M.Mirbabayev  is  also 
valued on the basis of judgment of individual scientists. 
 
Key words: M.Mirbabayev, lexicographer, Azerbaijani linguistics, volumes, state prize 
 
 
 
ИСМАИЛ КЯЗИМОВ 
 
ЛАУРЕАТ ГОСУДАРСТВЕННОЙ ПРЕМИИ СССР  
МИРБАБАЕВ МИРЮСИФ МИРАББАС ОГЛУ  
 
Р е з ю м е 
 
Статья  посвящена  выдающемуся  лексикографу,  лауреату  Государственной  премии 
СССР  М.Мирбабаеву.  В  ней  рассматривается  научная  деятельность  М.М.Мирбабаева  и 
указывается  на  его  особое  место  в  истории  азербайджанского  языкознания.  Отмечается, 
что  самой  значимой  и  прославившей  учёного  работой  является  четырёхтомный  «Русско-
азербайджанский  словарь»,  в  котором  он  был  одним  из  основных  составителей.  В  статье 
также приводится оценка деятельности М.Мирбабаева рядом известных учёных. 
 
Ключевые  слова:  М.Мирбабаев,  лексикограф,  азербайджанское  языкознание,  том, 
Государственная  премия 
 
 
 
Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik İnstitutu – 
şöbə müdiri, fil.e.d. 
 
e-mail: cahid@ismayiloglu.com 
 
 
 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə