N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

RÜSTƏM KAMAL 
 
 
42 
Təkrar işlənməyə 
göndərilmə tarixi 
 
 
12.X.2015 
Çapa göndərilmə tarixi 
19. X.2015 
 
 
_________ 
 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
S S R İ   D Ö V L Ə T   M Ü K A F A T I   L A U R E A T I  
 
 
 
İSMAYIL KAZIMOV 
 
SSRİ DÖVLƏT MÜKAFATI LAUREATI 
MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU  
 
 
Azərbaycanda filoloji fikrin inkişaf tarixi 
aydın  zəkalı  insanların  elmi  fəaliyyəti  ilə  də 
səciyyələnir. Miryusif Mirabbas oğlu Mirbaba-
yev də belə aydınlarımızdandır. O, 1889-cu il-
də  İrəvan  şəhərində  anadan  olmuşdur.  Adının 
əvvəlində mir  sözü də olmuş, amma  sovet hö-
kumətinin  təzyiqi  nəticəsində  seyidlik  kökünü 
ifadə  edən  həmin  söz  götürülmüşdür.  Sovet 
dönəmində  bəlli  səbəblərə görə  bir çoxları  ad, 
ata adı və soyadlarında olan xan, bəy, mir, se-
yid  sözlərini  ixtisar  edirdilər.  M.Mirbabayev 
də belə etmişdir. O, İrəvan şəhərində rus-Azər-
baycan  məktəbinə  getmiş,  1904-cü  ildə  gim-
naziyada  təhsilini  davam  etdirmişdir.  1912–
1916-cı  illərdə  Moskva  Universitetinin  Hüquq 
fakültəsini bitirən M.Mirbabayev İrəvana qayı-
dıb, uzun müddət təhsil sistemində çalışıb. İrə-
van  Pedaqoji  Texnikumunda  tədris  hissəsinin 
müdiri vəzifəsini icra edib. 
Böyük  ədəbiyyatşünas  Firudin  bəy  Kö-
çərli keçən əsrin əvvəllərində yazırdı ki, «şəh-
ri-İrəvan  keçmişdə  mərkəzi-üləma,  füzəla  və 
şüəra olubdur» (İrəvan şəhəri keçmişdə alimlə-
rin,  fazillərin  və  şairlərin  mərkəzi  olmuşdur). 
Miryusif  Mirbabayev  də  bu  üləma-mərkəzin-
dən  ucalıb, kamala çatıb. Həmin  ziyalılar  nəs-
linin  ən  məşhurlarından  və  görkəmlilərindən 
biri, bəlkə də birincisi olub.  
Çətin günlərdə o yalnız təhsil  işçisi kimi 
yox,  millətin,  torpağın  təəssübkeşi,  dərdlərin 
carçısı  kimi  çıxış  edib.  Erməni  zülmünə  qarşı 
sözünü  deyənlərdən  olub.  Arxiv  sənədləri  bu-
nu deməyə əsas verir. 
M.Mirbabayevin elmi fəaliyyəti ailəsi ilə 
birgə 1933-cü ildən Bakıya gəlmələri ilə başla-
nır.  Əvvəlcə  EA-nın  Zaqafqaziya  Filialının 
Azərbaycan Bölməsində, sonra isə AzFAN-nın 
Tarix,  Dil  və  Ədəbiyyat  Bölməsinin  Lüğət-
Terminologiya  Bölməsinin  müdiri  vəzifəsində 
çalışmışdır.  1938-ci  ildən  1944-cü  ilə  qədər 
M.M.Mirbabayev  SSRİ  Elmlər  Akademiyası 
Zaqafqaziya  Filialının  Azərbaycan  Bölməsin-
də  işə  başlayır.  Bölmədə  Lüğətçilik  İnstitutu-
nun  elmi  katibi,  son  illər  isə  (1944)  direktor 
müavini  vəzifəsində  çalışmış,  həm  də  şöbəyə 
başçılıq etmişdir.  
Bu  illərdə  (1944–1945)  M.Mirbabayev 
Moskvada Dil  və Təfəkkür İnstitutunda, Şərq-
şünaslıq İnstitutunda, MDU-nun Filologiya fa-
kültəsinin  Şərqşünaslıq  şöbəsində  Azərbaycan 
dilinin  müxtəlif  problemlərindən  bəhs  edən 
məruzələri ilə çıxış edib.  
1946-cı  ildə  Azərb.  SSR  Elmlər  Akade-
miyasının Dil İnstitutuna (indiki  Nəsimi  adına 
Dilçilik  İnstitutuna)  direktor  təyin  edilir.  Hə-
min dövrdə alimin elmi fəaliyyəti əsasən müx-


İSMAYIL KAZIMOV 
 
44 
təlif  lüğətlərin  tərtibinə  və  redaktəsinə  həsr 
olunur. 
M.M.Mirbabayev  lüğətçilik  sahəsində  ta-
nınmış dilçidir. Ömrünün 18 ilini elmə həsr edib. 
1933-cü  ildən  ömrünün  sonunadək  Azərb.  SSR 
Elmlər  Akademiyasında  lüğətlərin  tərtibi  ilə 
məşğul  olub.  Dördcildlik  «Rusca-azərbaycanca 
lüğət»  (1940–1946),  üçcildlik  «Rusca-farsca-
azərbaycanca  lüğət»  (1945),  «Farsca-rusca-
azərbaycanca  qısa  lüğət»  (1945)  və  digər  tər-
cümə lüğətlərinin əsas tərtibçilərindəndir. 
M.M.Mirbabayevin  «Azərbaycan  dilinin 
izahlı  lüğəti»nin  ilk  layihəsinin  hazırlanma-
sında (1945–1950) müstəsna xidmətləri olub. 
Alim müxtəlif lüğətlərin redaktəsi və tər-
tibi ilə məşğul olur, fəaliyyətinin ən çətin anla-
rını  bu  işə  sərf  edir.  Azərbaycanda  ilk  «Azər-
baycanca-rusca  frazeoloji  lüğət»  onun  tərəfin-
dən hazırlanıb çap edilir. 
1933-cü il bu elm adamının fəaliyyətinin 
çiçəkləndiyi bir dövr olur. 
O,  SSRİ  EA-nın  Zaqafqaziya  Filialının 
Azərbaycan  şöbəsində çalışır  və respublikanın 
ali məktəblərində dərs aparır. 
1938–1941-ci  illərdə  M.Mirbabayev  SSRİ 
EA  Azərbaycan  Filialının  Lüğətçilik  İnstitutunun 
elmi  katibi  vəzifəsini  icra  edir  və  1942–1944-cü 
illərdə  Dil  və  Ədəbiyyat  İnstitutunun  Lüğətçilik 
şöbəsinin müdiri olur. 
1944-cü  ildə  o,  «Azərbaycan  və  erməni 
dillərinin  qarşılıqlı  əlaqəsi»  mövzusunda  dis-
sertasiya müdafiə edərək filologiya elmləri na-
mizədi alimlik dərəcəsini alır. 
M.Mirbabayev 1946–1949-cu illərdə Azərb. 
SSR  EA-nın  müstəqil  Dil  İnstitutuna  rəhbərlik 
edir.  
Dördcildlik «Rusca-azərbaycanca»  lüğətin 
hazırlanmasındakı  xidmətlərinə  görə  M.Mirba-
bayev  1948-ci  ildə  SSRİ  Dövlət  mükafatına  la-
yiq görülmüşdür. Bu, Stalin  mükafatı  idi.  Azər-
baycan dilinin lüğət tərkibinin zənginləşməsində 
həmin lüğətin dəyəri inkaredilməzdir. 
Hələ  1943-cü  ildə  akad.  İ.İ.Meşşaninov 
həmin  lüğət  haqqında  yazırdı:  «...dördüncü, 
sonuncu cildin nəşri gözlənilir, bu rus-milli lü-
ğətlər  arasında  rusca-azərbaycanca  ən  böyük 
lüğətdir. Lüğətin başa çatmasında Akademiya-
nın  bütün  Azərbaycan  Filialı  və  Lüğət  şöbəsi-
nin möhtəşəm xidməti olacaqdır. Bu lüğət tək-
cə Azərbaycan üçün deyil, daha geniş miqyas-
da böyük əhəmiyyət kəsb edəcəkdir». 
1948-ci  ildə  lüğətin  yaradıcıları  redaktor 
akad.  Heydər  Hüseynov,  Akademiyanın  Dil  İns-
titutunun direktoru Miryusif Mirbabayev və həmin 
institutun Lüğət və terminologiya şöbəsinin müdiri 
Əliheydər  Orucov  SSRİ  Dövlət  mükafatına  layiq 
görüldülər.  O  zaman  bu  mükafat  respublikanın 
sosial həyatında mühüm bir hadisəyə çevrilir. 
M.Mirbabayev  ömrünün  son  gününəcən 
dilimizə  keçmiş  xarici  sözlərdən  ibarət  lüğətin 
və izahlı lüğətin hazırlanması üçün səylə çalışıb. 
Onun  başa  çatdıra  bilmədiyi  işləri  M.Mirbaba-
yevin doktorantları, yetirmələri davam etdirib. 
Həmin dövrün tələblərindən biri fars dilini 
öyrənmək  idi.  Bu  tələbi  ödəmək  üçün  1944-cü 
ildə  M.Mirbabayevin  bir  sıra  müəlliflərlə  birgə 
tərtib  etdiyi  «Rusca-farsca-azərbaycanca  lü-
ğət»in  böyük  faydası  oldu.  Həmin  lüğət  sütun 
şəklində  çap  edilir.  Birinci  sütunda  rusca  baş 
söz, ikinci sütunda onun farsca mənası, üçüncü 
sütunda  isə  azərbaycanca  anlamı  verilir.  Lüğət 
9000-ə yaxın baş sözü ehtiva edir. Sovet dönə-
mində ilk dəfə belə bir lüğət nəşr edilir.  
«Azərbaycan  dilçiliyinin  tarixi»  (1996) 
əsərində  prof.  Adil  Babayev  M.Mirbabayevin 
yalnız  bir  əsərinə  («Müxtəsər  farsca-rusca-
azərbaycanca  lüğət»inin)  toxunur.  Bəlkə  də, 
dilçiliyimizin  tarixində  onun  yerini  daha  çox 
dəyərləndirmək olardı. 
Dördcildlik «Rusca-azərbaycanca lüğət»in 
nəşri  təkcə  Azərbaycanda,  hətta  sovetlərdə  iki-
dilli  lüğətçiliyin  inkişafı  tarixində  yeni  və  çox 
böyük  mərhələ  təşkil  edirdi.  Sözügedən  lüğət 
100  minə  qədər  sözü  əhatə  edirdi.  1941-ci  ildə 
M.Mirbabayev  bu  lüğətin  tərtib  qaydaları  və 
prinsipləri haqqında Moskvada məruzə etmişdir. 
Bu  lüğət  o  zamanın  leksikoqrafiyasında  ciddi 
maraq doğurdu. 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə