N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU 
 
45 
Məşhur  türkoloq  N.Dmitriyev  də  sözü-
gedən  lüğətə  yüksək  dəyər  vermişdir.  SSRİ 
tarixində ilk hadisə idi ki, lüğət yüksək müka-
fata  layiq  görülür.  Göstərilən  istiqamətdə  işdə 
Azərbaycan  birinci  yeri tutur. Lüğət  işinin  ge-
niş  və  əsaslı  qoyuluşunda  xronoloji  üstünlük 
Azərbaycana  mənsubdur.  Dördcildliyin  nəşri 
ikidilli  lüğətçiliyimizin  inkişafı  tarixində  yeni 
və  yüksək  bir  mərhələ  idi.  Bu  fikirlər  də 
İ.Meşşaninova məxsusdur [1]. 
Azərbaycan dilçiliyində  lüğətçi kimi  xü-
susi mövqeyi olan M.Mirbabayev bir sıra elmi 
məqalənin də müəllifidir. Onun ilk elmi məqa-
lələrindən  biri  Azərbaycan  və  rus  dillərinin 
bəzi  məsələlərinin  müqayisəli  tədqiqinə  həsr 
olunan şərikli yazılmış metodik məqalədir [2].  
Azərbaycan  və  erməni  dillərinin  genetik 
qohum  olmadığını  təsdiq  edən  məqalələrdən 
biri də «Azərbaycan və erməni dillərinin qarşı-
lıqlı  əlaqəsi  haqqında»  adlanır.  Burada  ərəb-
fars-Azərbaycan mənşəli sözlərin erməni mən-
bələrində olduğunu göstərir və yazır ki, Bakıda 
yaşayan  ermənilərin  danışığında  Azərbaycan 
dilinə  məxsus  sözlərlə  (məhlə,  qol,  qonaqlıq, 
dəstə,  bağ,  usta,  papaq,  toz,  boy,  kor,  kasıb, 
həyat,  sahman,  adət,  astar,  xal,  bazar,  bala, 
halal  və  s.)  yanaşı,  atalar  sözləri  və  məsəllər 
də  işlədilmişdir.  İrəvan  ermənilərinin  nitqində 
belə  söz  və  ifadələr  getdikcə  azalmışdır.  Bu-
nun  səbəbi  məktəb  şəbəkəsinin  inkişaf  etmə-
silə  bağlı  erməni  ədəbi  dilinin daha geniş  küt-
lələrin  dilinə  təsir  göstərməsi  və  dialektlərin 
işlək dairəsinin daha da lokallaşmasıdır. 
Tərtib  etdiyi  ermənicə-azərbaycanca  və 
azərbaycanca-ermənicə  lüğətlər,  erməni  və 
Azərbaycan  dillərinin  qarşılıqlı  əlaqəsinə  həsr 
edilmiş  elmi  məqalələr  onun  bu  dili  dərindən 
bildiyini  sübut  edir.  O,  Azərbaycan  dilinin 
qonşu dillərə, o cümlədən də erməni dilinə tə-
sirini  Azərbaycan  xalqının  yayılma  arealı  və 
tarixi ilə əlaqələndirir. Bəllidir ki, Dərbənddən 
başlayaraq  Təbrizə  və  daha  uzaqlara  qədər 
olan ərazidə azərbaycanlılar yaşayırdılar. 
M.Mirbabayev  onu  tanıyanların  yadda-
şında  həqiqi  ziyalı,  həlim  və  səliqəli  insan  ki-
mi iz buraxmışdır. 
1999-cu ildə M.Mirbabayevin – tanınmış 
filoloqun,  Dövlət  mükafatı  laureatının  anadan 
olmasının 110 illiyi qeyd olundu. 
Dilçilik elminin ən qədim və çətin sahəsi 
lüğətçilikdir. M.Mirbabayev Azərbaycan dilçi-
liyi  tarixinə  məşhur  lüğətçi  kimi  daxil  olmuş-
dur.  O,  təkcə  lüğətlərin  tərtibi  ilə  məşğul  ol-
mur,  həmçinin  də  Lüğətlər  İnstitutuna  təqdim 
olunan  əlyazmalara  öz  obyektiv  münasibətini 
də  bildirirdi:  «Bu  lüğətin  mətni  (söhbət  Saleh 
Axundovun “Azərtürkcə yeni dolu sözlük” (İs-
tanbul,  1942)  əsərindən  gedir  –  redaktordan) 
Azərbaycan  ədəbi  dili  normalarından  çox-çox 
uzaq  bir dildə  yazıldığından,  sözlərin  izahında 
çoxlu  miqdarda  dar  məhəlli  sözlər,  habelə 
arxaizmlər,  arqotizmlər,  hətta  müəllifin  özü 
tərəfindən  düzəldilmiş  sözlər  işləndiyindən 
çox  vaxt  onu  başa  düşmək  çətin  olur.  Lakin 
buna  baxmayaraq,  həmin  lüğətin  meydana 
gəlməsi,  dilimizin  leksikasının  müəyyən  bir 
hissəsini toplayıb sistemə salmaq, sözlərin mə-
nalarını, ibtidai şəkildə də olsa, açmağa, onları 
misal  və  frazeologiya  ilə  eyniləşdirməyə  bir 
təşəbbüs olmaq nöqteyi-nəzərindən maraqlı bir 
hadisə kimi qiymətləndirilməlidir» [3]. 
Təkcə lüğətşünas deyil, həm də bacarıqlı 
terminoloq olan M.Mirbabayev 1951-ci ildə 62 
yaşında vəfat etmişdir. Vaxtilə onunla birlikdə 
işləmiş  institutun  elmi  işçisi  mərhum  Əminə 
Həbibzadə həmkarını belə xatırlayırdı ki, insa-
na xas olan bütün gözəl sifətlər Ağada var idi. 
M.Mirbabayevə verilmişdi: sadəlik, səmimilik, 
təvazökarlıq. O,  əvəzsiz  insan  idi. O,  çox  mü-
layim,  sakit  təbiətli,  xeyirxah  bir  şəxs  idi. 
Əməkdaşlar  arasında  böyük  hörməti  var  idi. 
Heç  kəsin  qəlbinə  toxunmazdı.  Biz  hamımız 
ona «Ağa» deyə müraciət edirdik. 
Respublikanın müxtəlif mətbu orqanlarında 
(Nedelya.  1999.  27  avqust;  Elm.  1999.  1  aprel; 
Mədəniyyət. 1999. 30  iyun) onun elmi  fəaliyyəti 


İSMAYIL KAZIMOV 
 
46 
haqqında  dolğun  məlumatlara  rast  gəlmək 
olur. 
Dördcildlik lüğətlə yanaşı, institutda hələ 
akad.  H.Hüseynovun  təşəbbüsü  ilə  tərtibinə 
başlanılmış «Əcnəbi sözlər lüğəti»nin tərtib prin-
siplərinin  hazırlanmasında  və  müzakirəsində  də 
Y.Mirbabayevin mühüm xidmətləri olmuşdur. 
«Əcnəbi sözlər lüğəti»nin bir hissəsi hələ 
1947-də  Y.Mirbabayevin  rəhbərlik  etdiyi  «Dil 
İnstitutunun əsərlərin»də müzakirə təriqilə çap 
olunmuşdur. 
«Mədəniyyət»  qəzetində  bir  xatirə-məqa-
ləyə  rast  gəldik.  Məqalənin  sərlövhəsi  adamı  o 
dəqiqə  özünə  çəkir:  «Onu  Stalin  unutmamışdı, 
bəs  biz  necə?» söhbət dilçi-alim  Miryusif  Mir-
babayevdən  gedir.  62  yaşında  dünyasını  dəyi-
şən alim 38 ildən sonra yenidən xatırlandı. 100 
illik  yubileyində  biganəlik  buzu  əridi,  elmi-
mizin  cəfakeşlərindən  olan  Miryusif  Mirba-
bayevin  adını  ziyalılarımız  hörmətlə  çəkdilər, 
onun yaratdıqlarını yüksək qiymətləndirdilər. 
Onun 110 yaşını Dilçilik İnstitutunda yada 
saldılar.  Bu  məqsədlə  keçirilən  sessiyada  insti-
tutun  əməkdaşları  ürək  sözlərini  (1999-cu  ildə) 
söylədilər.  Alimi  tanıyan  Azərbaycan  dilçiləri 
onun  haqqında  –  sələfin  həyat  və  yaradıcılığın-
dan,  elmimizdəki  rolundan  ürək  dolusu  danışır-
lar. Akademiyanın müxbir üzvü Z.Budaqova de-
yirdi ki, Azərbaycan filoloji fikrinin ən görkəmli 
nümayəndəsi,  dilçilik  elminin  banilərindən  biri, 
ziyalı kökün layiqli övladı... «Şərqdə ilk filologi-
ya elmləri namizədi azərbaycanlı qadının», prof. 
Rəhilə Məhərrəmovanın sözlərincə, M.Mirbaba-
yev hələ təzə təsis olunmuş Azərbaycan EA Dil 
İnstitutunda ilk direktor olduğu üçün onu bu ins-
titutun  yaradıcısı  hesab  etmək  olar.  Çox  da  bö-
yük olmayan bu institutun bütün qayğıları (həm 
elmi istiqamət, həm də təşkilati məsələlər) onun 
üzərinə  düşmüşdü.  O,  Azərbaycan  dilçiliyinin 
gələcək inkişaf perspektivləri üçün öz qüvvəsini 
əsirgəmirdi.  Müəllimimi  hörmətlə  xatırlayıram. 
O,  alicənab,  yüksək  keyfiyyətləri  ilə  seçilən  in-
san  – alim idi. 
«Мир литературы» («Dünya ədəbiyyatı») 
qəzetində  M.Mirbabayevin  anadan  olmasının 
125 illiyi münasibətilə məqalə dərc olunmuşdur. 
Məqalə  «Он  был  прост и  доступен» («O, çox 
sadə və məsuliyyətli bir insan kimi səciyyələndi-
rilir»)  adlanır.  Məqalədə  M.Mirbabayev  haq-
qında  akad.  M.Ş.Şirəliyevin,  Z.İ.Budaqovanın, 
R.C.Məhərrəmovanın fikirləri də təhlil olunur. 
M.Ş.Şirəliyev:  «M.Mirbabayev  vaxtaşırı 
müxtəlif aktual mövzularda çıxış etmişdir: “Azər-
baycan  dili  tarixinin  formalaşması  prosesi”, 
“Azərbaycanda  yafəs  və  İran  dillərinin  öyrənil-
məsi işinin təşkili”, “Azərbaycan-İran dilləri mü-
nasibətləri”,  “Alban  mədəniyyəti  və dili”,  “Fran-
sız-Azərbaycan, alman-Azərbaycan, ingilis-Azər-
baycan” dillərində lüğətin tərtibi haqqında” və b. 
mövzularda dəyərli çıxışlar etmişdir» [4]. 
Akad.  Ağamusa  Axundovun  fikrincə, 
Azərbaycanın  leksikoqraf-alimi  Miryusif  Mir-
babayev çox işlər görmüş, bu gün onun  yazdı-
ğı  əsərlər  yetirmələri  tərəfindən  davam  və  in-
kişaf etdirilir. 
Ona  həsr  edilmiş  sessiya  Azərbaycan 
Elmlər Akademiyası Rəyasət Heyətinin 28 ap-
rel  1999-cu  il  tarixli  qərarına  əsasən  keçiril-
mişdi.  Qərarda alimin  yaşamış olduğu  evə  xa-
tirə  lövhəsinin  vurulması  və  Bakının  küçələ-
rindən  birinə  onun  adının  verilməsi  ilə  əlaqə-
dar qaldırılmış təşəbbüs təəssüf ki, bu günədək 
nəticəsiz qalıb. 
Bundan əlavə, görkəmli alimin adı ASE-yə 
düşməmişdi.  Görəsən,  respublikanın  neçə  nəfər 
Stalin mükafatı almış belə dilçisi var imiş? 
Doğrudur,  Nəsimi  adına  Dilçilik  İnstitu-
tunun Elmi Şurasının  19  yanvar 1994-cü  il ta-
rixli  iclasının  2  nömrəli  protokoluna  əsasən 
Miryusif Abbas oğlu Mirbabayevin xatirəsinin 
ədəbiləşməsi  barədə  qərara  alınır  ki,  görkəmli 
dilçi-alim,  yorulmaz  tədqiqatçı,  Dövlət  müka-
fatı  laureatı  Miryusif  Abbas  oğlu  Mirbabaye-
vin  xatirəsinin  əbədiləşməsi  ilə  əlaqədar  onun 
yaşadığı  evə  xatirə  lövhəsi  vurulması  və  Bakı 
küçələrinin  birinə  onun  adının  verilməsi  barə-


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə