N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

MÜXBİR ÜZV CƏFƏROV NİZAMİ QULU OĞLU 
 
65 
«Azərbaycan  dilində  sadə  cümlənin  struktur-
semantik  inkişafı»nı  (Структурно-семанти-
ческое  развитие  простого  предложения  в 
азербайджанском  языке:  AKД.  Баку,  1985) 
izlədi,  sonra 90-cı  illərdə  Cənubi  Azərbaycan-
da ədəbi dil, normalar, üslublar (Cənubi Azər-
baycanda  ədəbi  dil:  normalar,  üslubları.  Bakı, 
1990)  problemini  araşdırdı.  Füzulidən  Vaqifə 
qədər  (Füzulidən  Vaqifə  qədər.  Bakı,  1991) 
olan  dövrü  təhlil  etdi.  Həmin  illərdə  «XVIII 
əsr  Azərbaycan  ədəbi  dili»  mövzusunda  dok-
torluq dissertasiyasını (Азербайджанский ли-
тературный язык XVIII в.: АДД. Баку, 1991) 
uğurla müdafiə etdi... 
Nizami  Cəfərovun  yaradıcılığı  5  cilddə 
toplanmışdır.  Hər  cildin  «ön  sözü»  mahiyyət 
və  məzmun  etibarilə  Azərbaycan  dili  tarixinin 
metodoloji problemləri (c. I); Azərbaycan ədə-
biyyatının  tarixi  (c.  II);  türkologiyanın  tarixi 
(c. III); azərbaycanşünaslığın  müasir problem-
ləri  (c.  IV);  ədəbiyyat  siyasəti,  yaxud  ədəbiy-
yatdan siyasətə (c. V). 
 
Azərbaycan  dili  tarixi.  Ədəbi  dilimizin 
tarixi,  o  qədər  də  sistemli  və  ardıcıl  olmayan, 
keçən  əsrin  30-cu  illərindən  etibarən  tədqiq 
olunmağa  başlanılmışdır.  80-ci  illərdə,  təxmi-
nən  3-cü  mərhələdə  Nizami  bu  sahədə  güclü 
bir mütəxəssis kimi görünməyə başladı. 
Göründüyü  kimi,  Nizami  Cəfərov  elmə 
dilçi  kimi  gəlsə  də,  sonralar  dil  tarixçisi  kimi 
ixtisaslaşmış, daha  sonralar  isə  parlaq  istedadı 
nəinki dilçiliyin, ümumən filologiyanın hüdud-
larını keçmiş  və görkəmli  alim,  azərbaycanşü-
nas  alim,  tanınmış  türkoloq  və  siyasi  xadim 
kimi formalaşmışdır. 
Mənim  əlimin  altında  Nizaminin  beş- 
cildlik  seçilmiş  əsərlərini  əks  etdirən  kitabları 
var.  Bu  kitablar  2007-ci  ildən  işıq  üzü  görüb. 
Birinci cildin elmi redaktoru da mənəm. Bura-
da  müəllifin  Azərbaycan  dili  tarixinə  həsr 
olunmuş əsərləri toplanmışdır. 
Azərbaycan  dilinin  və  xalqının  mənşəyi, 
bu  tarixin  təşəkkülü,  dövrləşdirilməsi,  baş  ve-
rən dəyişmələr, bu sahədə görülən işlərin uğur-
lu və qüsurlu cəhətləri və s. bu elmin metodo-
loji  problemlərindəndir. O, ayrı-ayrı  dövrlərdə 
Azərbaycan  dilinin  (və  xalqının)  mənşəyi  mə-
sələsinə  münasibətin  prinsipial  şəkildə  dəyiş-
məsini  müşahidə  edir.  Azərbaycan  ədəbi  dili-
nin  formalaşması  və  inkişafının  mərhələlərin-
də baş verən dəyişmələrin inkişafını izləyir, el-
mi-metodoloji  qüsurları  göstərir.  I.  Azərbay-
can dilinin türk dillərindən biri olmasının prin-
sip  etibarilə  etirafı,  lakin  faktiki  olaraq,  türk 
dillərinin müştərək dövrlərindən, xüsusiyyətlə-
rindən  imtina  edilməsi  nəticəsində  meydana 
çıxan qüsurlar; II.  Azərbaycan dili tarixi dövr-
ləşdirilərkən  etnodil  proseslərindən  daha  çox 
ictimai-siyasi,  mədəni-ədəbi  hadisələrin  gedi-
şindən  çıxış  edilmiş,  Azərbaycanda  qədim 
dövrlərdən  etibarən  özünü  göstərən  (və  dil 
proseslərini  yaradıb  istiqamətləndirən)  etnik 
proseslər diqqətdən kənarda qalmışdır. III. Dil 
proseslərinin  (ümumtürkoloji  proseslər;  Azər-
baycandaxili ədəbi dil, yaxud yazı dili proseslə-
ri; ümumxalq dili, yaxud xalq danışıq dili – folk-
lor  dili  prosesləri;  dialekt,  yaxud tayfa  dili  pro-
sesləri və s.) müxtəlif inkişaf dövrlərində, mər-
hələlərində üzvü vəhdətdə götürülməsi əvəzinə 
«sərbəst» hərəkət edilməsi... 
Nizami  Cəfərovun  düzgün  düşüncəsinə 
görə, göstərilən  bu kimi  nöqsanlar aradan  qal-
dırılmayınca  mükəmməl,  elmi-metodoloji  ba-
xımdan  əsaslandırılmış  bir  «Azərbaycan  dili 
tarixi» yaratmaq mümkün deyil. Bunun üçünsə 
Azərbaycan  dilinin  tarixi  ümumtürkoloji  kon-
tekstdə, etnodil proseslərinin gedişi diqqət mər-
kəzində dayanmaqla və müxtəlif dil, nitq, üslub 
təzahürləri üzvi vəhdət halında araşdırılmalıdır. 
Müasirlərimiz  Nizami  Cəfərovdan  ürək 
dolu  əsərləri  barədə  ürəklə  danışırlar-araşdır-
maları  haqqında  yüksək  fikirdə  olduqlarını 
söyləyirlər. Həqiqətən də, Nizami Cəfərov hə-
min  sözlərə  layiqdir,  o  bizim  Azərbaycan  dil-
çiliyində  birinci  növbədə  ədəbi  dil  tarixi  üzrə 
professional mütəxəssisdir. O, 80-ci ildən məz-
munca  yetkin-bitkin  bir  alim  kimi  formalaşdı. 
5 «Türkologiya», № 3 


TOFİQ HACIYEV 
 
66 
Elmimizə,  dilçiliyimizə,  ədəbiyyatşünaslığımı-
za, sosial mühitə hazırda öz təsirini göstərmək-
dədir. Ədəbi  dil tarixi  üzrə araşdırmaları ciddi 
hadisə  kimi  təqdim  olunur.  Orada  qoyulan 
məsələlərin  böyük  əksəriyyəti  və  elmi  təhlili 
filologiyamız üçün tamamilə yenidir. 
Cilddəki  «Ədəbiyyatşünasın  dilçilik  gö-
rüşləri»  məqaləsini  də  Nizami  ilə  birlikdə  qə-
ləmə almışıq. Biz bu yazıda ana dili məsələsinə 
fəlsəfi-kulturoloji  miqyasda  yanaşan  görkəmli 
ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun 
Azərbaycan  ədəbi-bədii  dilinin  bəzi  məsələləri 
barədə fikirlərini bölüşmək istəmişik. 
 
Azərbaycan  ədəbiyyatı  tarixi.  Nizami 
Cəfərovun «Seçilmiş əsərləri»nin II cildi Azər-
baycan  ədəbiyyatının  tarixi  məsələlərinə  həsr 
edilmişdir. Cildin elmi redaktoru akad. İsa Hə-
bibbəylidir.  N.Cəfərov  bu  cilddə  mükəmməl 
Azərbaycan  ədəbiyyatı  tarixinin  yaradılmasın-
da elmimiz qarşısında duran mühüm vəzifələri 
müəyyənləşdirir.  Uğurlarla  yanaşı,  qüsurlar, 
problemlər  də  qeyd olunur.  Həmin problemlər 
sırasına  Azərbaycan  ədəbiyyatının  mənşəyi, 
Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdiril-
məsi, Azərbaycan ədəbiyyatının (ümumən mə-
dəniyyətinin) intibahı, müasir Azərbaycan ədə-
biyyatının başlanğıcı, onun Şimal və Cənub tə-
zahürlərinin 
ideya-məzmun,  tipoloji-forma 
münasibətləri  və  s.  daxildir.  Milli  düşüncənin 
çiçəkləndiyi  bir  zamanda  bu  məsələlər üzərin-
də bu dərinlikdə təkcə Nizami Cəfərov düşünə 
bilərdi.  Onun  düşüncəsində,  Azərbaycan  ədə-
biyyatı tarixi: a) ədəbi-estetik proses; b) etnik-
kulturoloji  proses;  c)  ictimai-siyasi  proses 
prinsipləri  əsasında  dövrləşdirilir.  N.Cəfərov 
haqlı  olaraq  deyir  ki,  biz  Azərbaycan  ümumi 
ədəbiyyatının  tarixini  yaratmaqdan  qabaq 
ümumi  Azərbaycan  ədəbiyyatı  tarixinin  meto-
dologiyasını işləyib hazırlamalıyıq. 
Baxın,  bu təklifləri  əsasən  ixtisasca dilçi 
olan alim deyir. Nizaminin tarixə verdiyi dəyə-
rə diqqət  yönəldin: ...ədəbiyyatda  ehtiva olun-
muş tarix ən səmimi, ən humanist tarixdir – bu 
tarix mənsub olduğu xalqı  yüksəldərkən başqa 
xalqları alçaltmır, insana, dünyaya, Allaha mə-
həbbət təbliğ edir (c. II. S.13). 
Xalqın  Şah  əsəri  olan  «Dədə  Qorqud» 
eposunun yubileyində Nizami Cəfərov dedi ki, 
«Dədə  Qorqud»  eposunun  yubileyi  Azərbay-
can  xalqının  mənəvi-ideoloji  katarsisi  üçün 
çox əhəmiyyətlidir. O, hər bir yazısında aktual 
məsələləri  qruplaşdırır.  Qruplaşdırmada  isə  o, 
ümumiləşdirici və bu qruplar lazım olan səviy-
yədə  onun  əsərlərində  təhlil  olunur.  Epos  bi-
zim  hansı  tarixi-mədəni  mənbələrdən  gəldiyi-
mizi, hansı ictimai-siyasi, ruhi əxlaqi problem-
lərlə  qarşılaşdığımızı,  həmin  problemləri  tari-
xən hansı prinsiplərlə həll etdiyimizi göstərir. 
N.Cəfərov ədəbiyyata aid yazılarında canlı 
danışıq  dili  ifadələrini  müəyyən  məqsəd  üçün 
işlədir. Onda şəxsiyyəti, bəhs etdiyi obyekti də-
qiq  müəyyənləşdirmə,  qiymət  vermə  qabiliyyəti 
güclüdür.  Nizaminin  həm  danışığında,  həm  də 
ciddi  yazılarında  bir  az  komizm,  güldürmək 
istəyi var. İnsana, mühitə münasibəti gerçəkdir. 
 
Türkologiyanın  tarixi.  Nizamidə  Azər-
baycan  türkçülük  düşüncəsi  yetərincədir.  Azər-
baycanda  bu  cür  insanlar  azdır.  Amma  Nizami 
türk  dünyasının  fəxr  edə-edə  öyündüyü  və 
milli-elmi  düşüncəsilə,  ictimai-siyasi  təfəkkü-
rü  ilə,  dərin  məzmunlu  mükalimələrilə,  dəqiq, 
canlı  nitqi  ilə,  irəli  sürdüyü orijinal  və  faydalı 
ideyaları  ilə  həmişə  hörmət  qananmış  bir  şəx-
siyyətdir. Azərbaycan, bütövlükdə türk dünyası 
belə bir şəxsiyyətlə, türkoloq alimlə bir olmağı, 
onun  biliyindən,  bacarığından  faydalanmağı 
daim  özünə  borc  bilir.  Onun  türkoloji  arenada 
gördüyü  işlərin  miqyası  genişdir:  türkologiya-
nın  tarixi;  ümumtürk  ədəbi  dili  (türkü):  təşək-
külü, təkamülü, tənəzzülü; ümumtürk ədəbiyya-
tı  tarixi;  Azərbaycan  türkologiyasının  durumu; 
ortaq türk dili problemi və s. 
Nizami  Cəfərov  türkologiyanın  bundan 
sonrakı  inkişafı  üçün  impuls  formalaşdıra  bil-
mişdir.  O  bəzən  özünə  aid  olan  keyfiyyətləri 
barəsində bəhs etdiyi türkoloqlarda da görmək 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə