N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

MÜXBİR ÜZV CƏFƏROV NİZAMİ QULU OĞLU 
 
69 
nəslin gənc və parlaq nümayəndələrindən biri də 
Nizami  Cəfərovdur.  Elə  ilk  günlərdən  özünü 
orijinal bir qələm sahibi kimi göstərə bildi və tez 
bir  zamanda  nəzəri-intellektual  üslubda  yazdığı 
məqalələri ilə nüfuz qazandı. Yüksək nəzəri-fəl-
səfi  ümumiləşdirmə,  dilimizin  və  ədəbiyyatımı-
zın  tarixini-milliləşmə  tariximizi,  azərbaycan-
çılıq – Azərbaycan Xalq Cümhuriyyətinin  ideo-
loji  əsaslarını,  bədii  ədəbiyyatı,  eposları,  onun 
Nizami Gəncəvidən üzü bəri gələn əli qələm tu-
tan  simalarını,  türk  dünyasının  birliyi  strategi-
yasını  (türklərin  birliyi  yalnız  iqtisadi,  mədəni 
birlik  deyil,  həm  də  siyasi  birlikdir  –  N.C.), 
Azərbaycanda  türkşünaslığın  çağdaş  durumunu, 
Azərbaycan  mədəniyyətinin  dünənini,  bu  günü-
nü,  sabahını,  xalq  mənafeləri  və  milli  yaddaş 
məcrasında dəyərləndirmək bacarığı gənc alimin 
yazılarını  xarakterizə  edən  nəzəri  metodoloji 
cəhətlər idi. 
Beləliklə,  prof.  N.Cəfərovun  elmi  və 
siyasi xidmətlərini aşağıdakı kimi  formulə edə 
bilərik: 
̶  yüksək  elmi-nəzəri  düşüncə,  spesifik 
fərdi  yazı  üslubu,  elmi  qənaətlərində  düzgün-
lüyə tapınmaq,  elmi  polemikaya  meyil,  heyrə-
tamiz  enerji  sahibi,  çoxlarında  olmayan  iste-
dad, tükənməz  iş qabiliyyəti  və  ciddi  prinsipi-
allıq  Nizaminin  fəaliyyətini  və  yaradıcılığını 
xarakterizə edən ümdə keyfiyyətlərdəndir; 
̶  dilşünaslıq  və  ədəbiyyatşünaslıq  elmlə-
rinin başlıca tarixi inkişaf dövrlərini, mərhələlərini 
və  nəzəri-estetik  konsepsiyalarını  müəyyənləşdirə 
bildi; yeni milli inkişaf nəzəriyyələrini təklif etdi; 
̶  milli  ideologiyamızın  –  azərbaycançı-
lıq nəzəriyyəsinə yeni əsaslar gətirdi; 
̶  tarixin,  talenin  işidir,  ümummilli  lider 
H.Əliyev Atatürk Mərkəzini yaratdı, prinsiplə-
rini  müəyyən  etdi,  açılış  tədbirini  isə  onun  si-
yasi  varisi,  cənab  prezidentimiz  İlham  Əliyev 
həyata  keçirdi.  N.Q.Cəfərov  Azərbaycanda 
Atatürk  Mərkəzinin  rəhbəri  təyin  olundu. 
Onun  mərkəzdə  həyata  keçirdiyi  siyasətdən 
irəli gələn əsas prinsip belədir – mərkəz Azər-
baycan  dövlətinin  siyasətini,  müstəqillik  uğ-
runda mübarizəsini, Heydər Əliyevin yaratdığı 
ənənələri  təbliğ  etməli,  Azərbaycanın  türk 
dünyasında nüfuzunun yüksəldilməsi işində öz 
köməyini göstərməlidir. Həqiqətən də göstərir; 
̶  başqa  elmlər  də  (sosiologiya,  məntiq, 
siyasət  və  s.)  onun  dilçi  qələminə  işıq  salır. 
Onun hər bir  məqaləsini, kitabını  yüksək linq-
vistik  professionallığı  ilə  yazılmış  dilçilik 
əsərləri kimi qiymətləndirmək olar. 
 
P.S. Universitetin  IV  kursunda oxuyarkən 
Tələbə Elmi Cəmiyyəti xətti ilə Nizamini Qazan 
Universitetinə  göndərdim.  Məruzəsini  bitirdik-
dən sonra bir yerli professor deyir ki, biz burada 
tələbələrin elmi işlərini dinləyirik, elmi dərəcəli-
lərinkini yox. Professora bildirirlər ki, bu Nizami 
Cəfərov  Azərbaycan  Dövlət  Universitetinin     
IV  kurs  tələbəsidir.  Sovet  dövrünün  görkəmli 
türkoloqu, o zaman Qazan Pedaqoji İnstitutunun 
rektoru  prof.  Mirfateh  Zəkiyev  heyrət  və  se-
vinclə tələbəmin bu parlaq istedadına görə mənə 
təşəkkür və təbrik məktubu yazmışdı. 
 
 
 
TOFIG HAJIYEV 
 
CORRESPONDING MEMBER JAFAROV NIZAMI QULU OGHLU 
 
S u m m a r y 
 
The  personality,  scientific,  social  activity  and  the  creative  activity  of  Professor  Nizami 
Jafarov are were being investigated in the presented article. Turkic world is proud of him and they 


TOFİQ HACIYEV 
 
70 
respect  his  national-scientific  opinions,  accurate,  expressive  speech  and  important  ideas.  His 
scientific achievements again prove that his Azerbaijanism, Turkism  ideas turned very  important 
event. Learning Turkic  languages comparatively, the  issue of  common  language, and the  history 
of Turkism for Azerbaijanism, its being methodological base, history of turkology are among the 
problems he noted to be very necessary and recommended the ways of their solution. 
Therefore,  historical  cataclysm,  social  and  political  changes,  the  idea  of  independence  in 
social  consciousness,  manifestations  of  national  identity  in  literature,  language  and  culture  are 
reflected in Nizami Jafarov’s creative-activity. 
 
Key  words:  history  of  the  Azerbaijani  language,  history  of  the  Azerbaijani  literature, 
history  of  turkology,  modern  problems  of  Azerbaijanism,  literature  and 
language politics 
 
 
 
ТОФИК ГАДЖИЕВ 
 
ЧЛЕН-КОРРЕСПОНДЕНТ ДЖАФАРОВ НИЗАМИ ГУЛУ ОГЛУ  
 
Р е з ю м е 
 
Статья  посвящена  научной  и  общественной  деятельности  профессора  Низами  Джа-
фарова  –  личности,  известной  всему  тюркскому  миру.  Оригинальные  идеи,  умение  вести 
диалог,  блестящая  речь  учёного  вызывают  глубокое  уважение.  Его  научная  деятельность, 
взгляды  на  азербайджановедение  и  тюркологию,  получившие  широкий  общественный 
резонанс,  способствуют  решению  таких  приоритетных,  по  мнению  языковеда-тюрколога, 
проблем,  как  сравнительное  изучение  тюркских  языков,  создание  общетюркского  языка, 
история  тюркологии  и  др.  В  его  произведениях  отражены  все  катаклизмы  прошлого  сто-
летия,  поразившие  азербайджанское  общество  и  приведшие  к  общественно-политическим 
изменениям, а также идеи национального самосознания в области культуры, литературы и 
языка. 
 
Ключевые  слова:  история  азербайджанского  языка,  история  азербайджанской 
литературы, история тюркологии, современные проблемы азер-
байджановедения, литература и языковая политика 
 
 
 
Ünvan:. AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – 
direktor, fil.e.d. 
 
e-mail:  ilinguistics@lan.ab.az 
 
 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə