N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

MÜXBİR ÜZV BUDAQOVA ZƏRİFƏ İSMAYIL QIZI 
 
57 
müşavirə  və  elmi  sessiyalarda  da  iştirak  et-
mişdir. 1983–1985-ci illərdə İstambulda Beynəl-
xalq  türkoloji  konqresdə,  Berlində  Beynəlxalq 
altayşünaslar  konfransında  (1984),  Daşkənddə 
türkologiyanın  nəzəri  məsələlərinə  aid  Ümum-
dünya  konqresində  (1985)  məruzələrlə  çıxış 
etmişdir. 
Amansız və vaxtsız ölüm olmasaydı, dil-
çi-alim hələ neçə-neçə elmi əsərlər yazıb yara-
dacaqdı,  neçə-neçə  elmi  nəzəri  mülahizələri 
gələcək  elmi  araşdırmalara  əsas  olacaqdı.  Tə-
əssüf  ki...  Təsəlli  və  ümid,  inam  yerimiz  odur 
ki,  Zərifə  Budaqovanın  elmi  irsi  bu  gün  də 
aparılan  tədqiqatlarda  yaşayır,  onlara  işıq  sa-
çır,  aydınlıq  gətirir  və  dilçilik  elmimizi  zən-
ginləşdirir, inkişaf etdirir. 
 
 
 
ISMAYIL MAMMADLI 
 
CORRESPONDING MEMBER BUDAGOVA ZARIFA ISMAYIL GIZI   
 
S u m m a r y 
 
Doctor of philology, professor, honored scientist Zarifa Ismayil gizi Budagova was a well-
known  linguist.  She  is  the  most  distinguished  specialist  in  Azerbaijanian  linguistics,  general 
linguistics  and  language  theory,  Turkish  studies.  Professor  Zarifa  Budaqova  was  the  author  of      
6 monographs, 3 text books and manuals, more than 100 articles. Under her supervision dozens of 
candidate and doctoral dissertations have been defended. 
 
Key words: Zarifa Budagova, linguist, linguistics, author, academy 
 
 
 
ИСМАИЛ МАМЕДЛИ 
 
ЧЛЕН-КОРРЕСПОНДЕНТ БУДАГОВА ЗАРИФА ИСМАИЛ ГЫЗЫ 
 
Р е з ю м е 
 
Член-корреспондент  Академии  наук  Азербайджанской  ССР,  доктор  филологических 
наук,  заслуженный  деятель  науки,  профессор  З.И.Будагова  входит  в  число  всемирно 
известных лингвистов-теоретиков. Возглавляемая  ею филологическая школа  была  создана 
на уровне современной науки о языке. Крупнейший специалист в области как азербайджан-
ского  и  общего  языкознания,  так  и  тюркологической  лингвистики,  автор  ряда  фундамен-
тальных монографических исследований, учебников, учебных пособий, более 150 научных 
трудов, Зарифа Будагова занимала видное место в азербайджанской академической науке, в 
подготовке  молодых  научных  кадров.  Под  её  руководством  выполнены  и  защищены 
многие десятки кандидатских диссертаций. 
 
Ключевые слова: Зарифа Будагова, лингвист, языкознание, автор, академик 


İSMAYIL MƏMMƏDLİ 
 
58 
Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik  İnstitutu – 
şöbə müdiri, fil.e.d. 
 
e-mail: s-solmaz@mail.ru 
 
 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının  
baş redaktorun müavini,  
Sayalı Sadıqova – 
«Türkologiya» jurnalının  
sahə redaktoru  
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
24.VII.2015 
 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
 
15.IX.2015 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
__________ 
 
 
 
 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
SAYALI SADIQOVA 
 
MÜXBİR ÜZV
 
QURBANOV AFAD MƏHƏMMƏD OĞLU 
 
   
Azərbaycan  Milli  Elmlər  Akademiyası-
nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət 
mükafatı  laureatı,  filologiya  elmləri  doktoru, 
professor  Afad  Məhəmməd  oğlu  Qurbanov 
1929-cu  il  yanvarın  10-da  Ermənistanın  Kali-
nino  rayonunun  Qızıl  Şəfəq  (Dağ  Borçalı) 
kəndində anadan olmuşdur. Yilməzli orta mək-
təbini  bitirmiş,  1945-ci  ildə  Qızıl  Şəfəq  kəndində 
pedaqoji  fəaliyyətə  başlamışdır.  1946–1948-ci  il-
lərdə Tbilisi  Müəllimlər  İnstitutunda  təhsil  almış 
və 1948–1951-ci illərdə Lenin adına APİ-də təh-
silini  davam  etdirmişdir.  1951–1955-ci  illərdə 
isə Gürcüstan SSR-in Hamamlı orta məktəbin-
də  direktor,  1955–1956-cı  illərdə  isə  A.S.Puş-
kin  adına  Tbilisi  Dövlət  Pedaqoji  İnstitutunda 
müəllim  vəzifəsində  çalışmışdır.  A.Qurbanov 
1956–1959-cu  illərdə V.İ.Lenin adına  APİ-nin 
Azərbaycan  dilçiliyi  kafedrasının  aspirantı  ol-
muş, 1962-ci  ildə  professor  Ə.Dəmirçizadənin 
rəhbərliyi  ilə  «Səməd  Vurğunun  “Vaqif”  pye-
sinin  dili  və  üslubu»  mövzusunda  namizədlik, 
1968-ci  ildə isə «Müasir Azərbaycan ədəbi di-
li»  mövzusunda  doktorluq  dissertasiyası  mü-
dafiə etmişdir. 
   Afad  Qurbanov  1965-ci  ildə  dosent, 
1970-ci ildə isə professor elmi adına  layiq gö-
rülmüşdür.  O,  1959-cu  ildən  ömrünün  sonuna 
qədər  –  əlli  il  ADPU-da  müəllim,  dekan,  ka-
fedra  müdiri,  filologiya  və pedaqogika  elmləri 
üzrə müdafiə şurasının sədri, 1981–1989-cu il-
lərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İns-
titutunun  (indiki  Azərbaycan  Dövlət  Pedaqoji 
Universiteti)  rektoru  olmuşdur.  Prof.  A.Qur-
banov  1983-cü  ildə  Azərbaycan  SSR  EA-nın 
filologiya  sahəsi  üzrə  müxbir  üzvü  seçilmiş, 
dünyanın  bir  sıra  beynəlxalq  və  milli  akade-
miyalarının  akademiki,  o  cümlədən  Türk  Dil 
Qurumunun üzvü seçilmişdir. 1990–1994-cü il-
lərdə  Milli  Məclisin  üzvü  olan  A.Qurbanov 
Əlifba Komissiyasının sədri olmuşdur.  
 
Azərbaycan dilçiliyinin inkişafında, onun 
müxtəlif sahələrinin araşdırılması və tədrisində 
böyük  xidmətləri  olan  Afad  Qurbanov  «Azər-
baycan ədəbi  və danışıq dili» (1965),  «Müasir 
Azərbaycan ədəbi dili» (1967), «Ümumi dilçi-
lik» (I, II  c. –  1988, 1993),  «Poetik onomasti-
ka» (1988), «Azərbaycan dilinin onomalogiya-
sı» (1988), «Azərbaycan onomastika məsələlə-
ri»  (1986),  «Dünyanın  dil  ailələri»  (1994), 
«Müasir  Azərbaycan  ədəbi  dili»  (I  h.  –  2003), 
«Azərbaycan dilçiliyi problemləri» (I c. – 2004), 
«Azərbaycan onomalogiyasının əsasları» (2 cild-
də – 2004) və  bir  sıra  monoqrafiya  və dərslik-
lərin,  500-ə  qədər  elmi  məqalənin  müəllifidir. 
Bu  monoqrafiyalar görkəmli  alimin  uzunmüd-
dətli  gərgin  elmi  araşdırmalarının  uğurlu  nəti-
cəsidir. Belə əsərlər ancaq elmin bu gününü və 
gələcəyini düşünən alim narahatlığının məhsu-
lu kimi ərsəyə gəlir. Bu əsərlərdə dilçilikdə ak-
tual  məsələlər,  problemlər,  elmi  anlayışlar  də-


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə