323
324
Qlikoneogenezin əsas reaksiyaları qlikoliz reaksiyalarının
geriyə dönməsi hesabına həyata keçir.
Qlikoneogenezin ümumi tənliyi aşağıdakı kimidir:
4
3
2
6
2
2
4
4
2
2
4
2
PO
H
NAD
QTF
ADF
Qlükoza
O
H
NADH
QTF
ATF
turşurş
Piroüzüm
Qlikogenin qlükozadan sintezinə qlikogenez deyilir.
Həmin məqsədlə qlükoza-6-fosfatdan istifadə edilir. Bu iki yolla:
uridinfosfoqlükozid və fosforilaza reaksiyası yolu ilə gedir.
Uridinfosfoqlükozid yolu sxematik belə yazılır:
325
pirofosfat
qlükoza
UDF
fosfat
qlükoza
UTF
1
UDF
n
qlikogen
qlükoza
UDF
n
ADF
UTF
ATF
UDF
Qlikogenin fosforilaza yolu ilə sintezi az əhəmiyyətlidir.
Qaraciyərdə sintez olunan qlikogenin miqdarı onun 5%-ni
təşkil edir. Bundan da orqanizmdə ehtiyat qida maddəsi kimi
istifadə olunur.
11.9 Şəkər mübadiləsinin neyro-humoral
tənzimi
Mərkəzi sinir sisteminin karbohidrat mübadiləsinə təsirini
ilk dəfə keçən əsrin ortalarında Klod Bernar müşahidə etmişdir. O,
müəyyən etmişdir ki, IV mədəciyin dibini iynə ilə qıcıqlandır-
dıqda heyvanlarda hiperqlikemiya və qlükozuriya (sidiklə şəkər
ifraz edilməsi) halları meydana çıxır. Eyni zamanda qaraciyərdə
qlikogen azalır. Qlükozuriya təcrübədən 1–2 saat sonra başlayır və
5–6 saat davam edir. Sonrakı təcrübələr göstərir ki, hipotalamus
nahiyəsinin də qıcıqlandırılması IV mədəciyə iynə vurulduqda
müşahidə olunan dəyişikliklərə oxşar hallarla nəticələnir. Baş
beyin yarımkürələrinin qabığının da karbohidrat mübadiləsinə
təsiri vardır.
Qorxu və həyəcan kimi emosional halların hiperqlikemiya
və qlükozuriya ilə müşayiət olunması buna sübutdur.
Müəyyən edilmişdir ki, qanda şəkərin miqdarının 3,59–
4,44 m mol/l-dən (70–80 mq%) aşağı düşməsi karbohidrat müba-
diləsi mərkəzinin reflektor oyanmasına səbəb olur. Bu proses ―qli-
326
kogenin səfərbərliyi‖ adlanır.
Mərkəzi sinir sistemi karbohidrat mübadiləsinə həm bila-
vasitə, həm də daxili sekresiya vəziləri vasitəsilə təsir edə bilər.
Böyrəküstü vəzinin beyin maddəsinin və mədəaltı vəzinin Langer-
hans adacıqlarının hormonlarının qanda şəkərin miqdarının müəy-
yən səviyyədə saxlanılmasında çox mühüm rolu vardır. Mərkəzi
sinir sistemindən gələn impulslar böyrəküstü vəzinin beyin
maddəsinin ifraz etdiyi adrenalinin miqdarını artırır. Adrenalin
qan dövranı vasitəsilə qaraciyərə gedib, orada qlikogenin parça-
lanmasını sürətləndirir. Adrenalinin qlikogenolitik təsiri, onun
fosforilaza fermentinin aktivliyini artırması ilə əlaqədardır. Sinir
sistemini həddindən artıq oyanması böyrəküstü vəzilərdə adrena-
lin ifrazının artması ilə müşayiət olunur; bu da öz növbəsində
hiperqlikemiya ilə nəticələnir. Mədəaltı vəzinin Langerhans
adacıqlarındakı α-hüceyrələrin hazırladığı qlükaqon da şəkər
mübadiləsinə adrenalin kimi təsir edir. Bununla əlaqədar olaraq,
göstərilən hormonu hiperqlikemik, yaxud qlikogenolitik amil
adlandırırlar.
Langerhans adacıqlarının β-hüceyrələrinin hormonu olan
insulin, karbohidrat mübadiləsinə göstərdiyi təsirə görə, adrenalin
və qlükaqonun antaqonistidir. Onun təsiri ilə qaraciyərdə qlikoge-
nin sintezi sürətlənir və qanda şəkərin miqdarı azalır. İnsulin
hüceyrə membranının qlükozanı keçirmə qabiliyyətini artırır;
bunun nəticəsində toxumalar qlükozanı asanlıqla mənimsəyərək,
energetik material kimi istifadə edirlər. Bundan əlavə, insulin
qraciyərdə bəzi aminturşulardan qlikogenin sintezini (qlikoneoge-
nez) ləngidir və bağırsaqlardan sorulmuş monosaxaridlərin müəy-
yən hissəsinin yağların sintezi üçün istifadə olunmasını artırır.
Yuxarıda göstərilən hormonlardan başqa böyrəküstü vəzi-
lərin qabıq maddəsinin, qalxanabənzər vəzinin və hipofizin ön
327
payının hormonlarının da karbohidrat mübadiləsinə təsiri vardır.
Bu hormonların təsiri nəticəsində qanda şəkərin miqdarı artır.
Kortikosteroidlər (kortikosteron, kortizon, hidrokortizon)
və qalxanabənzər vəzinin hormonu olan tiroksin toxumalarda qli-
koneogenezi sürətləndirirlər. Hipofizin ön payı isə şəkər mübadi-
ləsinə bilavasitə deyil, dolayı yolla təsir göstərir. Burada hazırla-
nan adrenokortikotrop hormon böyrəküstü vəzinin qabıq maddəsi-
nin, tireotrop hormon isə qalxanabənzər vəzinin fəaliyyətini artı-
rır, nəticədə həm böyrəküstü, həm də qalxanabənzər vəzilərin hor-
monları artıq miqdarda ifraz olunur və şəkər mübadiləsində müva-
fiq dəyişikliklər baş verir (qanda şəkərin miqdarı artır). Somato-
trop hormon mədəaltı vəzinin Lahgerhans adacıqlarında olan α-
hüceyrələrin fəaliyyətini artırır. Bunun nəticəsində artıq miqdarda
qlükaqon ifraz edilir. Qlikogenin qaraciyərdə səfərbər edilməsi
sürətlənir və qanda şəkərin miqdarı artır.
11.10 Karbohidrat mübadiləsinin pozğunluqları
Karbohidrat mübadiləsinin pozğunluqları ilk növbədə
qanda şəkərin miqdarının dəyişməsi ilə təzahür edir. Qanda
şəkərin miqdarının 6,66 m mol/l-dən (120 mq%) yüksək olması–
hiperqlikemiya, 3,59 m mol/l-dən (70 mq%) aşağı olması isə hipo-
qlikemiya adlanır. Normal halda sidiyin tərkibində şəkər olmur.
Lakin qanda qlükozanın miqdarı 9,44–9,99 m mol/l-dən (170–180
mq%) yuxarı olduqda sidiklə şəkər ifraz edilir (qlükozuriya).
Hiperqlikemiya və qlükozuriya əsasən, patoloji hallarda
müşahidə edilir, lakin onlara sağlam şəxslərdə də təsadüf etmək
olar. Əsəbi şəxslərdə şiddətli psixi oyanıqlıq nəticəsində fizioloji
hiperqlikemiya və qlükozuriya meydana çıxa bilər. Qida ilə çoxlu
Dostları ilə paylaş: |