331
çıxır. Diabet zamanı qidalanması
pozulmuş toxumalardan xemore-
septorlar vasitəsilə mərkəzi sinir sisteminə gedən qıcıqların da
qanda şəkərin miqdarının artmasında rolu vardır.
Şəkərli diabet zamanı qaraciyərdə qlikogenin sintezi azalır,
zülal və yağlardan qlükozanın sintez olunması (qlikoneogenez) və
qlikogenin parçalanması sürətlənir. Xəstələrin qaraciyərində yağ-
lar keton cisimciklərinə - asetona, aset-sirkə və β-hidroksiyağ
turşularına qədər parçalanır. Buna görə də, şəkərli diabet
xəstəliyi-
nin ağır forması olan şəxslərdə hiperketonemiya (qanda keton
cisimciklərinin artması) müşahidə edilir.
Şəkərli diabeti müalicə etmək üçün insulindən istifadə
edilir. Onun orqanizmə yeridilməsi diabet nəticəsində meydana
çıxan pozğunluqları müvəqqəti olaraq aradan qaldırır. Bu zaman
qlikogenin sintezi və qlükozanın toxumalarda daşınması qaydaya
düşür, qlikoneogenez zəifləyir, yağ turşularının sintezi sürətlənir,
onların oksidləşməsi isə azalır; qanda şəkərin və aseton cisimcik-
lərinin miqdarı normal səviyyəyə enir. Diabetli xəstələrin qanında
osmos təzyiqi çox yüksək olduğuna görə, onlarda güclü susuzluq
hissi meydana çıxır (osmos təzyiqinin artması qanda şəkərin
miqdarının yüksəkliyi ilə əlaqədardır). İnsulinin yeridilməsi bu
halı da aradan qaldırır.
Xəstələrə insulinin çox yüksək dozada yeridilməsi həyat
üçün təhlükəli olan hipoqlikemiya törədə bilər. Hipoqlikemiya
aclıq, ümumi zəiflik və əllərin əsməsi ilə müşayiət olunur. Şəkərin
miqdarı 1,94–2,22 m mol/l-ə (35–40 mq%) endikdə isə qıclıq və
huşun itməsi kimi hallar meydana çıxır. Bu hal hipoqlikemik
koma və ya insulin şoku adlanır. Hipoqlikemiya qanın osmos
təzyiqinin aşağı düşməsinə səbəb olur. Buna görə də, hiperqlike-
miya zamanı xəstələrin ağzında quruluq müşahidə edildiyi halda,
hipoqlikemiya zamanı ağız suyunun ifraz olunması sürətlənir və
332
güclü tərləmə müşahidə edilir; hiperqlikemik koma ilə hipoqlike-
mik komanı klinik təzahürlərinə əsasən bir-birindən fərqləndirmək
üçün bu əlamətə diqqət yetirmək lazımdır. Xəstənin venasına qlü-
koza yeritməklə, onu hipoqlikemik koma vəziyyətindən çıxarmaq
olar. Koma uzun müddət davam etdikdə mərkəzi sinir sistemində
baş verən pozğunluqlar xəstənin ölmünə səbəb ola bilər.
Hiperqlikemiyaya nisbətən, hipoqlikemiya nadir hallarda
rast gəlinir. Gərgin fiziki iş zamanı orqanizmin karbohidrat
ehtiyatı tükəndiyinə görə, ötəri hipoqlikemiya halı baş verə bilər.
Hipofizin ön payının, qalxanabənzər və böyrəküstü vəzilərin
hipofunksyası nəticəsində meydana çıxan xəstəliklər də hipoqlike-
miya ilə müşayiət olunur.
Orqanizmdə karbohidrat mübadiləsində iştirak edən bəzi
fermentlərin çatışmazlığı ilə əlaqədar olan bir sıra irsi xəstəliklər
məlumdur. Bunlardan eritrositlərdə qlükoza-6-fosfatdehidroge-
nazanın çatışmazlığı haqqında artıq məlumat verilmişdir. Aşağıda
karbohidrat mübadiləsinin bəzi irsi pozğunluqları haqqında qısa
məlumat veririk.
11.10.2. Fruktozuriya – qaraciyər hüceyrələrində frukto-
kinaza fermentinin olmaması nəticəsində meydana çıxan irsi
mübadilə pozğunluğudur. Bu xəstəlikdə fruktoza-1-fosfatın əmələ
gəlməsi pozulur. Nəticədə fruktoza orqanizm tərəfindən yalnız
fruktoza-6-fosfata çevrildikdən sonra istifadə edilə bilir. Lakin,
heksokinaza fermentinin iştirakı ilə baş verən bu reaksiya qlüko-
zanın təsiri ilə zəifləyir. Nəticədə xəstənin qanında fruktozanın
miqdarı kəskin sürətdə artır. Normal halda qanda fruktozanın
miqdarı 0,1–0,5 mq%-dən artıq olmur. Fruktozanın miqdarının 1,5
mq%-dən (0,75 m mol/l) yüksəyə qalxması fruktozuriyanın
(sidikdə fruktoza ifraz edilməsi) inkişafına səbəb olur.
Fruktoza mübadiləsinin irsi pozğunluğu
ilə əlaqədar olan