N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   93   94   95   96   97   98   99   100   ...   107

355 
 
Kolamin  oksidləşmə  proseslərində  iştirak  edir,  mədə  şirə-
sinin sekresiyasını, amilazanın fəallığını stimulaşdırır, qlikogene-
lizi, fosforlaşmanı sürətləndirir və qeyri proseslərdə iştirak edir. 
Fosfatidlər  orqanizmdə,  xüsusilə  qaraciyərdə  və  müəyyən 
dərəcədə başqa orqanlarda (böyrəklərdə, sinir toxumasında, nazik 
bağırsaqda  və  s.)  sintez  olunur,  yəni  göstərilən  komponentlərdən 
əmələ gəlir. Bu məqsədlə fosfatid turşulardan əmələ gələn diqlise-
ridlərdən  istifadə  olunur.  Sonuncular  fosfat  turşusu,  xolin,  kola-
min, serin və s. ilə birləşərək müvafiq fosfatidlərə (lesitinlər, kefa-
linlər,  serinfosfatidlər  və  qeyriləri)  çevrilirlər.  Bu  çevrilmələrdə 
ATF və  sitidiltrifosfat  da (STF) iştirak edir. Xolin  fosfoferazanın 
iştirakı ilə fosforlaşmaqla fosfoxolinə, sonuncu isə STF-lə birləşib 
sitidilfosfoxolinə (SDF-xolin) çevrilir.  
 
Sitidildifosfoxolin  və  diqliseridlə  birləşib,  lesitin  əmələ 
gətirir: 
 
SDF─
xolin
+
diqliserid 
 SMF
+lesitin 
 
Bu sxem üzrə başqa fosfatidlərdə: kefalinlər, serinfosfatid-
lər və qeyriləri də sintez olunur. 
 
 
12.5 Sterinlərin mübadiləsi 
 
Sterinlərin  ən  əhəmiyyətlisi  xolesterindir.  Bu  orqanizmdə 
həm sərbəst, həm də yağ turşularının efirləri (steridlər) və zülallar-
la kompleks formada olur.  
CH
2
─CH
2
OH                    CH
2
─CH
2
OPO
3
H

│                                                 │ 
N≡(CH
2
)
2
  + ATF    →      N≡(CH
3
)
3
   +   ADF 
│                                        │ 
CH
2
OPO
3
H
2
                       OH 
 
   Xolin                              Fosfoxolin 


356 
 
Xolesterindən  orqanizm  üçün  bir  sıra  çox  faydalı  fizioloji 
fəal  maddələr:  öd  turşuları,  tənasül  hormonları,  kortikosteroidlər, 
D  –  vitamini  və  s.  əmələ  gəlir.  Xolesterin  toxumaların  su  ilə 
birləşməsində  iştirak  edir,  toksinləri  zərərsizləşdirir.  Sterinlər 
orqanizmdən  müxtəlif  yollarla:  ödlə,  bağırsağın  divarından,  dəri 
ilə  və  s.  toxumalarla  ayrılır.  Yoğun  bağırsağın  möhtəviyyatında 
həmişə  xolesterinin  mikrofloranın  təsiri  ilə  reduksiyalaşma 
məhsulu olan koprosterinə təsadüf edilir.  
 
 
 
Qoyunlarda dəri piyi ilə daimi steridlər də ifraz olunur.  
Xolesterin  oksidləşdikdə  siklik  nüvəsi  parçalanır  və  son 
mərhələdə  enerji  ayrılır.  Ona  görə  də  uzun  müddətli  iş  zamanı 
qanda və başqa orqanlarda xolesterinin miqdarı azalır.  
Xolesterin bütün orqan və toxumalrda, xüsusilə qaraciyər-
də, dalaqda, beyində, ağciyərdə və s.-də sintez edilir. Bu məqsədlə 
sirkə,  piroüzüm,  yağ,  asetosirkə  turşularından  və  başqa  birləşmə-
lərdən istifadə olunur. Həmin çevrilmələr ATF-in, koenzim-A-nın, 
NADF-ın, qlütationun, maqnezium ionunun və s. maddələrin isti-
rakı  ilə  gedir.  Bunlardan  bir  sıra  aralıq  çevrilmələr  nəticəsində 
mevalon turşusu, skvalen, lanosterin və ən nəhayət, xolesterin  
əmələ gəlir.    
 
 
 
 
 
 
        (CH
2
)
2
OH                                        
           │ 
HO─C─CH
3
                       
         │                                                
         CH
2
─COOH                   
 
Mevalon turşusu              
HO 
Xolesterin 


357 
 
Xolesterin  isə  asetil-KoA  ilə  birləşməklə  xolesteridlərə 
çevrilir. 
Xolesterinin  mübadiləsi  pozulduqda  (ateroskleroz  zamanı 
və  s.)  damarların  divarında  çökür  və  onların  elastikliyini  pozur. 
Arteriya  damarlarında  təzyiq  artdığından  damarlar  da  partlayır. 
Belə  hal  ən  çox  yaşlı  insan  və  heyvanlarda  müşahidə  olunur.  Bu 
zaman  qanda  və  başqa  toxumalarda  xolesterinin  miqdarı  çoxalır. 
Buna  h i p e r x o l e s t e r i n e m i y a  deyilir.   
 
 
12.6 Ali doymuş yağ turşularının biosintezi 
 
Yağ  turşularının  biosintezi  hüceyrələrin  sitoplazmasında 
törənir. Bu məqsədlə ikikarbonlu birləşmələr (sirkə turşusu və s.) 
sıxlaşmaqla iriləşir müvafiq doymuş yağ turşularını əmələ gətirir.  
 
COOH
H
C
C
C
C
C
C
C
C
31
15
14
6
4
2
2
2
2













 
 
Palmitin  turşusu  1  molekul  asetil-KoA-nın  və  7  molekul 
malonil KoA-nın sıxlaşmasından əmələ gəlir. Bu prosesi ümumi-
ləşdirilmiş  şəkildə  palmitin  turşusunun  əmələ  gəlməsi  misalında 
aşağıdakı kimi təsəvvür etmək olar. 
 
 
 
Bu proses üçün asetil-KoA karbohidratların və yağ turşula-
rının aralıq məhsulundan alınır, ondan başqa ATF, NADFH bikar-
bonat  və  Mg2
+
  ionları  olmalıdır.  Göstərilən  reaksiyada  karbon 
qazı deyil onun aktiv forması iştirak edir. Malonil – KoA əmələ 
    Asetil-KoA + 7 Malonil-KoA + 14NADFN + 14H
+
 → 
→ CH
3
(CH
2
)
14
COOH + 7CO
2
 + 8HS−KoA + 14NADF
+
 + 6H
2



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə