63
sulfat turşusunun qalığı da vardır. Onların quruluşu aşağıdakı
kimidir:
İnsan dalağında molekulunda qalaktozanın əvəzinə qlükoza
daxil olan serebrozidlər tapılmışdır.
Qanqliozidlər-hidroliz olunduqda alifatik turşu, sfinqozin d-
qlükoza və aminşəkər törəmələri əmələ gətirən qlükolipidlərdir.
Onların molekul kütləsi (3000-ə yaxındır) çoxdur. Qanqliozidlərin
molekulunda olan aminşəkərlərə- N-asetilqlükozaminə və N-asetil
neyramin (sial) turşusuna görə serebrozidlərdən fərqlənir. Bu
turşular orqanizmdə qlükozamindən sintez olunur.
Qanqliozidlərdə serebrozidlərdən fərqli olaraq molekulunda
qalaktozanın əvəzinə mürəkkəb oliqosaxarid olur. Qanqliozidlər
COOH COOH
│ │
HC─NH─CO─CH
3
C═O
│ │
(CHOH)
3
H
3
C─C─HN─CH
│ ║ │
CH
2
OH O (CHOH)
3
│ │
CH
2
OH CH
2
OH
N-asetil qlükozamin N-asetil neyramin turşusu
(sial turşusu)
NH─CO─R
│
─CH
2
─CH─CHOH─CH═CH─(CH
2
)
12
─CH
3
O O
H
H
OH
OH
OH
CH
2
─O─SO
3
H
64
beynin boz maddəsində, həmçinin hüceyrə membranında mito-
xondriyada və nüvəsində onlara rast gəlinir.
Mövzuya aid suallar
1.
Lipidlərin əsas fizioloji funksyalarını izah edin.
2.
Turşu və sabunlaşma ədədi və onların əlaqəsi nə cürdür?
3.
Mumlar və steridlərin kimyəvi tərkibi haqqında məlumat
verin.
4.
Xolinfosfatidlərin və kolaminfosfatidlərin bioloji rolunu
aydınlaşdırmalı.
5.
İnozitfosfatidlər və asetalfosfatidlərin orqanizmdə yayılması
və bioloji rolu haqqında məlumat verin.
6.
Qlikolipidlərin quruluşu, bioloji rolunu aydınlaşdırın.
7.
Mumların tərkibini hansı turşular təşkil edir?
8.
Lesitinlərin təbiətdə yayılmasını misallarla izah edin.
9.
Lipidlər nə üçün turş xassəyə malikdirlər?
10.
Lipidlər əsas hansı funksyaları yerinə yetirir?
11.
Bitki və heyvani yağların tərkibini əsas hansı turşular təşkil
edir?
65
III FƏSİL
3. Zülalllar
3.1 Zülalların tərkibi və funksiyaları. Zülallar bütün
canlıların orqanizmlərinin əsasını təşkil edən, hidroliz məhsulları
α aminturşuları olan yüksəkmolekullu azottərkibli təbii polimer-
lərdir.
Zülalların ümumi formulunu aşağıdakı kimi təsəvvür etmək
olar.
H
2
N─CH─C─ ─NH─CH─C─ ─NH─CH─COOH
│ ║ │ ║ │
R O R O n R
Zülalların tərkibində elementlərin miqdarı müxtəlifdir.
Karbon ......50-55% Oksigen ......21-24%
Hidrogen .....6,5-7,3% Kükürd .......0-3,4%
Azot ............15-18% Kül ............0-0,5%
İnkişafda olan canlı hüceyrənin quru maddəsinin 55-85%-ni
zülal təşkil edir. Ən sadə bakteriyaların hüceyrələrində 2000-ə
qədər müxtəlif zülallar müəyyən edilmişdir.
Bitkilərdə ən çox paxlalıların toxumlarında (23-40%), yağlı
bitkilərdə isə (16-20%) zülal olur. İnsan və heyvanlarda zülal ən
çox dalaqda, əzələlərdə, ağciyərdə, böyrəklərdə və qeyri üzvlərdə
olur. Bunlarda zülal quru maddənin 72-84%-ni təşkil edir.
Zülallar canlı materiyanın yaranmasının və inkişafının
əvəzedilməz komponentidir.
Bu funksyalardan başqa zülallar hüceyrələrin və qanın
osmotik təzyiqinin və pH-ın tənzimində iştirak edir. Zülallar bir-
birindən tərkibinə və quruluşuna görə fərqlənirlər.
66
3.2 Zülalların ayrılması və təmizlənməsi üsulları. Zülal-
ların fiziki, kimyəvi xassələrini və fizioloji rolunu öyrənmək üçün
onları bioloji materialdan təmiz halda ayırmaq lazımdır. İlk dəfə
1728-ci ildə U. Bekkari buğda unundan zülali maddəni ayırmağa
müvəffəq olmuşdur. Zülalları ayırmaq və təmizləmək üçün elə
üsullar seçmək lazımdır ki, onların kimyəvi təbiətində və bioloji
funksyalarında heç bir dəyşiriklik getməsin. Bu məqsədlə denatu-
rasiya prosesinin qarşısını almaq üçün əməliyyatlar aşağı tempera-
turda (+5
0
C-dən aşağı) aparılmalıdır.
Əvvəlcə toxuma (əzələ, qaraciyər, böyrək, bitki və s.) nazik
kiçik hissələrə bölünür, müasir homogenizator vasitəsilə homogen
məhlul (ekstrakt) hazırlanır. Bu məqsədlə neytral duz məhlulu (8-
10%-li ammonium sulfat, natrium xlorid, natrium sulfat) və ya
spirt (70%-li metanol, etanol məhlulu) götürülür və zülal çökdürü-
lür. Çökdürmə əməliyyatı -5, -10
0
C temperaturda aparılır.
Ayrılmış zülalları təmizləmək müxtəlif adsorbentlərdən
istifadə etməklə iondəyişmə, adsorbsiya və afin xromotoqrafiya
üsullarından istifadə etməklə aparılır.
Duzlarla çökdürmə qüsurludur. Beləki, hər bir zülalın müx-
təlif duzlara qarşı münasibəti fərqlidir. Belə çökdürmədə zülallar
denaturasiyaya uğrayırlar.
Elektroforez üsulu ilə zülalların ayrılması daha effektlidir.
Elektroforez kolloid hissəciklərin, o cümlədən zülalların elektrik
sahəsində anoda və katoda doğru hərəkətinə deyilir. Zülal moleku-
lunun böyüklüyündən, yüklərin işarəsindən və elektrik yükünün
miqdarından asılı olaraq onların elektrodlara hərəkər sürəti də
fərqli olur. Elektroforez yaş filtr kağızı üzərində bərk mühitdə
(nişasta, aqar-aqar, poliakrilamid və s.) tənzimlənmiş cərəyan
şiddətində və müəyyən pH-a malik olan bufer məhlul mühitində
aparılır. Bu cür ayrılmış zülallar turş (6n HCI), əsasi (2n NaOH)
Dostları ilə paylaş: |