N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   2   3   4   5   6   7   8   9   ...   30
babilin-en-varli-adami

"Qazandığım  pulların  bir  qismi  mənə  məxsusdur".
  Sonra  isə  bütün 
qazancınızdan sizə məntiqli gələn miqdarı ayırıb, saxlayın. 
Qoy bu, onda bir hissədən az olmasın. Bunun üçün bütün lazımi 
xərclərinizi  hesablayın.  Lakin  ilk  növbədə,  öz  payınızı  ayırın. 
Tezliklə  siz  anlayacaqsınız  ki,  ancaq  özünüzün  idarə  etdiyiniz 
pullarınızın olması necə də xoş hissdir. Pul nə qədər çoxdursa, hisslər 
də bir o qədər xoşdur. Həyat sizə daha sevindirici görünəcək. Siz daha 
çox qazanmaq istəyəcəksiniz, axı onda sizə düşən pay da artır. 
31 


 
Sonra  elə  etməlisiniz  ki,  pullarınız  sizin  üçün  işləsin.  Onları öz 
qulunuza  çevirin.  Qoy  onlar  törəsinlər,  onlar  da  -  öz  övladlarını 
törətsinlər və hamısı sizin rifahınız üçün çalışsın. 
Öz  gələcəyinizi  təmin  edin.  Qocalara  baxıb  düşünün  ki,  gün 
gələcək,  siz  də  onların  sırasında  olacaqsınız.  Odur  ki,  pullarınızı 
böyük  ehtiyatla  yatırın  ki,  onlar  batmasın.  Pulları  dövriyyəyə 
buraxmaq  -  su  pərilərinin  cəlbedici  səsinə  aldanmağa  bərabərdir, 
bunun  yalnız  bir  məqsədi  var  -  sadəlövh  dəniz  səyyahlarını  ölüm 
qayalıqlarında kəməndə salmaq. 
Onun da qeydinə qalın ki, Tanrılar sizi yanına çəkəndə, ailələriniz 
ehtiyac içində qalmasınlar. Bunun üçün mütəmadi olaraq az miqdarda 
məbləğ ayırmaq lazımdır. 
Vaqif  insanlarla  məsləhətləşin.  Əli  gündəlik  pulla  iş  görən 
insanlardan nəsihət alın. Vaxtilə pullarımı kərpic satan Azmura etibar 
etməklə buraxdığım səhvdən qoy onlar sizi qorusunlar. Pulları böyük 
faizlə etibarlı adama vermək, risk etməkdən daha yaxşıdır. 
Nə  qədər  ki  yaşayırsınız,  həyatdan  zövq  almağa  tələsin. 
Həddindən çox yığmağa da çalışmayın. Əgər qazancınızın onda birini 
rahat  saxlaya  bilərsinizsə,  bununla  da  kifayətlənin.  Gəlirinizə  görə 
yaşayın və  pulunuzu  xərcləməkdən  çəkinməyin.  Həyat xoş  şeylərlə 
dolu olduqca gözəldir. 
Dostları ona təşəkkür edib getdilər. Bəziləri isə susurdular, çünki 
hər  şeyi tam  anlamamışdılar.  Digərləri isə  tərəddüd  edirdilər,  çünki 
inanmırdılar ki, bu cür varlı adam belə səxavətlə məsləhət verə bilər. 
Amma bir kəsin 
32 


 
gözlərində qığılcım parladı. Onlar anladılar ki, Əlqamisin hər dəfə 
katiblər  idarəsinə  qayıtmağındakı  səbəb,  bir  insanın  qaranlıqdan 
aydınlığa doğru özünə necə yol açdığını müşahidə etmək istəyi idi. 
Və  əgər  bu  insan  aydınlığa  açıq-  dırsa,  bu  ona  görədir  ki,  o  buna 
hazır imiş. 
Məhz  bu  tərəddüddə  olanlar,  onları  hər  dəfə  mehribancasına 
qarşılayan Arkadı tez-tez ziyarət etməyə başladılar. Arkad, onlarla 
söhbət  edib,  zəngin  təcrübəyə  malik  insanların  həmişə  böyük 
həvəslə  etdiyi  kimi,  təmənnasız  olaraq  bilikləri  ilə  bölüşürdü.  O, 
həm  də  onlara  qənaətlərini  yatırmağa  da  kömək  edirdi  ki,  onlar 
daimi  sağlam  gəlir  gətirib,  itkiyə  məruz  qalmadan,  boş  yerə  israf 
olmasınlar. 
Bu  insanların  həyatındakı  dönüş  nöqtəsi,  Əlqamisin  Arkada, 
Arkadın  da  onlara  ötürdüyü  müdrikliyi  mənimsədikləri  zaman 
başladı. 
Illlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
BÜTÜN QAZANCINIZIN BİR QİSMİ
 
SİZƏ MƏXSUSDUR
 
ııııııııııııııııııııııııınıııııııııuıııııııııııııııııııııııı 
33 


 
Boş pul kisəsi üçün yeddi çarə
 
B
 
abilin şöhrəti-şanı ölümsüzdür. Öz saysız xəzinələri 
ilə ən varlı şəhərlərdən biri olması haqqında 
məlumatlar uzun əsrlərdən keçib bizə çatmışdır. 
Lakin bu həmişə belə olmayıb. Babilin zənginliyi, onun 
sakinlərinin birlikləri nəticəsində oldu. Onlar hər şeydən 
əvvəl var-dövlətə necə nail olunduğunu öyrənməli idilər. 
Böyük şahzadə Sarqon Elamla döyüşdən sonra Babilə 
qayıdanda, o ciddi bir məsələ ilə qarşılaşdı. Baş məsləhətçi 
ona hesabat verərək söylədi. 
- Ali hökmdar uzun illərdən bəri böyük suvarma ka- 
nalları və Tanrılara əzəmətli ehramlar tikərkən, xalq 
çiçəklənirdi. İndi isə, bütün bunlar hazır olduqdan sonra, 
xalq özünü dolandıra bilmir. İnsanlar işsiz gəzir. Satıcıla- 
rın alıcısı yoxdur. Kəndlilər məhsullarını sata bilmirlər. 
Adamların ərzaq almağa qızılı yoxdur. 
- Bəs bizim tikintiyə xərclədiyimiz bütün qızıl necə 
oldu? - hökmdar soruşdu. 
34 


 
-  Qızıl  öz  yolunu  tapdı,  -  məsləhətçi  cavab  verdi.  -  O  da  keçi 
südünün  xəlbirdən  keçdiyi  kimi,  millətin  əsas  kütləsinin 
barmaqlarının  arasından  axıb  gedərək,  azsaylı  vətəndaşların 
mülkiyyətinə keçdi. İndi onun dövriyyəsi dayanıb. 
Hökmdar fikrə getdi, sonra isə soruşdu: 
- Nə üçün az sayda adam bütün qızılı özündə saxlamağa müvəffəq 
oldu? 
- Çünki onlar bunun yolunu bilirdilər, - məsləhətçi cavab verdi. - 
Uğur  qazanmağın  yolunu  bilən  insanı  buna  görə  günahlandırmaq 
olmaz. Onların haqqı ilə qazandıqları hər şeyi əllərindən alıb, daha 
az  bacarıqlılar  arasında  bərabər  paylaşdırmaq  da  eyniylə  bu  cür 
ədalətsizlik olardı. 
Axı  nə  üçün?  -  hökmdar  təkid  edərək  söylədi,  -  bütün  camaat 
qızılı necə yığmaq lazım gəldiyini öyrənib varlanmasın?! 
-  Bu  mümkündür,  əlahəzrət.  Axı  kim  onları  öyrətsin?  Keşişlər 
öyrətməyəcək ki? Onların pulla işi yoxdur. 
-  Varlanmağın  yolunu  şəhərdə  hamıdan  yaxşı  kim  bilir?  - 
hökmdar soruşdu. 
-  Əlahəzrət  hökmdar,  -  cavab  özü  can  atır  ki,  desin.  Babilin  ən 
böyük zənginlikləri kimin əlində cəmləşib? 
- Doğrudur. Bu Arkaddır. O, Babildə ən zəngin adamdır. Sabah 
onu mənim hüzuruma gətir. 
Ertəsi  gün,  hökmdarın  əmri  ilə,  Arkad  öz  yetmiş  yaşına 
baxmayaraq,  qəddi-qamətlə  və  yüksək  əhval-ruhiyyə  içində  onun 
yanına gəldi. 
35 


 
-  Arkad,  -  hökmdar  ona  səsləndi,  doğrudurmu  ki,  sən  Babilin 
zəngin adamısan? 
- Belə deyirlər, əlahəzrət, heç kim də bunu danmır. 
- Bəs sən necə belə varlana bildin? 
-  Mən  bizim  mübarək  şəhərimizdə  istənilən  sakin  üçün  əlçatan 
imkanlardan yararlanmışam. 
- Bəs sən bu işə əliboş başladın ? 
- Yalnız varlanmaq arzusu ilə. Bundan başqa heç nə. 
-  Arkad,  -  hökmdar  davam  etdi,  -  bizim  şəhərimiz  çətin  günlər 
keçirir,  çünki  yalnız  az  sayda  şəhərli  var-dövləti  necə  qazanmağın 
üsulunu bilir, qalan böyük əksəriyyət isə onlara çatan qızılı əllərində 
saxlamağı bacarmayan cahillərdir. Mən səmimi qəlbdən arzulayıram 
ki,  Babil  dünyanın ən  varlı  şəhəri olsun.  Ona  görə  də  burada  çoxlu 
varlı  sakinlər  olmalıdır.  Deməli,  bütün  xalqa  varlanmağın  üsulunu 
öyrətmək lazımdır. Söylə mənə, Arkad, zənginliyin sirri varmı? Bunu 
öyrənmək olarmı? 
-  Bu  mümkündür,  -  əlahəzrət  hökmdar!  Bilən  digərlərinə  də 
öyrədə bilər. 
Hökmdarın gözləri parıldadı. 
-  Arkad,  sən  mənim  eşitmək  istədiyim  sözləri  söylədin.  Sən  bu 
məsuliyyətli  işi  öhdənə  götürərsənmi?  Sən  öz  biliklərini,  sonradan 
digərlərini  də  öyrədəcək  şəxslərə  ötürə  bilərsənmi  ki,  onlar  da  bu 
həqiqətləri şəhərimizin bütün layiqli adamlarına əlçatan olana qədər 
öyrətsinlər? 
Arkad baş əyib dedi: 
36 


 
-  Mən  sizin  sadiq  qulunuzam.  Bildiyim  nə  varsa,  böyük 
məmnuniyyətlə öz qardaşlarımın və hökmdarımızın yaxşılığı naminə 
sizinlə paylaşaram. Qoy sizin məsləhətçiniz dərslər üçün mənə yüz 
nəfərlik  otaq  hazırlasın.  Mən  onlara  öz  pul  kisəmi  doldurmağa 
kömək edən elə yeddi dərs verəcəyəm ki, onların sayəsində Babildəki 
bütün pul kisələri dolacaq. 
Bir  həftə  sonra  hökmdarın  əmri  ilə  seçilmiş  yüz  nəfər  adam, 
rəngli geyimlərdə tədris məbədinin böyük zal otağında yarımdairəvi 
şəkildə yerləşdilər. Arkad, zala qeyri- adi, xoş ətir yayan buxurluğun 
yanında əyləşdi. 
-
 
Sən  Babilin bu  ən  zəngin adamına  bax  bir,  -  iştirakçılardan 
biri  öz  qonşusunu  dirsəyi  ilə  döyəcləyib  pıçıldadı.  -  O,  elə  bizim 
kimidir. 
-
 
Mən  sizin  qarşınızda  əlahəzrət  hökmdarımızın  əmri  ilə 
dayanmışam,  -  Arkad  öz  nitqinə  başladı.  -  Bir  zamanlar  mən, 
dəlicəsinə  çoxlu  qızılımın  olmasını  arzulayan,  kasıb  bir  gənc 
olmuşam və  sonunda,  buna  nail  olmaqda  mənə  kömək  edən  biliyə 
yiyələnmişəm. Ona görə hökmdar məndən xahiş etdi ki, bu biliyi sizə 
çatdırım. Mən öz həyatıma fəqirliklə başladım. Mənim nə sizin, nə 
də Babilin istənilən digər sakini qarşısında heç bir üstünlüyüm yox 
idi. 
Mənim  pulumun  birinci  yeri,  cırıq  pul  kisəsi  idi.  Onun  boş 
ciblərinə baxanda, mən ikrah hissi duyurdum və qərara gəldim ki, o 
dolacaq,  içində  isə  qızıl  qəpiklər  cingildəyəcək.  Bunun  üçün  mən 
istənilən vasitəyə əl atdım, nəticədə, yeddisini tapdım. 
37 


 
Sizə  -  bu  gün  mənim  qarşımda  yığışanlara,  çoxlu  qızıla  sahib 
olmaq istəyən istənilən adama məsləhət edə biləcəyim boş pul kisəsi 
üçün yeddi çarəni açıb söyləyəcəyəm. Bir həftə ərzində hər gün bu 
çarələrdən birini açıb sizə göstərəcəyəm. 
Söyləyəcəyim hər bir şeyə diqqətlə qulaq asın. Danışılan hər şeyi 
mənimlə  müzakirə  edin.  Bunu  öz  aranızda  da  müzakirə  edin.  Bu 
dərsləri  mənimsəyin  ki,  onlar  var-dövlət  toxumlarını  sizin  pul 
kisələrinizə  də  səpsinlər.  Əvvəlcə,  siz  özünüzə  xoş  gün-güzəran 
yaratmalısınız.  Və  yalnız  bundan  sonra  bütün  bu  həqiqətləri 
mənimsədiyiniz şəkildə, digərlərinə də öyrədə bilərsiniz. 
Mən sizə pul kisəsini doldurmağın sadə üsullarını öyrədəcəyəm. 
Və  bu  ilk  pillə  olacaq.  Heç  bir  kəs  birinci  pilləyə  çıxmamış 
zənginliyin zirvəsinə qalxa bilməz. 
İndi isə gəlin birinci çarə haqqında danışaq. 
38 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə