N varli adami


İKİNCİ ÇARƏ   Xərclərinizə nəzarət edin



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   2   3   4   5   6   7   8   9   10   ...   30
babilin-en-varli-adami

İKİNCİ ÇARƏ
 
Xərclərinizə nəzarət edin
 
-  Bəziləriniz  mənə  sual  verdiniz:  Hətta  əgər  bütün  qazanılmış 
qəpiklər mövcud ehtiyaclara çatmırsa, onda pul kisəsində qazancın 
onda bir hissəsini necə saxlamaq olar? - İkinci gün Arkad öz nitqinə 
belə başladı: - Hansı birinizdə dünən boş pul kisəsi olub? 
- Hamıda, - tələbələr cavab verdilər. 
-Axı  hammız  fərqli  qazanırsınız.  Bəziləriniz  digərlərindən  daha 
çox  qazanırsınız.  Bəzilərinin  ailə  üzvləri  digərlərindən  daha 
çoxsaylıdır. Yenə də pul kisələriniz eyni qədər boşdur. İndi isə mən 
sizə qeyri-adi bir həqiqəti söyləyəcəyəm. Orada deyilir: Hər birinizin 
"mövcud  ehtiyaclar"  anlayışı,  qazancınıza  uyğun  olaraq  artır,  əgər 
siz özünüz buna mane olmasanız. 
Mövcud  ehtiyaclarınızı  arzularınız  ilə  qarışdırmayın.  Hər 
birinizin  arzuları  qazandığınız  pulun  verdiyi  imkanlardan  daha 
artıqdır.  Ona  görə  yığdığınız  pullar  da  elə  məhz  arzuların  təmin 
olunmasına sərf olunur. Ancaq gerçəkləşməyən arzular həmişə çox 
olaraq qalır. 
43 


 
Bütün  insanların  arzulan  reallaşdıra  biləcəklərindən  daha 
çoxdur.  Siz  düşünürsünüz  ki,  mən  varlıyamsa,  hər  şeyə  imkanım 
çatır? Doğru deyil. Mənim hər şeyə vaxtım çatmır. Gücüm yetmir. Qət 
edə  biləcəyim  məsafələr  də  məhduddur.  İstədiyim  hər  bir  şeyi yeyə 
bilmirəm.  İstəsəm  də,  həyatın  bütün  gözəlliklərindən  zövq  ala 
bilmirəm. 
Məni  dinləyin:  əgər  kəndli  tarlada  alaq  otunun  kökünə  lazımi 
qədər yer saxlasa, o inkişaf edər. Arzular da, onları həyata keçirmək 
imkanı  var  olduqca,  insanın  daxilində  boy  atar.  Arzular  saysız-
hesabsızdır  və  onların  ancaq  cüzi  bir  hissəsini  özünüzə  imkan  verə 
bilərsiniz. 
Həyat  vərdişləriniz  haqqında  düşünün.  Məntiqlə  nəzərdən 
keçirtsək, ixtisara salıb, ləğv edə biləcəyimiz bütün xərclər, məhz elə 
onlardır.  Ona  görə  də  pul  xərcləyə  biləcəyiniz  hər  şeyi  qeydə  alın. 
Onların içərisindən vacib olanları və qazancınızın onda doqquzu ilə 
ödəyə  biləcəklərinizi  seçin.  Qalanlarını  qaralayın,  onları 
reallaşmayacaq  arzular  toplusuna  daxil  edin  və  onlara  görə 
təəssüflənməyin. 
Sonra lazımi xərclərinizi müəyyənləşdirin. Pul kisənizi dolduran 
qazanan onda bir hissəsinə əl vurmayın. Qoy bu sizin həyata keçəcək 
ən  böyük  arzunuz  olsun.  Xərclərinizin  cədvəli  pul  kisənizin 
dolmasında ən birinci köməkçi olmalıdır. 
Bu vaxt üzəri qızıllı, qırmızı əba geyinmiş tələbə ayağa qalxaraq 
dedi: 
-  Mən  azad  adamam.  Hesab  edirəm  ki,  həyatın  bütün 
nemətlərindən  istifadə  etməyə  ixtiyarım  var.  Ona  görə  də  nəyi 
xərcləyib, nəyi xərcləyə bilməyəcəyimə dair gös 
44 


 
təriş  verən  bu  xırda  hesablamaların  quluna  çevrilmək  niyyətində 
deyiləm.  Bunlar  məni  həyatın  sevincindən  məhrum  edərək, 
yükdaşıyan uzunqulağa bənzədəcək. 
- Bəs bütün bu xərcləri kim ayırd edəcək? - Arkad soruşdu. 
- Özüm, - tələbə cavab verdi. 
- Əgər yükdaşıyan uzunqulaq öz yükünü müəyyən etsəydi, heç ora 
qiymətli daş-qaş, xalça-palaz və ağır qızıl külçələri qoyardı? Yox. O, 
oraya saman və arpa, bir də səhranı keçmək üçün su tuluğu qoyardı. 
Xərclərin cədvəli sənin pul kisənin dolmasına qulluq edir. O sənə 
lazımi hər şeyi verəcək və imkan daxilində digər arzularını da yerinə 
yetirəcək. Onun sayəsində, sən həqiqi mövcud ehtiyacların təsadüfi 
arzulardan fərqini anlayacaqsan. Qaranlıqdakı gur işıq kimi, o sənə 
kisəndəki pul sızıntılarının yerlərini işıqlandıracaq və bunun qarşısını 
almağa kömək edəcək. 
Bu da sizə boş pul kisəsi üçün ikinci çarə: Öz 
xərclərini elə böl ki, 
qazancının  onda  doqquzundan  artığını  xərcləmədən,  sənin  mövcud 
ehtiyaclarına,  əyləncənə  və  əsas  arzularının  təmin  olunmasına  pul 
çatsın.
 
45 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə