N. Z. Haciyeva



Yüklə 11,89 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix30.10.2018
ölçüsü11,89 Mb.
#76803
1   ...   104   105   106   107   108   109   110   111   ...   116

1.  Fe'li  cümlə  xəbərinin  indiki-gələcəyin 
-a
 şəkilçisi  ilə  ifadə 
olunan  formasının  açıq  və  qapalı  saitlərin 
-аЦ-е,  -ı//-i,  -u/j-ü 
variantlan  ilə  çıxış  edən  modeli:  tat. 
ba °ra-m   'm ə n  g ə lirə m
 \  
qazax, 
ala- т ь п 'm ə n   alıram
 \   noq. 
bara-m an'm ən  g ə lirə m   ', 
özb. 
y ö z a -m a n ' m ə n  y a zıra m
 \  q.-balk. 
a la m a 'm ən  alıram
 ’ və 
s.
-a
  şəkilçili  zaman  formasım  ulu  türk  dili  ümumiliyinə 
aid  etmək  olar.  N əzərə  alsaq  ki,  oğuz  dillərində 
-a
  şəkilçili 
optativ  (arzu)  forması  (türk, 
yazasan,  yaza,  yazalar,
  azərb. 
alam,  alaq)
  indiki-gələcək  zamanın 
-a
  şəkilçisi  ilə  genetik 
əlaqəlidir,  belə  nəticə  çıxarmaq  olar  ki,  onda  bu  zaman  nə 
vaxtsa bütün türk dillərində mövcud olmuşdur.
•a
  şəkilçili  indiki-gələcək  zamandan  əmələ  gəlmiş 
bütün  formalar nisbətən gecikmiş törəmələrdir.
Belə  ki,  m əsələn, 
bara  id im 'h ə m in   anda  m ən  g e td im
  ' 
tipli  forma  müəyyən  zonalarla məhdudlaşır,  ona ancaq  qumuq, 
noqay,  qaraçay-balkar,  tatar  və  başqırd  dillərində  rast  gəlinir. 
İndiki-gələcək  zamandan  əmələ  gəlmiş  keçmiş 
bütün 
törəmələrin  tərkibində 
-t
  elementi  var,  məs.  qazax, 
aladb  '  o 
a l t r \
 
qırğ. 
a l at,
 
çuv. 
s ’ıra d b p 'm ə n  
yazıram
  \  
alt.
haradının' m ə n   g ə zir ə m
  '  və  s.  -a  şəkilçili  indiki-gələcək 
zamanın  köməkçi  fe'llə  bu  tipli  birləşməsi  çox  sonralar 
yaranmışdır:  noq. 
bara y a tırm a n ' bu  anda  m ən  gedirəm
  \   özb. 
y o za   turbbm an' bu  anda m ə n  ya zıra m
 ' və s.
2.  Xəbəri  indiki-gələcək  zamanın 
-агЦ-ır
  şəkilçisi  ilə 
ifadə  olunan  fe'lin  cümlə  modeli:  azərb. 
alaram,
  xak. 
alarbm 
'm ə n   alıram   \   salar,  a lır
  və  s.  Bu  model  olduqca  geniş 
yayılmışdır.  Güman  etməyə  hər  cür  əsas  var  ki,  bu  model  ulu 
türk  dilində  olmuşdur.  Bu,  türk  dillərinin  erkən  yazılı 
abidələrində qeydə alınmışdır.
3. 
-dı
 şəkilçili  keçmiş  forması  ilə  ifadə  olunmuş xəbərlə 
işlənən  fe'li  cümlə  modeli:  türk, 
aldım ,
  qazax, 
aldbm ,
  tat. 
a °ld b m ,
  qırğ. 
aldım ,
  özb. 
ö ld ım ,
  azərb. 
aldım ,
  türkm. 
aldım
 və 
s.
3 4 2
Ulu  türk  dilində  bu  zamanın  mövcudluğuna  heç  bir 
şübhə  ola  bilməz.  Bu  bütün  türk  dillərində  qorunmuşdur. 
Çulım tatarlarının orta-çulım dialekti  istisna  təşkil  edir.  Burada 
həmin  forma 
-ğan
  şəkilçili  perfektlə  sıxışdınlmışdır.  Qeyri- 
müəyyən  imperfektdə  işlənmə  tezliyi  daha  yüksəkdir:  özb. 
y ö za r e d im 'a d ə tə n   m ə n  ya za rd ım
 \   tr.-qar. 
a lır e d im 'a d ə tə n  
m ən alardım   ',
 q.-balk. 
k e lir  e d im 'a d ə tə n  m ən  k ə lird im
 \  türk. 
yazardım
 və s.
Düzdür,  bir  çox  türk  dillərində,  məsələn,  tatar,  qazax, 
başqırd dillərində qeyri-müəyyən  imperfekt itmişdirsə də,  tatar 
dilinin bir sıra  dialektlərində  qalmışdır.  Belə  hesab  etmək  olur 
ki,  ulu  türk  dilində  qeyri-müəyyən  imperfekt  mövcud 
olmuşdur.
Belə  hesab  edilir  ki,  müəyyən  keçmiş  zamanlar  aşkarca 
sonradan  törəmədir.  Türk  dillərində  mövcud  olan  xəbəri 
perfektlə  ifadə  olunmuş  fe'li  cümlələr  məhdud  zonalarda 
işlənir, 
-ğan
  şəkilçili  perfekt  modeli  əsasən,  altay,  başqırd, 
qazax,  qaraqalpaq,  qaraçay-balkar,  qırğız,  qumuq,  noqay,  tatar, 
tuva,  özbək,  uyğur,  xakas,  şor  dillərində  geniş  yayılmışdır. 
Qədim  türk  run  yazılı  abidələrində  -
ğan
  şəkilçili  perfekt 
işlənən  sadə  fe'li  cümlə  modelinə  rast gəlinmir.  O,  erkən  ərəb 
və  uyğur  olifbalı  yazılarda  və  qıpçaq  dili  abidələrində  özünü 
göstərir.
-ğan
  fe'l  forması  qıpçaq  dil  ümumiliyi  epoxasında 
-ğan 
fe'li  sifəti  bazasında  yaranmışdır.  Görünür,  ilkin  mərhələdə  o, 
perfekt  mə'nası  daşımışdır,  keçmişdə  icra  olunmuş  hərəkətin 
noticəsini  ifadə  etmişdir.  Daha  sonralar  perfekt  mə'nası 
bazasında  hərəkətin  qeyri-müəyyənlik  bildirən  xalis  modallıq 
mə'nası yarana bilərdi.
Xəbəri 
-m ış
 şəkilçili  perfektlə  ifadə  olunmuş  sadə  fe'li 
cümlə  modeli  də  ancaq  müəyyən  ərazilərdə  (əsasən  oğuz 
dillərində)  yayılmışdır.  Oğuz qrupu  dillərində 
-m ış
 fe'l  forması 
bu  dillərdə 
-m ış
 şəkilçili  keçmiş  zaman  fe'li  sifəti  yaranandan 
sonra  onun  bazasında  meydana  gəlmişdir.  Bu  fe'li  sifətdən
343


əvvəl 
-d ik
 və 
-an
 şəkilçili  fe’li  sifətlər fəaliyyət göstərmişdir.  - 
ıp
  şəkilçili  perfekt  forması  ilə  işlənən  xəbərli  sadə  cümlə 
modeli  daha  geniş  yayılmışdır.  Ona həm  qıpçaq,  həm  də  oğuz 
dillərində eyni  dərəcədə rast gəlinir. Ola bilsin ki, perfektin  bu 
tipi  ulu dildə olmuşdur, lakin onu sübut etmək çətindir.
Türk dillərində plyuskvamtperfekt (uzaq keçmiş) həm işə 
perfektlə bağlı  olur.  Ona görə  də bu və ya digər perfekt tipi  ilə 
əlaqədar məhdudlaşma eyni zamanda o əsaslar üzərində əm ələ 
gəlmiş plyuskvamperfektlərə də aiddir.
Türk  dillərində  ən  qədim  gələcək  zaman  forması 
-a r,-ır 
tipli gələcək zaman  formasıdır:  tat. 
а 01 ы т ь п 'm ən  alacağam   ', 
-a ça i
  şəkilçili  gələcək  zaman  forması  daha  gec  meydana 
gəlmişdir  və  bütün  türk  dillərində  yayılmamışdır.  Gələcək 
zamanın başqa formaları çox da geniş dairədə işlənmir.
Türk  dillərində  felin  şəkil  kateqoriyası  "Morfologiya" 
hissəsində  hərtərəfli  öyrənilmişdir.  Burada  ancaq  onu  qeyd 
etmək  olar  ki, 
-sa
  göstəricili  ontativ  (arzu)  ulu  türk  dilində 
olmuşdur.  Sonralar  ondan  çox  az  istifadə  olunmuşdur,  çünki 
formanın  mə'nası  dəyişmiş  və  şərt  dairəsinin  tərkib  hissəsinə 
çevrilmişdir.  Ola bilsin  ki,  artıq ulu  türk  dilində 
-ğ a y
  və 
-ay,  - 
sm  v ə   -a
 göstəricili  optativ mövcud olmuşdur.
Sadə  fe'li  xəbərin  ifadə  üsullarının  qısa  təhlili  belə  bir 
nəticəyə  gəlməyə  imkan  verir  ki,  ulu  türk  dili  epoxasının 
xəbəri  formal  baxımdan  müasir  türk  dillərində  olan  qədər 
rəngarəng olmamışdır.
Əgər  cümlənin  türk  tipli  quruluşunu  cümlənin  başqa 
quruluşu  ilə  müqayisə  etsək,  onda  çox  asanlıqla  görünür  ki, 
türk dillərində  sadə cümlə aparıcı  yer tutur.
Mübaliğə  etmədən  demək  olar  ki,  türk  dillərində  sadə 
cümlə budaq  cümlənin bütün potensial  imkanlarını  özünə  daxil 
edərək  budaq  cümlənin  elə  əvəzedicilərini  yaradır  ki,  alınan 
quruluş baş cümlənin  quruluş qaydalarını  rədd etmir.
Düzdür,  bir  çox  müasir  türk  dillərində,  xüsusən  də 
Türkiyə,  Azərbaycan  və  qaqauz  türkcələrində  bu  meyl
344
müəyyən dərəcədə zəifləşmişdir, lakin bu meylin əvvəllər türk 
dillərinin  inkişafında  rolu  böyük  olmuş  və  təcrübi  olaraq 
müasir türk dillərinin mütləq əksəriyyətində  fəaliyyət göstərir.
Rus tipli bə'zi budaq cümlələrə əksər türk dillərində rast 
gəlmək olmur.  Bu,  hər şeydən əvvəl, 
"Çelovek,  k o to rıy  m noqo 
çital,  m noqo  zn a e t"  'Ç o x   oxuyan  adam   ço x  b ilir '(h ə r fə n : 
İnsan,  hansı  k i,  ço x  oxuyub,  ço x  bilir-  T.H .)  ;  "Komnata,  v 
kotoruyu y a   voşel,  bıla  oçen  tesııa " ' D a xil olduğum   otaq  çox 
dar id i
 '  (hərfən:  Otaq  hansına  ki,  qurdum,  çox  dar  idi-  T.H.) 
tipli  tə'yin  budaq  cümləsinə  aiddir.  Rus  dilinin  bu  tipli 
tamamlıq  budaq cümlələri türk dilləri  üçün tipik  deyil: 
"Znayu, 
çto  u   tebya n e t deneq1  'M ə n   b ilirəm   ki,  sən in  p u lu n  y o x d u r ', 
yaxud  bu  tipli  rus  zəiflik  budaq  cümlələri: 
"Koqda  ııastala 
osenb,  v şko la x naçalis za ııya tiya  " ' P a yız g ə lə n d ə  m ə k tə b lə rd ə  
dərs  başlandı  '(h ə rfən :  N ə   va xt  k i,  p a y ız  g ə ld i,  m ə ktə b lə rd ə  
dərs başlandı-  T.H .)
Türk  dilinin  xüsusiyyəti  nə  ilə  izah  olunur?  Çox  şeylər 
burada  türk  dilləri  üçün  tipik  olan  "tə'yin+tə'yin  olunan"  söz 
sırası  ilə  izah  olunur.  Məntiq  baxımından  rus  tə'yin  budaq 
cümləsi  tə'yindir. 
"Ç elovek,  k o to rıy   m ııoqo  çital,  m noqo 
zn a e t" 'Ç o x   oxuyan  adam  ç o x   b ilə r '
  tipli  cümlədə 
"kotorıy 
m noqo  çital"
 budaq  cümləsi  məntiqi  olaraq  tə'yindir  və  ona 
görə  də  türk  dillərində  fe'li  sifətlə  əvəz  olunur,  mtiq.  tat. 
K üp 
ukbğan  k iş i  kü p   b ilə  'Ç o x   oxuyan  adanı  ço x   b ilir

(rusca 
hərfən: M noqo ç ita v şiy  ç elo v e k  m noqo zn a yct-  T.H.).
Bütün  türk  dillərində  tə'yin  cümlənin  əvvəlində  olur, 
demək,  fe'li  formalar  cümlənin  axırında  gəlir.  Bu  şərait  əksər 
türk  dillərində  tamamlıq  budaq  cümləsi  yaradılmasının 
mümkün  olmamasını  yaxşı  aydınlaşdırır  -bu  dillərdə  ruscadakı 
"çto"
 bağlayıcısmın  qarşılığı  olan 
"ki"
 yoxdur. 
"Ya  zn a yu ,  çto 
on  rabotal  na  U rale"  'M ə n   b ilirəm   k i,  o  Uralda  işlə m işd ir '.
1 ”Çto”-mm qarşılığı  “ki” bağlııyıcılı  budaq cümlələri  olan  bir sıra türk
dillərində bu cümlə  tipləri  mümkündür.
345


Yüklə 11,89 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə