N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   34   35   36   37   38   39   40   41   42

101
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Toğrul Novruzlu (II qrup, 680 bal) Qəbul imtahanlarında müvəffəqiyyətin yolu bir çox
şərtlərə əməl edilməsindən keçir. İlk öncə abituriyent öz məqsədinə  doğru güclü iradə və
məqsədyönlü addımlarla irəliləməlidir. Bu yolun qət  edilməsində məsuliyyət, ciddi
çalışqanlıq çox önəmli rol oynayır. Unutmaq olmaz ki, qəbul proqramı təkcə imtahana
hazırlıq üçün deyil, həm də geniş dünyagörüşü formalaşdırmaq üçündür. Atdığınız hər
uğurlu addım sizi tələbə olmaqla yanaşı, həm də bir şəxsiyyət kimi formalaşmağa
istiqamətləndirəcək.         
Ulduz Bağırova (I qrup, 670 bal) TQDK‑nın təşkil etdiyi sınaqlarda mütəmadi iştirak
etsinlər və hazırlıq müddətində vaxtlarını səmərəli bölgüsünə fikir versinlər. 
Ülkər Həsənli (IV qrup, 685 bal) Qəbulda uğurlu nəticə əldə etmək üçün səylə, yorul‑
madan, həvəslə çalışmaq lazımdır. Son iki ildə isə daha sistemli oxumaq və imtahana düşən
fənlərə daha çox vaxt ayırmaq vacibdir. “Abituriyent” jurnalının  nəşrlərini mütəmadi oxu‑
maq, TQDK‑nın keçirdiyi sınaqlarda iştirak etmək olduqca zəruridir.  
Vaqif Bəbirli (IV qrup, 636 bal) Hər günün dərsini elə həmin gün də hazırlayın. Hər bir
hazırlanmamış dərs imtahan  zamanı  cavabsız  sual deməkdir. Bir də unutmayın, əldə
edilən  bir bal da müsabiqədə önəmli rol oynaya  bilər. 
Vüsət Əzizov(II qrup, 603 bal) Riyaziyyat fənninə xüsusi  diqqət yetirməyi, vaxt böl‑
güsünü düzgün müəyyənləşdirməyi, normal yuxuya, qidalanmaya, istirahətə də fikir ver‑
məyi məsləhət görürəm.   
Zəminə Yadullayeva (III qrup, 640 bal) Məsləhətim budur ki, imtahanda sualları cavab‑
landırarkən çox diqqətli olsunlar. Birincisi, sualı diqqətlə oxuyub onun şərtini, mahiyyətini
anlasınlar, sonra  cavabları araşdırsınlar. İkinci, kodlaşdırma zamanı diqqətli olmaq vacibdir.
Bütövlükdə isə abituriyent özünə nə qədər çox inamlı olsa, uğur ona bir o qədər yaxın olar.
Təkliflər
Abduləli Hadızadə (II qrup, 665 bal) Azərbaycan gəncləri hərtərəfli yetişməlidirlər.
Buna görə şagirdlər çalışıb bütün tədris fənlərini eyni səviyyədə öyrənməlidirlər. Dar ixti‑
sas seçdikdə belə, digər fənləri də eyni həvəs  və maraqla öyrənməlidirlər.  
Aygün Əsgərli (IV qrup, 696 bal) Yüksək bal toplayan abituriyentlərin xarici univer‑
sitetlərdə təhsil qaydaları sadələşdirilsin. Xaricdə oxumağa gedənlər üçün daha geniş
miqyaslı təqaüd proqramları tətbiq edilsin. 
Ayşən Xələfli (I qrup, 660 bal) Sualların  çətinlik dərəcəsi artırılsa, yaxşı olar. Bu, zəif,
orta və yaxşı şagirdlər arasındakı fərqi daha asanlıqla müəyyən etməyə imkan verər.
Aytən Seyidəliyeva (IV qrup, 675 bal) Sınaq imtahanlarının abituriyentlər üçün fay‑
dalılığı nəzərə alınaraq onların sayı artırılsın. Çünki abituriyentlər bu sınaqlarda etdikləri
səhvlərdən vaxtında nəticə çıxarıb hazırlıqlarını artırır, yüksəldirlər. Bir də təklif edərdim
ki, gələcəkdə abituriyentlərin imtahan zallarında tək‑tək əyləşdirilməsi təmin edilsin.
Balakişi İsmayılov (I qrup, 652 bal) Sınaq imtahanları bölgələrdə nə qədər çox  keçiril‑
sə, rayonlarda yaşayan abituriyentlər bundan bir o qədər fayda götürərlər.
Cavid Məmmədov (I qrup, 602 bal) Gələcəkdə imtahan fənlərinin sayı artırılsa, bir də
ki, sualların daha çox hissəsi məntiqi təfəkkürə əsaslansa, məqsədəuyğun olar.  


102
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Fədai Almazov (IV qrup, 622 bal) Gələcəkdə bütün test tapşırıqları açıq tipli olsun. 
Fərhad Nağıyev (II qrup, 616 bal) Əgər digər fənlərə də açıq tipli test tapşırıqları daxil
edilərsə, imtahan müddəti yarım saat artırılsın. 
Gülmirə Maqsudova (III qrup, 666 bal) Repetitorluq indi çox dəbdədir, amma məktəb
dərsləri lazımı səviyyədə keçirilsə, ona ehtiyac azalar. İstəyərdim ki, məktəbdə müəllimlər
bütün biliklərini şagirdlərə əsirgəmədən versinlər.    
Heydər Tağıyev (II qrup, 635 bal) Açıq tipli test tapşırıqları digər fənlər üzrə test bloku‑
na salındıqda, imtahan vaxtını artırmaq lazım gələcək. Çünki bu tip test tapşırıqları çox vaxt
aparır.  
Hüseyn Əhmədov (IV qrup, 695 bal) Sınaq imtahanlarının sayı artırılsın və onlar qəbul
imtahanına 1 həftə qalana kimi davam etsin.
İlkin Babazadə (III qrup, 672 bal) Oxumaq istəyən  hər kəs üçün indi respublikamızda
hər cür imkanlar var. Gənclərimiz bu imkanlardan maksimum bəhrələnməlidirlər. Bir tək‑
lifim də odur ki, açıq tipli testlər digər fənlərə də salınsın. Belə test tapşırıqları abi‑
turiyentləri  daha yaradıcı surətdə düşünməyə sövq edir. 
İlkin Səfərli (I qrup, 685 bal) Sınaq imtahanlarında  nəzarətin daha da gücləndirilməsi‑
ni xahiş edirəm.  
İlqar Alışlı (II qrup, 643 bal) II qrupa informatika fənnindən suallar salınmasını təklif
edərdim.  
İrfan Atakişiyev  (II qrup, 635 bal) Açıq tipli testlərin sayı artırılsın. Çünki bu tipli testlər
abituriyentdən cavab üzərində daha dərindən düşünməyi, onu əsaslandırmağı tələb edir.
Onun məntiqi təfəkkürünün inkişafına köməklik göstərir.   
İsmayıl Nəcəfquluzadə (II qrup, 672 bal) TQDK‑nın rəhbərliyinə və kollektivinə  öz
təşəkkürümü bildirirəm ki, belə şəffaf, ədalətli və obyektiv imtahan keçirdilər.  Suallar bizə
biliyimizi hərtərəfli şəkildə nümayiş etdirməyə imkan verdi. Fənlər üzrə açıq tipli
testlərdən ibarət ayrıca test kitabları nəşr  edilsə, yaxşı olar.  
Məhnibanu Məmmədli (IV qrup, 675 bal) Yüksək bal toplayan abituriyentlərin sayının
çoxaldığı nəzərə alınaraq, Prezident təqaüdçülərinin  sayı artırılsın və qəbuldakı yüksək
nəticələr əsas götürülərək digər adlı təqaüdlər də təsis edilsin.
Məmmədtağı Pənahlı (II qrup, 690 bal) Test bloklarında təkrar tipli sualların sayı
azaldılsın. Daha çox açıq tipli və mövzuları daha ətraflı əhatə edən suallar salınsın. Açıq
tipli testlərin sayı artırılarsa, vaxt da artırılsın.  
Nail İbrahimli (I qrup, 675 bal) Şagirdlərin  oxumaq həvəsini daha da gücləndirmək üçün
Türkiyə və Rusiya Federasiyasının ali məktəblərindən başqa digər ölkələrin nüfuzlu univer‑
sitetlərinə də qəbul aparılsın. İldə bir neçə dəfə Respublika miqyaslı  bilik yarışmaları keçirilsin.
Nəcməddin Bəşirzadə (I qrup, 672 bal) İmtahan binalarına girişdə sıxlıq olur. Buraxılış
rejiminin sadə, asan və rahat təşkil edilməsinə ehtiyac var. İmtahan başlayanadək ayrılan 2
saat vaxt abituriyenti çox yorur və bu da onun nəticələrinə təsir edir. Bunlar nəzərə alınsın.  
Nizami Qayıbov (IV qrup, 634 bal) Açıq tipli testlər əsas fənlər üzrə test blokuna salın‑
sın. IV qrupa da ingilis dili fənni əlavə edilsin. 
Nurlan Puçaxov  (II qrup, 613 bal) Sınaq imtahanlarının sayı artırılsın, dərsliklər tək‑
milləşdirilsin. 


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə