N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   34   35   36   37   38   39   40   41   42

103
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Ramin Rəhimzadə (I qrup, 640  bal) “Abituriyent” jurnalının buraxılışlarının tirajı
artırılsın, xüsusilə kimya fənnindən çoxlu vəsaitlər çap edilsin. Sınaqların  sayı da artırılsa,
yaxşı olar. 
Rəhim Hüseynsoy (II qrup, 664 bal) Açıq tipli test suallarının həlli daha çox vaxt
apardığından imtahan vaxtı uzadılsın. 
Sona Məmmədova (IV qrup, 648 bal) Diqqətlə, amma eyni zamanda sürətlə oxumaq
lazımdır. Müvəffəqiyyət çalışmaların  müddətinin çoxluğunda deyil, keyfiyyətli və səmərəli
olmasındadır. Zəhmətsiz müvəffəqiyyət yoxdur. 
Bir də təklif edərdim ki, təhsil haqqı toplanan bala görə müəyyənləşdirilsin. Çünki 100
bala yaxın fərqlə eyni ixtisasda oxuyan 2 tələbənin eyni təhsil haqqını ödəməsi ədalətli
deyil.   
Şahmar Nağıyev (II qrup, 672 bal) Suallar bir qədər çətinləşdirilsin. Məntiqi təfəkkür
tələb edən suallara üstünlük  verməyinizi alqışlayıram.
Tural Süleymanlı (II qrup, 680 bal) Qəbul imtahanları keçirilən rayonlarımızın  sayı
artırılsın. Çünki bölgələrdən olan abituriyentlər uzaq yerlərə imtahan verməyə gedəndə
bəzi problemlərlə qarşılaşır və bunları həll etməkdə çətinlik çəkirlər. Sözsüz ki, bu da
onların nəticələrinə müəyyən qədər təsir edir.    
Turqut Quluzadə (IV qrup, 635 bal) Sualların çətinlik dərəcəsinin artırılmasını,  məntiqi
düşüncə tələb edən, məntiqi təfəkkürə əsaslanan sualların sayının artırılmasını təklif
edirəm.
Türkünaz Abışova  (IV qrup, 678 bal) Təhsildə, eləcə də qəbul qaydalarında  yeni qərar‑
lar qəbul edilərkən abituriyentlərin  rəyləri, təklifləri də nəzərə alınsın.
Vüsət Əzizov(II qrup, 603 bal) Riyaziyyat fənnindən  nəzəri əsaslarla bağlı suallar çox
olsa daha yaxşı olar. İmtahana hər fəndən ən azı 5 açıq tipli test sualları salınsın. Ancaq sual‑
ların çətinlik dərəcəsi vaxtla uzlaşdırılsın. 
Zərifə  Quliyeva  (III qrup, 670 bal) Ədəbiyyatdan daha çox abituriyentin məntiqi
düşünmə səviyyəsini ölçməyə istiqamətlənmiş  suallara üstünlük verilsin.    
Zibeydə Nəzərova  (I qrup, 646 bal) Bütün ixtisas qruplarında profil fənlər üzrə test
blokuna  məntiqi suallar da  salınsa yaxşı olar.  Bir də istərdim ki, xarici dil sualları bir qədər
çətinləşdirilsin. Həm də xarici  dil bütün qruplara salınsın.  
Rəy və arzular
Anar Əzizov (II qrup, 611 bal) İmtahan zalını vaxtından əvvəl tərk etmək sonradan çək‑
ilən ən böyük peşmançılıqdır. Ancaq atalar deyib ki, sonrakı peşmançılıq fayda verməz.
İstərdim  gələcək abituriyentlər bunu nəzərə alsınlar. Çox yaxşı haldır ki, illər keçdikcə
imtahan sualları daha düşündürücü olur. Ancaq imtahan vaxtı bir qədər uzadılsa yaxşı olar.
İmtahanlar abituriyentlərin  yaşadıqları  şəhərlərdə, bölgələrdə keçirilsə, bununla onların
rahatlığı daha yaxşı təmin olunar. 
Aydan Fərzullayeva (IV qrup, 625 bal) Orta məktəbin buraxılış imtahanlarının da
TQDK tərəfindən  təşkil olunmasını istərdim. Qəbul imtahanlarının bölgələrdə də keçir‑
ilməsi  çox təqdirəlayiq haldır. Bu yeniliyə görə TQDK‑ya öz minnətdarlığımı bildirirəm.  


104
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Aygün Hadılı (II qrup, 604 bal) Mən  qəbul imtahanının təşkilindən, gedişindən razı
qaldım. Çünki hər şey şəffaf idi, mən bunu öz gözlərimlə gördüm. Kim həqiqətən oxuyur‑
sa, o da tələbə adını qazanır. TQDK bunun üçün   hər cür şəraiti yaradır.  
Aytən Abdullayeva (III qrup, 607 bal) Hər bir abituriyent seçdiyi ixtisas sahəsində
gələcəkdə mütəxəssis olacağına əmin olmalıdır. Ən başlıcası isə hansı ixtisası seçməsindən
asılı olmayaraq, hər bir gəncin bir ali məqsədi olmalıdır: Azərbaycan Respublikasına lay‑
iqincə xidmət etmək!
Elsevər Təhməzli (II qrup, 627 bal) Mən həmişə arzu etmişəm ki, Azərbaycanın  yük‑
səkixtisaslı mütəxəssisləri getdikcə artsın. Bu gün ölkəmizdə bunun üçün çox gözəl şərait
yaradılıb. İndi söz biz gənclərindir.
Elvin Əliyev (II qrup, 625 bal) İmtahanları obyektiv, şəffaf keçirdiyinə, hər  bir abi‑
turiyentə öz  gələcəyini  qurmağa kömək etdiyinə görə TQDK‑ya təşəkkürlər!
Elvin Şabanlı (IV qrup, 625 bal) IV  ixtisas qrupu imtahanlarının Lənkəran şəhərində də
keçirilməsi abituriyentlərə çox müsbət  təsir etdi və buna görə TQDK‑nın sədri Məleykə
xanım Abbaszadəyə təşəkkür edirəm.
Əziz Məmmədli  (III qrup, 675 bal) Sistemli və proqramlı hazırlıq  uğur və qələbə üçün
əsas faktordur. 
Əzizağa Əliyev (I qrup, 662 bal) Gələcəkdə layiqli vətəndaş, yaxşı mütəxəssis olmaq
üçün biliklə yanaşı, həm də geniş dünyagörüşünə yiyələnmək lazımdır.
Fidan Babayeva (III qrup, 636 bal) Hər bir abituriyentin seçdiyi ixtisas istiqamətinə
uyğun lazimi bilik bazası olmalı, qəbul imtahanlarına da ciddi hazırlaşmalıdır.  İxtisas
seçərkən özünün maraq dairəsinin  istiqamətini  mütləq nəzərə almalıdır. 
Günay Əhmədli (II qrup, 656 bal) Hər bir şagird aşağı siniflərdən özünə  bünövrə qoy‑
malıdır. Sonra isə qarşıya qoyduğu məqsədinə çatmaq, cəmiyyətimiz  və dövlətimiz üçün
yararlı kadr kimi yetişmək üçün əlindən gələni  əsirgəməməlidir.  
Günay Mirzəzadə (III qrup, 603 bal) Qəbula hazırlıq  ciddi və məsuliyyətli bir işdir.
Öyrənilən hər bir informasiya əsaslı və dəqiq şəkildə yadda saxlanılmalıdır. Materialların
öyrənilməsi daim möhkəmləndirilmə ilə müşayiət olunmalıdır. Repetitorların köməyi ilə
yanaşı, cari təhsil tələblərinin məktəblərdə  yerinə yetirilməsi də vacib şərtdir. 
Humay Rzayeva (IV qrup, 642 bal) TQDK‑nın nəşr etdiyi dərs vəsaitləri imtahana hazır‑
lıq dövründə bizim ən yaxın köməkçimiz idi.
Könül Şirin (I qrup, 659 bal) Gələcək abituriyentlərə məsləhətim odur ki, çalışıb sevdik‑
ləri ixtisası seçsinlər. Bir də arzu edirəm ki, gələcəkdə 600‑dən çox bal toplayanların sayı
ilbəil artsın.   
Qəmər İsmayılova (III qrup, 611 bal) Belə bir məsəl var: əkin vaxtı tənbəllik edən biçin
vaxtı peşman olar! Əgər cəmiyyətdə layiqli mövqe tutmaq istəyiriksə, bunun üçün çox səylə
çalışmalı, əlimizdən  gələni etməliyik!
Mirfaiq Mirhəsənov (IV qrup, 695 bal) Gərək hər kəs, ilk növbədə sevdiyi, həvəsi
olduğu peşəni seçsin. Həmin ixtisasa da dərindən yiyələnsin, bu sahənin  gözəl mütəxəssisi
olsun. Belə bir yüksək müvəffəqiyyətə nail olmaq üçün isə o, ilk növbədə orta məktəb pro‑
qramını  yaxşı mənimsəməlidir.  


105
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Nərgiz Əmiraslanova (III qrup, 614 bal) Yüksək bal toplamaq üçün  yalnız 1‑2 il  çalış‑
maq kifayət deyil, dərsləri aşağı siniflərdən sistemli şəkildə oxumaq lazımdır. Mən belə
etdim, bəhrəsini də gördüm! 
Nərmin Fərhadlı (IV qrup, 664 bal) Son 2 ildə çəkdiyim gərgin zəhmət nəticəsində yük‑
sək nəticə əldə etdim. Bu sevinci  yaşamağı  bütün abituriyentlərə arzu edirəm. 
Nərmin Niftalıyeva  (IV qrup, 621 bal) Fikrimcə, suallar çətinlik dərəcəsinə görə fərqli
ballarla qiymətləndirilməlidir. 
Ramil Hüseynzadə (IV qrup, 695 bal) Elm insanı yüksək zirvələrin qapısına gətirir. Bu,
təmiz inancla birləşəndə isə qapılar taybatay açılır və qarşıda insanı heyrətləndirən, məm‑
nun edən çox gözəl mənzərə açılır. 
Samirə Səlimova (IV qrup, 627 bal)  Bir daha əmin oldum ki, biliyin şahı olmaq üçün,
zəhmətin köləsi olmaq gərək! 
Sara Rzayeva (IV qrup, 695 bal) Müasir Azərbaycan gəncliyinin yaxşı təhsil ala bilməsi
üçün çox gözəl şərait yaratmış Prezidentimizə, dövlətimizə dərin minnətdarlığımı
bildirirəm. Vətənimizə və xalqımıza layiqli  övlad  olmaq, insanlarımızın sağlamlığının
keşiyində  ləyaqətlə durmaq üçün səylə çalışacağımı bildirirəm. 
Ucal Ağazadə (IV qrup, 623 bal) Mən 2010‑cu ildə qəbul imtahanlarında 517 balla BDU‑
ya daxil olmuşdum, amma ATU‑da təhsil almaq həvəsi  məni daha bir il hazırlaşmağa  sövq
etdi və istəyimə nail oldum. İndi buna görə çox xoşbəxtəm.   
Yeganə Hüseynli (IV qrup, 690 bal) Dövlətimizin təhsilə bu qədər diqqət yetirməyi məni
çox sevindirir. Arzu edirəm ki, xalqımıza xidmət edən, fayda verən savadlı gənclərimizin
sayı daha da artsın!  
Hazırladılar: “Abituriyent”in 
analitik‑informasiya qrupunun üzvləri
Tünzalə Cəfərova 
Leyli Ağayeva
Rabil Novruzov


106
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
MƏKTUBLARDAN SƏTİRLƏR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına
Mən bu il III ixtisas qrupu üzrə Naxçıvanda 1 saylı orta məktəbdə imtahan verdim. 1732
saylı otaqda idim. Bizim zala nəzarət edən hər iki nəzarətçiyə sizin vasitənizlə öz dərin min‑
nətdarlığımı bildirmək istəyirəm. Onlar bizimlə əsil pedaqoq kimi davranırdılar. Bu cür
sağlam ruhlu insanları seçdiyinizə görə Sizə dərin təşəkkürümü bildirir və hamınıza yüksək
zirvələrə yüksəlməyi arzu edirəm.
Hörmətlə,
Heydərov Cabbar İsmayıl oğlu, 
Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 
sədri Məleykə xanım Abbaszadəyə 
Hörmətli Məleykə xanım, oğlum Paşayev Ayxan bu il 2‑ci ixtisas  qrupu üzrə qəbul imta‑
hanında iştirak etdi və 641 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” ixtisasına daxil oldu. Bu, bizim
ailəmizə çox böyük hədiyyə oldu. Qeyd edim ki, belə bir sevinci biz dördüncü dəfədir
yaşayırıq. Əvvəlki illərdə qızlarım Paşayeva Leyla Azərbaycan Tibb Universitetinin
“Stomatologiya” fakültəsinə, Paşayeva Aysel həmin universitetin “Müalicə işi” fakültəsinə,
Paşayeva Aytən isə Bakı Dövlət Universitetinin “Regionşünaslıq” fakültəsinə qəbul olublar.
Övladlarımın biliklərinin düzgün və obyektiv qiymətləndirilməsində test sisteminin və onu
həyata keçirən TQDK kollektivinin xüsusi xidmətləri vardır. Arzu edirəm ki, bu sistem
gələcəkdə də savadlı Azərbaycan  gənclərinin üzə çıxarılmasına, ölkəmizdə təhsilin inkişafı‑
na və mütəxəssis hazırlığına yeni‑yeni töhfələr versin. Ailəmiz adından Sizə bir daha
təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. 
Sərvər Paşayev, 
Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 63, mənzil 56.
Ali təhsil müəssisələrinə tələbə
qəbulu müsabiqəsi xeyli vaxtdır ki, başa
çatıb. Ancaq Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına hələ də ictimaiyyətin müx‑
təlif təbəqələrindən imtahanların gedişi və
nəticələri haqqında məktub, teleqram və
müraciətlər daxil olur. Jurnalımızın bu
sayında ictimai rəyin əks‑sədası olan belə
materiallardan bir neçəsini dərc edirik.


107
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadəyə
Hörmətli Məleykə xanım!
Ali məktəblərə növbəti qəbul imtahanları arxada qaldı. Mən də  növbəti dəfə valideyn kimi
bu imtahanların həyəcanını yaşadım. Qızım 2009‑cu ildə 630, oğlum isə 2011‑ci ildə isə 685 bal
toplayaraq tələbə adı qazanmışlar.
Elm sahəsində çalışdığım üçün qəbul prosesini həmişə izləməyə çalışıram. Son 3‑4 ildə isə
bu prosesin ən xırda detalları ilə maraqlanmışam.
TQDK‑nın fəaliyyəti məni heyran edir. Saat mexanizmi kimi işləyən kollektiv, prinsipial‑
lıq, şəffaflıq, mükəmməl idarəetmə, qəbul prosesinin sadəliyi, onun dəqiq və məntiqi axarı,
biliyin yeganə  meyar kimi götürülməsi, yüksək səviyyədə elektronlaşma və s. xüsusiyyətlər
TQDK‑nı nümunəvi dövlət qurumu kimi xarakterizə edir. 
Neqativ hallar üçün potensial olaraq geniş meydanın olduğu bir sahədə obyektivliyin,
ədalətin, vahid yarış qaydalarının son dərəcə yüksək səviyyədə təmin edilməsini möcüzə
hesab edirəm.
Ölkəmizin gələcəyi və xalqımızın rifahı birbaşa təhsilin səviyyəsindən asılıdır. Bu baxım‑
dan Siz rəhbərlik etdiyiniz kollektivin üzvləri ilə birlikdə xoşbəxtsiniz ki, ömrünüzü,
əməyinizi, bilik və bacarığınızı ləyaqətlə belə müqəddəs işə sərf edirsiniz.
Hər kəs əlinə qələm götürüb TQDK haqqında rəyini ifadə etməsə də, əmin ola bilərsiniz ki,
mənimlə həmfikir olanların sayı minlərlədir.
Hörmətli Məleykə xanım!
Sizə və TQDK‑nın bütün əməkdaşlarına dərin minnətdarlığını bildirirəm. Məsuliyyətli və
şərəfli işinizdə uğurlar arzulayıram! 
Böyük hörmət və ehtiramla, 
Əminağa Sadıqov Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşı 
Az1001, Bakı şəh., Nigar Rəfibəyli küçəsi, 
3/5, m. 29. Tel.: 492‑96‑67, (050) 679‑04‑18
Bakı şəhəri, Sabunçu qəs. İlyas Aslanov küç. ev 1,
mənzil 4‑də yaşayan, 2011‑ci ildə ali məktəbə qəbul 
olmuş Novruzlu Toğrul Yusif oğlunun anası Novruzova 
Solmaz Əlövsət qızından Tələbə Qəbulu üzrə Dövlət 
Komissiyasının kollektivinə ünvanlanmış
Məktub
İlk öncə Sizi –TQDK sədri Məleykə xanım Abbaszadə başda olmaqla salamlayır, Sizə çətin
və məsuliyyətli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Bu il mənim hafizəmdə bəzi unudulmaz xatirələrlə yadda qalıb. Oğlum orta məktəbi
bitirərək həyatının yeni bir mərhələsi olan müstəqil həyata qədəm qoydu. Təbii ki, müstəqil
həyatın uğurlu təməli gələcək nailiyyətlər üçün etibarlı zəmin yaradır. Möhkəm təməl isə
ancaq keyfiyyətli təhsildən keçir. Oğlum da  təhsilin daşıdığı yüksək dəyərə üstünlük verdi
və bu, onun ali məktəbə qəbulunu təmin etməklə mənə sonsuz sevinc bəxş etdi. Ali mək‑
təblərə qəbul imtahanında müvəffəqiyyət bir sıra faktorlarun kompleks həlli nəticəsində
ərsəyə gəlir. Bu sahədə ən həlledici amil abituriyentlərin bilik və bacarıqlarının obyektiv
qiymətləndirilməsinə yönəlmiş test sisteminin önəmli, danılmaz roludur. Davamlı, proqressiv
təkmilləşmə prosesi keçirən TQDK‑nın və onun uğurla həyata keçirdiyi test üsulunun
ölkəmizin təhsil sisteminə töhfəsi olduqca böyükdür. İmtahanların obyektiv keçirilməsi, bilik
və bacarıqların nümayişi üçün hərtərəfli şəraitin yaradılması övladlarına keyfiyyətli təhsil
vermək istəyən bütün valideynlərin ürəyincədir. TQDK‑nın belə effektiv fəaliyyətinə və
cəmiyyətə verdiyi qiymətli töhfələrə görə onun rəhbərliyinə və bütün işçilərinə öz minnət‑
darlığımı bildirir, bu yöndə Sizə daha yüksək müvəffəqiyyətlər arzulayıram.


108
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Председателю ГКПС госпоже М.М.Аббасзаде от студентки 
первого курса юридического факультета Академии 
Госу дар ственного Управления при Президенте Азербайджанской 
Республики Мамедханлы Нураны Фильман кызы
Уважаемая Малейка ханум!
Хочу поблагодарить Вас и в Вашем лице всех сотрудников ГКПС за высокую органи‑
зацию процесса вступительных экзаменов. Хочу отметить, что были созданы все усло‑
вия для того, чтобы абитуриент смог сосредоточиться на свой работе. Моим огромным
желанием было поступить на факультет правоведения в Академии Государственного
Управления при Президенте Азербайджанской Республики, и я считаю, что одним из
важных условий при достижении моей цели стала высокая организация экзамена‑
ционного процесса, благодаря чему я смогла набрать 615 баллов. Благодарю Вас за это
и желаю Вам в период Вашей дальнейшей работы все чаще встречаться с абитуриента‑
ми, которые будут радовать Вас своими высокими результатами!
Нурана Мамедханлы
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına
Bu məktubu Məleykə xanım başda olmaqla bütün TQDK işçilərinə öz minnətdarlığımı
bildirmək üçün yazıram. Düzgün və şəffaf imtahan keçirdiyiniz üçün özümün və anamın
adından dərin təşəkkürümü bildirirəm. Rezidenturaya imtahan keçirilməsi elan olunanda
hərə bir söz danışırdı, amma onların hamısı yalan çıxdı. Məleykə xanım dediyi kimi oldu,
həqiqətən də bilik qiymətləndirilir. Hər şey üçün çox sağ olun!
Mədinə Fərəcova  
Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının sədri M.Abbaszadəyə
Hörmətli Məleykə xanım, bir valideyn kimi Sizə və kollektivinizə dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Rəhbərlik etdiyiniz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imta‑
hanlarında mənim övladlarım da iştirak ediblər.
2003‑cü ildə qızım, 2005‑ci ildə isə oğlum ATU‑nun “Müalicə işi” fakültəsinə qəbul olublar.
Oğlum bu il universiteti 5.0 balla bitirsə də, rezidenturaya qəbulla bağlı narahatlıq
keçirirdik. Lakin hər şey yaxşı oldu. İmtahanlar həmişə olduğu kimi, çox ədalətli keçdi.
Oğlum 154 balla “Plastik‑cərrahiyyə” ixtisasına qəbul olundu. Onun zəhməti hədər getmədi.
Bir daha Sizə təşəkkürümüzü bildirir, “çox sağ olun” deyirik.
Hörmətlə, Yeganə Əhmədova
T E L E Q R A M 
Tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə xanım Abbaszadəyə
Ali məktəblərə qəbulu obyektiv, düzgün apardığınız üçün allah sizi var eləsin, səadət dolu
günlər yaşayasınız. Siz Azərbaycan elmini qaranlıqdan, cəhalətdən aydınlığa çıxaran bir
mayaka bənzəyirsiniz. Allah sizi qorusun.
Quliyev Yusif, abituriyentin atası, Sumqayıt şəhəri, 17 mkr., ev 62, mən. 37


REDAKSİYA ŞURASI
M.M.Abbaszadə, N.Ə.Babayev,
V.M.Bağırov, F.Ş.Bədəlbəyli,
A.Q.Əbiyev, Ə.T.Əmiraslanov,
A.M.Məhərrəmov, M.C.Mərdanov,
P.A.Nağıyev, A.M.Paşayev,
M.M.Vəliyeva.
REDAKSİYA HEYƏTİ
A.O.Əliyev (baş redaktor),
R.H.Novruzov (baş redaktorun 
I müavini), İ.M.Allahverdiyev,
F.A.Atamov, A.H.Bağırov,
G.M.Balacanova, A.H.Batıyeva,
N.N.Bayramova, T.A.Bədəlov,
N.L.Əliyev, A.E.Həbibov,
E.Ş.Hüseynova, N.Z.Hüseynova,
Ç.C.Xəlilov, H.H.Kazımov,
X.Z.Kərimova, S.S.Mərdanov,
Ç.İ.Rüstəmov, O.Y.Şelaginov,
H.R.Zeynalov.
Üslubçular: 
N.M.Musayev, A.S.Əhmədov.
Kompyuter və dizayn:
M.Ə.Bədəlov, İ.İ.Cəfərov,
X.S.Mirzəyev, A.R.Cəfərova.
Redaksiyanûn önvanû: 
AZ1078, Áàêû øÿùÿðè,
Aêàäåìèê Ùÿñÿí ßëèéåâ 
êö÷ÿñè, 17.  
Telefon:
440-30-09 (ÒÃÄÊ)
441-52-20 (ðåäàêñèéà).
E-mail:
abit@tqdk.gov.az
http: 
www.abiturient.az
Æóðíàë Àçÿðáàéúàí
Ðåñïóáëèêàñûíûí
Ìÿòáóàò âÿ Èíôîðìàñèéà
Íàçèðëèéèíäÿ ãåéäÿ àëûíìûøäûð.
(Ëèñåíçèéà B 171,  18 ôåâðàë 1999)
© ÒÃÄÊ - «Àáèòóðèéåíò»
Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí  ðÿñìè ðàçûëûüû
îëìàäàí æóðíàëûí âÿ éà îíóí ùÿð
ùàíñû ùèññÿñèíèí òÿêðàð ÷àïû,
éàéûëìàñû, åëåêòðîí âÿ éà
ìåõàíèêè öñóëëà ñóðÿòèíèí
÷ûõàðûëìàñû
ÃÀÄÀÜÀÍÄÛÐ!
Æóðíàë Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí ðÿñìè ìàòåðèàëëàðû
ÿñàñûíäà ùàçûðëàíìûøäûð.
×àïà èìçàëàíìûøäûð 16.11.2011.
Òèðàæ 500.
Æóðíàë “Øÿðã-Ãÿðá” ìÿòáÿÿñèíäÿ
÷àï îëóíìóøäóð.
Ðåêëàì ìàòåðèàëëàðûíûí
ìÿçìóíóíà ýþðÿ ðåäàêñèéà
úàâàáäåù äåéèë. 
Ì
öíäÿðèúàò
1
ÏÐÅÇÈÄÅÍÒ ÒßÃÀÖÄÖÍÖÍ ÂÅÐÈËÌßÑÈ ÙÀÃÃÛÍÄÀ
ÀÇßÐÁÀÉÚÀÍ ÐÅÑÏÓÁËÈÊÀÑÛ ÏÐÅÇÈÄÅÍÒÈÍÈÍ ÑßÐßÍÚÀÌÛ
2
ÏÐÅÇÈÄÅÍÒ ÒßÃÀÖÄ×ÖËßÐÈ ÈËß ÒÃÄÊ-äà ÝÞÐÖØ
8
ßÍ ÉÖÊÑßÊ ÍßÒÈÚß ÝÞÑÒßÐÌÈØ ÝßÍÚËßÐËß ÌÖÑÀÙÈÁßËßÐ
ÉÖÊÑßÊ ÍßÒÈÚß ÝÞÑÒßÐÌÈØ ÀÁÈÒÓÐÈÉÅÍÒËßÐ
20
I ÃÐÓÏ
34
II ÃÐÓÏ
55
III ÃÐÓÏ
73
IV ÃÐÓÏ
96
600 BALDAN ÉÓÕÀÐÛ ÍßÒÈÚß ßËÄß ÅÒÌÈØ
ÝßÍÚËßÐËß ÀÍÊÅÒ ÑÎÐÜÓÑÓ
98
ÝßËßÚßÊ ÀÁÈÒÓÐÈÉÅÍÒËßÐß ÌßÑËßÙßÒ Âß ÒÞÂÑÈÉßËßР
101 
ÒßÊËÈÔËßР
103 
ÐßÉ Âß ÀÐÇÓËÀР
106
ÌßÊÒÓÁËÀÐÄÀÍ ÑßÒÈÐËßÐ
"Àáèòóðèéåíò" æóðíàëûíûí 12-úè ñàéûíäà:
Àëè òÿùñèë ìöÿññèñÿëÿðèíÿ áóèëêè òÿëÿáÿ ãÿáóëóíóí íÿòèúÿëÿðèíèí
åëìè-ñòàòèñòèê òÿùëèëè
Àáèòóðèéåíòëÿðèí àéðû-àéðû ôÿíëÿð öçðÿ ýþñòÿðèúèëÿðè, ìöõòÿëèô èõòèñàñ
ãðóïëàðûíà ìåéèë âÿ ìàðàãëàðû
Éöêñÿê âÿ çÿèô íÿòèúÿëè ðàéîíëàð âÿ ìÿêòÿáëÿð
Ìöõòÿëèô èõòèñàñëàðäà ìöñàáèãÿ âÿçèééÿòè
Àëè tәhsil ìöÿññèñÿëÿðèíèí ðåéòèíãè
Ìàýèñòðàòóðàéà ãÿáóë èìòàùàíëàðûíûí íÿòèúÿëÿðè
Îðòà èõòèñàñ òÿùñèëè ìöÿññèñÿëÿðèíÿ òÿëÿáÿ ãÿáóëóíóí íÿòèúÿëÿðè
ÒÃÄÊ-íûí èëëèê ôÿàëèééÿòè: ôàêòëàðûí õðîíîëîýèéàñû.

Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə