N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   34   35   36   37   38   39   40   41   42

99
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Balakişi İsmayılov (I qrup, 652 bal) İmtahana sistemli hazırlaşarlarsa, daha yüksək
nəticə qazanarlar. Həyatda insanın əldə edə bilməyəcəyi heç nə yoxdur. Çalışsalar, daha
səylə oxusalar, özlərinə inamlı olsalar, mütləq imtahanda uğur qazanacaqlar.   
Cavid Hacıyev (I qrup, 685 bal) Dəqiq fənlərə hazırlaşarkən düsturların və qaydaların
məntiqini dərk etməyə çalışın. Bunun çox böyük faydası var. Bu yolla oxuduğunuz
məlumatın yaddaşınızda həkk olunacağına əmin ola bilərsiniz. İmtahanın hədsiz dərəcədə
çətin olacağını fikirləşib özünüzü çox yormayın. İstirahətinizə də fikir verin. Amma bundan
sui‑istifadə etməyin!  
Cavid Məmmədov (I qrup, 602 bal) Səbrlə, təmkinlə, əsas hədəfdən yayınmadan, sis‑
temli hazırlaşın. Testlər üzərində işləyərkən onların sayca çoxluğuna deyil, nəticələrinizin
keyfiyyət göstəricilərinə diqqət yetirin. 
Ceyhun  Babaşov (II qrup, 675 bal) Aşağı siniflərdən mükəmməl oxumaq lazımdır.
Repetitor yanına getmək olar, lakin məktəbdə dərslərə ciddi yanaşsaq, repetitor yanına
gedərkən ayrı‑ayrı mövzuları daha asan və dərindən mənimsəmiş olarıq. 
Cəmilə Heydərli (II qrup, 604 bal) Yalnız ixtisas qrupuna aid fənləri öyrənməklə
kifayətlənməsinlər, çalışıb bütün fənləri oxusunlar. Hərtərəfli inkişaf etməyə çalışsınlar. Bir
də ki, “Abituriyent”in  nəşrlərindən səmərəli istifadə etsinlər. 
Fariz Hüseynli (I qrup, 672 bal) Qəbula hazırlığı axıra, yəni XI sinfə saxlamaq olmaz.
Ən azı X sinfin sonundan imtahana 60‑70 % hazır olmaq lazımdır. Amma istirahəti də yad‑
dan çıxarmaq olmaz. 
Fəhmin Qurbanov (III qrup, 606 bal) Mən abituriyentlərə oxumaqdan, öyrənməkdən
zövq almağı tövsiyə edirəm. Şagird və tələbə həyatı yalnız bu halda maraqlı ola  bilər. 
Fərhad Mustafayev (I qrup, 661 bal)  Məqsədə doğru  irəliləməyi heç vaxt dayandır‑
masınlar və “Abituriyent”in vəsaitlərindən mütəmadi istifadə etsinlər.  
Gövhər Əlizadə  (III qrup, 675 bal) Hər  bir abituriyent, ilk növbədə öz bilik və
bacarığını düzgün qiymətləndirməyi bacarmalı və buna uyğun ixtisas seçimi aparmalıdır. 
Gülnara Müşteidzadə (III qrup, 610 bal) Məktəbdə oxuyarkən, müəllimlərin
tapşırıqlarını mütəmadi olaraq yerinə yetirsinlər, olimpiadalarda iştirak etsinlər, sınaq imta‑
hanlarına getsinlər, “Abituriyent” jurnalının saylarını, xüsusi buraxılışlarını, test toplularını,
dərs vəsaitlərini müntəzəm oxusunlar.  
Günel Məmmədova (I qrup, 670 bal) Öncədən öz məqsədlərini müəyyən etsinlər, daha
sonra seçdikləri ixtisasa aid fənlərə  var gücləri ilə hazırlaşsınlar. Hazırlıq ərəfəsində TQDK‑
nın dərc etdiyi vəsaitlərdən də istifadə etsinlər. 
İkram Bəylərov (I qrup, 660 bal) Arzu edirəm ki, gələcək abituriyentlər ciddi çalışsınlar
və dərslərini yaxşı oxusunlar, testlərlə çox işləsinlər. Sınaq imtahanlarında çox iştirak etsin‑
lər. Vaxtdan səmərəli istifadə etsinlər. 
İlham Şaxverdiyev (I qrup, 655 bal) İmtahana hazırlıq dövründən başlamış ixtisas
seçiminə qədər bizə göstərdiyi köməkliyə görə TQDK‑ya təşəkkürümü  bildirirəm. Mən
gələcək abituriyentlərə dərslərə ciddi yanaşmağı, oxuduqlarını yaxşı mənimsəmək üçün
təkrarlamalara əməl etməyi məsləhət görürəm. Qəbul imtahanlarına səmərəli hazırlaşmaq
üçün ilk növbədə məktəbdə keçilən tədris materiallarını yaxşı mənimsəmək və öz üzərində
müstəqil çalışmaq lazımdır.


100
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
İlkin Səfərli (I qrup, 685 bal) Dərslərə xüsusi rejimlə, sistemli qaydada hazırlaşın və heç
vaxt uğur qazanacağınıza ümidinizi itirməyin.   
İlqar Alışlı (II qrup, 643 bal) Məsləhət görərdim ki, hər fəndən kiçik  konspektlər
düzəltsinlər və bu konspektə dərs oxuduqları zaman  tez yaddan çıxan, amma əhəmiyyətli
olan məlumatları qeyd etsinlər. 
Məryəm Hüseynova (IV qrup, 685 bal) Ən əsas məsələ sevdiyin, arzuladığın ixtisası
seçməkdir. Əgər arzuladığınız peşəni seçmisinzsə, qəbula hazırlıq sizin üçün maraqlı, yaxşı
mənada rəqabətdolu bir məşğələyə çevriləcək. Bu prosesdə  müəllimlərin köməyindən,
məsləhətlərindən istifadə işinizi asanlaşdıracaq.  
Məryəm Nəsrullayeva (I qrup, 672 bal) Sistemli şəkildə çalışsalar, istəklərinə nail ola‑
caqlar. İmtahanda isə həyəcanlanmamağı, biliklərindən maksimum səviyyədə istifadə
etməyi tövsiyə edirəm.
Nəcməddin Bəşirzadə (I qrup, 672 bal) Məsləhət görərdim ki, qəbula hazırlıqda yalnız
dərs kitablarını oxumaqla kifayətlənməsinlər. Eyni zamanda məntiqi təfəkkürlərini də
inkişaf etdirməyə çalışsınlar. Çünki imtahan suallarının xeyli hissəsi məntiqi düşüncə tələb
edən suallardır.  
Ramin Rəhimzadə (I qrup, 640  bal) Ali məktəbə yüksək nəticələrlə qəbul olmaq istəyən
abituriyent dərslərini aşağı siniflərdən yaxşı oxumalıdır. İstirahətə də vaxt ayırmaq, fiziki
gümrahlıqla zehni əməyi tarazlaşdırmaq lazımdır.   
Sadiq Rzazadə (I qrup, 675 bal) Hazırlıq dövründə qəbul proqramına salınmış mövzu‑
ları mükəmməl öyrənsinlər. Oxuduqları mövzuları mütəmadi olaraq təkrarlasınlar.  
Sevinc İsmayılova (II qrup, 652 bal) Abituriyentlərə fəal olmağı, ixtisas seçimini olduq‑
ca diqqətlə və heç kimin təzyiqi olmadan yerinə yetirməyi  məsləhət görürəm. 
Sənan Süleymanlı (I qrup, 674 bal) Qəbul proqramları üzrə çalışsınlar, çətinliklərdən qorx‑
masınlar. Çünki hər şeyin çətin və ya asan olması özümüzdən asılıdır. Bütün sınaq imtahan‑
larında iştirak etsinlər. Sınaqlarda ilk vaxtlar az bal toplamaqdan qorxub ruhdan düşməsinlər.
Səhv edərkən də təşvişə düşmək lazım deyil, insan öz səhvlərindən daha çox öyrənir. 
Sona Səfəralıyeva (I qrup, 642 bal) Repetitor məşğələləri ilə kifayətlənmək olmaz. Hər
bir şagird məktəb dərslərini də mütəmadi oxumalı, müstəqil çalışmalara xüsusi fikir ver‑
məli, sınaq imtahanlarında iştirak etməlidir. 
Şamil ƏLəkbərov (I qrup, 665 bal) Sınaqlarda topladığınız  ballarla, nailiyyətlərlə arx‑
ayınlaşmayın. Ən yaxşı bildiyiniz suallar da sizi arxayın salmamalıdır. Yadda saxlayın ki,
bildiyiniz kimi görünən sual sizi diqqətsizliyə apara bilər. 
Şəfəq Abbasova   (III qrup, 601 bal) Hər şey abituriyentlərin öz əllərindədir.  Hər zaman
inadla çalışıb, sabaha inamlı addımlarla irəliləsinlər. Ali məktəbə qəbul olmaq sevinci
bütün hər şeyə – yuxusuz gecələrə, çəkilən bütün əziyyətlərə dəyər. 
Tahirə Salayeva (II qrup, 660 bal) Bilik və zəhmət birləşəndə nəticə arzulanan kimi olur.
Uğur sizinlə olsun. 
Tengiz Fərzullasoy  (II qrup, 652 bal) Uğur qazanmaq üçün zəhmət çəkmək  lazımdır.
Yaxşı oxusanız, mütləq  bəhrəsini görəcəksiniz.  


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə