N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   34   35   36   37   38   39   40   41   42

97
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
olduğunu göstərib. Qəribədir ki, respondentlər arasında qəbul olduğu ixtisası hətta təsadü‑
fi seçdiyini qeyd edənlər də olmuşdur: 0,55% (5 nəfər). 5,98% (54 nəfər) ixtisas seçiminə “nə
isə başqa səbəblər”in təsir etdiyini, 2,21 % (20 nəfər) bu suala cavab verməkdə çətinlik
çəkdiyini qeyd edib. 0,66% (6 nəfər) respondent isə sualı cavablandırmaqdan imtina edib.  
Son tədris ilində «Abituriyent» jurnalını oxumusunuzmu?” sualına verilən cavablar‑
dan  məlum olmuşdur ki, “Abituriyent”  jurnalı rəyi soruşulanların əksəriyyətinin məlumat‑
landırılmasında  mühüm rol oynamışdır. Belə ki,  sorğu iştirakçılarının 50,61%‑i (457 nəfər)
jurnalı mütəmadi şəkildə oxuduğunu, 45,41%‑i (410 nəfər) isə bəzi sayları ilə yaxından
maraqlandığını bildirib. Abituriyentlərdən yalnız 3,65%‑i (33 nəfər) “Abituriyent”i oxu‑
madığını qeyd edib.  0,33% (3 nəfər) isə suala cavab verməkdən imtina edib.  
Sorğuda  abituriyentlərin builki qəbulda ilk dəfə tətbiq edilən açıq tipli test tapşırıqları‑
na münasibətləri də öyrənilmişdir. Respondentlərin 31,67%‑i (286 nəfər) açıq tipli test
tapşırıqlarının tətbiqinə qeyd‑şərtsiz, birmənalı şəkildə tərəfdar olduğunu qeyd etmişdir.
Onların fikrincə, belə tipli testlər abituriyentlərdə məntiqi təfəkkürü və səlis düşünmə, fikir
yürütmə qabiliyyətini üzə çıxarır. 3,54 % (32 nəfər) abituriyent bu sualı cavablandırmaqdan
imtina etmişdir. “Digər cavablar” bəndini seçən 11,08% (100 nəfər) abituriyent açıq tipli test
tapşırıqlarının digər fənlər üzrə test blokuna salınmasını məqbul saysalar da, təklif edirlər ki,
bu halda imtahanın vaxtı uzadılsın. Açıq tipli testlərin digər fənlər üzrə test blokuna salın‑
mamasını qeyd edənlər isə (53,71% – 485 nəfər) bunun səbəbini daha çox vaxt amili ilə
əlaqələndirmişlər. Onların fikrincə, imtahanda açıq tipli testlərin həlli qapalı (ənənəvi) testlərə
nisbətən daha çox vaxt aparır. Odur ki, açıq tipli testlər digər fənlərdə də tətbiq edilərsə, gərək
bu dəyişikliyin vaxt amili ilə uzlaşdırılmasına da diqqət yetirilsin. Buradan belə bir nəticə çıxır
ki, ilk baxışda hətta açıq tipli testlərin tətbiqinə əks rəy bildirənlər də mahiyyət etibarilə (vaxt
amilinin nəzərə alınmasını qeyd etməklə) açıq tipli testlərin bütün fənlərdə tətbiqinə əks
mövqedə deyillər.     
“İmtahan suallarının çətinlik dərəcəsi barədə fikriniz” sualına rəyi soruşulanların
əksəriyyəti – 64,89% (586 nəfər) imtahanlarda tətbiq edilən sualların çətinlik dərəcəsinin
normal olduğunu bildirib. Sualları çətin sayanlar 19,16 % ( 173 nəfər) təşkil edib. Sorğuda
sualların çətinlik dərəcəsinin artırılmasını 5,54% (50 nəfər) və   azaldılmasını 16,06% 
(145 nəfər) təklif edənlər də olub. 0,22% (2 nəfər) isə sualı cavablandırmaqdan imtina edib.  
Abituriyentlərin “İmtahan vaxtı barədə nə deyə bilərsiniz?” sualına verdikləri cavablar
da maraq doğurur.  Onların əksəriyyəti 80,07 %‑i (723 nəfər) qəbul imtahanının keçirilməsi
üçün ayrılan vaxtın kifayət etdiyini düşünür.  3,21% (29 nəfər) abituriyent sualları cavablan‑
dırmaq üçün 3 saatın çox olduğunu qeyd etdiyi halda,  16,28 %‑i (147 nəfər) bu müddətin
onlar üçün kifayət etmədiyini bildirib. 0,44%  (4 nəfər) isə suala cavab verməkdən imtina edib.
“Əgər yenidən qəbul olsaydınız, bu ixtisası seçərdinizmi? sualına cavab olaraq respon‑
dentlərin böyük əksəriyyəti 89,70% (810 nəfər) seçimlərindən razı qaldıqlarını bildirmiş və
“Bəli” cavabını vermişdir. Bununla belə bu suala “xeyr” cavabını verənlər, yəni yenidən qəbul
olmaq şansı yaransaydı, ixtisasını dəyişmək fikrində olanlar da (4,65% – 42 nəfər) olmuşdur.
Çox güman ki, bu abituriyentlərin əksəriyyəti ixtisas seçimi ərizələrində göstərdikləri 1‑ci ixti‑
sasa deyil, sonrakı yerlərə qəbul olanlardır. 5,54% (50 nəfər) respondent isə suala cavab ver‑
məkdə çətinlik çəkib. Abituriyentlərin 0,11%‑i (1 nəfər) sualı cavablandırmaqdan imtina
etmişdir.
Sorğuda iştirak edənlərə ünvanlanan “Ailənizin maddi təminat səviyyəsi” sualına ca‑
vablardan məlum olmuşdur ki, qəbulda yüksək nəticə əldə edən abituriyentlərin ailələrinin
maddi‑sosial şəraiti müxtəlifdir. Rəyi soruşulanların  əksəriyyəti( 66,67% – 602 nəfər)
ailələrinin maddi təminat səviyyəsinin orta olduğunu bildirmişdir. Sorğuda iştirak edən‑
lərin 4,43%‑i (40 nəfər) kifayət qədər təminatlı ailədə yaşadığını, 26,36%‑i (238 nəfər)
ailələrinin maddi təminat səviyyəsinin aşağı, 1,22%‑i (11 nəfər) yoxsul olduğunu qeyd
etmişdir. 1,33% (12 nəfər) isə, ümumiyyətlə, sualı cavablandırmamışdır. 


98
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?” sualına cavab olaraq rəyi
soruşulanların 97,47%‑i yaradılan şəraitdən qeyd‑şərtsiz, birmənalı razı qaldığını
bildirmişdir. Sorğu iştirakçılarının 0,44%‑i (4 nəfər) suala “Qane etmədi” cavabını versə də,
ancaq öz rəylərini heç bir səbəblə əsaslandırmamış, 0,22%‑i (2 nəfər) yaradılan şəraitin
onları qane etməməsinin səbəbi kimi “otaqda nəzarətçilərin imtahana  lazımınca nəzarət
etmədiklərini” (1 nəfər), “zalda səs‑küy olduğunu” (1 nəfər) göstərmişdir. 0,55% (5 nəfər)
yaradılan şəraitin onları, əsasən,  qane etdiyini bildirsə də,  imtahan  verdikləri zalda
xoşagəlməz məqamlarla da qarşılaşdıqlarını qeyd etmişlər. Onlardan 3 nəfəri buna aid heç
bir konkret fakt göstərməmiş, 2 nəfəri isə  imtahan otağında nəzarətin zəif olduğunu qeyd
etmişdir. Abituriyentlərin 0, 66%‑i (6 nəfər) sualı cavablandırmaqdan imtina etmişdir. 
Qeyd edək ki, rəyi soruşulanların 0,66%‑i (6 nəfər) anketdəki “Qəbul imtahanında
yaradılan şərait sizi qane etdimi?” sualı ilə növbəti “Qəbul imtahanlarının gedişində
neqativ hallarla rastlaşdınızmı?” sualı arasında məntiqi bağlılığa diqqət yetirməyərək,
onlara ziddiyyətli, biri digərini təkzib edən cavablar vermişdir. Belə ki, bu abituriyentlərdən
4 nəfəri əvvəlcə yaradılan şəraitin onları qane etdiyini “Bəli, qane etdi” cavabı ilə təs‑
diqlədikdən sonra “Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınızmı?”
sualına da “Bəli rastlaşdım” cavabını verməklə öz rəylərindəki əksliyi ortaya qoymuş və
bununla da özləri özlərini təkzib etmişlər. Birinci suala  “Xeyr, yaradılan şərait qane etmə‑
di” cavabını verən 2 nəfər abituriyent də,  növbəti suala “Xeyr, neqativ hallarla rastlaş‑
madım” cavabını verməklə, əvvəlki cavablarına əks rəy bildirmişlər. Qeyd edək ki, bu 
6 nəfərin heç biri öz cavablarını izah edən  səbəb, yaxud fakt göstərməmişdir.    
Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınızmı?” sualına respon‑
dentlərin  böyük əksəriyyəti – 95,46%‑i (862 nəfər) “Heç bir neqativ halla qarşılaşmadım”
ca‑vabını vermişdir. Abituriyentlərin 1%‑i (9 nəfər) suala “Bəzi neqativ hallarla rastlaşdım”
deyə cavab versələr də, öz rəylərini təsdiq edən heç bir hal və ya fakt göstərməmişlər. 
1,77% (16 nəfər) respondent isə suala “Bəzi neqativ hallarla rastlaşdım” cavabını verərək,
bunu imtahan verdikləri otaqlarda rast gəldikləri köçürmə, nəzarətin zəifliyi, bəzi abi‑
turiyentlərin başqalarına maneçilik törətməsi kimi hallarla izah etmişlər. 
Respondentlərin 1,11%‑i (10 nəfər) sualı cavablandırmaqdan imtina etmiş, 0,66 %‑nin 
(6 nəfər) cavabı isə “Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?” sualına verdik‑
ləri cavabla məntiqi təzad təşkil etmişdir.
Sorğuda bilik yarışı öncüllərinə qəbul imtahanına hazırlaşmaqla bağlı öz təcrübələrini
gələcək abituriyentlərlə bölüşmək, məsləhət, tövsiyə, rəy, arzu və təkliflərini bildirməyə də
imkan yaradılmışdır. Aşağıda anket suallarına cavablardan daha çox diqqət çəkən nümunələri
təqdim edirik.
Gələcək abituriyentlərə məsləhət və tövsiyələr
Ağaşir Hadıyev (I qrup, 640  bal) Gələcək abituriyentlərə məsləhətim budur ki, öz  bilik‑
lərini möhkəmləndirməklə yanaşı, psixoloji durumlarına da diqqət yetirsinlər. Çünki bu, ən
önəmli amillərdən  biridir.  
Arif Arifli  (II qrup, 655 bal) İmtahanlara çox ciddi hazırlaşmağı məsləhət görürəm.
Unutmasınlar ki, bu imtahanlar onların gələcək taleyini həll edir. Xüsusilə, ixtisas seçi‑
mində çox diqqətli olmaq lazımdır.  
Ayşən Xələfli (I qrup, 660 bal) Hazırlığın müddəti barədə dəqiq resept vermək olmaz.
Müddət şagirdin bilik, bacarıq  səviyyəsindən və potensial imkanlarından asılı olaraq dəy‑
işə bilər. Ən əsası nəyi hansı dərəcədə bilib‑bilmədiyini dəqiqləşdirməkdir. Test nümunələri
ilə çox işləsinlər. Riyaziyyatın digər fənlərə tətbiqini öyrənsinlər. 


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə