Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

əfqanlar, osmanlılar və ruslar tərəfindən qəsb edilmiş, şah Sultan Hüseyn
isə öz sarayı ilə birlikdə əfqan Mir Mahmuda təslim olub, taxt-tacı ona
bağışlamışdı. Bununla belə, İsfahanın mühasirəsi zamanı şəhəri tərk etməyə
müvəffəq olan Sultan Hüseynin oğlu Təhmasib Mirzə də, ölkənin Xəzər-
sahili bölgələrində məskunlaşıb, atasının təslim olmasından sonra özünü
şah elan etmişdi.
Güclü ordunun və sərkərdəlik məharətinin olmaması üzündən heç bir
uğur əldə edə bilməyən II Şah Təhmasib tezliklə Astarabad hakimi Fətəli
xan Qacarın timsalında güclü müttəfiq tapır və çox keçmədən onun nüfuzu
altına düşür. Belə bir şəraitdə öz yaxasını sonuncunun əlindən qurtarmağa
can atan Təhmasib Nadir Əfşar tərəfindən təklif edilən köməklikdən böyük
məmnuniyyətlə yararlanmağı qərara alır. Altı minlik dəstə ilə II Şah Təh-
masibin qulluğuna girən Nadir, şahdan etimad əlaməti olaraq Təhmasibqulu
xan adını alır.
1
1726-cı ilin sentyabrında baş verən
2
bu hadisədən bir ay öt-
dükdən sonra, artıq şahın tam etimadını qazanan Təhmasibqulu xan II Şah
Təhmasib tərəfindən Fətəli xan Qacarı öldürtməyə, 1728-ci ilin əvvəli üçün
isə II Şah Təhmasibi öz iradəsinə tabe etməyə nail olur.
3
1729-cu ilin dekabrınadək Nadir əfqanları ölkədən qovub, İsfahan azad
edir və II Şah Təhmasibi öz qanuni taxtına bərpa etdikdən sonra osman-
lılardan tutduqları əraziləri boşaltmağı tələb edir.
4
Tələb rədd edildikdən
sonra Nadir Əfşar osmanlılara qarşı fəal hərbi əməliyyatlara başlayır. Lakin
əfqanların Xorasana hücumları ilə əlaqədar Nadirin Xorasana getməsindən
istifadə edən II Şah Təhmasib öz şəxsi nüfuzunu qaldırmaqdan ötrü osman-
lılara qarşı müharibəni davam etdirir və məğlub olaraq Arazdan şimaldakı
Azərbaycan torpaqlarının osmanlılara verilməsi barədə 1732-ci il yanvarın
16-da Kirmanşah sülhünü imzalayır,
5
«Bu diqqətsizlik Təhmasibə onsuz
da onun ağılsız başında çox zəif qalan tac bahasına başa gəldi»
6
Əfqanıs-
tanda və Xorasanda işləri nizama saldıqdan sonra geri qayıdan Nadir II Şah
Təhmasibi əyyaşlıqda, səriştəsizlikdə və osmanlılarla rüsvayçı sülh bağla-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
57
1
Новая История Ирана. Хрестоматия. Москва; Наука, 1988. с. 30. 
2
Мikluхо-Маklау N.D. Göstərilən əsəri, s. 93.  
3
T.T.Mustafazadə. Göstərilən əsəri. Rus dilində, s. 159.
4
Аrunova М.R. Aşrafyan K.Z. Göstərilən əsəri, s. 30; Butkov P.Q.  Göstərilən əsəri, I c., s. 103.
5
Azərbaycan tarixi, I c. Bakı, 1961, s. 339-340.
6
Беляев Е.А. Иран в средние века. Москва, 1941, c. 21.


maqda günahlandırıb, 1732-ci il avqustun 22-də hakimiyyətdən kənar -
laşdırdı və onun 8 aylıq oğlu III Abbası taxta çıxartdı. Özünü də onun
qəyyumu – naibi elan etdi.
1
Bununla da Nadir Əfşar hakimiyyəti tamlıqla
əlinə almış oldu.
Hakimiyyəti əlində cəmləşdirdikdən sonra Nadir, ilk növbədə, 1732-ci
ildə bağlanmış Kirmanşah müqaviləsini ləğv etdi və 1723-cü ildən bəri os-
manlılar tərəfindən tutulan torpaqların qaytarılmasını tələb etdi. Sultanın
rədd cavabı müharibəyə səbəb oldu. Tezliklə Bağdad yaxınlığında rəqibini
darmadağın etməyə, son nəticədə isə 1733-cü il dekabrın 19-da Bağdad
hakimi Əhməd paşa ilə sülh müqaviləsi imzalamağa müvəffəq oldu. Lakin
Bağdad sülhü ətrafında yekdil razılığın əldə olunmaması müharibə ocağının
yenidən qızışmasına səbəb oldu.
2
Beləliklə, Nadir Əfşar Osmanlıların zəbt
etdiyi Şirvana hücum edib 1734-cü il avqustun 24-də müqavimətsiz Şa-
maxını tutdu.
3
XVIII əsrin əvvəllərindən etibarən Nadirin Şimali Azərbaycana hücu-
muna qədər bölgənin siyasi arenasına nəzər salanda Şamaxının Şirvanda
baş verən üsyanlara baş qərargah rolunu oynadığını görmüş oluruq (bu işdə
şimal qonşuları – ləzgilər də onlara yardımçı oldular). Elə Nadirin özü də
bu üzdən qədim qala şəhəri olan Şamaxını dağıtmağı əmr edir ki, qoy Şa-
maxı bir daha bu regionda baş qaldıran üsyanlara mərkəz rolunu oynaya
bilməsin.
Üsyançı Surxayı təqib edən Nadir Qazıqumuxu talan edib 1734-cü ilin
noyabrında Şimali Azərbaycanda Osmanlıların baş dayaq nöqtəsi sayılan
Gəncəyə yaxınlaşdı. Gəncə ətrafında olanda Nadir xan bir neçə nəfər
qarabağlı ilə Gəncəli paşaya (Gəncə mühafizi Əli paşa – C.H.Ə.) və o əra -
zi nin bəylərbəyi Qoçəli paşaya təkidlə dolu məktub yolladı ki, o ərazini və
şəhəri tezliklə boşaltsınlar. Lakin məktubu alan şəxslər cavabında Nadirə
bildirdilər ki, onların tabe olduğu padşah var və məsləhətləşmək üçün onun
yanına elçilər göndərmişlər. Əgər padşah onlara qalanı boşaltmağı əmr etsə,
onda qala qeyd-şərtsiz Nadirə təhvil verilər.
4
Nadir Əfşarın İstanbuldan
cavabın gəlməyini gözlədiyi bir dövrdə M.Kazımın sözlərinə görə, Gəncəli
Úàùàíýèð Ùöñåéí ßôøàð
58
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 175; История о Песидском шахе. C. 139-141.
2
Buturlin D. Göstərilən əsəri, 181-185; История о Песидском шахе. C. 181-234.
3
T.T.Mustafazadə. Göstərilən əsəri. Rus dilində, s. 195.
4
M.M.Kazım. Göstərilən əsəri, I c., s. 380-381.


paşa qalanı möhkəmləndirməyə və şəhərə azuqə gətirtməyə başladı və «o
zaman ... çoxlu ehtiyat və saysız-hesabsız hərbi sursat və 14.000 Osmanlı
döyüşçüsünü o qalaya doldurdu». Bununla yanaşı, uzunmüddətli müha si -
rəyə hazırlaşan qala komendantı şəhərdə osmanlılara qarşı baş verə biləcək
çıxışların qarşısını almaqdan ötrü İran dövlətinə rəğbəti olan yerli sakinləri
(əsasən, yoxsulları) qaladan xaric elədi.
1
İstanbuldan heç bir xəbərin
gəlmədiyini və Gəncədə gedən belə hazırlığı görən Nadir tezliklə şəhəri
mühasirə edib aramsız hücumlara başladı. Mühasirədə olanlar Qarsdan və
İrəvandan yardım almaq ümidində olduqlarından Nadirə ciddi müqavimət
göstərirdilər. Osmanlıların bu ümidini tezliklə puça çıxarmaq üçün Nadir
şəhər ətrafında kiçik bir dəstə qoyub Qarsa doğru getdi və 1735-ci il iyunun
21-də Zəngi çayı sahilində Osmanlı sərkərdəsi Abdulla paşanın qoşununu
darmadağın etdi.
2
Abdulla paşa üzərindəki qələbədən sonra Tiflis, Gəncə
və İrəvan şəhərləri təslim olmağı qərara aldılar. «... Gəncə və Tiflis qarni-
zonları, onlara sərbəst surətdə Türkiyəyə getməyə icazə veriləcəyi şərti ilə
qalaları döyüşsüz Nadirə təslim etdilər».
3
Azərbaycanı osmanlılardan tə -
miz lədikdən sonra Nadir Ziyadoğlu nəslindən olan Gəncə sakini Uğurlu
xanı Qarabağ və Gəncənin başlıca hakiminə çevirdi. İrəvana isə minbaşı
Məhəmməd Rza bəyi hakim təyin etdi.
4
Nadir az bir zaman ərzində rus qoşunlarını Şərqi Azərbaycandan geri
otuzdurdu. Şirvanı, Gəncəni, Kaxetiyanı (Gürcüstanı), İrəvan xanlığını,
Ərzurumu osmanlılardan geri aldı. Əfqanları darmadağın edib tutduqları
torpaqlardan geri otuzdurdu. 1735-ci ildə Dağıstana hücum edib oranı zəbt,
Azərbaycan ərazisini tamamilə yadellilərdən xilas etdikdən sonra Muğanda
– Suqovuşanda qurultay çağırtdırıb, özünü şah elan etdi və orada Azərbay-
can bəylərbəyiliyini Dağıstan, Gürcüstan, indiki Ermənistan, Şirvan,
Qarabağ, Çuxursəd, Təbriz bəylərbəyiliyini də Azərbaycan bəylərbəyiliyi
adı ilə birləşdirib, vahid bir Azərbaycan dövləti yaratdı. 
Nadir şahın həyatı boyu daxili siyasətindəki əsas addımlarından biri
mərkəzi hakimiyyətin güclənməsinə və feodalların separatizminin boğul-
masına yönəldilmiş aqrar siyasət idi. Bu, əsasən, dövlət torpaq fondunun
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
59
1
M.M.Kazım. Göstərilən əsəri, s.381.
2
M.M. Astrabadi. Göstərilən əsəri, s. 237-254.
3
T.T.Mustafazadə. Göstərilən əsəri, s. 197.
4
M.M.Kazım. Göstərilən əsəri, s. 409.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə