Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

şəxsin məhz onun dövlətində olduğunu sübut etmək üçün həmin şəxs səfir
sifəti ilə Nadir şahın yanına göndərildi. Müəllifin yazdığından belə məlum
olur ki, Osmanlı dövlətindən gələn elçinin hündür səsə malik olması Nadir
şahı da maraqlandırır və o, kimin daha hündür səsə malik olmasının
yoxlanılmasına razılıq verir. Nadir şah sonradan təsdiq edir ki, doğrudan
da, Osmanlı nümayəndəsi daha gur səsə malikdir. Belə bir səsə malik olan
şəxsin onun yanına elçi kimi göndərilməsindən çox məmnun olduğunu
bildirir.
1
Nadir şah çox güclü hafizəyə də malik olmuşdur. O bütün sər kər də -
lərinin, ünsiyyətdə olduğu döyüşçülərin adlarını, onların yaxşı xidmətlərini
yadında saxlaya bilirdi. Sayı 100 mini ötən və daim yeniləşən qoşun da -
xilində çoxsaylı sərkərdələrin və qoşun başçılarının adlarını yadda saxla-
maq Nadir şahın müasirləri arasında heyrət doğuran daha bir keyfiyyəti idi.
De yilənə görə, Nadir şah 40 yaşından sonra yazmağı və oxumağı da öyrən-
mişdi. Nadir şah, eyni zamanda münşiləri tərəfindən yazılan əmrləri də
uzun müddət xatırlayırdı. Nadir şah zehninin və zəkasının itiliyi ilə də
seçilirdi. Ən mürəkkəb döyüş şəraitində Nadir şah mövcud vəziyyəti, ona
təsir edə biləcək amilləri, çıxış yollarını və s. çoxlu sayda məsələləri qısa
zaman ərzində dəyərləndirib düzgün qərarlar qəbul etməyi bacarırdı. Qəbul
etdiyi qərarlarda qətiyyət nümayiş etdirirdi və bu qərarların icrasında da
tərəddüd göstərməzdi. Onun nəzərində tərəddüd və şübhə qarşıya qoyulan
vəzifələrin həyata keçirilməsi üçün ən böyük maneə və təhlükə idi.
2
Xarakterinin müəyyən ziddiyyətli cəhətlərinə baxmayaraq, Nadir şah
yenilməz və ölçüyə gəlməz bir mənəvi potensiala malik idi. Məhz bu mənəvi
keyfiyyətləri nəticəsində Nadir şah viran qalmış məmləkətdə on minlərlə,
yüz minlərlə insanın daxilində inam cücərtiləri yaratdı, onların etibarını
qazanmaqla ümumxalq amalları ətrafında birləşdirdi, güclərini səfərbər edib
bölgənin güclü  dövlətlərini diz çökdürdü, Səfəvi dövlətinin parçalanmış
ərazilərini yenidən birləşdirdi. Nadir şah ətrafında topladığı insanlarda,
həmin insanların təmsil etdiyi tayfalarda və bütünlükdə xalqda daxili bir
inam yaratdı, xalqa yeni bir ruh verdi, onu ayağa qaldırdı. Uzaq əyalətdə
adi bir ailədən çıxmış Nadir şah dünyanın ən böyük fatehlərinin arzu edə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
45
1
M.Süleymanov. Göstərilən əsəri, s. 150.
2
M.M.Kazım. Göstərilən əsəri, I c., s. 446.


biləcəyi bir qoşun yaratdı, döyüşçülərin, sərkərdələrin və bütünlükdə qoşun-
ların itirilmiş nüfuzunu özünə qaytardı, hərb tarixinə yeni sə hi fələr yazdı.
Nadir şahın böyük sərkərdəlik istedadı yüz minlərlə müxtəlif insanlarda fikir
yekdilliyi yarada bildi. Bütün bunların nəticəsində Nadir şahın qoşunları
böyük və vahid bir orqanizmə, şüurlu döyüş maşınına çevrildi.
Nadirin çox böyük təşkilatçılıq qabiliyyəti var idi. O, tutduğu ərazinin
insanlarını ətrafına toplayaraq çox böyük ordu yaratmışdı. Hətta bəzən
onun ordusunda olan əsgərlərin sayı bir neçə yüz min təşkil edirdi.
Nadir şahın mənəvi keyfiyyətləri, ilk növbədə, valideynlərindən aldığı
tərbiyədən və türk məişətinin ənənələrindən qaynaqlanırdı. Atası İmamqulu
ölüm ayağında olanda da oğlu Nadirə verdiyi öyüd-nəsihətlərlə vidalaşdı.
Valideynləri təkidlə ona bildirdi ki, vətənini unutmasın, fağırlarla və
tabeçiliyində olanlarla rəhmli davransın, sitəmkarlıqdan uzaq dursun, qar-
daşına diqqətli olsun, axirət dünyasını yaddan çıxarmasın və bugünkü işini
sonraya saxlamasın.
Oğlu Rzaqulunun kor edilməsindən sonra keçirdiyi psixoloji sarsın-
tılara qədər Nadir şah, demək olar ki, bu nəsihətlərin hamısını əldə rəhbər
tutdu. Atasının tövsiyə etdiyi kimi, Nadir şah axirətini yaddan çıxarmadı.
O, etiqad adamı idi və dinə bağlılığında fanatikliyə yol verməsə də, dini
dövlət siyasəti səviyyəsinə qaldırmasa da, dininə və məzhəbinə inanan bir
şəxs idi
1
Başladığı ən çətin işlərdə yaradanın iltimasını istəyər və daxilən
də ona tapınardı. Nadir şah özünün dərin etiqadını qoşunlara da aşılamağa
və dini inancı fəaliyyət ilhamına çevirməyə çalışardı. Nadirin dinə inamı
təvəkkülçülüyə çevirilməmişdi. O öz fəaliyyətini dini inancın meyarları
üzərində qurub, planlaşdırdıqlarını həyata keçirmək üçün yorulmaz qüvvə
sərf edən və bu yolda yaradandan kömək diləyən,  fəaliyyətinin nəticəsini
əldə etdikdən sonra yaradanına sonsuz şükranlığını bildirən bir şəxs idi.
Dini dəyərlərə istinad etməklə Nadir döyüşçülərinin daxili enerjisini üzə
çıxarmağa da çalışırdı. Məsələn, Əbdali əfqanları ilə Kafirqala ətrafındakı
döyüşlər zamanı Nadir öz qoşunlarını ruhlandırmaq üçün Qurandan surələr
oxudu və həmin surələrin mənasını açıqladı. Onun istinad etdiyi surədə
bildirilirdi ki, düşmənə arxa çevirməkdənsə ölmək daha yaxşıdır.
2
Úàùàíýèð Ùöñåéí ßôøàð
46
1
Jan Gevr. Xacə şah. Bakı, 1988, s. 62.
2
Mərvi Məhəmməd Kazım. Göstərilən əsəri. 1 c., s. 478


Nadir döyüşçülərini dini dəyərlərə tapınmağa da çağırırdı və onlarda
yaranan daxili inam son dərəcə güclü olan düşmən üzərində tarixi qələbə
çalmağa imkan verirdi. Nadir keçirdiyi döyüşlərin ən ağır məqamlarında
üzünü göylərə tutub yaradandan özünə və döyüşçülərinə kömək istəyərdi.
Məsələn, Hindistan qoşunları ilə əsas döyüşdə ağır vəziyyətin yarandığını
görəndə Nadir şah yenə yaradanından kömək dilədi. M.K.Mərvinin
yazdığına görə, Nadir şah zər-ziba ilə bəzədilmiş atından yerə endi. Şahlıq
tacını bir kənara qoyub üzünü yerə toxundurdu və Allahdan iltimasını etdi.
1
Gərgin döyüşlərdən qələbə ilə çıxandan sonra da Nadir şah Allahına
şükranlarını bildirər və namaza durub ibadət edərdi. Bəzi vaxtlarda Nadir
şah Allahın ona qismət etdiyi qələbə əvəzində sübhə qədər ibadətini davam
etdirərdi.
Sözsüz ki, bütün bunlar hamısı qoşunların gözü qarşısında baş verirdi
və Nadir şahın yaradana tapınaraq, onun köməyinə arxalanaraq əzmkarlıq,
yorulmazlıq göstərməsi döyüşçülərinə də sirayət edirdi və yaradanın
köməyinə inam onlara yeni bir ruh və qüvvə verirdi.
Nadir şah səfərlərdən və hərbi yürüşlərdən sonra Məşhədə gələrdisə,
mütləq İmam Rzanın məqbərəsini ziyarət edər və yaradana da şükranlığını
bildirərdi. Bir sözlə, dini inanclarından Nadir şah əlavə bir qüvvə, bir şüur
təsəllisi alardı.
Nadir şahda vətən təəssübü çox güclü idi və qoşunları da bu ideya
ətrafında səfərbər edə bilmişdi. Hətta uşaq yaşlarından xarici müdaxilələrin,
talançı və viranedici yürüşlərin şahidi kimi, Nadir doğulub boy atdığı yur-
dun əmin-amanlıq içərisində olmasını arzu edərdi və onun ilk dəstələri də
məhz kənar tayfaların talançı yürüşlərinin qarşısının alınması üçün yara -
dıl mışdı. Nadir, ilk növbədə, yaxınları arasında yurd, vətən təəs süb keş liyini
hərəkətverici qüvvəyə çevirdi və sonra da bu ideyanı daha çox insana
aşılaya bildi. İlk növbədə, Kelat və Əbivərd onun üçün yurd və vətən idi.
Nadir döyüşlərdən, uzun səfərlərdən imkan tapan kimi doğulub böyüdüyü
yurda qayıdar və doğma yerləri ziyarət edərdi. Mənbələrdə də Nadirin doğul-
duğu məkan Nadir üçün «Hübbül vətən» kimi xatırlanır.
2  
Nadir  şah ömrünün
sonlarında da ailəsini təhlükəsiz yer kimi məhz Kelata göndərmişdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
47
1
M.M.Kazım.Göstərilən əsəri, II c., s. 724.
2
Yenə orada,  II c., s. 805.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə