Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

nəticələrin ortaya çıxmasına zəmin yaratmışdır.
Ümumiyyətlə, Nadirin azman bir şəxsiyyət olması, öz dövrünün
mahiyyətini müəyyən edə bilməsi onun etnik mənsubiyyəti məsələsinə süni
bir çalar gətirmişdir. Məqsəd onu mənsub olduğu soydan qoparmaqdan
ibarət idi.
Belə ki, mövcud ədəbiyyatda əfşarların İranın qərbində məskunlaşmış
türk-ariya irqinə mənsubluğu haqqında fikirlər vardır. Bu fikirlərin müəl-
liflərinin iddiasına görə əfşarlar əvvəlcə Azərbaycan ərazisində yaşamış,
sonra isə bütün İrana və Türkiyəyə, Balkan ərazilərinə qədər yayılmışdılar.
1
Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab
Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbay-
canda məskunlaşdıqlarını təsdiq edir. Müəllif əlavə edir ki, bu boyun dili
Azərbaycan türkcəsidir.
Nadir şah haqqında tədqiqatlar aparmış başqa müəlliflərin əsərlərində
bu fikir öz təsdiqini tapmışdır. Bununla bələ, Əlirza Əfşar Azərbaycanda,
Xorasanda, Şirazda və başqa yerlərdə yaşayan əfşarların eyni qandan
olduğunu, eyni kökdən inkişaf etdiyini, bu boya mənsub olan insanların cə-
surluğunu, igidliyini, qorxmazlığını vurğulayır, Xorasanın bir çox sər kər də -
lərinin, adlı-sanlı adamlarının bu boydan çıxdığını, əfşarların təca vüz karlara
qarşı amansız olduğunu, döyüşkənliyini qeyd edir. Müəllif əfşarlara aid olan
xarakterik bir xüsusiyyəti də oxucuların diqqətinə çatdırır.
Bu da əfşarların tez qızışması, tez hirslənməsi və sonradan da çox tez
peşmançılıq çəkməsi ilə bağlıdır.
Bir sıra müəlliflər əfşar boyunun sırf türk boyu olması, bu boyun türk–
Azərbaycan dilində danışması, Səfəvi dövlətini təşkil edən türk tayfaların-
dan biri olması və daha qədim dövrlərdən məhz Azərbaycan arealında
formalaşması fikrini qəbul edirlər.
2
S.Nəfisi onu da yazır ki, Çingiz xanın əfsanəvi döyüş şücaətlərindən
sonra çoxları soyköklərini Çingiz xanın soykökünə bağlamaq istəyirdi.
Hətta Teymurləng də özbək türkü olmasına baxmayaraq, daha çox nüfuz
qazanmaq üçün nəslini Çingiz xana bağlamaq istəyirdi.
3
Müəllifin qənaəti
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
33
1
M.Süleymanov. Nadir şah. Tehran, 2010, s. 8.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 11
3
История народов Узбекистана. М., 1963, с.168.


belədir ki, miladın V əsrindən əfşarlar Cənubi Qafqazda məskunlaşmışdılar.
VIII əsrdə isə onlar Cənubi Qafqazdan mühacirət edərək Şama tərəf yol-
lanmışdılar. Əfşarlar qərb türkləri üçün xas olan türk (Azərbaycan ləhcə -
sin də) danışırdılar və onların dili şərq türklərinin dilindən xeyli fərqlənirdi.
S.Nəfisi qeyd edir ki, türk tayfalarından özbəklər və türkmənlər türklərlə
monqolların arasında yerləşirlər və ola bilsin ki, bu iki tayfanın qarışığı
kimi formalaşmışlar. Türk tayfalarının dilinə gəlincə isə o, əlavə edir ki,
şərq türkləri olan özbəklər və türklər bir-birinə yaxındırlar. Bu yaxınlıq iki
böyük dəstəyə bölünmüş qərb türkləri arasında da mövcuddur. Həmin
dəstələrdən biri Qafqaz və İran türkləridir. İkincisi isə osmanlı türkləridir.
Yəni Azərbaycan türkcəsi ilə osmanlı türkcəsi arasında belə bir yaxınlıq
mövcuddur. Bununla müəllif bir daha belə bir qənaətə gəlir ki, əfşarlar qərb
türklərindəndir və onlar özbək və türkmənlərdən fərqlənirlər.
Kəsrəvi də əfşarları qədim türk boylarından sayır. Onun fikrincə, əfşar-
lar səlcuqlar dövründə İrana gəlmiş, lazımi şəkildə məskunlaşmış və ölkə
həyatında öz mövqelərini tutmuşdular.
1
Fəzlullah Rəşidəddin isə yazırdı ki, əfşarlar çöllərə səpələnmiş türk
tayfalarından biridir. Onun dediyinə görə, boyun yaradıcısı olan Əfşar bir
türk başçısı və sərkərdəsi idi. O, babası Oğuzun ordusunun sol cinahında
vuruşurdu və qəhrəmanlığı ilə türklər arasında ad çıxarmışdı.
2
Əfşarlar boyunun ulu əcdadı olan Əfşar haqqında tarixi ədəbiyyatda
maraqlı fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əfşarların ulu əcdadlarının
tarixinin xeyli qədim olduğunu qeyd edir və onların Nuh peyğəmbərin,
hətta İshaq əleyhüssəlamın nəsli ilə bağlı olduğunu söyləyirlər. Bir fikrə
görə, türklər öz başlanğıcını İshaq əleyhüssəlamın oğlu Əysin üçüncü oğlu
Bəqali xandan götürürlər. Başqa bir fikir isə əfşarların və o cümlədən də
türklərin başlanğıcı Nuh peyğəmbərin övladlarından götürülmədir. Guya,
Nuhun tufanından sonra onun üç oğlunun hər biri müxtəlif istiqamətə yol-
lanaraq oranın abadlaşdırılması ilə məşğul olmuşdur. Nuh peyğəmbərin
birinci oğlu olan Sam bugünkü İran ərazisində və onun ətrafında, ikinci
oğlu Ham Hindistan ərazisində və nəhayət, üçüncü oğlu Yafət isə Türküstan
istiqamətində abadlaşma işlərini boyunlarına götürmüşdülər. Onun oğlu
Úàùàíýèð Ùöñåéí ßôøàð
34
1
M.Süleymanov. Göstərilən əsəri. s. 11.
2
Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixi. Bakı, 1993, s.964.


Türk adlandırılmış və Oğuz xan da Türkün nəslindəndir. Oğuz xanın
Türkün 6-cı oğlu olması güman edilir. Əfşar isə Oğuz xanın Yulduz xandan
olan nəvəsi sayılır.
1
Sonralar Əfşarın nəsli artıb böyümüş, geniş əraziləri bürümüş və bu
nəsil özü də sonradan qollara, oymaqlara bölünmüşdü. Hazırda bu boyun
– Qırxlı, Papalı, Cəlayir, Kosa Əhmədli, Gündüzlü, İnanlı, Ərəşli, Əmirli,
Çapışlı, Babaxanlı, Qarabaşlı, Baçavənli, Vətənli, Zənqanlı, Qaççı və s. oy-
maqları və qolları məlumdur. Boyun adı isə müxtəlif vaxtlarda müxtəlif
cür səslənmişdir.
2
Mövcud olan məlumatlara görə, «əfşar» sözü əslində
«uçar» sözündəndir və sürətlə uçan, ovda çevik olan mənasını verir. Son-
radan bu söz «ovşar», «oşər» və «üçpər», şahin quş kimi də səslənmişdir.
Nadir şahın anadan olduğu vaxt əfşar türk boyunun qolları və oymaqları
Azərbaycan, Xorasan, Fars, Xuzistan və s. ərazilərdə məskunlaşmışdı.
Həmin vaxtlarda əfşarlar yayıldığı ərazilərdə müxtəlif etniklərin təsirlərinə
məruz qalmasına baxmayaraq, Azərbaycan türkcəsində danışmaqla yanaşı,
milli-etnik xüsusiyyətlərini də qoruyub saxlaya bilmişdilər. Bunu
tədqiqatçılar da təsdiq edirlər. Əfşarlar İran tarixinə və mədəniyyətinə
maraq göstərsələr də, xüsusi milli-etnik ənənələrin və yaşayış tərzinin
möhkəmliyi onların özünəməxsusluğunu qorumağa imkan vermişdi.
Yuxarıda qeyd etdiyim kimi, əfşarlar döyüşkənliyi və mübarizliyi ilə
seçilirdilər və onların bu keyfiyyətləri ətrafdakıların da nəzərindən
qaçmırdı. Məhz bu keyfiyyətlərinin nəzərə alındığı üçün idi ki, Səfəvi xanə-
danı əfşarları da öz ətrafına cəlb edə bilmişdi. Səfəvilər Ərdəbildə
mübarizəyə başlayanda əfşarlar da onlara qoşulmuş və bu dövlətin əsasını
təşkil edən yeddi türk boyundan birinə çevrilmişdilər. Həmin boylara əfşar-
lardan başqa, Şamlı, Qacar, Baharlı, Zülqədər, Təkəli və Ustaclı boyları da
daxil idi.
3
Səfəvilər sülaləsinin əsasını qoyan Şah İsmayıl dövlətin
sərhədlərinin qorunmasında, dövlətə qarşı istiqamətlənmiş xarici təcavüzün
qarşısının alınmasında əfşar boyunun imkanlarından daha səmərəli fay-
dalanmağa çalışırdı. Əfşar döyüşçüləri Şah İsmayılın ordusunun tərkibində
aparılan müharibələrdə fəallıqla iştirak edirdilər və onların arasından çoxlu
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
35
1
F. Rəşidəddin.  Oğuznamə. Bakı, 1989, s. 27.
2
Rəfik Özdək. Türkün qızıl kitabı. I c., Bakı, 1993, s.16.
3
Mərvi Məhəmməd Kazım. Göstərilən əsəri, s. 412.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə