Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

qayıdanda Nadir şah çox çevik görünürdü. Onun möhkəm bədən quruluşu
var idi, çox gümrah idi, saçları və bığları qara rəngdə idi.
1
Nadir şah ömrünün sonuna qədər güclü bədən quruluşunu, çevikliyini,
yorulmazlığını qoruyub saxlaya bilmişdi. Bir tərəfdən iştirak etdiyi ağır və
uzunmüddətli hərbi yürüşlər, digər tərəfdən də şahidlərinin yazdıqları bunu
sübut edir.Əlbəttə, ağır çöl həyatının onun səhhətində müəyyən izlər bu-
raxdığını da inkar etmək olmaz. Bununla bələ, Nadir şah həyatının son il-
lərində belə kifayət qədər güclü fiziki keyfiyyətləri ilə seçilirdi. Onun
həyatının son illərinin şahidi olmuş Pyer Bazen yazırdı ki, Nadir şahın
saçları ağarsa da, bığı və saqqalı qara rəngdə idi.  Bədəni güclü, qaməti
hündür və mütənasib idi. O daha sonra Nadir şahı belə təsvir edirdi: sifəti
oval şəklindədir, çöhrəsində bir solğunluq vardır, burnu böyük və bir qədər
donqardır, ağzı böyükdür, alt dodağı üst dodağına nisbətən irəli çıxmışdır.
Kiçik və işıqlı gözləri vardır, baxışı nüfuzedicidir.
Uşaq yaşlarından təsərrüfat həyatında böyüməsi və daimi fiziki gərgin-
lik Nadir şahın fiziki keyfiyyətlərini də təkmilləşdirmişdi. Bunun üçün idi
ki, çevikliyini və zəhmətsevərliyini qoruyub saxlaya bilmişdi. Qarşısına
çıxan problemlərin həllini heç vaxt uzatmazdı. Hətta hərbi yürüşlər zamanı
da divan işlərini davam etdirir və buna lazım olan qədər vaxt ayırırdı. Nadir
şah istirahət etməyi də bacarırdı. Onun istirahəti özünə yaxın olan əyanları
ilə axşamlar şərab içməkdən, ya da xanımlarının yanında vaxt keçirməkdən
ibarət olurdu. Amma hər iki halda Nadir şah ifratlığa varmazdı, divan və
sərkərdəlik işlərini şərab içməyə və qadınla əylənməyə qurban verməzdi.
Nadir şah yalnız günün işlərini başa vurandan sonra istirahətgahına çəkilər,
ya da öz hərəmxanasına yollanar, səhəri gün isə erkəndən yenə öz işlərini
davam etdirərdi.
2
Nadir şahın bir vaxtlar güclü və məstedici içkilərə meyil etməsi
haqqında da məlumatlar mövcuddur. Amma Nadir şah içki aludəsi deyildi
və içki məclisini eyş-işrət məclisinə çevirməzdi. Mənbələrdə və tədqiqat
əsərlərində Nadir şahın içkidən məst olması haqqında məlumatla rastlaş-
maq mümkün deyildir. C.Hanvey bildirirdi ki, şərab içmək Nadir şahın əqli
Úàùàíýèð Ùöñåéí ßôøàð
42
1
Lokkart L. Nadir şah. Bakı, 2004, s. 187.
2
M.M.Astrabadi. Göstərilən əsəri, s. 48.


və cismani gücünü artırırdı. Həm də qədərində şərab içmək, ən yaxın
adamlarını süfrəyə dəvət etmək Nadir şahın yorğunluğunu da unutdururdu.
1
Şərab içməklə bağlı Nadir şah çox ciddi normalara riayət edirdi. O,
heç vaxt gündüz, divan və qoşun işləri ilə məşğul olduğu vaxtlarda və gün
başa çatmamış şərab məclisləri qurmazdı. Belə məclislər, adətən, gecə
düzənlənərdi. O, şərab məclisinə çox az adam dəvət edər və bu zaman şərab
məclisində qoşun və divan işləri haqqında söhbət aparılmasına imkan ver-
məzdi. Başqa sözlə, şərab məclisində Nadir şah dünyəvi işləri tamamilə
unudub istirahət etməyə çalışardı. Süfrəsinə dəvət etdiyi şəxslərin isə yersiz
söhbətlər etməsindən xoşlanmazdı. Tədqiqatçılar Nadir şahın bu xarakteri
ilə bağlı C.Freyzerə istinadən maraqlı bir hadisəni nəql edirlər. Bir dəfə
Nadir şahın şərab məclisinə dəvət etdiyi iki nəfər yaxın əyanı şərab içəndən
sonra söhbətlərinə bir qədər sərbəstlik verirlər və bəzi məsələlər üzrə, hətta
Nadir şaha məsləhətlərini söyləməkdən belə çəkinmirlər. Nadir şah bundan
qəzəblənir və dərhal onların hər ikisinin boynunun vurulmasını əmr edir
və əlavə edir ki, bu nadan insanlar Nadirqulu ilə Nadir şah arasındakı fərqi
hələ görə bilməyiblərsə, onda onlar ölümə layiqdirlər.
2
Nadir şahın qidalanması son dərəcə ciddi idi. Saray mətbəxinin dəb-
dəbəsindən uzaq olan Nadir şah məişətdə də sadə idi və çox vaxt onun qida -
sı döyüşçülərinin və sərkərdələrinin qidasından fərqlənməzdi. Təd qiqatçılar
da vurğulayırlar ki, böyük bir dövlətin şahı olmasına baxmayaraq, Nadir
şah çox vaxt elə döyüşçü yeməyi yeyirdi və onun mətbəxinin hazırladığı
yeməklərlə, qoşun mətbəxinin hazırladığı yeməklər arasında fərq də ol-
mazdı. O öz sərkərdələrinin də qidalanma zamanı ciddi normalara əməl et-
məsini istəyirdi. Nadir şah yemək süfrəsi arxasında yarım saatdan artıq
oturmazdı. Xüsusilə döyüş vaxtlarında Nadir şah çox az yeməklə kifa yət -
lə nərdi. Çox vaxt cibində qovurulmuş noxud olardı və onunla aclığının qar -
şısını alardı. Süfrə arxasında onun yeməklərinin əsasını düyü təşkil edərdi.
Nadir şah Bəlx və Herat yemişlərini də çox sevirdi. Məlumdur ki, hətta
Hindistan yürüşündə olanda belə Nadir şaha dəvələrlə yemişlər gön də -
rilmişdi.
3
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
43
1
M.Süleymanov.  Göstərilən əsəri, s. 149.
2
M.M.Astrabadi. Göstərilən. əsəri, s. 49. 
3
M.M.Kazım. Göstərilən əsəri, s. 426.


Mövcud olan məlumatlara görə, Nadir şahın geydiyi libaslar da çox
sadə və ciddi idi. Nadir şah, hər şeydən əvvəl, baş geyimində dəyişiklik
etdi və səfəvilər dövründən fərqli olaraq, baş geyimində yeniliklərin təşəb-
büskarı oldu. Libaslarında isə daha çox ənənəvi və rahat geyimlərə üstünlük
verirdi. C.Hanveyin yazdığına görə, Nadir şahın libas altından cövşən
geyməsi haqqında da söz-söhbətlər gəzirdi. Onun fikrincə, cövşəndən şəxsi
mühafizə vasitəsi kimi istifadə olunurdu. Amma bu barədə mənbələrdə təs-
diqedici bir məlumat yoxdur. Nəzərə alınsa ki, Nadir şah, hətta döyüş əs-
nasında başına dəbilqə qoymazdı, onda onun adi vaxtlarda, şəxsi
mühafizəçilərinin ətrafında cövşən geyməsi elə də inandırıcı deyil. Tarixdən
də məlumdur ki, Nadir şaha qarşı bir neçə sui-qəsd odlu silah vasitəsilə
edilmişdi. Cövşən isə onu odlu silahdan qoruya bilməzdi.
Hindistan səfərindən çoxlu var-dövlətlə qayıdandan sonra Nadir şahın
geyimində də zənginlik artdı. C.Hanvey yenə eşitdiyi söhbətlər əsasında
yazır ki, Nadir şah bir çox hallarda əlində böyük firuzə gəzdirərdi. Hindis-
tan yürüşündən sonra libaslarında olan qiymətli daşların sayı da artdı. Nadir
şahın çadırı və süvari təchizatı da zənginliyi ilə tədqiqatçıların diqqətini
cəlb edir. Deyilənə görə, Nadir şahın dörd dəst mükəmməl yəhər yüyəni
olub və hər bir dəst də qiymətli daşlarla bəzədilibmiş. Nadir şahın çadırı
və bu çadırın astarı ən zərif və qiymətli materialdan, ən bacarıqlı ustalar
tərəfindən hazırlanmış və ən qiymətli rəsmlərlə bəzədilmişdi.  
Nadir şahın fiziki keyfiyyətləri arasında tədqiqatçıların diqqətini cəlb
edən məqamlardan biri də onun güclü və amiranə səsə malik olması idi.
Malik olduğu səs döyüş meydanında Nadir şahın təsirli silahlarından birinə
çevrilirdi. Öz güclü səsi ilə Nadir şah bir tərəfdən göstərişlərini döyüşçülərə
çatdırırdı, bir tərəfdən də həmin səsin səfərbəredici gücü ilə döyüşçülərini
yerindən oynadırdı. Onun tükürpədici nərəsi düşməni də öz haləsindən
çıxarırdı. Mövcud olan məlumatlara görə, 100 metr məsafədən Nadir şahın
hündür səslə elan etdiyi əmrləri açıqca eşitmək olardı.
1
Hətta bu keyfiyyəti -
nə görə, Nadir şah ətrafda ad çıxarmışdı. Ser Con Malkolmun yazdığına
görə, Nadir şahın hündür səsə malik olması Osmanlı sultanı Mahmudun da
qulağına çatıbmış. Onun da yanında hündür səsə malik bir məmur var imiş.
Nadir şahın heç də ən hündür səsə malik olmadığını və daha hündür səsli
Úàùàíýèð Ùöñåéí ßôøàð
44
1
Lokkart L. Göstərilən əsəri, s. 211.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə