Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

Geniş planda isə Nadir Səfəvilər dövlətinin təəssübkeşi idi. Bu böyük
xanədanın yaratdığı dövlətin xarici qüvvələr arasında parçalanması Nadirdə
də daxili bir nigarançılıq yaratmışdı. Bunun nəticəsi kimi, Nadir həm
ətrafına topladığı qoşunda, həm də bütünlüklə xalqda itirilmiş torpaqların
təəssübünü oyatdı və onun hakimiyyətə qədərki fəaliyyətində milli qurtuluş
çalarları çox güclü idi.
1
Bir sıra tədqiqat əsərlərində Nadir şah dünyanın ən böyük sərkərdələri
ilə müqayisə olunur. Həmin sərkərdələr arasında Makedoniyalı İsgəndər,
Əmir Teymur, Böyük Fridrix, Napoleon və başqaları da var. Bu sərkər də -
lərin bəziləri Nadir şahdan əvvəl, bəziləri ondan sonra yaşamışdılar və onlar
da Nadir şah kimi fatehlik istedadından başqa döyüşçülərinin və sərkər də -
lərinin qəlbində döyüş ruhu və fırtınası yaratmaq qabiliyyəti ilə seçilirdilər.
Makedoniyalı İsgəndərin və Əmir Teymurun fatehliyi haqqında dastanlar
Nadir şaha da çatmışdı və Nadir şah bu sərkərdələrin uğurlarını bir meyar
kimi də qəbul edirdi.
Xalq arasında Nadir şahın İmam Əlidən güc-qüvvə alması haqqında
da rəvayətlər mövcuddur. Bu da heç şübhəsiz ki, Nadir şahın nicatverici
fəaliyyətinin müqəddəslər tərəfindən dəstəklənməsinə, Nadirin mənəvi key-
fiyyətlərinin də həmin müqəddəslərin inanclarından cilvələnməsinə əminlik
yaratmaq arzusu ilə bağlı idi. Mövcud olan rəvayətə görə, Nadir hələ ca-
vanlığında ikən Həzrət Əlini röyasında görmüş və parçalanıb dağılmış
ölkəsinin birləşdirilməsi üçün ondan xeyir-dua almışdı.
2
Dünyanın məşhur fatehlərindən olan Əmir Teymura qarşı Nadir şahın
daha yaxın münasibəti var idi. Mövcud olan kasad məlumatlardan belə qə-
naətə gəlmək olar ki, Nadir şah Əmir Teymuru Şərqin böyük fatehi hesab
edirdi və Əmir Teymurun fatehlik əzəməti həmişə onu özünə cəlb edirdi.
«Aləm Ara-ye Naderi»də Əmir Teymurla bağlı olan digər bir məqam
onun qəbirüstü daşının Nadir şah tərəfindən Məşhədə gətirilməsi haqqın-
dadır. Türküstan yürüşü zamanı Nadir şah qardaşlığı Lütfəli xana göstəriş
verdi ki, 20 minlik bir dəstə ilə Səmərqəndə yollansın, oradakı tayfaları
itaət altına gətirməklə bərabər, Əmir Teymurun qəbirüstü daşını və
Səmərqənd mədrəsəsinin qapısını Məşhədə yola salsın. Lütfəli  xan bu əmri
Úàùàíýèð Ùöñåéí ßôøàð
48
1
M.Süleymanov. Göstərilən əsəri, s. 150.
2
M.M.Kazım. Göstərilən əsəri, s. 805.


yerinə yetirdi və öz yürüşünü uğurla başa çatdırdıqdan sonra həm mədrəsə
qapısını, həm də Əmir Teymurun qəbirüstü daşını Məşhədə gətirdi. Nadir
şah Əmir Teymurun qəbirüstü daşını Məşhəddə müşahidə etdikdən sonra
bir xeyli özlüyündə fikrə daldı, bu böyük fatehin ruhuna dua oxudu və sonra
da qəbirüstü daşı geri, öz yerinə aparmağa göstəriş verdi. Nadir şahın bu
tapşırığı yerinə yetirildi.
1
Nadir şahın nə səbəbə Əmir Teymurun qəbirüstü daşını Məşhədə gə-
tizdirdiyini söyləmək çətindir. Ola bilsin ki, Nadir şah fatehliyini özünə
örnək saydığı insanın ruhunu daha yaxında hiss etmək istəyirmiş. Hər
halda, Nadirin bu qərarının Əmir Teymurun qəbrinə hörmətsizliklə bağlı
olması haqqında mənbələrdə və tarixi ədəbiyyatda bir fikir söylənilmir.
Amma çox güman ki, qəbirüstü daş gətiriləndən sonra Nadir şah böyük
fatehin ruhunun rahatlığı üçün onun geri, öz yerinə qaytarılmasını
məqsədəuyğun bilmişdi.
Nadir şahın Əmir Teymurla bağlılığı haqqında rəvayətlər də mövcud-
dur. Həmin rəvayətlərdən birinə görə, Nadir şah bir gün yanındakılara
söyləyir ki, Çingiz xanla və Əmir Teymurla bir vaxtda yaşasaydıq, Çingiz
xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı ol-
saydım, bütün dünyanı biz üçümüz fəth edərdik.
2
Tədqiqatçılar və tarixçilər Nadir şahı Napoleonla da müqayisə edirlər.
Napoleon özü də onun haqqında yüksək fikirdə olmuş, onun daxili poten-
sialı, sərkərdəlik və fatehlik istedadı haqqında maraqlı fikirlər söyləmişdir.
Napoleon bildirmişdi ki, Nadir şah böyük döyüşçü idi, böyük qüdrət sahibi
ola bilmişdi, vəhşət yaradan fitnəkarlara, pis niyyətli qoşunlara dəhşət
gətirərdi. O, Vətəninin düşmənlərinə qənim kəsildi və iftixarla ölkəsinə
padşahlıq etdi.
3
Tədqiqatçılar Nadir şahın dünya fatehləri arasında özünəməxsus yer
tutmasının əsas səbəblərindən birini onun öz döyüşçülərini daha səmərəli
və mükəmməl şəkildə ən amansız döyüşlərə cəlb edə bilməsində görürlər.
Nadir şah öz dövrünün hərb işinə bir yenilik və bir nəfəs gətirdi. Xalq
arasından çıxmış sadə bir insan kimi Nadir şah özü ilə döyüşçüləri və
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
49
1
M.M.Kazım. Göstərilən əsəri, II c.,  s. 805.
2
Lokkart L. Göstərilən əsəri, s. 244.
3
Yenə orada.


sərkərdələrlə döyüşçüləri arasındakı məsafəni xeyli yaxınlaşdırdı, bir çox
hallarda döyüşçüsünü özünün də qatıldığı kollektivin üzvünə çevirdi,
döyüşçünün özünəinamını geri qaytardı. Nadir şah döyüşçüləri ilə birlikdə
eyni zəhmətə qatlaşdı, yürüşlər zamanı onun məişəti döyüşçü məişətindən
elə də fərqlənmədi, döyüşün gedişində isə özü qarşıya düşüb onlara yol
açdı. Nadir şah əldə etdiyi uğurların sevincini döyüşçüləri ilə paylaşdı,
düçar olduğu uğursuzluqların ağırlığını da döyüşçüləri ilə birgə yaşadı. Bu
baxımdan Nadirin Osmanlı qoşunları ilə ilk böyük döyüşdəki ilk uğursuz -
luğundan sonra döyüşçüləri ilə olan rəftarı xüsusən xarakterikdir. Osmanlı
qoşunlarına Bağdad ətrafında gözlənilmədən düçar olduğu ciddi uğursuz -
luqdan sonra Nadir ağır psixoloji duruma düşsə də, döyüşçülərinə bunu
hiss etdirməməyə çalışdı, onlarla öz silahdaşları kimi davrandı, uğursuzluğa
görə onları qınamadı, əksinə, göstərdikləri şücaətə və zəhmətə görə öz min-
nətdarlığını bildirdi, onlara mənəvi dəstək verdi və onları ruhdan düşməyə
qoymadı. Nadir döyüşçülərinə anlatdı ki, bu uğursuzluğun ağırlığını birgə
yaşamalı olduqları kimi, birlikdə də bu uğursuzluğu aradan qaldırmalıdırlar.
Nadir, hətta maddi baxımdan da döyüşçülərinə arxa oldu və xəsarət çəkən-
lərin məsrəfini bütünlüklə ödədi. Yəni Nadir rastlaşdığı ağır uğursuzluğu
özü üçün bir faciəyə çevirmədi, əksinə, bunu özü və döyüşçüləri üçün bir
sınaq kimi qəbul etdi və bütün döyüşçülərini bu sınaqdan uğurla çıxmağa
səfərbər edə bildi. Nadirlə bərabər, onun sərkərdələri və döyüşçüləri rast-
laşdıqları uğursuzluğu özlərinə ar və şərəfsizlik kimi qəbul etdilər və bir-
likdə də onun nəticələrini aradan qaldırdılar.
Nadir öz qoşunlarını mənəvi-psixoloji baxımdan qələbəyə kökləyə
bildi və növbəti döyüşündə Osmanlı qoşunlarına üstün gəldi. Digər
döyüşlərə girməzdən əvvəl də Nadir şah öz döyüşçülərini qələbəyə ilham-
landıra bildi. Bütünlükdə, Nadir şah sərkərdələrinin və döyüşçülərinin
həmişə mübariz və döyüşkən əhval-ruhiyyədə olmasına xüsusi fikir verirdi.
M.K.Mərvinin yazdığına görə, Hindistan qoşunları ilə Kərnal ətrafında baş
verən əsas döyüş ərəfəsində qoşun başçıları və sərkərdələr öz aralarında
belə mübariz əhval-ruhiyyədə olduqlarını nümayiş etdirdilər və söz verdilər
ki, nə qədər ki, canlarında can var, haqq və məzhəb yolunda güclərini əsir -
gə məsinlər, düşmənə qalib gəlmək üçün bütün güclərini ortaya qoysunlar.
1
Úàùàíýèð Ùöñåéí ßôøàð
50
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 728.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə