Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

Nadir şah özü də Kərnal döyüşü ərəfəsində qoşun başçılarını, sər kər -
dələrini, minbaşıları öz başına toplayıb onlar vasitəsilə qoşunlara çatdırdı
ki, qarşıdakı döyüşdə şücaət göstərənləri layiqli mükafat, qorxaqlıq gös -
tərənləri isə sərt cəza gözləyir. Nadir şah dediyinin üstündə də durdu və fə-
dakarlıq göstərmiş döyüşçülərinin zəhmətini başqalarının gözündə ucaltdı,
onları layiqli şəkildə mükafatlandırdı. Qorxaqlıq göstərənləri isə sərt cəza-
landırdı.
Və ya Gəncənin mühasirəsindən sonra Qars istiqamətində Abdulla
paşanın rəhbərliyi altında Osmanlı qoşunları ilə ağır döyüşdən sonra Nadir
öz döyüşçülərinə belə müraciət etdi: «Üç yolumuz qalıb – ölüm, əsarət və
qələbə. Mənə göstərin ki, siz kişisiniz və ölümü əsarətdən üstün tutur-
sunuz». Döyüşçülər də and içdilər ki, ölümü təslim olmaqdan üstün tuta-
caqlar. Məlumdur ki, Nadir qoşunları bu ağır döyüşdən də qalib çıxdı.
1
Döyüşçü haqqının qorunmasına Nadir şah çox ciddi yanaşırdı. Qoşun-
ların məvacibinin ödənməsinə verilən diqqətə yuxarıda toxunulmuşdur.
Nadir şah bununla döyüşçü haqqının qorunmasına öz münasibətini
bildirirdi və özünün döyüşçü haqqının itirilməyəcəyinə zamin olduğunu
nümayiş etdirirdi. Bununla da o, döyüşçülərinin etibarını qazanırdı. Məlum
olduğu kimi, Nadir şah döyüşçü məvacibinin paylanmasını heç
sərkərdələrinə də etibar etmirdi və onların üzərinə bu məsələ ilə bağlı xü-
susi bir nəzarət qoyurdu. Döyüşçü məvacibini kəsən sərkərdə olduqca ciddi
cəzalarla üzləşirdi. Nadir şah şübhə etmirdi ki, döyüşçüdən bütün gücü ilə
döyüşməsini tələb etməzdən əvvəl onun haqqına riayət olunmalıdır.
Nadir şah döyüşçülərinə etibar edirdi, onların fərqlənənlərinə daha mə-
suliyyətli tapşırıqlar həvalə olunurdu. Nadir şahın sərkərdələri onun
yetişdirmələri idi, onlar addım-addım daha məsuliyyətli vəzifələrə irəli çə -
ki lirdilər. Hər bir döyüşçü və sərkərdə şübhə etmirdi ki, fədakar xidmətə
görə onu təqdirlər, təltiflər və irəliləmələr gözləyir.
«Aləm Ara-ye Naderi»də bir neçə yerdə Nadir şahın istər şahlığa
qədər, istərsə də şahlıq dövründə əldə etdiyi böyük uğurlarda böyük xidməti
olan sərkərdələrin adları çəkilir. İsfahanı ələ keçirməzdən əvvəl, gilzayi
əfqanları və Əşrəf şahla keçirdiyi döyüşlərdə şücaət göstərən Nadir
sərkərdələrinin adları da mənbədə sadalanmışdır. Bu döyüşlərdəki şücaətinə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
51
1
M.Süleymanov. Göstərilən əsəri, s. 151.


görə, Nadir tərəfindən təqdir olunan və mükafatlandırılan sərkərdələr aşağı-
dakılardan ibarət idi: İmamverdi xan, Məhəmmədəli xan, Əmirsalan xan,
Sərdar xan Əfşar, Hacı Seyfəddin xan, Həsən xan, İmamverdi xan Bayat,
Şahqulu bəy, Əhməd Soltan Mərvi, Səlim bəy Mərvi, Pəhləvanqulu bəy
Mərvi, Təhmasib bəy Cəlayir, Qasıməli bəy Cəlayir və Mirzə xan Cəlayir.
Bu sərkərdələrin əksəriyyəti, habelə adları çəkilməyən digər çoxlu sayda
sərkərdələr Nadir şahın sərkərdələri idi və onlar Nadir şahın döyüş mək-
təbini keçmişdilər.
1
Nadir şah döyüşlərdə şəhid olmuş sərkərdələri üçün, bəlkə də, həmin
sərkərdələrin yaxınlarından daha çox kədərlənir və təəssüflənirdi. Bu
baxımdan əbdali əfqanları ilə Kafirqala ətrafındakı döyüşlərdə Niyazqulu
bəyin ölümü ilə bağlı onun keçirdiyi sarsıntılar xarakterikdir. Nadir bu
qəhrəman sərkərdəsinin ölümünə son dərəcə kədərlənmişdi və onun
Məşhəddə, İmam Rza məqbərəsi ətrafında qəhrəmanlığına layiq şəkildə
dəfn olunması üçün göstəriş vermişdi. Sonra da onun ailə üzvlərini maliyyə
himayəsi altına almışdı.
Nadir şah şəhidlərə də böyük ehtiram göstərirdi və hər bir döyüşdən
sonra şəhidlərin dəfn edilməsini öz nəzarəti altında saxlayırdı.
Şücaət göstərən döyüşçülərinə böyük ehtiram göstərməklə bərabər,
Nadir şah qorxaqlıq göstərənlərə, döyüşdən qaçanlara qarşı da son dərəcə
kəskin münasibət göstərirdi. Bu məsələdə Nadir şah nə yaxınlarına aman
verirdi, nə də başqalarına. O, döyüşdə hamıya qarşı eyni tələbkarlıq irəli
sürürdü və qeyd etmək lazımdır ki, Nadir şahın oğulları, doğma və ögey
qardaşları heç zaman döyüşün ağırlığına görə qorxu və ya süstlük nümayiş
etdirməmişdilər. Nadir şah bundan qürur keçirirdi və ona görə çox zaman
ən məsuliyyətli tapşırıqları da öz yaxınlarına həvalə edirdi. Doğrudur, Nadir
şahın yaxınlarının heç də hamısı döyüşün təşkilində Nadir şah istedadına
malik deyildilər. Amma onlarda döyüş qorxusu da yox idi.
Mərvi Məhəmməd Kazımın yazdığına görə, Əbdali əfqanları ilə Herat
ətrafındakı döyüşdən sonra Nadir şücaət göstərənləri lazımınca mükafat-
landırsa da, qorxaqlıq göstərən döyüşçülərin əyninə qadın paltarı geyindirdi
və bu vəziyyətdə onlar qoşunlar arasında gəzdirildi. Həmin döyüşçülər rüs-
Úàùàíýèð Ùöñåéí ßôøàð
52
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 729.


vay edilməklə bərabər, digərlərinə də ibrət dərsi verildi ki, qorxaqlıq
göstərdikləri təqdirdə onları da belə şərəfsizlik gözləyir.
Əbdali əfqanları ilə digər bir döyüşdə Nadir öz döyüşçülərindən tələb
etdi ki, ya igidliklə vuruşsunlar, ya da qadın paltarı geyinib qorxaq
olduqlarını göstərsinlər.
Nadir şah hər qələbədən sonra müharibə qənimətləri əldə edirdi. O
bunun müəyyən hissəsini mərkəzləşdirilmiş şəkildə və nəzarət altında
qoşunlar arasında bölüşdürürdü, qalan hissəsini isə dövlət xəzinəsinə is-
tiqamətləndirirdi. Mənbədə, hətta məlumatlar da mövcuddur ki, Nadir şahın
əldə etdiyi müharibə qənimətinin beşdə biri xəzinəyə verilirdi.
1
Amma Nadir şah təqsirini boynuna alanları bağışlamağı da bacarırdı.
Onun Rzaqulu Mirzəni kor etməsinə qədərki həyatında ondan aman
diləyənlərə Nadir şah aman verərdi. Nadir şah özü də qeyd edərdi ki,
mürvət şahların ən yaxşı keyfiyyətlərindən biridir. Oğlunun kor edil mə sin -
dən sonra dərin psixoloji sarsıntılar keçirməsi ilə Nadir şahın həyatında
yeni bir ağır mərhələ başladı.
Nadir şahın döyüş həyatından da məlumdur ki, mübarizə apardığı
düşmənləri nümayəndə heyəti göndərib aman diləyəndə Nadir şah onları
bağışlayardı və bağışladığı bir çox düşmənlərini, hətta öz qoşunlarının
sərkərdəsi də etmişdi. Elə malik olduğu bu mərhəmətliliyin əsasında Nadir
şah məğlub etdiyi Hindistan padşahı Məhəmməd şahı yenidən öz taxtında
saxladı,  düşməni olsa da, onun şahlığına ehtiramını nümayiş etdirdi. Nadir
şah ondan aman istəyən Mərv hakimi İlyas xanı da bağışladı və onu öz və -
zi fəsində saxladı. Türküstan hakimi Əbülfəz xan da onun mərhəmətinin
şahidi oldu.
Nadir şah döyüşdə öldürülən düşmən sərkərdələrinin cəsədlərinə də
xüsusi hörmət və ehtiram nümayiş etdirərdi, onların sərkərdəlik nüfuzuna
sərkərdə təəssübü ilə yanaşardı. Bu baxımdan Nadirin Osmanlı  sərkərdəsi
Topal Osman paşanın  və Daşkənd sərkərdəsi Adınaqulu bəyin cənazəsinə
göstərdiyi ehtiram xarakterikdir. Nadir Topal Osman paşanın öldürül dü -
yünü eşidəndə onun cəsədini tabuta qoydurdu və dəfn edilməsi üçün öz
yurduna göndərdi.
2
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
53
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 730.
2
M.M.Astrabadi. Göstərilən əsəri, I c., s. 122.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə