Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

şahın şiə müqəddəslərinə və inanclarına ehtiramla yanaşmasına bir sübut-
dur. Bütün bu faktlara istinad edən tədqiqatçılar Nadir şahın da şiə
olduğunu irəli sürürlər.
Qərb müəllifləri isə Nadir şahı etnik mənsubiyyətinə və bir də dini is-
lahatlarla şiəliyi aradan qaldırmaq istəməsinə görə sünni hesab edirlər.
Nadir şah hakimiyyətə yiyələnəndən sonra şiəliklə sünnilik arasındakı fərqi
aradan qaldır mağa və Cəfəri məzhəbini şiəliyin əvəzində qəbul etdirməyə
çalışırdı. İmam Cəfər 6-cı imam olmaqla şiə fiqhinin geniş təsvirini vermiş
və onu sünniliyin 4 məktəbi səviyyəsinə qaldırmağa cəhd göstərmişdi.
Nadir şah da bu məzhəbi qəbul etməklə onu sünniliyin 5-ci məktəbinə çe-
virmək və ölkədə yaymaq istəyirdi. O, güman edirdi ki, bununla, iki
məzhəb arasındakı fərqin və ədavətin aradan qalxmasına nail olacaqdır.
Nadir şahın şiə məzhəbini dəyişdirməyə cəhd göstərməsi tədqiqatçılar
tərəfindən müxtəlif səbəblərlə izah olunur. Bir mülahizəyə görə Nadir şah
ölkə daxilində Səfəvilərin nüfuzunu tamamilə aradan qaldırmaq üçün
şiəliyi dəyişməyə çalışırdı. Bu mülahizəyə görə, Səfəvi hakimiyyəti şiəlik
üzərində qurulmuşdu və ölkə əhalisinin əksəriyyəti də bu məzhəbə riayət
edirdi. Şiəliyin mövcudluğu öz-özlüyündə səfəviliyin dirçəldilməsi üçün
baza ola bilərdi. İrəli sürülən mülahizələrə görə, şiəliyi dəyişməklə və
əhalini başqa məzhəbə tapındırmaqla Nadir şah səfəviliyə ciddi zərbə
endirmək istəyirdi.
1
Başqa bir mülahizəyə görə, Nadir şah şiəliyi dəyişdirib ölkə əhalisini
sünniliyə yaxınlaşdırmaqla Osmanlı dövlətinin şiəliyə olan sərt münasibə-
tinin qarşısını almaq istəyirdi. İddia olunur ki, Nadir şah Osmanlı dövlətinə
hücum etmək istəyirdi. Amma şiə ölkəsinin şahının sünni ölkəsində qəbul
olunmayacağından ehtiyatlanırdı. Osmanlı əhalisi şiəliyə qarşı kəskin
mövqedə dayanırdı. Qarşılıqlı ixtilafı aradan qaldırmaq və Osmanlı dövləti -
nə hücum üçün Nadir şahın dini baza yaratmaq istəməsi də güman edilir
ki, onu şiəliyi dəyişdirməyə sövq edə bilərdi.
2
Bəzi tədqiqatçıların fikrincə, Nadir şah şiəliklə sünnilik arasındakı
fərqi aradan qaldırmaqla bütünlükdə islam dünyasının möhkəmlənməsinə
çalışırdı. Eyni zamanda belə bir fikir də mövcuddur ki, Nadir şah bütün
Úàùàíýèð Ùöñåéí ßôøàð
76
1
Басфорт. Мусульманская династия. Москва, 1971.
2
Lokkart L. Göstərilən əsəri, s. 333.


islam dünyasını öz hakimiyyəti altına almaq istəyirdi. Güman edilir ki,
məhz bunun üçün Nadir şah şiəliyi dəyişməklə bütün müsəlmanlar üçün
yaxın olan bir mövqedən çıxış etmək istəyirdi.
Əlbəttə, bu deyilənlərin hər biri mülahizə olaraq qalır və həmin
mülahizələrin hər hansı birinin Nadir şah tərəfindən şiəliyin dəyişdirilməsi -
nə əsas olduğunu birmənalı şəkildə qəbul etmək çətindir. Amma bu məlum-
dur ki, Nadir şah müxtəlif dinlərin mövcudluğuna və eyni dinin müxtəlif
məzhəblərə bölünməsinə tənqidi yanaşırdı. Bu bir həqiqətdir ki,  Nadir şah
islam daxilindəki parçalanmanı qəbul etmirdi, Səfəvilər tərəfindən siya si -
ləşdirilərək əhaliyə qəbul etdirilən şiəliyin sünniliyə qarşı qoyulması ilə
razılaşmırdı. Əslində, bu məqamı Nadir şah özü də vurğulayırdı və bu
barədə «Nəcəf vaqiəsi» haqqında danışanda bildirmişəm.
Nadir şah şiə məzhəbinin sünni məzhəbi ilə əvəzlənməsini ilk dəfə
rəsmi şəkildə Muğan düzündəki tacqoyma mərasimində irəli sürdü.
Yuxarıda danışıldığı kimi, Nadir, taxt-tacın qəbul edilməsi üçün bir sıra
şərtlər irəli sürdü ki, onlardan biri də dini islahatların aparılması və şiəliyin
dəyişdirilməsi ilə bağlı idi. Muğan qurultayına kimi Nadirin dinə münasi-
bəti fərdi inanc səviyyəsində idisə, həmin qurultayda Nadir dini siyasət
meydanına çəkdi və şiələrin dini baxışlarının islah edilməsi təklifini (əs-
lində isə tələbini) irəli sürdü. Nadir şah tələb etdi ki, Şah İsmayıl tərəfindən
gətirilmiş və Səfəvi dövləti ilə Osmanlı dövləti arasında ixtilafların və
müharibələrin səbəbi olan şiəlik tərk edilsin və ölkə əhli sünniliyə riayət
etsin. Nadir qurultayda bildirdi ki, əhali onun şahlığını istəyirsə, şəriət
inanclarına və peyğəmbər normalarına müxalif olan şiəliklə bağlı inanclar
dəyişdirilsin. Nadir əhalini Cəfəri təriqətinə riayət etməyə çağırırdı.
1
Nadir şah ömrü ərzində ölkə əhalisinə Cəfəri məzhəbinin qəbul et-
dirilməsinə nail ola bilmədi. Çünki bir neçə yüz il ərzində ənənəvi olaraq
insanların beyinlərinə kök salmış inancları birdən-birə dəyişmək elə də asan
deyildi. Bu məsələdə Nadir şahın qılıncına arxalanması da bir səmərə ver-
mədi. Eyni zamanda Nadir şah həyatının sonuna kimi şiəliyin əvəzlənməsi
fikrindən də dönmədi.
Nadir şah Muğan qurultayından dərhal sonra Osmanlı sultanına da
məktub göndərdi. Həmin məktubda da Nadir şah ölkə əhalisi tərəfindən
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
77
1
M.Süleymanov. Göstərilən əsəri, s. 511.


şiəliyin əvəzinə Cəfəri təriqətini qəbul etdiyini bəyan etməklə bu məzhəbin
də islamın (sünniliyin) qanuni məktəblərindən biri kimi qəbul edilməsini
xahiş edirdi. Amma məlumdur ki, islam dünyasının xəlifəsi sayılan Os-
manlı sultanı sünni üləmalarının təsiri ilə Cəfəri məzhəbinin qanuniliyini
qəbul etmədi.
1
Nadir şah Muğan qurultayından sonra Osmanlı sarayına nümayəndə
heyəti göndərdi və iki dövlət arasında barışıq müqaviləsinin imzalanması
üçün nüma yəndə heyətinin apardığı təkliflər arasına Cəfəri məzhəbinin is-
lamın beşinci məzhəbi kimi qəbul edilməsini də daxil etdi. Nadir şah Os-
manlı sultanı ilə danışıqlarda və müzakirələrdə dəfələrlə bu təklifi irəli sürsə
də, həmin təklif qəbul edilmədi. Baxmayaraq ki, Nadir şah təklifinin ciddi
olduğunu və ölkə daxilində dini islahatlar aparmaq niyyətini əməli
fəaliyyəti ilə nümayiş etdirməyə çalışırdı. Muğan qurultayından sonra
Nadir şah üç ay Qəzvində qaldı və orada olarkən də azan və dualarda şiələr
tərəfindən işlədilən ifadələrin aradan qaldırılması, namaz qılınan zaman
ölkə şahının şərəfinə söylənilən «xudavənd, bizim vəlinemətimizi, İran
şahını əbədi olaraq qorusun» ifadəsinin ixtisara salınması üzərində təkid
etdi. Nadir şah bilirdi ki, insan dünyada əbədi olaraq qala bilməz və onun
şərəfinə belə dua oxunmasına da gərək yoxdur.
2
Nadir şah Hindistanda olarkən Məhərrəm ayında döyüşçülər arasında
məhərrəm təziyədarlığının tutulacağını hiss edirdi. Şiəlikdən imtina edil -
məsi ilə əlaqədar Nadir şah məhərrəm təziyədarlığının icra olunmasına da
qadağa qoymuşdu.
1742-ci ildə Dağıstanda olarkən Nadir şahın yanına Osmanlı sarayının
iki elçiliyi gəldi və çoxlu hədiyyələrlə bərabər, Osmanlı sultanının məktubu
da Nadir şaha təqdim edildi. Nadir şah Osmanlı sarayı qarşısında konkret
təkliflər qaldırmışdı və onlara cavab almaq istəyirdi. Nadir şah təklif edirdi
ki, Kəbədə 4 mehrabın əvəzinə 5 mehrab yaradılsın, 5-ci mehrab Cəfəri
məzhəbinin üləmalarına tapşırılsın və həmin mehrabda Cəfəri məzhəbinin
tərəfdarları öz ibadətlərini etsinlər.
3
Osmanlı sultanının göndərdiyi məktubda Nadir şahın qaldırdığı əsas
Úàùàíýèð Ùöñåéí ßôøàð
78
1
Türk xaqanları və sultanları. İstanbul, 2001, s. 44-47.
2
M.M.Astrabadi. Göstərilən əsəri, s. 771.
3
M.Süleymanov. Göstərilən əsəri, s.  684.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə