Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

tacına onun övladlarından biri, ya da Nadir xanə-
danının nümayən də lə rindən biri çıxa bilərdi. Bu
şərtləri qəbul edəcəklərinə onlar and içməli idi -
lər. Bu şərtlər qurultay iştirakçıları tərəfindən
3-4 gün müzakirə edildi. Qurultay iştirak çı la -
rının çoxu Nadirin şah seçilməsinə tərəfdar
oldu lar.
1
Sadalanan bütün şərtlər qəbul olunduqdan
sonra Muğan qurultayı Nadirin şah olmasına
razılıq verdi. Nadir bununla da kifayətlənməyib,
toplantı iştirakçıları arasında aparılan işlərin
nəticəsi kimi bütün bu şərtlərin hamısının yazılı
şəkildə ifadə olunması əmrini verdi. Bu sənəd
«məhzərnamə» (iştirak sənədi) və ya vəsiqnamə
(protokol) kimi xatırlanır. Bununla, bütün işti-
rakçılar bu vəsiqnaməyə imza atdılar. Vəsiqna -
mənin Mirzə Məhəmməd xan Astrabadi tərəfindən yazıldığı da mənbələrdə
bildirilir.
Belə bir təmtəraqlı toplantı, orta əsrlərdə dünya tarixində Nadirə qədər,
Nadir şahdan sonra da təkrar olmamışdır. Nadir öz dövrünə uyğun olmayan
«demokratik» bir seçki ilə şahlıq taxtına sahib oldu. Dünyada hakimiyyəti
ələ keçirmiş heç  bir hökmdar orta əsrlərdə belə təmtəraqlı bir seçki meto-
dundan istifadə etməmişdir. Bu, bir yenilik, misli görünməmiş (o dövrdə)
bir hadisə idi. 
Tacqoyma mərasiminin fevralın 26-da (yeni təqvimlə martın 9-10-u –
C.H.Ə.) keçirildiyini bildirən A.Kretatsi bunun səbəbini, möhürün və sikkə
kəsmək üçün qəlibin hazır olmamasında, eləcə də Nadirin münəccimlərinin
ay təqviminin 25-ci gününün (fevralın 26-sı) çox yaxşı gün olmasını
bildirməsində görürdü.
2
Buradan bir daha aydın olur ki, uzun illər tarixi
ədəbiyyatda deyilənlərin əksi olaraq, Nadir Novruz bayramında deyil, məhz
Ramazan bayramı günlərində şah seçilmişdir.
Onun şərtlərini Təhmasib xan Cəlayir xalqa elan etdi. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
67
1
Lokkart L. Göstərilən əsəri, s. 171.
2
A.Kretatsi. Göstərilən əsəri, s. 255-256.
Nadir şah Əfşar


Bu bəyanatdan sonra Nadir hakimiyyəti bir şah kimi qəbul etməyə razı
oldu. Və yazılı şəkildə vəsiqnamə hazırlandı. Bütün qonaqlar tərəfindən –
xanlar, şeyxülislamlar, qazilər və başqaları tərəfindən imzalandı. 
Nadir Osmanlı dövləti ilə müqavilə bağlanmasını Muğan qurultayın-
dakı nümayəndələr ilə də müzakirəyə çıxartdı. İki dövlət arasındakı ixti-
lafların həlli məqsədi ilə 5 şərtdən ibarət müzakirəyə sənəd çıxarıldı.
1. Səfəvilər özlərinin əvvəlki şiə məzhəbindən əl çəkirlər, sünniliyin
yeni qolu olan İmam Cəfər adı ilə cəfərilik qolunu seçirlər.
2. Kəbədə İslamın 4 məzhəbinin sütunu olduğu üçün təklif olunurdu
ki, İmam Cəfər məzhəbi üçün də 5-ci sütun yaradılsın və Cəfəri davamçıları
da  Məscidi Haramda namaz qıla bilsinlər.
3. Hər il Məkkəyə yollanan İran zəvvarları üçün Həcc karvanlarının
əmiri təyin edilsin və iranlı zəvvar karvanlarının əmirinin səlahiyyəti Misir
və Şam karvanları əmirlərinin səlahiyyətinə bərabər tutulsun.
4. Hər iki tərəfdə saxlanılan əsirlər azad edilsinlər, həmin əsirlərin satıl-
masına  və alınmasına imkan verilməsin.
5. Hər iki dövlətin digər dövlətin paytaxtında nümayəndə heyəti (vəkil-
liyi) təsis edilsin.
1
Bu fakt bir daha sübut edir ki, Muğan qurultayında Nadir şah seçilməyi
ilə bahəm Osmanlı dövləti ilə olan münasibətləri də həll etmək və dünyada
Turançılığı, Türkçülüyü birləşdirmək niyyətində olmuşdur. 1736-cı il mart
ayının 6-da Osmanlıya yeni təyin olunmuş səfir Əbdülbaqi xan böyük nü-
mayəndə heyəti ilə və baş molla Əli Əkbər də daxil olmaqla İstanbula yola
düşdülər.
2
Onlar Nadirin şah seçilməsini Cəfəri məzhəbinin mahiyyəti
haqqında sultana məlumat verdilər. Hətta Nadir şah bu şərtlərin qəbul
ediləcəyi təqdirdə öz imperiyasını osmanlılarla da birləşdirməyi vəd edirdi.
Təbii, bu həmin zaman üçün çox böyük bir addım idi. Uzun illər os-
manlılar ilə olan ixtilaflar aradan qaldırılır, məzhəb ayrılığı götürülməklə
iki böyük Türk imperiyasının birləşməsi baş verirdi. Bu təklif  Nadirə qədər
və Nadir şahdan sonra da  heç bir İran şahı və Türk sultanları tərəfindən
irəli sürülməmişdir.
Nadirin tacqoyma günü onun adına «Taqe Nüsrə» (Qələbə Tağı) hazır-
Úàùàíýèð Ùöñåéí ßôøàð
68
1
Lokkart L. Göstərilən əsəri, s. 174-175.
2
Yenə orada, s.181.


landı. Qələbə Tağının üzərində «Allahın kölgəsi İran şahı Nadiri Dövran»
yazıldı. Tacqoyma günü təmtəraqla qurtardı və üç gün, üç gecə şadlıq oldu.
1736-cı il aprel ayının ortalarında Nadir şah Muğan düzünü tərk edərək
Qəzvinə yola düşdü. Beləliklə, Nadir şah Azərbaycanın Muğan düzündə,
Kür və Araz çaylarının qovuşduğu  Cavad qəzasında türklərin əcdadlarına
məxsus böyük qurultay keçirtməklə özünü Şah elan edib, Azərbaycan Nadir
Əfşar imperiyasını yaratdı. Bu imperiyanın tərkibinə Azərbaycan (Gürcüs-
tan, indiki Ermənistan, Dağıstan), İran, Türkiyənin şərq hissəsi, Əfqanıstan,
İraqın cənubu, Fars körfəzi və İran körfəzi ətrafı ərazilər (Bəhreyn, Küveyt)
və s. ərazilər daxil idi. Nadir şahın qurultayı Azərbaycanda keçirtməklə
bütün ərazilərdən 100 minə yaxın insanı Azərbaycana dəvət edib yığması,
məhz həmin əraziləri Azərbaycan naminə fəth etməsi, Azərbaycan ətrafında
birləşdirməsinin bir bariz nümunəsi idi. Məhz Muğanda Nadir şah böyük
Azərbaycan bəylərbəyiliyini yaratdı. Paytaxtı Təbriz olmaqla Azərbaycan
bəylərbəyiliyinə əzəli Azərbaycan torpaqları və onun tabeliyində olan Gür-
cüstan (Kartli və Kaxetiya), indiki Ermənistan, Dağıstan ərazilərini bir-
ləşdirib, özünün qardaşı İbrahim xanı bəylərbəyiliyin hakimi təyin etdi.
Nadir şah qurduğu dövlətin paytaxtını isə şiə məzhəbinin banisi İmam
Rzanın məqbərəsi olan Məşhəd şəhərini seçdi. Bu isə böyük imperiyanın
məhz İslam dəyərləri ətrafında birliyi naminə edilmişdi. Dövlət 4 iri vi-
layətə bölündü: Azərbaycan, İraq, Xorasan və Fars bəylərbəyiliyi.
3.2. Nadir şahın dini islahat cəhdləri. Nəcəfdə Məzhəbi Məclis
Əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən öz
imperiyamı Osmanlı imperiyasına birləşdirərəm.
(Osmanlı Sultanına göndərdiyi məktubdan)
Nadir şah Əfşar
1743-cü ilin noyabr ayında Nadir şah xanımı Şah Sultan Hüseynin qızı
Raziyyəbəyim ilə Kərbəlaya gəldi. Kərbəlada imamların qəbirlərini ziyarət
edib, səcdəgahın təmiri üçün 20000 maliyyə pul ayırdı.
1
Kelat yolu ilə
Nəcəfə gəlib, Nəcəfdə bütün müqəddəs yerlərin alimlərindən ibarət bir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
69
1
M.Süleymanov. Göstərilən əsəri, s. 387.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə