Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

P.S. Ümumiyyətlə, Nadir şahın hərbi uğurları ilə bahəm onun diplo-
matik fəaliyyəti də Orta əsrlərdə çox böyük Nadir Əfşar dövləti üçün önəm
daşımışdır. Onun Əfşar dövləti dünyanın ən aparıcı və qüdrətli dövlət lə -
rindən biri idi. Onunla nəinki qonşu dövlətlər, Avropa və yaxın Asiya
dövlətləri hesablaşır, həmçinin diplomatik, iqtisadi və ticarət əlaqələri qu-
rurdular.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
91


IV  FƏSİL
NADİR ŞAHIN HƏRBİ YÜRÜŞLƏRİ, 
ORDU VƏ DONANMA QURUCULUĞU
Nadir şah güclü döyüşçü, böyük qüdrət sahibi idi.
Vəhşət yaradan talançılara, pisniyyətli yadelli qoşunlara
qorxu gətirirdi. O, vətəninin düşmənlərinə qənim kəsil -
mişdi və dövlətinə ləyaqətlə padşahlıq edirdi.
Napoleon Bonapart
4.1. Nadir şahın hərbi yürüşləri
Í
adir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində
keçirib, xarici işğalçılara və daxili separatçılara (xainlərə) qarşı
120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında
məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə
o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm
hazırlıqla hücuma keçib, düşmənlərinin dərsini vermişdir. Nadir şah tarixi -
nin hər səhifəsi Azərbaycanın fəxridir. O, vətəni xarici işğalçılardan və onu
daxildən parçalamaq istəyən xainlərdən qəhrəmanlıqla qorumuşdur. Öz
dövrünün hərtərəfli çətinliklərinə baxmayaraq, bu misilsiz sərkərdə öz
polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz
rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb,
daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Onun ordusunda
polad intizam var idi. Nadir şahın ordusunda yalan danışanın, özbaşınalıq,
oğurluq edənin və əmri yerinə yetirməyənlərin cəzası ölüm idi. Nadir şahın
əmri güllə qədər təsirli idi. O, həmişə cəbhədə əsgərlərin yanında olurdu.
Onlarla bir yeyib, bir yatırdı. Nadir şahın sözü qanun idi.
230 ildən artıq İranda hökmranlıq edən, XVIII əsrin əvvəllərində dağıl-
maqda olan Səfəvilər dövlətini Nadir şah yenidən bərpa etdi. Bütün xarici
işğalçıları (əfqanları, özbəkləri, çar Rusiyasını, Osmanlı imperiyasını)
ölkədən çıxartdı. Daxili qiyamçıları aradan götürüb, qüdrətli bir dövlət
Úàùàíýèð Ùöñåéí ßôøàð
92


yaratdı. Ərazisini 2
də   fədən  artıq  geniş -
lən dirdi. Nadir uşaq -
lıq da qardaşı İbra him-
lə  əsirlikdən qaçıb,
Əbivərdə gəlir. Həmin
tarixdə Kelat hakimi
Baba Əlibəyin mü da -
fiə dəstəsində özbək
basqınçılarına qarşı
mü barizəyə  başlayır.
Nadir qüvvətli və zi -
rək olduğu üçün Baba
Əlibəy bir çox işlərini
ona tapşırmışdı. O da
həmin işlərin öhdəsindən bacarıqla gəlirdi və ləyaqətlə hər bir işi yerinə
yetirirdi. 1715-1719-cu illərdə özbək və yamut yol kəsənləri Əbəvərdə
basqın etdilər. Nadirin başçılığı ilə onların hücumları dəf edildi və ölkədən
qovulub, çıxardıldı. Bu, Nadirin ilk kiçik qələbəsi idi. Bu müvəffəqiyyətdən
sonra Nadir başına silahlı qüvvə toplamağa başladı. Artıq o, anlayırdı ki,
onun qüvvəsi olmasa, düşmənlər onun torpağını yenidən zəbt edə bilərlər.
Nadirin əfqanlara qarşı mübarizəsi və ölkənin şimal-şərq
hissəsinin yadellilərdən təmizlənməsi
Dörd ilə yaxın Nadirin dəstəsi özbəklərlə mübarizə apardı. Onları öz
ərazilərindən qovub çıxartdı və özbəklər bir daha əfşar elinə hücum et-
məkdən çəkindilər. Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719-
1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının
hakimini və onun qoşunlarını əsir aldı. Beləliklə, Nadirin şöhrəti bütün Xo-
rasana və Türküstana yayıldı. O, Kelat qalasını qoşununun mərkəzi qərar-
gahı elan etdi. Tezliklə müxtəlif tayfalar, o cümlədən Təhmasib bəy Vəkil
Cəlayir, Məmmədəli bəy, Tərxan bəy, onlardan əlavə əmirli və gündüzlü
tayfaları da Nadirin dəstəsi ilə birləşdilər. Tezliklə o, Məlikmahmud adlı
böyük tayfa başçısını məğlub edərək, şiələrin dini mərkəzi – Məşhəd
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
93
Nadir şah uğrunda vuruşduğu bölgələrdən bir qismi


şəhərini, daha sonra Nişapur deyilən ərazini də öz ərazisi ilə birləşdirdi.
Daha sonra o, Nisa, Miyap, Kəpkan, Mərv və Səpxəş ərazilərini, ona tabe ol -
maqdan imtina edən bütün tayfaları Quzğan adlı müharibə ilə özünə tabe etdi.
1726-cı ildə Nadirin şücaətləri haqqında eşidən II Şah Təhmasib Mirzə
Nadiri Əbivərdə hakim təyin etdi. Daha sonra Nadirin qoşunları Təhmasib
şahın qoşunları ilə birləşdi və Təhmasib şahın müşaviri oldu. Tezliklə Məlik
Mahmudun ardınca o dövrdə şahlığa can atan Fətəli xan Qacar da Nadir
ilə birləşən Təhmasib şah tərəfindən öldürüldü. Nadir Mərv tatarlarının
qiyamını yatırtdı, Qayəndə iğtişaş törədən Məlik Mahmudun oğlu Məlik
Gülbəli və Hüseyn Sultan da onlara təslim oldular. Tezliklə Nadir 1727-ci
ildə Bağdaddakı (İranın şimal-qərbində yerləşir) əfqan yadelliləri və
qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqan-
ların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər.
1
Nadirin bu uğurları Təhmasib Mirzənin ona qarşı qısqanclığına səbəb oldu.
Təhmasib Mirzə Nadiri aradan götürmək üçün ona qarşı bir sıra təxribatlar
hazırladı, lakin Nadirin gücü qarşısında çarəsiz qalıb, Nadir ilə sazişə gəldi.
Təhmasib Mirzə isə aparmış olduğu səriştəsiz siyasəti nəticəsində bir sıra
müvəffəqiyyətsizliklərə düçar oldu. Ölkənin bir sıra əyalətlərində Təhma-
sibə qarşı üsyanlar baş qaldırdı. Artıq İranın xeyli ərazisi – şimal-şərqdən
Dərbənd, Bakı, Salyan, Gilan, Rəşt ruslar tərəfindən, şimal-qərb hissəsi isə
Osmanlı dövləti tərəfindən zəbt olunmuşdu. Əfqanlar isə İranın şimal-şərq
hissəsini təmamilə tutmuşdular. Belə bir çətin vəziyyətdə Nadir üç is-
tiqamətdə mübarizə aparıb, yadelli düşmənləri ölkədən çıxartmağa səy
göstərirdi. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar
dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini
əfqanlardan təmizlədi. Uzun illərdi İsfahan əfqanların nəzarəti altında idi.
Nadir Təhmasib şahı İsfahana dəvət etdi. Təhmasib Mirzə 30 noyabr
1729-cu ildə İsfahana gəldi, İsfahan əfqanların hücumundan əvvəl İranın
paytaxtı sayılırdı. Əfqanlar bu şəhəri tutmaqla İranın şərq hissəsini ələ
keçirtmişdilər. Nadirin bu qələbəsi onun  nüfuzunu ölkədə daha da artırdı.
Və tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın
etdi. Əfqan ordusunun başçısı Əşrəf  xan  Sistan şəhərində öldürüldü. Serj
Úàùàíýèð Ùöñåéí ßôøàð
94
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 102.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə