Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

də yox idi. İstər tip, istərsə də ləşkər 2-6 fövcdən təşkil oluna bilərdi.
1
Mən-
bələrdəki məlumatlardan belə bir qənaətə gəlmək mümkündür ki, daha
böyük struktur vahidi kimi Nadir şahın qoşunlarında dəstə və sepah
mövcud olmuşdu. Bunların da say tərkibinin müəyyənləşdirilməsi müəyyən
çətinlik təşkil edir. Amma bu struktur vahidlərinin hər ikisini əməliyyat
vahidi kimi qəbul etmək olar. «Alem Ara-ye Naderi»də olan məlumata
əsasən Nadir şah Dağıstana Qəni xanın rəhbərliyi altında 20 min əfqan və
beluc döyüşçüsü, 20 min də Azərbaycan döyüşçüsü göndərdi. Qəni xan da
bu qüvvələri dörd dəstəyə böldü və hər bir dəstəyə 2 min nəfərlik qarovul
təyin etdi.
2
Mənbədə başqa yerlərdə də daha böyük struktur vahidi kimi
dəstə termininə rast gəlmək olar. Mənbə və tarixi əsərlərdə 100 nəfərdən
təşkil edilmiş vahidin də dəstə adlandırılması ilə qarşılaşmaq mümkündür.
Lakin dəstə termininin daha çox qüvvəni özündə birləşdirməsi halı mən-
bələrdə daha çox öz əksini tapmışdır. Bu vahid say baxımından qeyri-
müəyyənliyi özündə əks etdirsə də, onun tip və ləşgərdən daha böyük
struktur vahidi kimi qələmə alındığını istisna etmək olmaz. Yuxarıda istisna
edilən bölgü də bunu deməyə əsas verir.
Sepah struktur vahidinin də nə qədər qüvvəni özündə birləşdirməsini
konkret şəkildə söyləmək çətindir. Mənbələrdən aydın olur ki,  sepah müx-
təlif mənalarda işlədilmişdir. Məsələn, Nadir şahın Kərkük yaxınlığında
Topal Osman paşa ilə qarşılaşmasını təsvir edən «Aləm Ara-ye Naderi»nin
müəllifi yazır: «Nadir şah yüksəkliyin arxasından bu iki sepaha nəzər
saldı». «İki sepah» deyəndə müəllif qarşı-qarşıya gələn iki ordunu nəzərdə
tuturdu. Müəyyən hallarda isə sepah termini qoşunun tərkib hissəsi olan
struktur vahidi (korpus) kimi işlədilmişdir. Məsələn, «Aləm Ara-ye
Naderi»nin bir yerində qeyd olunur ki, bir tərəfdən əfqan və beluc dəstələri,
bir tərəfdən də Gəncə hakimi Həsənəli xanın sərdarlığı altında Azərbaycan
sepahı camaatın yolunu kəsdi.
3
Bu istinad da göstərir ki, sepah termini qoşunların tərkib hissəsini
təşkil edən struktur vahidi kimi işlədiləndə belə tip, ləşgər və dəstədən daha
böyük olan struktur vahidi kimi nəzərdə tutulmuşdur.
Úàùàíýèð Ùöñåéí ßôøàð
116
1
H.T. Homayun. Göstərilən əsəri, s. 72.
2
M.M.Kazım. Göstərilən əsəri. II c. s. 838-839.
3
M.M.Kazım. I cild, s. 303, II cild, s. 839.


Nadir şah qoşunlarının xarakterik xüsusiyyətlərindən biri də qoşun
növləri, xüsusilə piyadalar və süvarilər arasında olan zahiri fərqlərin silin-
mək üzrə olması idi. Tədqiqatçılar, haqlı olaraq, qeyd edirlər ki, Nadir şah
qoşununda döyüşçüdən başlamış xidmətçiyə qədər elə bir şəxs tapmaq
mümkün deyil ki, atsız və silahsız olsun.
1
Yəni piyadalarla süvarilər
arasında əsas fərqləndirici əlamətlərdən olan süvarilik Nadir şah qoşun-
larında artıq aradan qalxmışdı. Əlbəttə  ki, ata malik olmaq bu qoşun
növlərinin yalnız zahiri fərqləndirici əlaməti deyildi. Süvarilər üçün at,
sürətli hərəkət vasitəsi, səmərəli döyüş vasitəsi idi. Nadir şah qoşunlarında
da döyüş vasitəsi kimi atdan istifadə edilməsinə xüsusi əhəmiyyət verilirdi.
Əslində, başqa cür ola da bilməzdi. Uzunmüddətli səfərlər, uzaq olan
mənzillər qoşunların bir yerdən başqa yerə daha tez atılması üçün atlardan
geniş istifadə olunmasını tələb edirdi. Atlar Nadir şah qoşunlarının ayrılmaz
elementi idi. Bununla belə, hərbi qüvvələrin təyinatı, qarşısına qoyulan
vəzi fələrin xarakteri, silahlanması, döyüş tapşırıqlarının icrası zamanı at-
lardan istifadə  edilməsi səviyyəsinə görə piyada və süvari qoşun növünə
ayrılması Nadir şah qoşunlarında da qalmaqda idi.
Nadir şah qoşunlarının daha bir xarakterik xüsusiyyəti onda Azərbay-
can – türk elementinin güclülüyü idi. Yuxarıda qeyd edildiyi kimi, Nadir
şah Azərbaycan arealından çox uzaqda doğulsa da, əfşar soyunun etnik
məişət mühiti ona güclü təsir göstərmişdi. Nadir şah Azərbaycan türkcəsini
təmiz bilirdi və ünsiyyətini də daha çox bu dildə qurmağa çalışırdı.
Tədqiqatçılar da təsdiq edirlər ki, Nadir şahın istər gündəlik, istərsə də saray
həyatında Azərbaycan türkcəsi çox geniş yayılmışdı. Hətta əyanların Nadir
şah dövründə öz fikirlərini Azərbaycan türkcəsində ifadə etmələri kübarlıq
əlaməti kimi qəbul olunurdu.
2
Qoşun daxilində də ünsiyyət türkcə qurulurdu. Hətta Nadir şahın fər-
manları carçılar, çavuşlar və yasavullar tərəfindən qoşunlara daha çox türk
dilində çatdırılırdı.
3
Bu da təbii idi. Çünki Nadir şah, əfşar mühitindən
çıxmış bir şəxs idi və türk soyları olan əfşarlardan, qacarlardan, cəlayiri -
lərdən toplanmış dəstələr uzun müddət qoşunların əsasını təşkil etmişdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
117
1
Sennani Pənah. Nadir şah. Tehran, 1368, s.156.
2
Şəbani R. Tarix-e ectemai-ye İran dər əsr-e Əfşariyye. Tehran, 1371, s. 151, 153.
3
Riyahi M.Ə. «Aləm Ara-ye Naderi»yə əsərinə  müqəddimə, c. I, Tehran, 1358, s. 42.


Nadir şah qoşunlarında ən mühüm və məsuliyyətli vəzifələr də, əsasən,
əfşarlarla qacarlara tapşırılmışdı. Doğrudur, Nadir şahın qoşun larında müx-
təlif etnik tayfalara mənsub olan qoşun dəstələri olmuşdu və Nadir şahın
hərbi uğurlarının əldə edilməsində onların xidmətini unutmaq olmaz.
Bununla belə, əfşar və qacar dəstələri uzun müddət qoşunların əsasını təşkil
etmişdi.
Nadir şah qoşunlarında işlədilən vəzifə adlarının (bu barədə aşağıda
danışılacaqdır), silah və təchizat əşyalarının əksəriyyətinin adları da Azər-
baycan türkcəsindədir. Yəni dövrün hərbi  terminologiyası da, əsasən, Azər-
baycan türkcəsi bazasında formalaşmışdı.
Ordunun piyada və süvari qüvvələri
Piyadalar Nadir şah qoşunlarının tərkibində əhəmiyyətli yeri olan
qoşun növü idi. Doğrudur, onun formalaşdırılmasının özünəməxsus xü-
susiyyətləri var idi. Nadir şahın gəncliyində ətrafına topladığı ilk dəstələr
süvari dəstələri idi və onun bir sərkərdə kimi formalaşmasının ilkin
mərhələsi də daha çox süvari dəstələri ilə bağlıdır. Tədqiqatçıların qənaətinə
görə, hələ Xorasan həyatını yaşayarkən Nadirin əfqanlarla döyüşlərdən
sonra piyada dəstələrinin formalaşdırılmasına başlandı.
1
Təhmasib Mirzə
ilə birləşməsindən sonra Nadir şahın piyada qoşun növünün formalaşdırıl -
masına, təchiz edilməsinə diqqəti daha da artdı.
Piyadalar Nadir şah qoşunlarının əsas zərbə qüvvələrindən biri hesab
edilirdi. Döyüşlər, adətən, piyadalar vasitəsilə  başlanır və onların hücumu
süvarilər tərəfindən davam  etdirilirdi.
Nadir şah dövrünün şahidi olmuş və Nadir şah qoşunlarını müşahidə
etmiş general Kişmişov öz xatirələrində Nadir şahın piyada qoşun növünü
üç qoşun qisminə ayırmışdır: 1) ağır silahlarla silahlanmış cəzayirçi
piyadalar; 2) yüngül silahlarla silahlanmış piyadalar; 3) digər piyadalar.
2
Öz əsərlərində Nadir şahın qoşunlarına toxunan bir sıra  tədqiqatçılar da
bu bölgünü təkrar etmişlər.
Heç şübhəsiz ki, Nadir şahın piyada qoşun növünün əsasını tüfənglərlə
silahlanmış piyadalar təşkil edirdilər. Konkret tarixi şəraitdə qoşunların is-
Úàùàíýèð Ùöñåéí ßôøàð
118
1
Ruzanlı C. Tarixe-Nəzami-ye İran. Tehran, 1315, s.392.
2
Moqtəder Q. Nəbərdha-ye bozog-e Nader şah. Tehran, 1383, s.168.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə