Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

digər vəzifələrin də icrasına cəlb edilirdi. Bunların arasında qalaların və
digər tikintilərin, hərbi təyinatlı obyektlərin tikintisi, qalaların mühasirəsi
zamanı  səngərlənmiş qüvvələrin mühafizəsi qarovul dəstələrinə tapşırıldı.
Nadir şah tərəfindən qarovul dəstələrinin kəşfiyyata göndərilməsi fakt -
ları da mənbələrdə öz əksini tapmışdır. Məsələn, Bəlx üzərinə hücuma
hazırlaşarkən bir neçə nəfər qarovul kəşfiyyata göndərilmişdi ki, yerli
əhalidən əsir götürsünlər və onların vasitəsilə vəziyyət haqqında geniş
məlumat əldə edilsin. Hərbi yürüşlər zamanı ətrafda nələrin baş verməsi
haqqında məlumatların toplanması da  qarovullara tapşırıldı.
1
Nadir şahın piyada qoşunlarının içində mühəndis-istehkamçı qüvvə -
lə rinin formalaşdırılmasına və onlardan fəal şəkildə istifadə edilməsinə də
xüsusi diqqət yetirilirdi. Böyük qələbələrin əldə edilməsində bu xidmətin
əhəmiyyətli rolu var idi. Dövrün hərb sənətində qala  döyüşləri hələ də öz
yerini qoruyub saxlamaqda idi. Bir tərəfdən çoxsaylı qala  döyüşlərinin
aparılması, bir tərəfdən də uzaq mənzilli yürüşlər zamanı böyük çayların
keçilməsi mühəndis-istehkam xidmətinin əhəmiyyətini daha da  artırırdı. 
Tədqiqatçılar Nadir şah qoşunlarında topçularla mühəndis-istehkam xid-
mətinin şəxsi heyətinin 1000 nəfər olduğunu söyləyirlər.
2
Amma bu sayın nə
qədərinin mühəndis-istehkam xidmətinə aid olmasını dəqiq söyləmək
mümkün deyildir. Mənbələrdə də bu xidmətin şəxsi heyəti, onun struktur
vahidinin mövcudluğu barədə xüsusi bir məlumat tapmaq da çətindir.
Mənbələrdə mühəndis-istehkam işləri ilə ayrıca olaraq məşğul olan
nəqəbçilərin (lağım atanların) və xəndək qazanların adına da rast gəlmək
mümkündür. Bu işlə məşğul olanların xüsusi struktur dəstələrinin mövcud-
luğu haqqında fikir yürütmək də çətindir. Bir halda ki, bu xidmət sahəsinin
mənsubları ayrıca adla adlanırdılar, onda, güman etmək olar ki, nəqəbçi
bölmələri ayrıca struktura malik olmuşdur. Çünki həm lağım atmaq, həm
də xəndəklər qazmaq, o cümlədən divarlar, sığınacaqlar tikmək həm xüsusi
hazırlıq, həm də xüsusi alətlər tələb edirdi.
Mühəndis-istehkam işlərinin bu və ya digər döyüşlər zamanı aparıl-
masına yuxarıda ayrı-ayrı hallarda toxunulmuşdur. Həmin məlumatlardan
və eləcə də mənbələrdə öz əksini tapmış məlumatlardan aydın olur ki, Nadir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
125
1
M.M.Kazım. Göstərilən əsəri, I cild, s.577, 630, 642.
2
Moqtəder Q. Göstərilən əsəri, s. 170.


şah mühəndis-istehkam işlərinin aparılmasına həm xarici mütəxəssisləri,
həm də müxtəlif hərbi strukturların şəxsi heyətini cəlb edirdi. Məsələn,
Bağdad şəhəri üzərinə ilk hücum zamanı Nadir şah əvvəlcə öz döyüş çü -
lərini Dəclə çayı üzərindən müvəqqəti körpünün qurulması üçün o biri
sahilə üzməyi və orada lazımi işləri aparmağı tapşırdı.
1
Amma bu yolla çay
üzərindən keçid yaratmaq ona qismət olmadı. Sonra Dəclə çayı üzərindən
keçidin yaradılmasına həmin vaxt Nadir şah qoşunlarında olan avstriyalı
mühəndislər cəlb edildilər. Bu mühəndislərin köməyi ilə Dəclə çayı üzə -
rindən müvəqqəti keçid yaradıldı və lazım olan miqdarda hərbi qüvvələr
çayın o biri sahilinə adladıldı.
2
Su maneələrinin dəf edilməsi baxımından Hindistana yürüş zamanı
çoxsaylı çaylar üzərindən qısa zaman ərzində körpülər qurulması Nadir şah
qoşunlarında mühəndis-istehkam işlərinin yüksək nümunəsi sayıla bilər.
Xüsusilə Sind və Ravi çayları üzərində ən çətin şəraitdə keçidlər yaradıl-
ması Nadir şahın hərbi yürüşlər tarixində yaddaqalan hadisələrdir. Həmin
çayların dəf edilməsi həm də mühəndis-istehkam işləri sahəsində Nadir
şahın yaradıcı təşəbbüskarlığının uğurlu nümunələridir. Qarşıya qoyulan
məqsədə çatmaq və üzən vasitələrin bir-birinə möhkəm bağlanması üçün
yuxarıda qeyd edildiyi kimi, Nadir şah atların quyruq və yal tüklərini
qırxaraq kəndirlər hazırlanmasına göstəriş vermişdi.
3
Mühəndis-istehkam xidmətçilərinin qala döyüşlərinə daha fəal cəlb
edilməsi baxımından isə Gəncə qalasının mühasirəsi daha xarakterikdir.
Doğrudur, Nadir şah qalanı ələ keçirib, qarşısına qoyduğu vəzifəyə nail ola
bilmədi. Bununla belə, mühasirə dövründə qala ətrafında xeyli mühəndis-
istehkam işləri görüldü.
Nadir şah burada da xarici mütəxəssislərin kömək və məsləhətlərindən
istifadə etdi. Cənubi Qafqaza yürüş zamanı Nadiri müşayiət edən rus gene -
ralı Qolitsın Bakıda olan rus mühəndis-istehkamçılarını Gəncəyə çağırdı
və onlar Nadirin ixtiyarına verildi. Bir sıra mühəndis-istehkam işləri də
məhz onların iştirakı və məşvərəti ilə aparıldı.
4
Úàùàíýèð Ùöñåéí ßôøàð
126
1
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 260.
2
Moqtəder Q. Göstərilən əsəri, s. 39.
3
M.Süleymanov. Göstərilən əsəri, s. 543.
4
Moqtəder Q. Göstərilən əsəri, s. 52.


Belə mühəndis-istehkam işlərindən biri torpaq dolu kisələri bir-birinin
üstünə qalaqlamaqla qala divarları üstünə yol düzəldilməsi idi. Deyildiyi
kimi, bu planın həyata keçirilməsi üçün yüz min kisə torpaq lazım idi.
Amma qala müdafiəçilərinin səmərəli müdafiəsi bu planı axıra çatdırmağa
imkan vermədi.
Yuxarıda qeyd edildiyi kimi, Gəncə qalasının divarlarının dağıdılması
üçün onun ətrafında xəndək qazıldı, divarlar altına lağım atıldı. İsteh kam -
çılar onlara tapşırılan işlərin öhdəsindən gəldilər, Gəncə qalası divarlarının
müəyyən hissəsinin dağıdılmasına nail oldular. Bununla belə, yenə də
qalanı almaq mümkün olmadı. Mənbələrdən məlumdur ki, Gəncə qalası
daxilindəki qüvvələrin güclü top atəşlərindən qorunmaq üçün istehkamçılar
yer altında döyüşçülər üçün xüsusi sığınacaqlar qazmışdılar və top atəşləri
çoxalanda döyüşçülər həmin sığınacaqlarda qorunurdular. Bundan başqa,
istehkamçılar qala ətrafında əyri-dolanbac səngərlər qazmışdılar ki, onlar
da döyüşçüləri atəşlərdən qoruyurdu. Nəhayət, Gəncə çayının suyunun
Gəncə qalasının divarları dibinə axıdılması kimi böyük mühəndis-istehkam
işləri aparıldı. Bununla da kifayətlənməyən Nadir Gəncə qalasının divarları
boyunca müəyyən məsafədə yeni divarların tikilməsinə göstəriş verdi. İs-
tehkamçılar tərəfindən tikilən bu divarlar Gəncə qalasının etibarlı mü -
hasirəsini təmin etməli idi.
1
Nadir şah qoşunlarının aparıcı hissəsini süvari qoşun növü təşkil edirdi.
Bu qoşun növünün formalaşdırılmasına və möhkəmləndirilməsinə xüsusi
diqqət yetirilirdi. Dövrün hərb sənəti də süvari qoşun növünün formalaş -
dırılması və fəaliyyəti ilə sıx bağlı idi. Çünki konkret tarixi şəraitdə qarşıya
qoyulan hərbi tapşırıqların icrasının çevikliyi, sürəti gözlənilməzliyi süvari -
liyin inkişafı ilə bağlı idi. Hərb işində sürət, süvarilərin fəaliyyəti ilə əldə
edilə bilərdi. Nadir şah üçün isə süvariliyin inkişafı və gücləndirilməsi xü-
susilə aktual idi. Çünki nəqliyyatın texniki vasitələrinin mövcud inkişaf
dövründə uzaq mənzilli və uzun müddətli hərbi vəzifələri yalnız yaxşı for-
malaşdırılmış süvari qoşunlarla həyata keçirmək olardı.
Yuxarıda qeyd edildiyi kimi, Nadir şahın bütün qoşunları at belinə
mindirilmişdi. Piyada qoşun növünün və eləcə də müxtəlif xidmət sahə -
lərinin inkişafında da süvariliklə bağlılığın imkanları aranırdı. Nadir şah
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
127
1
M.M.Kazım. Göstərilən əsəri, I cild, s.383-385.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə