Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

zərərsizləşdirmək mümkün olmadı, Bununla Səfəvi dövründə körfəzin iti -
ril miş olan hissəsi yenidən geri qaytarıldı. Nadir körfəzdə öz mövqe lərini
xeyli dərəcədə möhkəmləndirə bildi. Bu vəziyyətin qorunub saxlanması
üçün isə hərbi-dəniz qüvvələrinin gücləndirilməsinin əhəmiyyətini artırdı.
Nadir Bəhreynin alınmasından çox razı qaldı. Bu uğur onun qoşun-
larının yeni sahədə əldə etdiyi uğur idi. O, Bəhreyni Fars vilayətinə bir-
ləşdirdi və onun idarə edilməsi səlahiyyətlərini Məhəmməd Tağı xanın
ixtiyarına verdi.
1737-ci ilin martında Nadir şahın hərbi-dəniz qüvvələri yenidən yürüşə
başladılar. Bu dəfə hədəf Oman seçilmişdi. Omanın tutulması Fars kör-
fəzində əsaslı nəzarəti Nadir şahın ixtiyarına verə bilərdi. Omana hücuma
keçmək üçün 1737-ci ilin əvvəllərində yaxşı bir bəhanə də ələ düşdü.
Məsqət imamı ikinci Şeyx bin Sultan daxili rəqibləri ilə mübarizədə qalib
gəlmək üçün Nadir şahdan kömək istədi. Nadir şah dərhal Fars bəylərbəyi
Məhəmməd Tağı xana göstəriş verdi ki, Məsqət imamına yardım göstərmək
üçün quru və dəniz qüvvələrindən ibarət bir dəstə təşkil edib Oman
sahillərinə yola salsın. Həqiqətdə isə Nadir şah qoşun dəstəsi göndərməklə
bütün Omanı nəzarət altına almaq istəyirdi. Lətif xanın rəhbərliyi altında 5
min nəfərlik hərbi qüvvə Məsqət tərəfə hərəkət etdi. Gəmilər vasitəsilə 150
atı da körfəzin o biri sahilinə keçirmək mümkün oldu. Lətif xan Oman
ərazisində Məsqət imamı ilə görüşəndən sonra bütün Oman ərazisində ona
müxalif olan qüvvələrə qarşı döyüşlərə başladı. Lətif xanın dəstəsi kifayət
qədər uğurlu döyüşlər apardı və müxalifətdə olan qüvvələr zərərsiz 
-
ləşdirildi. Məsqət imamı işlərin belə getməsindən razı qalsa da, Lətif xanın
niyyətini başa düşəndə öz narazılığını gizlətmədi. Müxalifət qüvvələrindən
təmizlənmiş olan ərazilər Məsqət imamına qaytarılmaqdansa, Nadir qoşun-
larının nəzarəti altında saxlanılır, müəyyən yerlərdə düşərgələr salınır,
müşahidə bazaları tikilirdi.
1
Oman ərazisində 5 günlük döyüşlərdən sonra Lətif xan Bəndər-Abbasa
geri qayıtdı və əldə etdiyi nəticələr barədə Məhəmməd Tağı xana məlumat
verdi. Amma Məhəmməd Tağı xan və eləcə də Nadir şah Lətif xandan razı
qalmadılar. Məhəmməd Tağı xan paxıllıq üzündən Lətif xanın əldə etdiyi
uğurlardan xoşlanmayaraq onunla intriqaya başladı. Nadir şah isə Məsqət
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
149
1
Moqtəder Q. Göstərilən əsəri, s. 134.


imamının həyatına son qoyulmadığı və Omanda Nadir şah hakimiyyətinə
qarşı çıxa biləcək qüvvələrin tamamilə zərərsizləşdirilmədiyi üçün narazı
qaldı. Nadir şahın fikrincə, Məhəmməd Tağı xan şəxsən özü əməliyyata
rəhbərlik etməli və Omandakı qüvvələrə qarşı daha qətiyyətli addımlar at-
malı idi. Bu baxımdan Nadir şah, Məhəmməd Tağı xana da qəzəbini
bildirdi. Nadir şahın tələblərinin yerinə yetirilməsi üçün 1738-ci ilin yanvar
ayında Omana yeni bir hərbi-dəniz yürüşü təşkil edildi.
Növbəti hərbi-dəniz yürüşünə Məhəmməd Tağı xan rəhbərlik edirdi.
Yürüşdən əvvəl o, ingilis və holland şirkətlərindən daha bir neçə gəmi al-
mağa müvəffəq oldu. Yürüş zamanı Lətif xan Məhəmməd Tağı xana kömək
edirdi. Gözlənildiyi kimi, müxalifət qüvvələrinin yenidən baş qaldırmasın-
dan sonra Məsqət imamı bir daha Nadir şahın qüvvələrinə dəstək göstərmək
qərarına gəldi. Amma, görünür, Nadir şahın aydın və sərt nəzarətinin ol-
maması, qüvvələrin vahid məqsəd ətrafında səfərbər edilə bilməməsi
qarşıya qoyulan tapşırığın icrasına mane oldu. Doğrudur, Oman ərazisində
bir sıra məntəqələrdə uğur qazanıldı. Lakin bir tərəfdən Məhəmməd Tağı
xanla Lətif xan arasında, digər tərəfdən də Nadir şah qüvvələri ilə Məsqət
imamını dəstəkləyən qüvvələr arasında yeni çəkişmələr və ziddiyyətlər or-
taya çıxdı. Məhəmməd Tağı xanla Lətif xan arasında olan ziddiyyət Nadir
şahın hərbi-dəniz qüvvələrinin təşkilatlandırılmasında xüsusi rolu olan Lətif
xanın Məhəmməd Tağı xan tərəfindən zəhərləndirilib öldürülməsi ilə
nəticələndi. Məsqət imamı ilə olan ziddiyyət isə son nəticədə Məhəmməd
Tağı xanın verilən tapşırığın icrasına nail olmadan geri dönməsi ilə
nəticələndi.
1
Mövcud olan məlumatlara görə, Məhəmməd Tağı xan Omanın birdəfə-
lik nəzarət altına alınmasını başa çatdırmağa cəhd göstərdi. Bununla belə,
başının daxili iğtişaşların yatırılmasına qarışması, 1739-cu ilin yayında isə
Nadir şahın əmri ilə tabeliyində olan dəniz qüvvələri ilə Sind çayına doğru
hərəkətə cəhd göstərməsi həmin tapşırığın həyata keçirilməsini ləngitdi.
Fars körfəzindəki hərbi-dəniz qüvvələrinin dirçəldilməsi üçün Nadir
şah yeni şəxsləri dəryabəyi vəzifəsinə təyin etdi. Onlardan biri olan Mirəli
xan 1740-cı ildə dənizçilərin qiyamı nəticəsində öldürüldü. Hərbi-dəniz
qüvvələrinin formalaşdırılması üçün böyük ümidlər bəslənilən digər
Úàùàíýèð Ùöñåéí ßôøàð
150
1
Lokkart L. Göstərilən əsəri, s. 220, 221.


dəryabəyi İmamverdi xan isə yanında partlayan top lüləsinin zərbəsindən
həlak oldu.
1
Əsrin 40-cı illərində hərbi-dəniz işinin fəallaşdırılması üçün Nadir şah
tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldı. İngilis və holland şirkət lə -
rin dən alınan gəmilərin kifayət etmədiyini görəndə Nadir şah Hindistanın
Surat limanındakı gəmiqayırma müəssisəsindən gəmilər alınmasına başladı.
Mövcud olan məlumatlara görə Nadir şah oradan 12 ədəd gəmi almışdı. Bə -
zi tədqiqatçıların fikrincə isə Nadir şah Suratda 20 ədəd gəminin hazırla-
masına sifariş vermiş və Dağıstan yürüşündə olarkən onların hazırlanıb suya
buraxılması haqqında məlumat almışdı. Bundan başqa ehtimal edilir ki,
Nadir şah başqa limanlarda da gəmi hazırlanması üçün sifarişlər vermişdi.
2
Hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi istiqamətində Nadir
sahın atdığı mühüm addımlardan biri də Buşehrdə gəmiqayırma müəs-
sisəsinin yaradılması barədə qərar oldu. Bir tərəfdən gəmilərin digər
ölkələrdən alınması çox baha başa gəlirdi və Nadir şah güman edirdi ki, öz
nəzarəti altında hərbi gəmilərin daha ucuz qiymətə hazırlanmasına nail ola
bilər. Digər tərəfdən Nadir şah gəmiçiliyin quraşdırılmasından istifadə -
sinədək bütünlüklə öz dövlətində mənimsənilməsinə çalışırdı. Bu is-
tiqamətdə konkret işlərin görülməsinə başlandı. Belə bir müəssisə üçün yer
ayrıldı, lazım olan mütəxəssislər toplanıldı. Bu istiqamətdə qarşıya çıxan
başlıca problem tikinti materiallarının xeyli uzaqda, Xəzəryanı ərazilərdə
olması idi. Gəmilərin quraşdırılması üçün zəruri olan meşə materiallarının
Mazandarandan gətirilməsi nəzərdə tutulmuşdu. Bunun üçün xüsusi ara-
balar da hazırlandı. Arabaların işləyə bilməyəcəyi yolsuzluq şəraitində isə
ağır ağaclar insanların çiynində daşınmalı idi. Əslində, işlərin belə bir
şəraitdə icrasına başlandı da. Amma texniki vasitələrin olmadığı bir vaxtda
adi əl əməyi ilə böyük layihənin həyata keçirilməsi xeyli çətinləşdi.
3
Mövcud olan məlumata görə, Nadir şah həyatının sonuna kimi bu
niyyətinə nail ola bilmədi. O, qətlə yetiriləndə Buşehrdə yalnız bir gəminin
quraşdırma işlərinin yarısı görülmüşdü. Sonradan həmin gəminin quraş -
dırılması da başa çatmadı.
4
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
151
1
Semnani P. Göstərilən əsəri, s. 274.
2
Lokkart L. Göstərilən əsəri, s. 254.
3
Yenə orada, s. 255.
4
M.Süleymanov. Göstərilən əsəri, s. 564.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə