Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

idi. Alayın bayrağı üç künclü idi və
onlar müxtəlif rəngdə ola bilərdilər.
10 alaydan ibarət olan tümənin daha
böyük bayrağa malik olduğu bil di -
rilir. Bu bayraqlar dördkünc idilər
və daha uzaq məsafədən seçilirdi.
1
Amma alayın bayrağa malik
olduğu təqdirdə ləşkər və tiplərin də
bayrağa malik olduğunu istisna et -
mək olmaz.
Nadir şah qoşunlarında bayraq-
dar (ələmdar) dəstəsinin olduğu mə -
lumdur. Mənbələrdə ələmdarbaşı
və zifəsinin olmasından da xəbər ve -
rilir.
2
Qoşun dəstələrində bayraqdar vəzifəsinə xüsusi şəxslər seçilirdi və
onlar silah qaldırıb döyüşə girmirdilər. Onların vəzifəsi qoşun dəstəsinin
bay rağını dalğalandırmaq, bayrağı irəli aparmaqla döyüşçüləri hücuma ruh-
landırmaq idi. Döyüş meydanında bayraqlar müəyyən məlumat yükünü
ötürməklə bərabər, həm də döyüşlərdə mənəvi ruh yaratmaq vəzifəsini öz -
lərində əks etdirirdilər. Döyüş bayrağının endirilməsi qoşun dəstəsi daxilində
müəyyən çaşqınlığın yaranmasına da yol açırdı. Buna görə də Nadir şah
qarşı tərəfin bayraqdarlarının məhv edilməsinə xüsusi əhəmiyyət verirdi.
3
Bundan başqa, bayraqlardan məxsusi olaraq məlumatların ötürülməsi
üçün istifadə olunurdu. Bununla əlaqədar, böyük məntəqələri birləşdirən
yollar üzərində müəyyən məsafədən bir hündür təpələr yaradılırdı. Zərurət
yaranan zaman xüsusi öyrədilmiş bayraqdarlar həmin təpənin üstünə qalxıb
bayrağı hərəkətə gətirməklə müəyyən məlumatı digər təpənin üstündəki
bayraqdara ötürürdü. Bu yolla qısa müddət ərzində bayraqdarlar məlumatı
bir-birindən alıb uzaq məsafəyə ötürür 
dülər. Süni yaradılmış təpələr
üzərində tüstü yaratmaqla da məlumatların ötürülməsinə cəhd göstərilirdi.
Məlumatların ötürülməsində daha dəqiqliyə və sürətə nail olmaq üçün yol
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
137
1
Ə.Sərdadvər. Göstərilən əsəri, s. 780.
2
M.M.Kazım. Göstərilən əsəri, III cild, s.1095.
3
M.M.Kazım. Göstərilən əsəri, I cild, s.122, 399.
Nadir şah döyüşdə...


boyunca hər 20-30 kilometrdən bir xüsusi süvari postları təşkil edilirdi.
Məlumatın daşıyıcısı olan çaparlar hər 20-30 kilometrdən bir ya atlarını
dəyişir, ya da onun özünü başqa bir nəfər əvəz edirdi. Bu yolla da vaxt itki -
sinə yol verilmədən məlumatlar təyinat nöqtəsinə ötürülürdü.
1
Nadir şahın qoşunlarında musiqiçilər dəstəsi də var idi. Onlardan
döyüş şəraitində daha çox istifadə edilirdi. Musiqi alətləri vasitəsilə
döyüşlərin başlanması elan edilirdi. Musiqi alətlərindən, eyni zamanda,
döyüşçülərin döyüş ruhunun artırılmasında istifadə olunurdu.
2
«Aləm Ara-ye Naderi»də daha çox kus, kərnay, təbil kimi musiqi
alətlərinin adı çəkilir. Döyüş şəraitində də, əsasən, bu alətlərdən istifadə
olunurdu. Bu alətlərin uzaqlara yayılan sədaları döyüşün qızışdırılması
üçün bir ab-hava yaradırdı. Bundan başqa, «Aləm Ara-ye Naderi»də döyüş
neyi, gürg, sürən, darukar kimi alətlərin də adına rast gəlmək mümkündür.
«Aləm Ara-ye Naderi»də rast gəlinən bir fakt musiqi alətlərindən baş -
qa məqsədlər üçün də istifadə edildiyindən xəbər verilir. Nadirin qoşun
dəstələrindən biri döyüş tapşırığının icrasına yollanarkən qalın bir meşədə
vəhşi quşlar döyüşçülərin üzərinə hücum çəkirlər. Həmin quşların hücum-
larından qorunmaq üçün nağaralardan istifadə etmək qərara alındı. Nağara -
ların gur sədasını eşidən quşlar daha döyüşçülərə yaxın düşmədilər və bu
yolla onların yaratdığı narahatçılıqdan da yaxa qurtarmaq mümkün oldu.
3
Səfəvilər dövründə qoşunlarda xüsusi yerə malik olan qullarağası və
qorçubaşı vəzifələri Nadir şah dövründə ləğv olunmuşdu. «Aləm Ara-ye
Naderi»də bildirilir ki, Nadir şah Muğan qurultayında taxt-taca sahib olan-
dan sonra baş vəzir (etimadüddövlə), eşikağası, qullarağası və qorçubaşı
vəzifələri ləğv edildi.
4
Qorçular Səfəvilər dövründə şahın xüsusi qvardiyası idi və onların əsas
vəzifəsi şahın həyatının mühafizəsi idi. Mövcud olan məlumatlara görə
qor çuların sayı 5 minə çatırdı və bu dəstəyə qorçubaşı rəhbərlik edirdi.
Şahın mühafizəsində dayandıqları üçün həm qorçuların, həm də qor çu -
başının seçilməsinə çox diqqətlə yanaşılırdı. Qorçubaşı vəzifəsinə, adətən,
şahın ən yaxın adamları seçilirdi. Qullar (qulamlar) isə, adətən, gürcülərdən
Úàùàíýèð Ùöñåéí ßôøàð
138
1
Homayun H.T. Göstərilən əsəri, s. 67.
2
M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 918.
3
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 413.
4
Yenə orada, II cild, s. 456.


və Dağıstan tayfalarından təşkil olunurdu. Qullar dəstəsinə daxil olanlar
hələ cavanlıq yaşlarından sarayın nəzarəti altında və saraya sədaqət ruhunda
tərbiyələndirilirdilər. Qullar şah sarayında müxtəlif xidmətlərin təşkilinə
cəlb edilirdilər.
1
Əslində, onların adından, hansı işlərə cəlb edildikləri
məlum olur.
Bununla belə, «Aləm Ara-ye Naderi»də bir neçə yerdə qorçuların,
qulların (qulamların), habelə qorçubaşı və qullarağasının adı çəkilir.
2
Amma
əksər hallarda onların adı əvvəlki mənasında deyil, daha çox döyüş
tapşırıqlarının icrası ilə bağlı çəkilir. Tədqiqatçılar da bu adların fəxri adlar
kimi saxlandığını güman edirlər.
Mənbələrdə Nadir şah qoşunlarında yasavulların olmasından da söhbət
açılır. Tədqiqatçılar yasavulların vəzifələrinin şah tapşırıqlarının qoşun
dəstələrinə və ayrı-ayrı şəxslərə çatdırılmasından ibarət olduğunu bildirir-
lər.
3
Amma «Aləm Ara-ye Naderi»də yasavul ifadəsinin işlədilməsindən
aydın olur ki, onlar yalnız şah tapşırıqlarının çatdırılması ilə məşğul olmur-
dular. Yasavullar daha çox ayrı-ayrı fərdi tapşırıqların yerinə yetirilməsi ilə
məşğul olan saray xidmətçilərindən ibarət idilər. Onlar şah sarayında
nizam-intizam yaradan, nizam-intizamın yaradılmasına nəzarət edən şəxs-
lər idi. Onun saray protokolunun rəhbəri olan eşikağasına (Nadir şah döv -
ründə bu vəzifə öz əhəmiyyətini itirməkdə idi) tabe olması da vəzifəsinin
saray xidmətçisi olmasını sübut edir. Saray daxilində onların əlində gümüş
çomaq olardı. 
Mənbələrdəki məlumatlardan aydın olur ki, yasavulların sayı çox idi.
Onlar saray daxilində xidmət göstərməkdən başqa Nadir şahın ayrı-ayrı
tapşırıqlarını yerinə yetirir, əmr və göstərişlərini ünvana çatdırırdılar.
4
Vəzifə sıralanmasında yasavulun adı onbaşıdan sonra, adi xidmətçidən
isə əvvəl çəkilirdi.
5
Buna görə bir çox hallarda yasavul vəzifəsi çox zəh-
mətli, bəzənsə qeyri-nüfuzlu vəzifə sayılırdı. Nadir şahın qardaşı İbrahim
xan yasavulluğu – it qovmaqlıq adlandırırdı.
6
«Aləm Ara-ye Naderi»nin
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
139
1
Moqtəder Q. Göstərilən əsəri, II c., s. 457.
2
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 388, 404.
3
Homayun H.T. Göstərilən əsəri,  s. 82.
4
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 303.
5
M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 456.
6
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 303.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə