Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

Nəzərə alınsa ki, hər alay min nəfərdən ibarət idi, onda qvardiyanın
(keşikçi dəstəsinin) 5 min nəfərdən ibarət olduğunu ehtimal etmək olar.
Amma Nadir şah dövrünün şahidlərindən qvardiyanın sayının 6 min nəfər
olduğunu iddia edənlər də vardır.
1
Mənbələr və tədqiqatçılar şamxalçıların konkret olaraq hansı vəzifəni
yerinə yetirmələri haqqında söz açmırlar. Amma bu şəxslərin tüfənglərlə
silahlandırılması haqqında məlumat vardır. Malik olduqları silahlarına görə
şamxalçıları Nadir şahın ehtiyat qüvvəsi ehtimal etmək olar. Çavuşların
vəzifəsi şah fərmanlarının və əmrlərinin hündür səslə qoşunların şəxsi
heyətinə çatdırılması idi. Bu baxımdan onların vəzifəsi carçıların vəzifəsi
ilə oxşarlıq təşkil edirdi. Çavuşlar başlarına yaşıl papaq qoyur və ətrafına
nazik qara parça dolayırdılar. Onlar papaqlarına lələk sancırdılar və gümüş
çomaqla silahlanırdılar.
Çavuşların gur səsə malik olmaları və öz vəzifələrini icra etdikləri vaxt
az qala nərə çəkmələri barədə mənbələrdə də məlumat mövcuddur.
2
Tədqiqatçılar nəqib alayının şəxsi heyətinin qeyri-hərbi işlərlə və
dəstənin tədarük işləri ilə məşğul olduğunu bildirsələr də, mənbələrdə on-
ların da hündür avaza malik olmaları və çavuşlarla oxşar vəzifələri icra et-
dikləri bildirilir.
3
Xüsusi qarovul alayı çox güman ki, şahın həyatının mühafizəsini təşkil
edirdi. Çünki müxtəlif faktların tutuşdurulması da bunu deməyə əsas verir.
Tədqiqatçılar da iddia edirlər ki, xüsusi qarovul səltənət çadırının və şah
ailəsinin qorunması ilə məşğul idi.
4
Nadir şah qoşunlarını və şah qvardiyasını şəxsən müşahidə etmiş
şahidlərin biri öz xatirələrində göstərir ki, şahın keşikçi dəstəsinin sayı 6
min nəfərdən çoxdur və bu dəstə gecə-gündüz şahın mühafizəsində dayanır.
Onun bildirdiyinə görə, 6 min nəfərlik dəstə növlərə bölünmüşdü və hər
növdə iki min nəfər var idi. Hər növbə bir gün və bir gecə keşik xidməti
çəkir və sonra da iki gün istirahət edirdi.
5
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
131
1
Moqtəder Q. Göstərilən əsəri,  s. 170.
2
Homayun H.T. Göstərilən əsəri,  s. 86.
3
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 229, II cild, s. 747, III cild, s. 917.
4
Homayun H.T. Göstərilən əsəri,  s. 86.
5
Moqtəder Q. Göstərilən əsəri, s. 170.


Bu fakt bir qədər şübhəli görünür. Keşikçi qvardiyasının strukturundan
da görünür ki, bu dəstənin şəxsi heyətinin heç də hamısının vəzifəsi şahın
mühafizəsini təşkil etmək deyildi. Bundan başqa, «Aləm Ara-ye Naderi»də
belə bir fakt vardır ki, Marağa ətrafındakı döyüşlər zamanı Nadir keşikçilər
dəstəsindən 4 min döyüşçünü müharibə meydanına atdı və onların va-
sitəsilə döyüşün gedişinə təsir göstərməyə çalışdı.
1
Əgər Nadir keşikçi qvardiyasından 4 min nəfəri döyüşə atırdısa,
deməli, qvardiyanın heç də hamısı onun mühafizəsində dayanmırdı. Bu
faktdan belə bir qənaətə gəlmək olar ki, məhz xüsusi qarovul alayı Nadir
şahın və onun ailəsinin mühafizəsini təmin edirdi. «Aləm Ara-ye
Naderi»dəki başqa bir fakt da bu ehtimalın doğruluğuna əsas verir. Mən-
bədə göstərilir ki, Nadir özünün Rüstəm və İsfəndiyar ruhlu döyüşçülə rin -
dən min nəfər seçdi, onların adını həmişəkeşik qoydu ki, onlar həmişəlik
Nadirin sarayında və keşikxanasında olsunlar. Onlar bir an da olsa sahib -
lərindən aralana bilməzdilər.
2
Nadir şah, yəqin ki, onları başqa işlərə də
ayırmazdı. Xüsusi qarovul alayı da min nəfərdən ibarət idi və şübhə yoxdur
ki, keşikçilər qvardiyasının məhz bu alayı şahın və onun ailəsinin davamlı
mühafizəsini təmin edirdi.
Şahidlərin söylədiyinə görə, mühafizə postlarının hər birinə 10 nəfər
keşikçi təyin olunurdu. Onlar da yarıya bölünüb növbə ilə postda daya nan -
da digər dəstə istirahət edirdi. Nadir şah tez-tez bu postların xidmətini
yoxlayırdı. Elə vaxt olurdu ki, gecələr Nadir şah postda dayananların
hamısının yatmasının şahidi olurdu. Belə hallarda Nadir şah keşikçiləri
həbs və bir çox hallarda isə edam etdirirdi.
3
Deyilənlərin oxşarı olan faktla «Aləm Ara-ye Naderi» əsərində də rast-
laşmaq olar. Yuxarıda qeyd edildiyi kimi, qiyamların yatırılması üçün
Dağıstana yürüş edəndə, Əyriçay kənarında Nadir şaha sui-qəsd cəhdi oldu.
Nadir şah keşikçilərin belə səhlənkarlığa yol verməsindən və nəticədə onu
öldürmək istəyənlərin, hətta şəxsi çadıra belə daxil ola bilmələrindən  xeyli
hirsləndi. Mənbələrin  verdiyi məlumata görə, Nadir şah öz keşikçilərindən
və keşik rəhbərlərindən 30-40 nəfəri edam etdirdi.
4
Úàùàíýèð Ùöñåéí ßôøàð
132
1
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 138.
2
Yenə orada, s. 229.
3
Moqtəder Q. Göstərilən əsəri, s.171.
4
M.M.Kazım. Göstərilən əsəri, III cild, s.1048.


Qeyd etmək lazımdır ki, Nadir şahın qətlinin təşkilində keşikçilərdən
bəzilərinin əli var idi. Həmin sui-qəsd cəhdinin  təşkilatçılarından biri olan
Məhəmməd bəy Qacar mənbələrdə keşikçibaşı
1
və ya bir  çox hallarda
Nadir şahın mühafizə xidmətinin rəhbəri kimi təqdim olunur. Haqqında
konkret məlumat verilməsə də, çox güman ki, Məhəmməd bəy Qacar xü-
susi qarovul alayının rəhbərlərindən olmuşdu.
Nəhayət, keşikçilər qvardiyasının sonuncu alayı cilovdarlar alayı idi.
Tədqiqatçıların fikrincə, cilovdarlar ox və kamanla silahlanan döyüşçü -
lərdən seçilirdi və onların vəzifəsi çaparlar göndərilməsi, qoşuna rəhbərlik
arasında əlaqə yaradılması idi.
2
«Aləm Ara-ye Naderi»də cilovdarbaşı
haqqında söhbət açılmasından
3
belə güman etmək olar ki, cilovdarlar onun
rəhbərliyi altında idilər.
Nadir şahın süvari qoşunlarının bir hissəsini çərxçilər təşkil edirdilər.
Onların vəzifəsi haqqında geniş məlumat olmasa da, mənbələrdəki kəsad
məlumatlardan müəyyən təsəvvür əldə etmək mümkündür. Avropalı təd qi -
qat çılar çərxçilərin vəzifəsinin qoşunların düşərgə yerlərinin, qoşunların
dayanacaq edəcəkləri yerlərin müəyyənləşdirilməsindən, düşmən lərin və -
ziyyəti haqqında məlumatlar toplanmasından ibarət olmasını bildirirlər.
Eyni zamanda kəşfiyyat işlərinin aparılmasının da onların üzərində olduğu
bildirilir.
4
Başqa tədqiqatçılar isə çərxçilərin düşmən qüvvəsi üzərinə sürətli və
qəfil hücumlarının həyata keçirilməsi, ilkin zərbə ilə onların arasında
vəlvələ və təşviş salınması üçün nəzərdə tutulduğunu bildirirlər.
5
«Aləm
Ara-ye Naderi»də rast gəlinən faktlar da daha çox elə bu  fikri təsdiq edir.
Həmin faktlardan aydın olur ki, çərxçi dəstələri ilkin olaraq meydana atılıb
döyüşü qızışdırırdılar.
6
Başqa bir faktdan isə aydın olur ki, qoşunlar düşmən
qüvvələrinə qarşı hərbi yürüş həyata keçirərkən qarşıda qarovullar, onların
ardınca isə çərxçilər hərəkət edirdilər.
7
Buradan da aydın olur ki, qəfil döyüş
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
133
1
M.M.Kazım. Göstərilən əsəri,  III cild, s. 1195.
2
Yenə orada, III cild, s. 1195.
3
Homayun H.T. Göstərilən əsəri,  s. 86.
4
M.M.Kazım
. Göstərilən əsəri, I cild, s. 1195.
5
Moqtəder Q. Göstərilən əsəri, s. 169.
6
M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1219.
7
Yenə orada, I cild, s. 32, 122, 181.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə