Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

vəziyyəti yarandığı halda  qarovulun arxasınca çərxçilər döyüşə atılmalı
idi. Mənbənin  başqa bir yerində isə bildirilir ki, Xanəli xan döyüş mey-
danına ilkin qədəm qoyub çərxçilik vəzifəsini yerinə yetirdi.
1
Bütün bunlar onu deməyə əsas verir ki, çərxçilər qoşunların ön hücum
dəstəsi idi, döyüşlərin ilkin ağırlığı da onların üzərinə düşürdü. «Aləm Ara-
ye Naderi»nin yuxarıda göstərilən məlumatlarından o da aydın olur ki, isti-
nad edilən bütün hallarda çərxçilər topçu və tüfəngdarların hazırlığı
olmadığı bir şəraitdə ilkin olaraq döyüşə girmişdilər. Başqa sözlə, hərbi
yürüşlər həyata keçiriləndə bu və ya digər məntəqələrə göndərilən çevik
dəstələrin döyüş aparması zamanı istifadəsinə ehtiyac duyulmayanda və ya
mümkün olmayanda  çərxçilər ilkin olaraq meydana atılırdılar.
Döyüşlərin ilkin hazırlığını və məsuliyyətini öz üzərlərinə götürmələri
baxımından güman etmək olar ki, çərxçilər dəstəsinə ən hazırlıqlı və çevik
süvarilər cəlb edilirdilər. Məlumatların kasadlığı üzündən çərxçilərin sayı
və onların ayrıca struktur vahidinə malik olub-olmamaları haqqında fikir
yürütmək çətindir. «Aləm Ara-ye Naderi»nin bir yerində bildirilir ki,
çərxçilərin min nəfəri döyüş meydanına  göndərildi. Başqa bir yerdə isə
göstərilir ki, Nadir şah Xanəli xanı və Əmiraslan xanı 3 min nəfərlə birlikdə
çərxçi dəstəsinə aid etdi və düşmən tayfalarının yolu üzərinə göndərdi.
2
Bu faktlara əsasən belə qənaətə gəlmək mümkündür ki, çərxçilərin
sayı çox idi. Ən azı bir neçə alay çərxçi vəzifəsini həyata keçirirdi. Mənbə -
nin başqa bir yerində Nadir şahın anabir qardaşı Fətəli xanın çərxçibaşı tə -
yin olunmasından söz açılır.
3
Kifayət qədər istedadlı bir sərkərdə olan Fətəli
xanın çərxçibaşı təyin edilməsi Nadir şahın bu qoşun dəstəsinin  mövcud-
luğuna və fəaliyyətinə ciddi əhəmiyyət verdiyini nümayiş etdirir. Yoxsa
Nadir şah bu qoşun dəstəsini ona çox etibarlı olan bir şəxsə  tapşırmazdı.
Hər halda belə güman etmək olar ki, bir neçə süvari alayı çərxçi vəzifəsini
icra etmək üçün nəzərdə tutulmuşdu və həmin alaylar bir komandan lıqdan
idarə olunurdu. Şübhə yoxdur ki, bu vəzifənin icrasına  çərx çi likdə təcrübəsi
olan alaylar cəlb edilirdi. Amma onu da istisna etmək olmaz ki, dö yüşə cəlb
edilənlərin miqyası böyük olanda çərxçiliyə əlavə alaylar da cəlb edilirdi.
Úàùàíýèð Ùöñåéí ßôøàð
134
1
M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 722.
2
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 122, 369.
3
M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1039.


Nadir şah qoşunlarında bir sıra xidmət sahələri var idi ki, onların icrası
üçün də müəyyən qüvvələr ayrılırdı. Belə xidmət sahələrindən biri  çən də -
vulluq idi. Nadir şah  qoşunlarının şahidlərinin birinin təbirincə, çəndə vul -
ların vəzifəsi yolların, keçidlərin qorunması, gecələr şah düşər gəsinin
mü hafizəsi, şah tərəfindən cəzalandırılanların cəzasına çatdırıl ması idi. Ve -
ri lən məlumata görə, bundan əlavə, çəndəvullar şahın fərman və sərəncam-
larının qoşunlara bəyan edilməsi, xidmətdən fərarilik edən lərin tutulub bəhs
edilməsi, şahın öz hüzuruna çağırdığı adamların tapılıb gətirilməsi, düşər -
gə 
nin gecə-gündüz mühafizəsi, oğruların və talançıların tapılıb həbs
edilməsi kimi vəzifələr də çəndəvulların üzərində idi.
1
«Aləm Ara-ye Naderi»də olan ayrı-ayrı xatırlamalar da çəndəvul ların
daha çox mühafizə işləri ilə məşğul olmasından xəbər verir. Nadir şah qo -
şunlarında çəndəvulbaşı adlı vəzifə də olmuşdur. «Aləm Ara-ye Naderi»də
çox nadir halda  xatırlanan bu vəzifə ilə bağlı bir fikirdən belə güman etmək
olar ki,  çəndəvulların sayı çox olmuşdur.
Mənbədə qeyd olunur ki, çəndəvulbaşı Xəlil bəy 7 min nəfərlik bir
dəstə ilə döyüş tapşırığının icrasına yola düşdü.
2
Bu 7 minlik dəstənin
hamısının çəndəvul olub-olmadığını söyləmək çətindir. Hər halda bu xid-
mət sahəsinə tapşırılan vəzifələrin icrası üçün müəyyən sayda şəxsi heyətin
olması zəruri idi.
Nadir şah qoşunlarında rabitə xidmətinin təşkili ilə də bağlı müəyyən
qüvvələrin olduğu məlumdur. Hərb sənətinin Nadir şah dövrünə aid olan
mərhələsində rabitə qüvvələri və xidməti müstəqil şəkildə formalaşmasa
da, onun mövcudluğuna təbii bir zərurət var idi. Nadir şah qoşunlarında ra-
bitə xidmətinin ayrı-ayrı elementləri haqqında yuxarıda xatırlandı. Məsələn,
Nadir şahın əmr və göstərişlərinin qoşun bölmələrinə çatdırılması da ra-
bitənin bir elementi idi. Yuxarıda söylənilənlərdən göründüyü kimi, müx-
təlif səviyyə və miqyaslarda carçılar, çəndəvullar, çavuşlar və başqaları da
bu işlə məşğul olmuşdular. Mənbələrdə çox tez-tez çaparların adları çəkilir.
Xəbər və məlumatların, o cümlədən də Nadir şahın əmr və göstərişlərinin
bir yerdən başqa yerə çatdırılmasında çaparlardan istifadə olunurdu. Mə -
lu matların uzaq məsafələrə çatdırılması üçün də çaparlardan istifadə olu -
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
135
1
Moqtəder Q. Göstərilən əsəri, s.170.
2
M.M.Kazım. Göstərilən əsəri,  II cild, s. 486, 530.


nurdu. Yenə elə mənbələrdən aydındır ki, uzaq mənzilli yürüşləri zamanı
vilayətlərdən mühüm və vacib xəbərlər Nadir şaha çaparlar vasitəsilə çat-
dırılırdı və əksinə.
Çaparların ayrıca qoşun dəstəsi olduğunu söyləmək çətindir. Çox
güman ki, ayrı-ayrı tapşırıqların icrası üçün onlar qoşun daxilindən seçi -
lir di. Özü də, yəqin ki, bu adamlar az-çox təcrübəyə və etimada malik olan
şəxslər idi.
Nadir şah qoşunlarının fəaliyyətinin təşkilində, döyüşlərin aparıl-
masında Səfəvilər dövründən qalmış bir sıra rabitə elementlərindən istifadə
olunurdu. Onların arasında göyərçinlərin saxlanması, çaparxana, məlumatın
ötürülməsində tüstü və şeypur səsindən istifadə edilməsi və s. kimi ele-
mentlər var idi.
Tədqiqatçıların fikrincə, bu elementlərin hamısından istifadə etməklə
bərabər, bayraqdarların da fəaliyyətinə xüsusi diqqət var idi. Dövlətin rəh-
bəri və ali baş komandanı kimi Nadir şahın öz bayrağı vardı. Bu bayrağın
üzərində şir və onun arxasından boylanan günəş şəkli var idi. Bəzən dövlət
bayrağının üzərində şir yerinə əjdaha təsvir edilməsindən də danışılır. Nadir
şah döyüşə bayraqla gedərdi və bu bayraq, adətən, onun qərargahının yaxın-
lığında dalğalanardı. Bu bayraq özündə müəyyən məlumatları da əks et-
dirirdi. Bayrağın dalğalanması Nadir şahın öz qərargahından döyüşü idarə
etməsi və ya döyüş meydanında mövcudluğundan xəbər verərdi. Nadir şah
döyüş meydanını tərk edərdisə, bayraq da onunla aparılardı. Nadir şah
bayrağının döyüşlərin getdiyi ərazidə dalğalanması onun özünün də
döyüşlərdə iştirakından xəbər verirdi.
Bayraqların qaldırılıb-endirilməsi ilə qoşunlara müəyyən əmrlər də
çatdırılırdı. Tədqiqatçıların yazdığına görə, hər bir alayın öz bayrağı var
Úàùàíýèð Ùöñåéí ßôøàð
136
Nadir Əfşar dövlətinin bayrağı və gerbi


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə