Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

Belucun ələ keçirilməsi tapşırığını alan Məhəmməd Lətif xan Bəndər Ab-
basda (qərb mənbələrində bu şəhərin adı «Qombərun» kimi göstərilir –
C.H.Ə.) yerləşən ingilis və holland şirkətlərindən gəmilər almağa cəhd
göstərdi. İngilis və holland şirkətləri bu istiqamətdə Nadirlə əməkdaşlıq et-
məyə meyilli deyildilər. Bir tərəfdən onlar gəmilərdən yaxşı münasibətdə
olduqları Osmanlı və Hindistan qoşunlarına və habelə Omana qarşı istifadə
olunmasını istəmirdilər, digər tərəfdən də Avropa şirkətləri Nadirin dənizdə
möhkəmlənmək istəklərini alqışlamırdılar. Çünki bu, tez-gec avropalıların
dəniz monopoliyasını çətinləşdirə bilərdi. Ona görə Məhəmməd Lətif xanla
Avropa ticarət şirkətləri arasında danışıqlar xeyli uzanmalı oldu.
Lətif xan holland şirkətinin nümayəndəsinə bildirdi ki, əgər 3 minlik
bir qoşun dəstəsinin daşınması üçün gəmilər verilsə, onda onlar ticarət iş -
lə rində böyük güzəştlər əldə edəcəklər və Bəndər Abbasda holland şirkəti
üçün yaxşı şərait yaradılacaqdır. Hollandlar bir daha öz şərtlərini təkrar et-
dilər ki, gəmilərinin, onlarla dostluq əlaqələrinə malik ölkələrə qarşı istifa -
də sinə razı ola bilməzlər. Lətif xan onları inandırdı ki, gəmilərin is  tə  nil-
məsində məqsəd qiyamçı ərəb tayfalarına qarşı mübarizə aparmaqdır. Hol-
landlar Lətif xanı ağıllı, bacarıqlı və Avropa həyatı ilə tanış olan bir şəxs
kimi qiymətləndirirdilər. Digər tərəfdən onlar özləri də istəmirdilər ki, Fars
körfəzi daxilində narahatçılıq yarada biləcək elementlər mövcud olsun. Ona
görə də müzakirə və danışıqlardan sonra hollandlar sahil limanları və
adaları arasında hərəkət üçün bir neçə gəmilərini Nadirə icarəyə verməyə
razı oldular.
1
Lətif xan bu gəmilərin köməyi ilə Kiş adasını mühasirəyə aldı və
Məhəmməd xan Beluc həbs edilərək İsfahana göndərildi. Əlinə düşmüş
fürsətdən istifadə edən Lətif xan nəzarətdən çıxmış olan bir sıra ərəb tay-
falarına da zərbə endirdi və onları itaət altına gətirdi.
Beləliklə, 1734-cü ildən Fars körfəzində hərbi-dəniz qüvvələrinin for-
malaşdırılması istiqamətində fəal işlər aparılmasına başlandı. Bu işlərə
Nadir tərəfindən dəryabəyi və ya dəryasalar vəzifəsinə təyin edilmiş Lətif
xan rəhbərlik edirdi. Lətif xanın Məhəmməd xan Belucun həbsi ilə bağlı
dəniz yürüşündə onun ixtiyarında yalnız icarə edilmiş gəmilər olsa da, bu
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
143
1
Flober Uilyan. Hokumət-e Nadir şah. Tehran, 1386, s. 146-147.


yürüş hərbi-dəniz qüvvələrinin formalaşdırılmasının sürətləndirilməsinə
təkan verdi.
Tədqiqatçıların yazdığına görə, dəryabəyi vəzifəsinə təyin olunana
qədər Lətif xanın gəmilərlə tanışlığı yox idi.
1
Amma onun əzmkarlığı hərbi-
dəniz qüvvələrinin formalaşdırılmasında öz sözünü dedi. Nadirin tapşırığı
ilə Lətif xan Buşehri yeni yaradılacaq hərbi-dəniz qüvvələrinin bazasına
çevirmək üçün müvafiq işlərə başladı. Şəhər yaxınlığındakı qalalardan biri
– dəniz sahilində portuqallardan qalmış olan köhnə liman körpülərindən
biri təmir edildi, burada hərbi gəmilərin yan alması üçün münasib şərait
yaradıldı. Tezliklə Buşehr şəhəri Bəndər-Nadiriyyə adı aldı.
2
Fars körfəzində hərbi-dəniz qüvvələrinin formalaşdırılmasında Fars
vilayətinin hakimi Məhəmməd Tağı xanın da müəyyən xidmətləri vardır.
Doğrudur, sonradan Məhəmməd Tağı xanla Lətif xan arasında ciddi zid-
diyyət yarandı və bu ziddiyyət Lətif xanın qətli ilə nəticələndi. Bununla
belə, vilayət bəylərbəyi kimi o, hərbi-dəniz qüvvələrinin təşkilində bir sıra
əməli addımlar atdı.
Qeyd etmək lazımdır ki, Nadir şahın hərbi-dəniz qüvvələrinin təşkili
haqqında şərq mənbələrində geniş məlumat yoxdur. Bu məsələ ilə bağlı
həmin dördə İsfahanda və Fars körfəzi ətrafında yaradılmış avropalı ticarət
şirkətlərinin yazışmalarında qiymətli məlumatlar vardır ki, tədqiqatçılar da,
əsasən, həmin məlumatlara istinad edirlər.
1734-cü ilin oktyabr ayında Təhmasib xan Cəlayir İsfahana gəlib ingilis
və holland Ost-Hind şirkətinin rəhbərliyinə Nadirin tələblərini çatdırdı.
Nadir hərbi-dəniz qüvvələrinin təşkilinə başlanması üçün bu şirkətdən ticarət
gəmiləri alıb onları hərbi gəmilərə çevirmək istəyirdi. Ölkədə gəmi qa yırma
tərsanəsinin olmadığı və onun tezliklə yaradılması mümkün olmayacağı bir
şəraitdə çıxış yolu xarici ticarət gəmilərini alıb onları hərbi gəmilər üçün
uyğunlaşdırmaq idi. Nadir avropalı tacirlər qarşısında elə sərt tələblər qoy-
muşdu ki, ona lazım olan sayda yaxşı silahlandırılmış gəmilər versinlər.
3
Nadir avropalı tacirlərin ölkədəki fəaliyyətinə hər hansı bir çətinlik
yaratmaq istəmirdi. Əksinə, o, sonralar da xarici ticarəti təşviq etməyə
Úàùàíýèð Ùöñåéí ßôøàð
144
1
Sayks P. Tarix-e İran, c.II, Tehran, 1381, s. 393.
2
Lokkart L. Göstərilən əsəri, Bakı, 2004, s. 113.
3
Lokkart L. Göstərilən əsəri, s. 113-114.


çalışırdı. Ona görə də Nadir ölkədə çalışan ticarət şirkətlərinin gəmilərini
onların dəyərini ödəməklə almaq istəyirdi. Avropalı şirkətlər isə yuxarıda
toxunulan səbəblər üzündən bu sahədə Nadirlə geniş əməkdaşlığa elə də
meyilli deyildilər. Ona görə İsfahandakı şirkətlər irəli sürülən tələbi yerinə
yetirməkdənsə fəaliyyətlərini dayandırıb İsfahanı tərk etməyi qərar-
laşdırdılar. Mövcud olan məlumatlara görə, onları İsfahanı tərk etməkdən
çəkindirmək mümkün oldu.
Bununla belə, hərbi-dəniz qüvvələrinin bazasının yaradılması is-
tiqamətində axtarışlar davam edirdi. Mövcud olan məlumatlardan belə bir
qənaətə gəlmək olar ki, avropalı ticarət şirkətlərindən başqa ayrı-ayrı
avropalılar da müəyyən gəmilərə malik idi. Lətif xan belə gəmi sahibləri
ilə danışıqlar aparırdı və nəhayət, 1734-cü ilin sonlarına yaxın onların ikisi
ilə sövdələşmək mümkün oldu.
1
Həmin gəmilərin əldə edilməsi hərbi-dəniz
qüvvələrinin formalaşdırılması istiqamətində ciddi əhəmiyyətə malik oldu.
Bəzi tədqiqatçılar iddia edirlər ki, Lətif xan ərəb şeyxləri ilə də da -
nışıqlar aparıb onlardan gəmilər almaq istəyirdi. Bu danışıqların nəticəsi
kimi ərəblərdən iki böyük gəmi almaq mümkün oldu.
2
Buradan da belə
çıxır ki, 1734-cü ilin sonu və 1735-ci ilin əvvəlində Lətif xanın ixtiyarında
4 ədəd böyük gəmi var idi. Digər tədqiqatçılar isə bunu təsdiq etmirlər.
Avropa mənbələrinə istinad edən Lokkart və digər tədqiqatçılara görə,
1735-ci ilin ilk aylarında Lətif xanın komandanlığı ilə «Qrab» tipli 3 böyük
gəmi və 50 ədəd «Trankey» tipli kiçik gəmi var idi.
3
Amma müəlliflər 50
kiçik gəminin haradan alınması barədə məlumat vermirlər. Çox güman ki,
onlar ərəb şeyxlərindən alınmışdı.
Bu gəmilərin necə təchiz edilməsi və onların şəxsi heyətinin necə kom-
plektləşdirilməsi haqqında da konkret məlumat söyləmək mümkün deyil.
Güman etmək olar ki, alınmış üç böyük gəminin şəxsi heyəti saxlanmışdı.
Çünki sonrakı dövrlərdən də məlumdur ki, hərbi-dəniz gəmilərinin hərəkətə
gətirilməsi üçün avropalılardan, ərəblərdən və hindlilərdən istifadə olunurdu.
Bir sözlə, 1735-ci ilin ilk aylarında Nadirin hərbi-dəniz qüvvələrinin
ilkin bazasının yaradılmasına nail olundu. Mövcud olan gəmi vasitələri ilə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
145
1
Semnani Pənahi. Göstərilən əsəri, s. 272.
2
Yenə orada, s. 272.
3
Lokkart L. Göstərilən əsəri, s.114.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə