Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

Ərzaq çətinliklərini aradan qaldırmaq üçün Adil şah Xəbuşan kürd lə -
rinin üzərinə hücum çəkdi. Çünki Xəbuşan kürdləri müəyyən ərzaq ehti -
yatlarına malik idilər və həmin ərzaq ehtiyatlarının ələ keçirilməsi
Məşhəddə və bütünlükdə Xorasan vilayətində günü-gündən daha çox hiss
edilən ərzaq qıtlığını aradan qaldıra bilərdi. Xəbuşan kürdləri ərzaq ehtiy-
atlarını könüllü şəkildə verməkdən imtina edəndə Adil şah qoşunla onların
üzərinə hücum çəkdi. Kürdlər malik olduqları hərbi qüvvələrlə Qoçanda
toplaşıb Adil şaha müqavimət göstərməyə çalışdılar. Amma Adil şahın ar-
tilleriyası qarşısında onların bütün cəhdləri uğursuzluğa düçar oldu.
Kürdlərin anbarlarda saxladıqları taxıl ehtiyatları Məşhədə daşındı.
1
Adil şah Məşhədə taxıl ehtiyatı gətirməklə heç də problemlərin həllinə
nail olmadı. Elə Xəbuşan istiqamətində olarkən ona qarşı da sui-qəsd hazır-
lanması barəsində məlumat aldı. Bu sui-qəsdin əsas təşkilatçılarından biri
Nadir şaha qarşı sui-qəsd təşkilatçılarından olan Məmmədqulu xan idi. Adil
şah taxta çıxandan sonra da Məmmədqulu xan şahın mühafizə xidmətinin
rəhbəri vəzifəsini icra edirdi. Onun Adil şaha qarşı sui-qəsd təşkil etmək
cəhdi keşiş Bazenin xatirələrində də öz əksini tapmışdır. Keşişin gü-
manınca, Məmmədqulu xanın ürəyindən taxt-tac sahibi olmaq keçirdi. Çox
güman ki, Nadir şah kimi böyük sərkərdənin həyatına son qoyan Məm-
mədqulu xan Adil şahı asanlıqla aradan götürə biləcəyinə inanırdı. Xəbu -
şan dan geri qayıdandan sonra Adil şah onun həbs olunmasına və gözlərinin
çıxarılmasına göstəriş verdi. Onun əmri dərhal yerinə yetirildi. Adil şah
bununla da kifayətlənmədi. O, əmr etdi ki, Məmmədqulu xanı Nadir şahın
xanımlarının cənginə versinlər. Nadir şahın xanımlarına və kənizlərinə isə
bildirildi ki, onların ağasının qatili Məmmədqulu xandır və onu istədiyiniz
kimi cəzalandıra bilərsiniz. Xanımlar və kənizlər Nadir şahın qatilini
görüncə onu hərəmxananın kandarında yerə yıxdılar və əllərinə keçən əş -
ya larla onu döyəcləməyə başladılar. Sonra isə qayçı və bıçaqla onun bə -
dənini doğradılar. Məmmədqulu xan buradaca həyatı ilə vidalaşmalı oldu.
2
Adil şah taxt-tac sahibi olandan sonra İsfahanı dövlətin paytaxtı kimi
görmək istəyirdi. Ona görə qardaşı İbrahimi İsfahanın hakimi kimi ora daha
əvvəldən göndərdi ki, şəhərdə vəziyyəti nəzarət altına alsın. Lakin tezliklə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
167
1
M.Süleymanov. Göstərilən əsəri, s. 523.
2
M.M.Astrabadi. Göstərilən əsəri, s. 286.


İbrahimin qardaşı Adil şaha qarşı münasibətlərində dəyişiklik baş verdi və
1747-ci ilin sonlarında artıq ona qarşı müxalif mövqe tutdu. İbrahim xan
da taxt-taca yiyələnmək niyyətinə düşdü ki, bu da iki qardaş arasındakı mü-
nasibətləri kəskinləşdirdi.
1
1747-ci ilin sonlarında İbrahim xandan başqa Mazandaran hakimi
Məhəmməd Həsən xan Qacar da Adil şaha tabe olmaqdan boyun qaçırdı.
Belə olanda Adil şah qərara aldı ki, əvvəlcə Mazandarana qoşun çəksin və
oranı itaət altına gətirdikdən sonra qardaşı barədə fikirləşsin. Adil şahın
başı Mazandaran hadisələrinə qarışdığı zaman isə İbrahim xan İsfahanda
öz qoşunlarını möhkəmləndirməklə məşğul oldu. Adil şah İbrahim xana
məktub göndərdi və onu müxalifət yolundan çəkindirmək istədi. Adil şah
yazdı ki, ona əziz olan qardaşının düşmənçilik və müxalifət yolu tutmasına
inanmır. Onun fikrincə, iki qardaş arasında yarana biləcək nifaq onların hər
ikisinin məhvi ilə nəticələnə bilərdi. Məktubun ardınca isə Adil şah Söhrab
xanı İsfahana göndərdi və ona çatdırdı ki, İbrahim xanı tutduğu yoldan
döndərmək üçün istənilən addımı atmağa səlahiyyətlidir.
2
İbrahim xan qardaşı Adil şahın qoşunları ilə üzbəüz gələcəyinə şübhə
etmirdi. Ona görə qoşunların gücləndirilməsi üçün bütün vasitələrdən isti-
fadə etməyə çalışırdı. Hələ Nadir şahın sağlığında Allahyar xanın rəhbərliyi
altında əfqanlardan təşkil edilmiş qoşun dəstəsi və Ataxanın rəhbərliyi al-
tında olan özbək qoşun dəstəsi Azərbaycanın Şahrux məntəqəsinə gön də -
rilmişdilər. Adil şah Mazandaranda olarkən adları çəkilən sərkərdələr qoşun
dəstələri ilə birlikdə İsfahana gəldilər, qoşun dəstələrini orada qoyub özləri
Mazandarana yollandılar. Adil şaha sədaqətli olduqlarını bəyan etdilər.
İbrahim xan bu fürsətdən istifadə edib İsfahanda qalan özbək və əfqan
qoşun dəstələrinin sərkərdələri ilə danışıqlar apardı və həmin dəstələrin hər
ikisini öz tərəfinə çəkməyə müvəffəq oldu. Bu da onun qüvvələrini xeyli
möhkəmləndirdi. Amma İbrahim xan bununla da kifayətlənmədi. O, Azər-
baycan hakimi olan Əmiraslan xan Qırxlı ilə də danışıqlara girdi. O, Adil
şaha itaət etmirdi. O, İbrahim xanın Adil şaha qarşı birgə mübarizə aparmaq
təklifini dərhal qəbul etdi.
Úàùàíýèð Ùöñåéí ßôøàð
168
1
Jan Gevr.  Xacə şah. Göstərilən əsəri,  I c. Bakı, 1997, s. 78.
2
T.Mustafazadə. Göstərilən əsəri, rus dilində, s. 184.


Kifayət qədər güclənəndən sonra İbrahim xan taxt-tacı ələ keçirmək
üçün əməli fəaliyyətə başladı. Əvvəlcə, Adil şah tərəfindən ona nəzarət
üçün göndərilmiş olan Söhrab xanı aradan götürdü. İbrahim xan təşkil et-
diyi şərab məclisində sərxoş vəziyyətdə olan Söhrab xanın İsfahana gəli -
şinin məqsədini öyrəndi və sonra onun öldürülməsinə göstəriş verdi.
1
İbrahim xan bundan sonra Kirmanşaha qoşun çəkdi. İbrahim xan çətin-
lik çəkmədən Kirmanşah hakiminin qoşunlarını məğlub etdi və bu şəhərdə
nəzarəti ələ keçirdi. Nadir şah dövründə orada anbarlara toplanmış toplar,
silahlar, barıt və digər hərbi təchizat da ələ keçirildi.
Kirmanşahı nəzarət altına ala bilməsi İbrahim xanı daha da həvəs-
ləndirdi. O, özünü, hətta İbrahim şah da adlandırmağa başladı. Mənbələrin
verdiyi xəbərə görə, İbrahim xan Azərbaycana doğru hərəkət etməyi qərar-
laşdırdı. Azərbaycan hakimi Əmiraslan xan ilə müttəfiqlik razılığı olandan
sonra onun Azərbaycana doğru hərəkət etməsinin nə ilə bağlı olduğunu
söyləmək çətindir. Mənbələrdə bu barədə məlumat yoxdur. Onun Azər-
baycana doğru hərəkətə başlamaq niyyəti Adil şahın təşvişini daha da
artırdı. İbrahim xanın müxalifətçiliyinin qarşısını almaq üçün onunla
döyüşə girməyi qərara aldı və Mazandarandan Azərbaycana doğru hərə -
kə tə başladı. Qardaşının qoşunlarına üstün gəlmək üçün İbrahim xan Azər-
baycan hakimi Əmiraslan xanı yenidən köməyə çağırdı. Əmiraslan xan
bu çağırışı qəbul etdi və İbrahim xanın qüvvələri ilə birlikdə Adil şaha
qarşı döyüş qərarı ve rildi. İki qardaşın qoşunları Zəncanla Sultaniyyə
arasında qarşı-qarşıya gəldilər.
Qoşunların mərkəzinə təyin edilmiş dəstələr Adil şaha tabe olmaqdan
imtina etdilər və İbrahim xanın tərəfinə keçdilər. Bununla da, əslində,
döyüşün taleyi həll olundu. Qalan qüvvələr isə döyüşə tab gətirməyərək
qaçıb dağılışdılar. Adil şah da yanında olan digər üç qardaşı ilə Tehrana
qaçdı. Tehran hakimi Adil şah tərəfindən təyin edilmişdi. Ona görə Adil
şah orada qoruna biləcəyini güman edirdi. İbrahim xan onun ardınca bir
dəstə göndərdi. Tehran hakimi İbrahim xanın əmrinə tabe oldu və Adil şahla
onun yanındakılarını həbs edərək İbrahim xanın adamlarına təhvil verdi.
İbrahim xan da 25 yaşında olan böyük qardaşı Adil şahın gözlərinin çıxarıl-
masını əmr etdi. Bu hadisə 1748-ci ilin iyulunda, yəni Nadir şahın qətlə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
169
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 1124.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə