Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

qətli ilə nəticələndi. Bu da Nadir Əfşar xanədanlarının biri kimi Fətəli xanın
ölümü ilə Urmiya xanlığı da yenidən xanlıqlara parçalandı.
Məmləkətdə vəziyyət  tədricən idarəolunmaz bir vəziyyətə gəlib çıxdı.
Saray  çevrilişləri sanki adi məişət hadisəsinə çevrildi. Nadir şah xanə-
danının dağılmasına  və tayfasının ən  müxtəlif yerlərə  səpələnməsinə sə -
bəb olduğundan bu çoxsaylı mənbələr əsasında tarixi prosesin mənzərəsinin
təfsilatı ilə təqdimatını məqsədəuyğun hesab edirəm.
Nadirə sədaqətini ən çirkin yoldaşlıq və fitnə ilə pərdələyənlərdən biri
Əliqulu Mirzə idi. Nadir qətlə yetiriləndə Əliqulu Mirzənin iyirmi üç yaşı
vardı və Əfşar şahzadələrinin içərisində ondan lovğası yox idi. Nadir şah
bilirdi ki, Əliqulu Mirzə sərt adamdır, ona görə onu öz yerində qoyurdu ki,
heç kəs qiyam etmək fikrinə düşməsin. Bəs niyə Nadir şah paytaxtın hökm-
ranlığını öz oğlanlarından birinə yox, qardaşı oğluna tapşırmışdı. Məsələ
belə idi; Nadir öz böyük oğlu Rzaqulu Mirzənin gözlərini çıxartdırmışdı,
o biri uşaqları isə hələ cavan idilər, onları öz yerinə  canişin qoymaq məs-
ləhət deyildi. Mən burada Nadir şahın həyatını tam təfsilatla yazmaq
istəmirəm, lakin bunu demək lazımdır ki, Nadir şahın igid, cavan oğlu Rza-
qulu Mirzəni kor etməsinin səbəbkarı həmin bu Əliqulu Mirzə və onun
ətrafının fitvası olmuşdur.
M.M.Astrabadi öz məlum əsərində yazır: «Nadir şah Mazandaran
meşəsindən atla  keçərkən ona güllə atıldı. Güllə Nadirin sağ qolunu  ya -
ra layıb, sol əlinin baş barmağının dərisini soyaraq atının boynuna dəydi,
at  yıxıldı. Hamin gecə Nadirin alaçığından bir məktub tapıldı. Məktubu
sol əllə yazmışdılar ki,  tanınmasın. «Əgər istəsən biləsən kim səni  öldür-
mək istəyirdi, fikirləş gör, sənin ölümündən kim daha çox istifadə  edəcək
və İranın padşahı olacaqdır».
1
Nadirin sağlığında heç kəs bilmədi ki, məktubu kim yazmışdır. Nadir
şah öldürüldükdən sonra həmin Əliqulu Mirzə öz dili ilə demişdi ki, o mək-
tubu mən yazıb şahın çadırına tullamışdım, istəyirdim ki, Nadir oğlundan
bədgüman olsun.
2
Beləliklə, Nadirin ölümü ölkənin və Nadirin mənsub olduğu nəslin
həyatına böyük sarsıntılar gətirdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
173
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 278
2
Yenə orada.


Ser Con Mal Koln yazır: «Asiya şahlarının heç biri bu böyüklükdə
fəthliyə nail olmayıbdır. Hindistandan gətirdikləri ilə İranın qədim cah-
cəlal və şöhrətini bərpa edib, İran əhalisinin başını ucaltdı. Buxaranın alın-
ması, öz mərdanəliyi, səxavəti ilə Hindistan və Buxara şahlarına tac
bağışlaması, İran və İraq xalqlarının əzəmətini və şöhrətini artırdı. Öz qüd -
rətinin bünövrəsini möhkəmləndirməyi ölkənin ərazisini genişləndirmək
və şahlığı möhkəmləndirməkdə deyil, qılıncının şöhrətində, ağıllı tədbirdə
görürdü».
Buna görə də işinin əvvəlindən onun şücaəti, mətanəti bütün həyatı
boyu, insafı, mürvəti, mərdanəliyi, qoyub getdiyi abidələri hər cəhətdən
təqdirə, afərinə, böyük hörmətə, ehtirama və sitayişə layiqdir. Onun
gördüyü işləri İran şahlarının heç biri görə bilməmişdir
1

Azərbaycan Nadir Əfşar dövlətinin salnaməsi haqqında deyilən söz -
lərimin yekununda bir daha onu demək istəyirəm ki, Nadir şah Əfşar XVIII
əsrdə Şərq dünyasında və demək olar ki, həmin vaxt bütün dünyada ən
böyük sərkərdə olmuşdur. O, Azərbaycan xalqının oğlu olmaqla Türk-İslam
dünyasında xüsusi bir yeri olmuş, böyük bir Əfşar imperiyası yaratmış,
ərazisi təxminən 5,5 milyon kvadrat kilometrdən artıq olmuşdur. Həmin
imperiyanın tərkibində olan bu gün onlarla dövlət mövcuddur. Həmçinin
Azərbaycan bəylərbəyiliyi dövlətinin o dövrdə ərazisi təxminən 700 min
kv. km-dən artıq olmuşdur. Həmin əraziyə Dağıstan,  Gürcüstan, indiki Er-
mənistan, Azərbaycan Respublikası və bu gün İran ərazisində qalmış
Cənubi Azərbaycan ərazisi daxil idi.
5.3. Nadir şahın xanədanı və şəcərəsinin davamçıları
Nadir şahın ölümündən sonra özünü şah elan edən qardaşı oğlu Əliqulu
orta əsr qaydalarına uyğun olaraq, Nadirin nəslinin davamçılarını
«soyqırıma» məruz qoydu. O, anlayırdı ki, Nadirin hər hansı bir davamçısı
ölkədə gedən çətin ictimai-siyasi hadisələrdən istifadə etməklə şahlıq id-
diasında ola bilər. Həmçinin böyük bir imperiyada hər hansı bir əyalət ona
qarşı çıxmaqla Nadir şahın övladlarının hakimiyyətə gətirilməsini tələb edə
bilərdi. Ona görə az bir zaman ərzində Əliqulu şah Nadirin övladlarının
qətlə yetirilməsi haqqında göstəriş verdi. Tarixi ədəbiyyatda, habelə Astra-
Úàùàíýèð Ùöñåéí ßôøàð
174
1
M.H.Qüddusi. Göstərilən əsəri, s.211.


badi, Məhəmməd Kazım Mərvi, keşiş Bazen, Ceyms Freyzer, Lokkart və
bir sıra tarixçilərin əsərlərində buna geniş yer verilmişdir.
Nadirin ilk xanımı, yəni Baba Əli bəyin böyük qızından onun böyük
oğlu Rzaqulu Mirzə anadan olmuşdu. İlk xanımı dünyasını dəyişdikdən
sonra Nadir Baba Əli bəyin ikinci qızı olan Gövhərşad ilə nikah kəsdirir.
Gövhərşaddan da Nadirin iki oğlu olur. Bu oğlanlardan birinin adı Mur-
tuzqulu (Rəsulullah Mirzə), o birisinin adı isə İmamqulu idi. Nadir şahla
bağlı olan ailə şəcərələrində onun yalnız dörd xanımının adı göstərilmişdir.
Bu şəcərələrdə xatırlananlar Baba Əli bəyin iki qızı, Şah Sultan Hüseynin
qızı Rəziyyəbəyim xanım və Buxara hakimi Əbülfəz xanın qızıdır. Bu iz-
divacdan  da Nadirin Çingizxan (1742), Məhəmmədxan (1746) adlı oğlan-
ları anadan olmuşdu. Amma qeyd edildiyi kimi, Nadir şahın xanımları
yalnız bunlardan ibarət deyildir.
Tarix kitablarında Nadir şahın atası İmamqulu haqqında da ziddiyyətli
məlumatlara rast gəlinir. Avropalı müəlliflər Ceyms Freyzer, Uliam Koker
Nadir şahın atasının dövlətli, Kelat qalasının rəisi, Əfşarlar tayfasının
başçısı olduğunu bildirirlər. Nadir şah həyatının tədqiqatçılarından olan
Əbdül Hüseyn Mərvi isə Nadirin kasıb bir ailədə doğulduğunu qeyd edir.
Nadir şahın atası İmamqulunun dəri əşyalarının tikilməsi və dəvə otarması
ilə məşğul olduğunu deyənlər də vardır. Məhəmməd Hüseyn Qüddusi isə
Nadirin atası İmamqulunun maldarlıqla məşğul olmasını qeyd etmişdir.
İmamqulunun əcdadları barəsində isə tarixi mənbələrdə hər hansı bir
məlumata rast gəlmək mümkün deyil. Lakin İmamqulunun atası, yəni
Nadirin babasının adı Nadirqulu olmuşdur. Nadirin anasının isə Həcər adlı
bir Əfşar qızı olması tədqiqatlarda öz əksini tapmışdır. Məhəmməd Kazım
Mərvi İmamqulunu ağıllı, xoş əxlaqlı, həmişə Allahın adını zikr edən bir
insan kimi xarakterizə edir. Onun yazdığına görə, İmamqulu son dərəcə
qonaqpərvər, heç kəsin arxasınca danışmayan, onun-bunun haqqında qey-
bət etməyi özünə rəva bilməyən, təkəbbürdən, paxıllıq hissindən, yalan da -
nış maqdan uzaq bir insan idi. M.K.Mərvi onu da qeyd edirdi ki, İmamqulu
həmişə kasıba əl tutar və müqəddəslərin qəbirlərini ziyarət edərdi.
M.K.Mərvi İmamqulunun iki övladının olmasını qeyd edir. Nadirqulu ailə -
nin böyük oğlu, Məhəmməd İbrahim isə onun kiçik qardaşı olmasını yazır.
Astrabadinin «Aləm Ara-ye Nadiri» əsərində özbək atlılarının hücum
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
175


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə