Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə59/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

qərbi Azərbaycanın Xınna dərəsi adlanan ərazis-
inə köç etmişlər. 
Zülqədərlər ilə olan bu yaxın münasibətə
görə, Hüseynqulu ailəsi ilə birgə XIX əsrin əvvəl-
lərində Əfşarların əzəli məskənləri olan şimal-
qərbi Azərbaycana – Xınna dərəsinə gəlmiş və
burada sığınmışlar. Onlar burada gizli yaşamışlar.
Hüseynqulunun ailəsində Ocaqqulu təxminən
XVIII axırlarında anadan olmuş və həmin ərazidə
yaşamışdır. Ocaqqulu ərazidə çox böyük nüfuz
sahibi olmuş, el camaatı onu «ocaq» kimi ziyarət
etmişlər. Onun haqqında bu gün də xeyli rə-
vayətlər qalmışdır. Onlardan birini mən burada
xatırlatmaq istəyirəm, bir gün Ocaqqulunun üs -
tünə bəy hansı səbəbdənsə qəzəblənir və hətta onu
cəzalandırmaq istəyir. Lakin bu vaxt hansı səbəbdənsə, bəyin evi od tutub
yanır. Bu hadisədən sonra Ocaqqulunun hikmətinə el arasında olan inam
daha da artır. Belə rəvayətlər onun haqqında indi də danışılır. Ocaqqulunun
ailəsində mənim atamın babası Hüseyn təxminən XIX əsrin ortalarında
dünyaya gəlmişdir. O da nüfuzlu bir insan olmuş, həmin zamanda Kər-
bəlada İmam Hüseynin qəbrini ziyarət etmiş və buna görə ona Kərbəlayi
Hüseyn deyirdilər. Mömin və el ağsaqqalı olmuşdur. Kərbəlayi Hüseynin
ailəsində 11 uşaqdan mənim babam Ocaq quluyev Cahangir Hüseyn oğlu
1882-ci ildə anadan olmuşdur. O da qoçaq, cəsur ad qazanmış, mahir bir
atıcı olmuşdur. Allahyar bəyin eşikağası işləmişdir. Sovet hakimiyyəti qu-
rulduqda əvvəlcə var-dövlətləri talan edilmiş, 1932-ci ildə isə, «troyka» –
üçlüyün hökmü ilə güllələnmişdir. Atam onun 8 oğul uşaqdan biri olmuşdur.
Ümumiyyətlə, bu nəsil bu gün də «qaççılar» adlanır. Yəni ki, qaçıb sığı-
nanlar adı ilə hazırda da Xın na də rə sində – Gədəbəy rayonunun Nəri-
mankənd ərazisində yaşamaqdadırlar.
Sovet dövründə də bu nəslin xeyli sayda nümayəndəsi sovet repre-
siyasının qurbanları oldu. Bəziləri Sibirə sürgün edildi, bir çoxları həbs olu -
nub və güllələnib. 1941-ci ildə böyük Cahan müharibəsi başlayarkən bu
nə  sildən onlarla insan cəbhəyə gedib, Vətənin qorunması üçün mübarizə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
183
Ata babam Cahangir
Hüseyn oğlu


apardılar. Onların da bəziləri itkin düşdülər, bəziləri isə xəsarət alıb, geri
qayıtdılar.
Sovet quruculuğu dövründə də bu nəslin onlarla nümayəndəsi müxtəlif
sahələrdə (partiya sovet, təsərrüfat, təhsil, hüquq mühafizə sahəsində) və
s. hətta Əlcəzair, Tunis, İraq, Hindistan, Vyetnam, Əfqanıstan və s. öl kə -
lərdə çalışmaqla dövlətimizə şərəflə xidmət etmişlər. 
1988-ci il Qarabağda başlayan erməni seperatçılarının xain niyyəti
Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi və bu mübarizə sovet
imperiyasının dağılması ilə başa çatdı. Bu dövrdə də AXC təşkilat şöbəsinin
sədri işləyən bu nəslin nümayəndəsi, daxili xidmət kapitanı rütbəli Arif Ab-
dullayev (onun qardaşı hərbi tərcüməçi Cavanşir Abdullayev də 1981-ci
ildə Əfqanıstanda qəhrəmancasına həlak olmuşdur) 1990-cı ilin yayında
Parlament seçkiləri öncə faciəli şəkildə siyasi qətlə yetirilmişdir (onun bu
qətlinin səbəbi bugünə qədər də açılmamışdır).
Bütün təqiblərə, təzyiqlərə baxmayaraq, 1991-ci il 18 oktyabrda Azər-
baycan öz müstəqilliyini bərpa etdi. Bu kitabın müəllifi də Ali Sovetin dep-
utatı kimi həmin müstəqillik aktına səs vermişdir. Mən bununla qürur hissi
keçirirəm. Əlbəttə, müstəqilliyə gedən yol heç də asan olmadı. Xalqımızın
20 Yanvar faciəsi, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, Xocalı
Úàùàíýèð Ùöñåéí ßôøàð
184
Qaççılar nəslinin nümayəndələrindən bir qismi


soyqırımı, Azərbaycan Respubli ka -
sının 7 rayonunun da zəbt edilməsi
və XX əsrin 90-cı illərində Azər-
baycanın yenidən parçalanma təh-
lükəsi ilə üzləşməsi, axır ki, Ulu
Öndər H.Əliyevin 15 iyun 1992-ci
ildə yenidən Azərbaycan Respub-
likasının Ali Məclisinin sədri seçil -
mək 
lə bir daha respublikamızın
ba şı üzərini almış qara buludları
dağıda bildi.
Lakin 1994-cü ildə «Əsrin mü -
qaviləsi»nin bağlanması ərəfə sində
xarici qüvvələrə arxalanan daxili
seperatçılar respublikada yenidən
aranı qızışdırıb, hakimiyyətə gəl -
mək iddiası ilə 1994-cü ilin ok-
tyabr, 1995-ci ilin mart hakimiyyət
çevrilişi etmək planları boşa çıxdı.
Ulu Öndər H.Əliyevin müdrik zə -
kası, polad iradəsi həmin qüv və lə -
rin qarşısını aldı. Həmin dövrdə
Abşeron Rayon Polis Şöbəsinin
rəisi kimi (bu təyinat 30 iyun 1993-cü ildə Ulu Öndərin tövsiyəsi ilə baş
tutmuşdu) mənə və mənim ailə üzvlərimə qarşı 1994-cü ilin iyul-avqust
aylarında  sabitliyi pozmaq, aranı qarışdırmaq məqsədi ilə banditlərin terror
hadisələri baş verdi. Ulu Tanrı mənim həyatımı saxladı, lakin azyaşlı oğlum
Hüseyn, əmim oğlu və yeznəm Hüseynov Gündüz faciəli şəkildə qətlə ye-
tirildi.
Bu təzyiqlərə, təsirlərə, represiyalara, qəsdlərə baxmayaraq, bu nəslin
bu gün onlarla tanınmış nümayəndələri vardır. Belə ki, elm sahəsində
(1 aka demik, 5 elmlər doktoru, 40-a yaxın fəlsəfə doktoru), qanunvericilik
orqanında (Ali Sovetin 2 deputatı və Milli Məclisin üzvü), məhkəmə
hakimiyyətində, prokurorluq orqanlarında, icra sturukturunda (nazir və
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
185
Qədir Hüseynov Azərbaycan Respub-
likasının prezidenti cənab İlham Əliyevlə


nazir müavinləri), hüquq mühafizə sahəsində (onlarla zabit), Prezidentin
Xüsusi Mühafizə xidmətində və başqa xidmət sahələrində çalışırlar.
Bir onu demək istəyirəm ki, nəslin nümayəndəsi Qədir Hüseynov (əmi
nəvəsi) 1994-cü ildə Ruminiyada keçirilmiş Avropa çempionatında I yeri
tutaraq 8 yaşında qazandığı bu nəaliyyətə və dünya şahmat tarixində ilk
dəfə olaraq «Fide ustası» adına təltif olunduğuna görə yeganə Azərbaycan
vətəndaşıdır ki, “Ginnesin rekordlar” kitabına düşmüşdür (həmçinin, o, 2
dəfə Rusiya, 2 dəfə Moskva və 3 qat Avropa çempionudur).
Mənim «Ömürdən anlar» kitabımda və Qəmət Hüseynovun «Kən -
dimizin alim ziyalıları» (Bakı, 2008-ci il) kitablarında nəslimiz barəsində
ətraflı məlumatlar verildiyinə görə bununla kifayətlənirəm.
1
Bunları bu fəsildə qeyd etməkdə məqsədim bu nəslin səcərəsinin və
əcdadlarımın Azərbaycanımızda gedən bütün ictimai-siyasi proseslərdəki
iştirakını qısa da olsa xatırlatmaqdır.
Úàùàíýèð Ùöñåéí ßôøàð
186
1
Cahangir Hüseynov. “Ömürdən anlar” səh. 183-186.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə