Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə61/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

əzəmətli at belində heykəli qoyulmuş-
dur. Bu heykəl Əbdülhəsən Sadiqinin
layihəsi və heykəltəraşlığı ilə İtali ya -
nın məşhur Broni zavodunda hazırlan-
mışdır. Mən həmin məqbərəni 2013-cü
il oktyabr ayının 26-da ziyarət etdim,
abidənin  kitabxanasından Nadir şaha
aid bir neçə sanballı əsər əldə  etdim.
Dü 
şündüm ki, rəsmi hakimiyyətdə
fars   ların dayandığı İranda Nadir şaha
belə bir abidənin  ucaldılması nə ilə
bağlıdır.
Farslar da bilirlər ki, Nadir azər-
baycanlıdır, əfşarlardandır. Burada in cə
bir mətləb gizlənmişdir. Belə ki, farslar
Nadiri həmişə İran şahı kimi təqdim
etmiş, iranlı və fars anlayışı arasında, demək olar ki, bərabərlik işa rə si qoy-
muşlar. Beləliklə də, azərbaycanlı Nadiri iranlı Nadir adı ilə ört-bas dır et-
mişlər. Reallıq budur ki, indiki
coğrafi hüdud daxilində möv -
cud olan İran, ilk növ 
bə 
də,
azərbaycan türklərinə, xüsusilə
Nadir şaha  minnət dardırlar.
Vaxtilə bizim dərsliklə ri -
mizdə, ara-sıra çap olunmuş
mə qalələrdə, ilk növbədə, Na -
dir şah tipik bir şərq despotu,
sonra isə etnik kökünə hörmət
etməyən kosmopolit kimi təq -
dim olunmuşdur. Amma tarixi
gerçəkliyə çağdaş prizmadan
nəzər yetirəndə belə bir qəna -
ətə gəlirsən ki, azərbaycan çı -
lıq məfkurəsinin özündə eh  ti-
va etdiyi təməl prinsiplərinin
Úàùàíýèð Ùöñåéí ßôøàð
190
Nadir şahın məqbərəsinin görünüşü. 
Heykəltəraş Əbdülhəsən Sadiqi
Kitabın müəllifi Cahangir Hüseyn Əfşar Nadir
şahın qəbri önündə. Məşhəd şəhəri. 2013


hamısı Nadir  şahın əməli
fəa liyyətində özünü büruzə
vermişdir.
XVIII əsrdə azərbay-
cançılığın nəzəri-ideoloji
əsas 
ları hələ hazırlanma 
-
mış dı. XIX əsrin sonların-
dan yaşadığımız dövrə qə -
dər bu barədə çoxsaylı nə -
zə ri mülahizə və postulat-
ların yer aldığı çoxsaylı
əsər lər  yazılmışdır.  Yadım -
da qalanları saysam belə bir
siyahı alınar:
M.Ə.Rəsulzadənin «Panturanizm haqqında» və «Bolşevik lərin Şərq
siyasəti», Anarın «Azərbaycançılıq haqqında düşüncələr», Ramiz Meh di -
yevin «Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi», «XXI əsrdə milli
dövlətçilik», «Azərbay canda geosiyasət dünən, bu gün, sabah», Yaşar
Qarayevin «Milli «mən» şüuru və etnik yaddaş – azərbay can çılıq», Azad
Nəbiyevin «Azərbaycançılıq – estetik dəyərləri milli ideologiyaya», Nizami
Cəfərovun «Azərbaycançılığa giriş», Yadigar Türkelin «Azərbaycan və
azərbaycançılıq», Əlikram Tağıyevin «Milli ideya və milli ideologiya»,
Asif Atanın «Azərbaycançılıq – türkçülük birliyi», Akif Hüseynovun
«Ədəbiyyat və ideologiya», Rəhim Əliyevin «Azərbaycançılıq – dünən, bu
gün, sabah», İsa Həbibbəylinin «Azərbaycan məfkurəsi yollarında»,
«Möhtəşəm azərbaycançılıq dərsliyi», Nazif Ələkbərlinin «Türkçülük,
yoxsa azərbaycançılıq», Səlahəddin Xəlilovun «Heydər Əliyev və azərbay-
cançılıq məfkurəsi», Sona Vəliyevanın «Azərbaycançılıq: milli ideologiya
və ədəbi-estetik təlim kimi» və «Milli dövlətçilik hərəkatının yüksəlişi və
Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası», Canpolad Musa -
ye vin «Azərbaycan dövlətçiliyi ideologiyası», Nizaməddin Şəmsizadənin
«Azərbaycançılıq» və s. Göründüyü kimi, artıq bir mükəmməl azərbay-
cançılıq elmi  formalaşıb.
Azərbaycançılığın dövlətçiliyə tətbiqi Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. İlk dəfə o, 2001-ci ildə Dünya Azərbaycanlılarının
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
191
Cahangir Hüseyn Əfşar Nadir 
şahın mavzoleyində. Məşhəd şəhəri


I qurultayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi
təsdiq etdi. «Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir
azərbaycanlı, öz milli  mənsubiyyətinə görə  qürur hissi keçirməlidir və biz
azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyər-
lərini, adət-ənənələrini yaşatmalıyıq».
Bu gün bütün dünyada azərbaycançılığın qüdrət mənbəyi və qarantı
Azərbaycan Respublikası və onun prezidenti İlham Əliyevdir.
Bu gün azərbaycançılıq dövlət siyasətinin bütün təzahürlərində, əxlaq
normalarımızda, ailə  kultunda fəal bir  şəkildə  davam və  inkişaf  etdirilir,
hər bir azərbaycanlının fərdi və  ictimai fəaliyyətinin rakusuna çevrilir.
Mütaliə etdiyim ədəbiyyatlardan əxz etdiklərim və öz müstəqim
düşüncəmlə belə bir məntiqi nəticəyə gəldim ki, Azərbaycan dövlətinin
yaşaması və möhkəmlənməsi azərbaycançılıq məfkurəsi zəminində
mümkündür. Azərbaycan çılıq – dövlətimizin mövcudluq formasıdır. Azər-
baycançılıq, həmçinin ögey olanın doğma üzərində hökmranlığına müqavi -
mət göstərən «milli fikir  tərzidir».
1
Milli yaddaşın, gen və qan yaddaşının sapdırılmasında ən  amansız
mərhələ XIX əsrin I qərinəsinə aid olunsa da (Gülüstan (1813) və Türk-
mənçay (1828) müqavilələri ilə), bu faciəyə gətirən yol daha əvvəldən
başlamışdı. Dünya  Cahangirləri arasında yeri olan Əmir Teymur «Türk
dühasını boğan türk» (Ə.Hüseynzadə) idisə, Şah İsmayıl Səfəvi türkün is-
lami birliyini parçalayan türk idi.
Əmir Teymurla  İldırım Bəyazidin, Şah İsmayılla Sultan Səlimin bir-
birinə silah qaldırması qan yaddaşının, din yaddaşının, tariximizin fa -
ciələri idi.
Türkün ruhi əzəməti, fiziki gücü o qədər möhtəşəm olmuşdur ki, onu
yalnız özünün sərəncamında olan potensialları qarşı-qarşıya qoymaqla zəif
salmaq olardı. Aparılan belə siyasətin kökləri nisbətən qədimlərə gedib çıx -
sa da, onun antitürk konsepsiyası kimi formalaşması I Pyotrun «Vəsiy yət -
naməsi» ilə  qəddar və  təhlükəli xarakter almağa başladı. Rusiya I Pyotrun
əli ilə 1721-ci ildə imperiya elan edildi və bundan sonra o,  əha tə sindəki
Úàùàíýèð Ùöñåéí ßôøàð
192
1
N.Şəmsizadə. Azərbaycançılıq. Bakı, «Nurlar»,  2006, s. 5.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə