Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

məqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah
Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı,
Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının
qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesab -
laşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi və
özünün yeni imperiyasını yaratdı.
Nadir şah böyük bir imperiyanın şahı olsa da, dünya tarixində daha
çox əzəmətli fateh və  məğlubedilməz sərkərdə kimi tanınır. Səfəvi dövlə-
tinin ucqar vilayətində, öz yurdundan sürgün edilmiş sadə bir əfşar ailəsində
doğulmuş Nadir şahın nizamlı bir hərbi təlim görmədən dünyanın tanınmış
sərkərdələrindən birinə çevrilməsi heyrət və təəccüb doğurmaqda davam
edir. Çoxları bunun səbəbini anlamağa çalışırlar və tarixi ədəbiyyatda da
bu məsələ ilə bağlı müxtəlif mülahizələr özünə yer  tapmaqdadır.
Hər şeydən əvvəl, Nadir şahda hələ uşaqlıq yaşlarından fitri hərbi iste -
dad var idi. Yaşadığı mürəkkəb mühit, qohum-əqrəbasının, yurddaşlarının
daim məruz qaldığı talançı basqınlarının qisasını almaq istəyi bu istedadın
əməli fəaliyyətə çevrilməsinə bir təkan verdi. Nadir şah gəncliyində belə
yaxşı anlayırdı ki, qərar tutduğu mühitdə, hətta sağ qalmaq üçün və yaxın-
larının təhlükəsizliyini təmin etmək üçün qılınca sarılmalı və bu zaman
onun uğuruna yol aça biləcək daha səmərəli təşəbbüskarlığın məhru-
miyyətlərinə də qatlaşmalıdır. Bu istiqamətdə nümayiş etdirdiyi əzmkarlığı,
təşəbbüskarlığı və bir də malik olduğu fiziki keyfiyyətlər gənc Nadirin
qarşısına qoyduğu məqsədlərin reallaşmasına bir zəmin yaratdı.
Nadir şah, doğrudan da, çox güclü fiziki keyfiyyətlərə malik idi. Boyu,
qolunun gücü və yorulmazlığı onun döyüşçü kimi formalaşmasının ilkin
şərtləri idi. Nadir şah aylarla, illərlə düşərgə həyatını keçirməyə qadir idi.
Qoşunun gücü isə qarşısına çıxan düşmənə dəhşətli anlar qismət edirdi.
Malik olduğu fərdi  keyfiyyətləri ona ən ağır döyüşlərin mərkəzində qərar
tutmağa və qoşunlara nümunə olmağa imkan verirdi.
Nadir şah, hətta fiziki keyfiyyətlərini strateji səviyyəyə qaldıra bil miş -
di. Səfəvi dövlətinin işğal olunmuş ərazilərinin azad olunmasında, böyük
imperiyanın yaradılmasında Nadir şahın şəxsi şücaəti, əlbəttə ki, aparıcı
amillərdən biri idi. Hamıya məlumdur ki, Əfşarlar dövləti məhz Nadir şahın
qılıncının üzərində bərqərar olmuşdu və onun qətli ilə də bu dövlət tənəz-
zülə uğradı.
Úàùàíýèð Ùöñåéí ßôøàð
214


Ölkənin şahı olmaq etibarilə Nadir şah dövlətinin hərbi-siyasi strate-
giyasının müəyyənləşdirilməsində həm azad idi, həm də dövlətin bütün
potensialını bu  strategiyanın həyata keçirilməsinə  səfərbər edə bilmişdi.
Yəni bu prosesin özündə bir çeviklik var idi və dövlətin bütün imkanlarının
onun əlində cəmləşməsi hərbi-strateji vəzifələrin həll edilməsindəki
bürokratiyanı aradan qaldırırdı.
Bununla belə, Nadir şahın sərkərdəliyini parladan başlıca olaraq onun
taktikasının zənginliyi idi. Bu baxımdan Nadir şah hərb tarixinə yeni bir
məzmun gətirdi, taktiki məharəti sənətkarlıq səviyyəsinə qaldırdı və
bununla da qarşısına qoyduğu  məqsədlərə nail olunmasında mütləq
nəticələr əldə etdi.
Nadir şahın taktikasını ümumiləşdirərkən onun bir sıra xarakterik
cəhətlərini qeyd etmək mümkündür. Bu cəhətlərdən biri Nadir şahın tak-
tikasında zaman amilidir. Sürət, çeviklik, gözlənilməzlik və s. Nadir şahın
qələbələrinə zəmin yaradan dəyərli məqamlardır. Özü də bu məqamlar istər
qərar qəbul edilməsində, istər döyüşün aparılmasında, istərsə də döyüşün
hazırlanmasında özünü göstərirdi. Məsələn, Nadir şah döyüş qərarlarının
qəbul edilməsində böyük operativlik göstərirdi və qısa zaman ərzində də
qüvvələrini həmin döyüşə səfərbər edirdi. Qərar qəbul edilməsində və ya
əməli fəaliyyətə başlanmasında tərəddüdlük göstərilməsini Nadir şah
bağışlanmaz hesab edirdi. Onun fikrincə, döyüşqabağı və ya döyüşdə tərəd-
düd keçirmək məğlubiyyətin başlanğıcı idi.
Nadir şahın sürətində bir peşəkarlıq və məharət var idi. Döyüşlərin
sürəti onun düşmənlərinə göz açmağa imkan verməzdi. Məhz bu yolla
düşmənin nizamı pozulur, onun müvafiq qərar qəbul etməsinə imkan ver-
mədən ən həssas nöqtələrinə güclü zərbə vurulur və bununla da döyüşün
taleyi həll edilirdi. Hətta geri qaçan düşmən qüvvələrinin təqibində də sürət
amili Nadir şaha dəfələrlə qələbə gətirmişdi.
Hərbi marşların icrası zamanı da xüsusi və məqsədyönlü sürət və  göz -
lənilməzlik nümayiş etdirilirdi. Bu baxımdan Nadir şahın Hindistan səfəri
xüsusilə xarakterikdir. Arzu edilən sürətə nail olmaq üçün keçilməz yük-
səkliklərə üz tutur, şam işığında dağları aşırdı. Bu da Nadir şaha ən az itki -
lərlə düşmənini qəfil haqlamağa və onu üstələməyə imkan verirdi.
Nadir şah qısa zaman kəsiyində bu və ya digər istiqamətdə qüvvə
üstünlüyünü  yaratmaqla  zərbəsinin kəsərliliyini də artırırdı. Hər zaman
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
215


qoşun daxilində olması və düşərgə həyatı keçirməsi də əmrlərinin qısa
zaman ərzində qoşunlara çatdırılmasında əhəmiyyət kəsb edirdi.
Nadir şah taktikasının başqa bir xarakterik cəhəti məkan amili ilə bağ -
lı dır. Bu məqam hər döyüşdən qabaq dəqiqliyi ilə götür-qoy edilir və məkan
amilinin qələbənin əldə  edilməsinə göstərəcəyi təsirlər dəqiqliyi ilə nəzərə
alınırdı. Burada həm döyüş meydanının seçilməsi, həm də qüv və lə rin yer-
ləşdirilməsi, düşmənə zərbə istiqamətlərinin seçilməsi və s. ele ment  lər
nəzərə alınırdı. Hücumun gözlənil məzliyinin əldə edilməsi və düş mənə
endirilən zərbənin təsir gücünün artırılması üçün ən sərt və inanılmaz coğrafi
maneələrin dəf edilməsindən çəkinməzdi. Nadir şah çox vaxt düşmənin göz -
ləmədiyi istiqamətdən hücuma keçməklə, əslində, döyüşün taleyini həll
etmiş olurdu. Özü də bu zaman Nadir şah sayı 100 minə çatan qoşunu, bu
qoşunun ağır təchizatını da həmin maneələrdən adlada bilirdi. Bu baxımdan
Nadir şah dünya hərb tarixinin nadir  şəxsiyyət lərindən sayıla bilər.
Nadir şah döyüş meydanını seçərkən qüvvələrinin geniş manevrlər
etmək imkanını, ehtiyat qüvvələrin eşalonlaşdırıl masını, pusquların yer-
ləşdirilməsini,  cinahların mühafizəsini və s. məsələləri nəzərə alırdı. Düşər -
gə lərin qurulması zamanı da, adətən, müəyyən bir təcrübəyə əsaslanırdı.
Hətta döyüş meydanının ərzaq və su mənbələrinə yaxın olması da Nadir
şahın diqqətindən qaçmırdı. Bütün hərbi qüvvələr döyüş meydanında Nadir
şahın niyyətinə əsasən yerləşdirilir və onlara  verilən tapşırıqlarda ərazinin
coğrafi xüsusiyyətləri də nəzərə alınırdı. Nadir şah özü elə bir nöqtədə
dayanırdı ki, orada döyüşün gedişini aydın şəkildə müşahidə etsin, lazım
gələndə lazımi istiqamətlərə yeni qüvvələr daxil etsin.
Nadir şah açıq sahələrdəki döyüşlərə üstünlük verir, qala döyüşlərin -
dən çəkinməyə və qalada  gizlənən qarşı tərəfi də açıq döyüşə sövq etməyə
çalışırdı.
Nadir şah taktikasının önəmli xarakterik xüsusiyyətlərindən biri də
insan amilinin layiqincə nəzərə alınması idi. Qoşunlara qatılmış olan dö -
yüşçülərin mənəvi-psixoloji durumu, fiziki qabiliyyəti və əzmkarlığı Nadir
şah tərəfindən yüksək qiymətləndirilən cəhətlər idi. Nadir şah ənənəvi şah
həyat tərzi ilə döyüşçü həyat tərzi arasındakı məsafəni xeyli yaxınlaşdır-
mışdı. Nadir şah aylarla, illərlə döyüşçüləri kimi düşərgə həyatı yaşayırdı,
onların qatlaşdığı məhrumiyyətlərə qatlaşırdı, özünə qarşı onlarda bir inam
yaradırdı. Nadir şah da döyüşçülərinə inanırdı, əzmkarlıq göstərən
Úàùàíýèð Ùöñåéí ßôøàð
216


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə