Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

RƏYLƏR
Cahangir Hüseyn Əfşarın «Azərbaycan 
Nadir Əfşar dövləti» adlı monoqrafiyası haqqında
Rəy
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən keçən 23 il
ərzində Azərbaycan tarixinin ayrı-ayrı problemlərinin tədqiq edilməsi
sahəsində xeyli iş görülmüşdür. Fəqət Şərqin sonuncu fatehi, Azərbaycan
Əfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın həyatına, hərbi və dövlət
xadimi kimi fəaliyyətinə həsr olunmuş xüsusi tədqiqat yazılmamışdır. Bu
konteksdən çıxış edərkən istedadlı hüquqşünas-alim Cahangir Hüseyn Əf -
şa rın belə mövzuda monoqrafiya yazması olduqca təqdirəlayiq və gərək-
lidir.
Müəllif nəzərə çatdırır ki, 2014-cü ildə Nadir şahın anadan olmasının
325 (1689-2014), gələn il isə Əfşar dövlətinin yaranmasının 280 (1735/36
– 2015) illiyi tamam olur. Onun fəaliyyəti və qurduğu Azərbaycan Əfşar
dövləti barədə bilgilər əldə edilməsi xalqımızın vətənsevərlik və təəssüb -
keşlik ruhunda tərbiyəsində önəmli rol oynaya bilər.
Ulu Öndər Heydər Əliyev Naxçıvan Respublikasının 75 illik yubiley
iclasındakı çıxışında, digər məruzə və nitqlərində alimlər qarşısında böyük
vəzifələr qoymuşdur: Yeni konsepsiya yaratmalı və bütün dünyaya sübut
etməlidirlər ki, indiki Ermənistan Respublikası bizim tarixi torpaqlarımızda
yer alıb. Bu torpaqlar lap qədimdən Azərbaycan xalqına məxsus olub, er-
mənilər buraya köçürülmüşlər.
Bu cəhətdən Cahangir Hüseyn Əfşarın kitabı Heydər Əliyev çağırışına
ləyaqətli töhfədir. Kitabda belə bir ideya qırmızı xətlə nəzərə çatdırılır ki,
xalqımızın tarixində qürur mənbəyi olan tarixi şəxsiyyətlərimiz çoxdur.
Müəllif vurğulayır ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü və azad -
lığı uğrunda mübarizə tarixində Tomiris, Cavanşir, Babək, Şah İsmayıl
Xətai, Sah Abbas, Nadir sah Əfşar və XX yüzillikdə isə Ümummilli lider
Heydər Əliyevin xidmətləri misilsizdir.
Úàùàíýèð Ùöñåéí ßôøàð
220


Nadir şah Əfşar öz dövründə Azərbaycan torpaqlarını işgalçı əfqan-
lardan, rus müstəmləkəçilərindən, Osmanlılardan, fars şovinistlərindən
azad edib onun müstəqilliyini təmin etməklə böyük rol oynamışdır.
İngilis tarixçisi Edmund Bosvortun 1971-ci ildə rus dilində çap edilən
«Müsəlman sülalələri» kitabında Əfşarlar monqollar tayfası kimi qələmə
verilir. Cahangir Hüseyn Əfşarın çoxsaylı qaynaqlar əsasında Əfşarlar
sülaləsinin, o sıradan Nadir şahın gəlmə olmayıb, regionun yerli türk əhalisi
olduğunu, Nadir şahın türk mühitində formalaşması və Azərbaycan türkcəsi
onun doğma dili olduğunu təsdiqləyir.
Müəllif yazır ki, Nadir şahın tarixi fəthlər, qələbələr tarixidir. Mono-
qrafiyanın xronoloji ardıcıllıqla deyil, problemlər üzrə işıqlandırılması,
fikrimizcə, onun uğurlu cəhəti hesab olunmalıdır. O göstərir ki, Nadir şah
əsl ədalət mücəssəməsi olub, islamçılığın, türkçülüyün birliyi uğrunda
çarpışan əsl azərbaycanlı idi. Şah İsmayıl Xətaidən sonra Azərbaycan
xalqının siyasi-etnik birliyinin yaradılması sahəsində Nadir Əfşarın
genişmiqyaslı işlər gördüyünü vurğulayır.
Öz fikirlərini təsdiq etmək üçün akademik Ramiz Mehdiyevin belə bir
konsepsiyasını nəzərə çatdırır. Akademik yazır: «...istər Şah İsmayıl, istərsə
də Nadir şah dövründə Azərbaycan təkcə müstəqil dövlət deyildi. Həm də
həmin zamanlardan dünyanın sosial-mədəni və dövlət kimi müstəqil sub-
yekti idi».
Kitabda çoxsaylı qaynaqlar və zəngin mənbələr əsasında Nadir şah
Əfşarın soykökü, şəxsi keyfiyyətləri, uğurlu hərbi yürüşləri və döyüşləri,
Muğan qurultayı, dini islahatları, diplomatik əlaqələri, ordusu, azərbay-
cançılıq qayəsi, şəcərəsi işıqlandırılır, ən başlıcası isə 5,5 min kv. km-ə
yaxın ərazidə yaratdığı Azərbaycan Nadir Əfşar dövlətinin tarixi oxucuya
ərməğan edilir.
Cahangir Hüseyn Əfşar ixtisasca hüquqşünas olmasına baxmayaraq,
milli tariximizin bütöv bir dövrünü tədqiq edərək Səfəvilər dövləti baş çı -
larının varisi olan Nadir şahın azərbaycançılıq ideyasının daşıyıcısı olması,
türk dünyasının birliyi uğrunda mübarizə aparması barədə maraqlı fikirlər
söyləyir. O göstərir: «Türkçülük, turançılıq və azərbaycançılıq Nadirin
əməlində öz parlaq təcəssümünü tapmışdı. Nadir əvəzolunmaz bir azərbay-
canlı idi».
Müəllif həm də Nadir şahın islam dininin böyük himayədarı olması,
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
221


islam inanclarına xüsusi diqqət yetirməsi, eyni zamanda bu dinə zədə vuran
məzhəb ayrılığına, sünni-şiə ixtilafına qarşı ardıcıl mübarizə aparması
barədə ətraflı, çoxsaylı faktlar və misallar gətirir.
Problemin müasir dövrlə əlaqələndirilməsi Cahangir Hüseyn Əfşarın
ən böyük uğuru hesab olunmalıdır. Belə ki, müəllif eyni zamanda azərbay-
cançılıq məfkurəsinin son illərdə Azərbaycanın görkəmli alimləri tərə fin -
dən inkişaf etdirilməsini nəzərə çatdırır. Belə bir nəticə çıxarır ki,
azərbaycançılığın dövlətçiliyə tətbiqi Ümumilli lider Heydər Əliyevin adı
ilə bağlıdır. O, ilk dəfə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurul-
tayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi
əsaslandırdı.
Cahangir Hüseyn Əfşar vurğulayır: Bu gün bütün dünyada azərbay-
cançılığın qüdrət mənbəyi Azərbaycan Respublikası və onun prezidenti
İlham Əliyevdir. Müəllifin gəldiyi nəticə: Bu gün azərbaycançılıq dövlət
siyasətinin bütün istiqamətlərində əxlaq normalarımızda, cəmiyyət və ailə
münasibətlərində fəal bir şəkildə davam və inkişaf etdirilir.
Cahangir Hüseyn Əfşar Nadir şahın vətənsevər və müdrik sərkərdə,
dövlət başçısı olması və döyüşçüləri də öz şəxsi nümunəsi ilə bu ruhda tər-
biyə etməsi barədə yetərli misallar gətirir. İtirilmiş torpaqların geri qayta -
rıl  ması uğrundakı vuruşlarına diqqəti cəlb edir. Əsgərlərin döyüş qa bi-
 liyyətini artırmaq üçün şəxsi nümunə olmaqla ölümü təslim olmaqdan
üstün tuturdu. Nadir şah döyüşçülərin qəlbində döyüş ruhu və fırtınası
yaratmaq qabiliyyətinə malik şəxsiyyət idi.
Kitabda ən mühüm fikirlərdən biri, hər bir azərbaycanlının öz tarixini
dərindən bilməsi, öz keçmişi və soykökü ilə fəxr etməsi konsepsiyasıdır.
Bununla əlaqədar görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanovdan gətiri -
lən sitatlar olduqca qiymətlidir.
Cahangir Hüseyn Əfşar hüquq üzrə fəlsəfə doktoru, professor, istefada
olan polkovnik, Qarabağ müharibəsinin veteranı olmaqla uzun müddət
daxi li işlər orqanlarında səmərəli fəaliyyət göstərmışdir. Ağdaş, Biləsuvar,
Abşeron, Sabirabad rayonlarında polis rəisi işləyərkən xalqın hüquqlarının
müdafiə olunması, qanunçuluğun təmin edilməsi sahəsindəki işləri geniş
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Respublika Ali Sovetinin deputatı olarkən 1991-ci ilin avqustunda
Azadlıq Bəyanatının və 18 oktyabrda dövlət müstəqilliyinin bərpa edilməsi
Úàùàíýèð Ùöñåéí ßôøàð
222


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə